357
Bu torpaqlarda üzvi gübrələrin (peyin, kompost, sederatlar və s.) tətbiqinin daha böyük səmərəsi vardır.
Üzvi gübrələr qırmızı torpaqların mədəniləşdirilməsini sürətləndirir.
Rütubətli subtropiklər zonası çay bitkisinin yetişdirilməsindən ötrü daha əlverişlidir. Bu, zonanın əlverişli
hidrotermik və torpaq rejimi ilə izah olunur. Qırmızı və sarı torpaqların turş reaksiyası, əsaslarla doymaması
məhz bu cür şəraitdə inkişaf edən çay kollarının məhsuldarlığına müsbət təsir göstərir.
Qələvi mühitdə çay
kolları məhv olur.
Çay kolundan fərqli olaraq sitrus bitkiləri üçün torpaq məhlulunun neytral və zəif turş mühiti əlverişli hesab
olunur.
XL FƏSİL. DAĞLIQ VİLAYƏTLƏRİN TORPAQLARI
Yer kürəsinin quru hissəsinin böyük sahələri dağlıq ölkələrin payına düşür. Rusiya, Ukrayna, Mərzəsi
Asiya, Baltikyanı ölkələr, Cənubi Qafqaz Respublikaları, Moldova və Belarusun ümumi sahəsinin 28,8%-i
dağlıq ərazilərin payına düşür. Bu da həmin ərazilərdə iri dağ sistemlərinin – Karpat, Krım, Qafqaz, Ural, Şərqi
və Cənubi Sibir dağlarının olması ilə əlaqədardır.
Dağlıq ərazilərdə dağların yaranması və paylanması V.V.Dokuçayevin müəyyən etdiyi
şaquli zonallıq
qanununa tabedir.
Şaquli zonallıq qanunu ərazinin hündürlüyündən asılı olaraq iqlimin və bitki örtüyünün
dəyişməsi ilə əlaqədardır, torpaqların bir-birini əvəz etməsinə əsaslanır.
Düzən ərazilərdə olduğu kimi dağlıq ərazilərdə də torpaqlar qurşaqlıqlar şəklində yerləşmişdir.
Lakin elə
hallar olur ki, hüdürlükdən asılı olaraq torpaqların bir-birini ardıcıl əvəz etməsi qaydası pozulur. Torpaqların əks
istiqamətdə və ya “qaydasız” düzümü torpaq zonalarının
inversiyası adlanır. Bəzi hallarda bir torpaq zonası
digər zonanın içərilərinə (çay dərələri və ya yamaclar vasitəsilə) daxil olur. Bir zonanın digər zona ilə bu
formada yerini dəyişməsi torpaq zonalarının
miqrasiyası adlanır. Nəhayət, bir sıra dağlıq ölkələrdə torpaq
zonalarının normal sırası sistemində ayrı-ayrı torpaq zonaları yerindən düşmüş olur. Bu hadisəyə zonaların
interferensiyası deyirlər.
Torpaqəmələgəlmə şəraiti. Dağlıq ölkələrdə torpaqəmələgəlmənin təbii şəraiti özünün müxtəlifliyi ilə
fərqlənir.
İqlimi. Dağ vilayətlərinin iqlimi düzən ərazilərlə müqayisədə illlik temperaturun bir qədər aşağı olması,
yağıntıların çoxluğu, havanın nəmliyinin yüksək olması və günəş radiasiyasının çoxluğu ilə səciyyələnir.
Müəyyən olunub ki, hər 100 m yüksəklikdə havanın orta temperaturu 0,5
0
C aşağı düşür. Eyni zamanda
yağıntıların miqdarı artır ( müəyyən hündürlüyə kimi), insolyasiya şəraiti dəyişir. Dağ iqlimi düzən ərazilərin
iqlimindən fərqli sutkalıq və fəsli ritmə malikdir.
Relyefi. Dağlıq ölkələrin relyefi mürəkkəbdir. Torpaqəmələgəlmə relyefin kəskin parçalandığı bir şəraitdə
cərəyan edir. Nəticədə torpaq
örtüyünün olduqca mürəkkəb, rənagarəng örtüyü yaranır. Relyef burada aşınma və
torpaqəmələgəlmə məhsullarının paylanmasına, həmçinin eroziya proseslərinin inkişafına böyük təsir göstərir.
Dağlıq rayonlarda torpaqların istilik və su rejiminin formalaşmasında yamacların baxarlığının böyük təsiri
vardır.
Dağlıq ölkələrdə torpaq örtüyünün xüsusiyyətləri
solyar (günəş) və külək yamaclarından çox asılıdır.
Cənuba baxan yamaclar şimalla müqayisədə isti və quru olur. İstilik və su rejimlərindəki fərqlər bitki və
torpaq örtüyünün xarakterinə təsir göstərir. Lakin solyar yamac bütün dağ sistemlərində eyni dərəcədə təsir
göstərmir. Çox rütubətli və ya çox quru rayonlarda yerləşmiş dağ sistemlərində yamacın təsiri zəifləyir.
Yamacın
quru və ya rütubətli, soyuq və ya isti hava axınlarına baxarlığının (külək yamacı) torpaq örtüyünün
xarakterinə böyük təsiri vardır.
Torpaqəmələgətirən süxurlar. Dağlıq rayonlarda torpaqəmələgətirən süxurlar yaşına, tərkibinə və
mənşəyinə görə olduqca rəngarəngdir. Üçüncü və təbaşir dövrünün çöküntüləri, həmçinin maqmatik mənşəli
süxurlar geniş yayılmışdır. Dağlararası çökəkliklərdə dördüncü dövrün müxtəlif qalınlıqlı və qranulometrik
tərkibli çöküntüləri toplanmışdır.
Bitki örtüyü. Dağlıq ölkələrdə bitki örtüyünün xarakteri yağıntıların miqdarı və temperatur rejimi ilə
müəyyən olunur. Bu amillər də bitki örtüyünün qurşaqlığını müəyyən edir.
Müxtəlif yüksəkliklərdə və
yamaclarda biohidrotermik şəraitin dəyişməsi müxtəlif tip torpaqların formalaşmasına gətirib çıxarır.
Genezisi. Dağlıq ölkələrdə torpaqəmələgəlmənin spesifik xüsusiyyətləri vardır. Bu dağ torpaqlarının
yamaclarda yerləşməsi ilə əlaqədardır. Səth axınları sayəsində onlar yüksək kseromorfizmilə seçilirlər. Burada
torpaqdaxili axınların və səth yuyulmalarının hesabına maddələrin yan axınları daha səciyyəvidir. Dağ torpaqlar
üçün həmçinin torpaq örtüyünün təbii denudasiyası hesabına fasiləsinin təzələnməsi və onların əsasən yuxa
elüvial-delüvial çöküntülər üzərində inkişaf etməsi səciyyəvidir.
Təsnifatı. Dağ torpaqlarının təsnifatı ilə bağlı iki nöqteyi-nəzər mövcuddur. Bitrinciyə görə, bütün dağ
torpaqları düzən analoqlarından fərqli sərbəst torpaq tipi kimi götürülür. İkinci nöqteyi-nəzərə görə, sərbəst tip
kimi düzənlikdə analoqu olmayan orijinal torpaqlar götürülür.
Bu torpaqlara dağ-çəmən, dağ çəmən-qara
torpağabənzər və dağ çəmən-bozqır torpaqları aid edilir. Düzənlikdə analoqu olan qalan torpaqlara isə vahid tip
358
kimi baxılır.
Bundan başqa relyef şəraitinə, demək, istifadə imkanlarına görə dağ torpaqları 3 qrupa bölünür:
dağ-yamac torpaqları, meylliyi 10
0
-dən yuxarı olan yamaclarda formalaşır, bu halda tipin adının əvvəlinə
“dağ” sözü əlavə olunur (məsələn, dağ podzol torpağı və s.);
dağlıq-düzən torpaqları, dağlıq ərazilərdə nisbətən hamarlanmış, meylliyi 10
0
-dən yuxarı olmayan
sahələrdə formalaşmışdır və qismən kənd təsərrüfatında istifadə edilir (məsələn, dağlı-düzən yuyulmuş
qaratorpaq);
dağarası-düzənlik və dağ-vadi torpaqları düzənlik və meyilliyi 4-5
0
yuxarı olmayan yamaclarda ( çay
terraslarında, delüvial şleyflərdə və s.) inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, bütün dağ torpaqları üçün
düzən torpaqları ilə müqayisədə torpaq profilinin yuxalığı və daşlılıq səciyyəvidir.
Aşağıda dağ vilayətlərinin orijinal torpaqlarının – dağ-çəmən və dağ çəmən-bozqır torpaqların ətraflı
səciyyəsi verilir.
§ 114. Şaquli qurşaqlığın əsas qanunauyğunluqları və ayrı-ayrı dağlıq vilayətlərin torpaqları
Şaquli qurşaqlığın xarakteri dağlıq ölkənin mövqeyi ilə, yəni onun hansı bioiqlim qurşağında (enlik zonası)
yerləşməsi ilə müəyyən olunur. Qurşaqlığın aşağıdakı siniflərini fərqləndirirlər: qütb, boreal, subboreal və
subtropik (V.M.Fridland).
Qurşaqlığın qütb sinfində dağ tundra torpaqları hakimdir.
Boreal sinfin tayqa zonasında
iki qurşaq – dağ-
podzol və dağ-tundra ayrılır.
Boreal qurşağın bozqır və meşə-bozqır zonalarında dağ-şabalıdı, dağ qaratorpaq və boz dağ-meşə torpaqları
formalaşmışdır. Bu qurşaqda dağ-qonur- meşə və dağ-çəmən torpaqları da yayılmışdır.
Subboreal sinifdə borealdan fərqli olaraq yuxarı meşəsiz qurşaqda dağ-çəmən torpaqları üstünlük təşkil
edir, dağ-tundra torpaqlarına nadir hallarda təsadüf olunur. Bu sinfin meşə qurşağında aparıcı yer qonur meşə və
dağ-podzol torpaqlara məxsusdur.
Subtropik sinif qurşaqlığının quru subtropiklər zonası dağ boz və ya qəhvəyi torpaqlar, aşağı qurşağın
rütubətli subtropiklər zonası isə qırmızı və sarı torpaqlarla təmsil olunmuşdur.
Şaquli zonallığın müxtəlif tiplərində torpaq örtüyünün qısa səciyyəsini nəzərdən keçirək.
Qafqaz dağları. Dağ sistemləri müxtəlif enlik zonalarında yerləşmişdir. Onlar müxtəlif uzunluğa və
yamacların baxarlılığına malikdir. Ona görə də şaquli qurşaqlıq hər bir halda öz qanunauyğunluğuna tabedir.
Torpaqların şaquli zonallığı həmin dağlıq əraziyə yaxın olan enlik zonal tipi ilə başlayır. Şaquli zonallıq
Qafqazın şimal yamacında özünü daha dolğun göstərir. Burada dağların zirvəsinə doğru demək olar ki, düzən
ərazidə təsadüf olunan bütün zonalar təmsil olunmuşdur.
Xəzər
dənizi tərəfdən yarımsəhra zonasının boz torpaqlarını Qafqazın dağətəyi hissəsində dağ-bozqır
qurşağının onun üçün səciyyəvi olan dağ şabalıdı və qara torpaqları əvəz edir. Dəniz səviyyəsindən 300 m
hündürlükdə
dağ-meşə qurşağı başlayır. Bu qurşaq da öz növbəsində ağacların tərkibindən asılı olaraq zolaqlara
ayrılımışdır. Dəniz səviyyəsindən 300-800 m hündürlükdə enliyarpaq meşələr və onların altında boz meşə
torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 800-1200 m hündürlükdə fıstıq meşələri altında qonur dağ-meşə
torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 1200-1800 m yüksəklikdə iynəyarpaq meşələr və onların altında
podzol torpaqlar formalaşmışdır. Yüksək dağlığın 1800-2800 m yüksəkliyində
subalp qurşağı, 2800-3500 m
yüksəklikdə isə
dağ-çəmən torpaqlardan ibarət
alp çəmənləri qurşağı yayılmışdır. Dəniz səviyyəsindən 3500 m
yüksəklikdə əbədi qar və buzlaqlar qurşağı yerləşmişdir.
Qara dəniz tərəfdən şaquli qurşaqlıq rütubətli subtropik meşələr altında formalaşmış
qırmızı və sarı
torpaqlar zonası ilə başlayır. Yüksəklikdən asılı olaraq onu qonur meşə torpaqları əvəz edir.
Şərqi Karpat. Şərqi Karpatın dağ rayonlarında torpaqəmələgəlmə mülayim rütubətli iqlim şəraitində
cərəyan edir. Burada enliyarpaq meşələr altında
qonur dağ meşə torpaqları formalaşmışdır.
Qonur dağ-meşə
torpaqları Şərqi Karpatda torpaq örtüyünün əsas fonunu təşkil edir. Lakin bir qədər hündürlükdə iynəyarpaqlı
meşələr altında dağ-podzol torpaqlar yayılmışdır. Meşə qurşağından yuxarıda (1800-2000 m) ayrı-ayrı massivlər
şəklində dağ-çəmən torpaqları formalaşmışdır.
Krım dağları. Krımın dağ rayonlarında torpaqəmələgəlmə şəraiti olduqca müxtəlifdir. Şimal yamaclarında
meşə-bozqır qurşağında
dağ qara torpaqlar inkişaf etmişdir. Meşə qurşağında fıstıq meşələri altında qonur dağ
meşələri yayılmışdır və 1100-1300 m hündürlükdə onları çəmən bitkiləri altında
dağ-çəmən torpaqları əvəz
edir.
Krım dağlarının cənub yamacları torpaqəmələgəlmə şəraitinə görə şimal yamaclarından kəskin şəkildə
fəqlənir. İqlimin burada yayı quru, qışı rütubətli Aralıq dənizi tipi yayılmışdır. Dağların ən hündür hissəsində
dağ-çəmən torpaqları formalaşmışdır. Orta qurşaqda (300-1100-1300 m) dağlıq Krımın əsas sahəsini tutan
enliyarpaq meşələr altında
qonur dağ-meşə torpaqları hakimdir. Aşağı qurşaq
kserofit flora ilə təmsil
olunmuşdur. Burada qonur dağ-meşə torpaqları ilə yanaşı
qəhvəyi və qırmızımtıl torpaqlar formalaşmışdır.
Ural dağları. Uzunluq dairəsi boyunca Ural dağlarının şimaldan cənuba doğru böyük məsafədə uzanması