361
1 2 3 4 5 6 7 8
20-40 0,4 8,9 43,4 9,0 14,0 24,3 47,3
40-50 0,3 11,0 50,8 7,8 11,0 19,1 37,9
100-110 0,3 7,7 37,5 10,7 18,3 25,5 54,5
Çəmən (məcradan 2500 m aralı)
0-20 0,3 4,7 27,2 19,9 16,0 31,9 67,8
50-60 0,1 5,5 30,1 17,1 14,3 32,9 64,3
Çökdürülmüş allüviyin miqdarına, qranulometrik və kimyəvi tərkibinə sutoplayıcı ərazidə yayılmış
topraqlar və süxurların
tərkibi, iqlimi, həmçinin hövzənin meşəliliyi və şumlanma dərəcəsi təsir göstərir. Belə
ki, hövzə qumlu və qumsal torpaq və süxurlardan təşkil olunanda çökdürülmüş allüviyin tərkibində qum,
gillicəli karbonatlardan təşkil olunanda karbonatlarla zəngin gillicələr və s. üstünlük təşkil edəcəkdir.
Allüvial çöküntülərin qranulometrik tərkibinə subasarın relyefinin də təsiri vardır. Relyefin yüksəklik
elementləri yüngül çöküntülərlə, aşağı elementləri isə ağır qranulometrik tərkibli çöküntülərlə örtülüdür.
Bitki örtüyü. Subasarların bitki örtüyü olduqca rəngarəngdir. Burada çəmən otmüxtəlifliyi - taxıllı
qruplaşmalar hakimdir. Daha zəngin və qiymətli ot durumu mərkəzi subasardadır. Buranın ot durumunda
qılçıqsız tonqalotu, pişikquyruğu, tülküquyruğu, çəmən topalı, sürünən ayrıq, çəmən qırtıcı, bülbülotu, çəmən
lərgəsi, yonca,
çöl noxudu, çəmən ətirşahı, at quzuqulağı, qaymaqçiçəyi, göyümçiçək və başqa otlar üstünlük
təşkil edir. Məcrayanı subasarın ot tərkibi bir qədər məhduddur.
Subasar çəmənlərin məhsuldarlığı rütubətlənmə şəraitindən və istifadə xüsusiyyətlərindən asılıdır. Mərkəzi
subasarın çəmənləri daha məhsuldar hesab olunur. Düzgün istifadə edildikdə buradan 30-40 s/ha və daha çox ot
toplamaq mümkündür.
Subasar ərazilərdə ağac bitkiləri də yetişir. Onların tərkibi zonanın təbii xüsusiyyətlərindən asılıdır. Tayqa-
meşə zonasında subasarlarda şam, ağ şam tozağacı, söyüd, titrək qovaq; meşə-bozqır və bozqır zonasında -
palıq, ağcaqayın, söyüd, qarağac, qovaq,
qara qovaq; yarımsəhra və səhra zonasında tuqay meşələrinin ağac
tərkibi – qovaq, tut, söyüd, saksaul və başqa ağac və kol bitkiləri yayılmışdır.
Təsnifatı. V.V.Dokuçayev və N.M.Sibirtsev subasar torpaqları təsnifat sxemlərində anormal
(V.V.Dokuçayev) və ya azonal (N.M.Sibirtsyev) torpaqlar qrupuna aid edirdilər. Sonrakı tədqiqatlar
subasar torpaqların, onların genezisində allüvial proseslərin rolu ilə və onların spesifik geomorfoloji
vəziyyəti və hidroloji rejimi ilə əlaqədar təsnifat sxemində xüsusi yerini təsdiq etdi. Bununla belə, yuxarıda
qeyd edildiyi kimi, subasar torpaqlarda çimləşmə və digər proseslərlə, podzollaşma, şorakətləşmə,
şoranlaşma və s. şərtlənən torpaqəmələgəlmənin zonallıq xüsusiyyətləri də aşkar edilmişdir.
Ona görə də müasir təsnifat sxemlərində subasar torpaqların genezisinin bu iki əsas xüsusiyyəti öz
əksini tapmışdır. Tərkibinə, reaksiyasına və başqa xassələrinə görə allüvial çimli
və allüvial çəmən
torpaqlar qrupu 6 tipə bataqlıq torpaqlar isə 3 tipə bölünürlər. Bunlar aşağıdakılardır:
allüvial çimli turş
torpaqlar (tayqa-meşə, meşə-bozqır zonası), allüvial çimli doymamış (bozqır və meşə-bozqır zonası),
allüvial çimli- səhralaşan karbonatlı (yarımsəhra, səhra zonası), alllüvial çəmən turş (tayqa-meşə, meşə-
bozqır), allüvial çəmən doymuş (bozqır, meşə-bozqır), allüvial çəmən karbonatlı (yarımsəhra, səhra),
allüvial çəmən-bataqlıq (bütün zonalarda), allüvial bataqlıq lilli-çürüntülü-qleyli (bütün zonalarda),
allüvial bataqlıq lilli-torflu (bütün zonalarda).
Allüvial torpaqların əsas cinsləri aşağıdakılardır: adi, dəmirləşmiş, karbonatlı, şorakətvari, lillənmiş,
bərkimiş və çınqıllı. Növlərin ayrılması humus horizontlarının qalınlığına, humusun miqdarına və konkret
proseslərin (podzollaşma, şorakətləşmə, şorlaşma və s.) təzahürünə görə aparılır.
Bataqlıq qrupundan olan torpaqların yarımtiplərə ayrılması torftoplanma və lilləşmə əlamətləri
əsasındadır. Əsas cinslər aşağıdakılardır: adi, karbonatlı, şorakətvari, şoranlı. Növlərin ayrılması orqanogen
və humuslu horizontların qalınlığına görə aparılır.
Subasarlarda torpaqəmələgəlmənin qeyd edilən xüsusiyyətləri ilə əlaqədar üç qrup allüvial torpaq
ayrılır: çimli, çəmən, bataqlıq.
Allüvial çimli torpaqlar subasar
relyefin yüksək elementlərində, qruntun dərində yerləşdiyi, allüviyin
əksər hallarda laylı və yüngül qranulometrik tərkibə malik olduğu şəraitdə formalaşır. Torpaqəmələgəlmə
prosesi qrunt sularının təsiri olmadan, oksidləşmənin hakim olduğu şəraitdə, əsasən qumlu və qumsal
allüviy üzərində inkişaf edir. Ona görə də bu cür torpaqlarda humus horizontlarının qalığı çox deyildir.
Tərkibində humus və azotun miqdarı isə azdır.
Küli elelmentlərin miqdarı allüvial çöküntülərin mineraloji tərkibindən asılı olaraq
böyük ölçülərdə
tərəddüd edir (cədvəl 130).
362
Cədvəl 130
Allüvial çimli torpaqların fiziki-kimyəvi xassələri
Dərinlik, sm
Humus,
%
pH su
şəkimi
Udulmuş əsaların
cəmi,
m- ekv/100qr.
torpaqda
Qranulo-
metrik tərkibi
1 2
3
4
5
Kəsim -1
2-15 2,60
6,2
29,4
qumsal
45-60 0,38 6,8
24,0
“------”
75-90 0,20 6,9
23,6
“------”
125-150 0,32 6,6
9,8
yüngül
gillicə
Kəsim-2
0-20 1,53
8,0
10,9
qumsal
40-50 0,03 8,3
-
qum
80-90 0,04 8,0
-
“------”
Kəsim-3
0-10 0,49
8,0
8,7
qumsal
10-20 0,34 8,2
11,0
“------”
50-60 0,32 8,3
16,0
“------”
Allüvial çəmən torpaqlar qrunt sularının nisbətən dayazda (1-2 m) yerləşdiyi sahələrdə, mərkəzi subasarın
gillicəli və gilli allüviyləri üzərində formalaşır. Qida elementlərinin, əsaslar
və üzvi maddələrin zənginliyi,
həmçinin nəmlənmənin qrunt suları hesabına yaranmış əlverişli şəraiti çəmən bitkilərinin və çimləşmə
prosesinin inkişafına səbəb olmuşdur. Ona görə də allüvial çəmən torpaqlar yaxşı seçilən humus horizontuna,
dənəvər və ya topavari-dənəvər struktura malikdir. Ədəbiyyatlarda bu torpaqları bəzən subasarların dənəvər
torpaqları da adlandırırlar.
Allüvial-çəmən torpaqların profilinin quruluşu aşağıdakı kimidir: A
ç
– çim qatı (xam torpaqlarda), ot
bitkiləriinin kökləri topa halında cəmləşmişdir; A
1
– tünd-boz və ya boz rəngli, üzərində qonur çalarlı humus
horizontu, dənəvər
strukturlu; B
1
– keçid humus horizontu, bəzən üzərində qleyləşmə əlamətləri (B
1g
); B
2g
-
keçid horizontu, qleyləşmə əlamətləri daha aydın seçilir və tədricən gillicəli və gilli qranulometrik tərkibli
allüvial çöküntülərə keçir (C
g
).
Bu torpaqlarda adətən qrunt sularının kapilyar haşiyəsi torpaq horizontlarına çatır ki, bu da torpaq profilinin
aşağı hissəsində qleyləşmə proseslərinə, həmçinin dəmir birləşmələrinin, karbonatların, cənub çayların
subasarlarında asan həll olan duzların akkumulyasiyasına səbəb olur.
Allüvial çəmən
torpaqlar humusla zəngindir, qalın humus qatına və qida elementlərinin böyük ehtiyatına,
yüksək udma tutumuna malikdir. Torpaq məhlulunun reaksiyası böyük ölçülərdə dəyişir (pH 4-6 və daha
yüksək) (cədvəl 131).
Cədvəl 131
Allüvial çəmən torpaqların fiziki-kimyəvi xassələri
Dərinlik,
sm
Humus, %
pH su şəkimi
Udulmuş
əsaların cəmi,
m-kv/100qr.
torpaqda
Qranulo-
metrik
tərkibi
1 2 3
4
5
Kəsim -1
0-10 6,20 5,8
28,9 Ağır gillicə
20-30 3,49
4,8
24,4
»
50-60 -
5,1
18,6 Yüngül
gil
70-80 2,05
4,9
17,2 Ağır gillicə