Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə179/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   190

 
359
ilə  əlaqədar torpaqların formalaşma  şəraiti də  kəskin  şəkildə  dəyişir.  Şaquli zonallıq qanunu Ural dağlarının 
alçaq olması ilə  əlaqədar heç də  hər yerdə aydın ifadə olunmur. Ural dağlarının  şimal hissəsi  dağ-tundra 
torpaqlarının üstünlük təşkil etdiyi tundra zonasında yerləşmişdir. Bu torpaqlar kəskin kontinental iqlim 
şəraitində mamırlı-şibyəli və  çırtdanboy tozağacları qarışığından ibarət bitki örtüyü altında formalaşmışdır. 
Dağların yamacında meşə bitkiləri altında  podzol-qleyli torpaqlar formalaşmışdır. Ural dağlarının orta 
hissəsində tundra torpaqları  ən yüksək meşəsiz sahələri tutur. Meşəsiz sahələrin çox hissəsi dağ-çəmən və 
subalp çəmənləri altındadır. Orta Uralın qalan hissələrində iynəyarpaq meşələr altında  dağ podzol və 
podzollaşmamış turş torpaqlar formalaşmışdır. Uralın cənub hissəsində şaquli zonallığın aydın sırasını izləmək 
mümkündür. Burada ən yüksək nöqtələr (1000-1200 m) torpaq tərkibi  dağ-torflu və çimli dağ-çəmən 
torpaqlardan ibarət alp və subalp çəmənləri ilə örtülmüşdür. Aşağı meşə-bozqır qurşağında enliyarpaq 
meşələlər altında dağ boz meşə torpaqları yayılmışdır. Bu qurşağın podzollaşmış və yuyulmuş qara torpaqları 
yüksək humusluluğu ilə seçilir. 
Mərkəzi Asiya dağları. Mərkəzi Asiyada Tyan-şan və Pamir dağ sistemlərinə aid edilən bir sıra dağ 
silsiləri (Fərqanə, Qissar, Cunqar, Alatau, Kopetdağ və s.) ayrılır. 
Mərkəzi Asiyanın dağlıq vilayətlərinin torpaq örtüyü olduqca mürəkkəbdir. Bu, Mərkəzi Asiya dağlarının 
coğrafi mövqeyi, onların Dünya okeanından məsafədə yerləşməsi, iqlimin quraqlığı, həmçinin 
torpaqəmələgətirən süxurların rəngarəngliyini müəyyən edən geoloji quruluşun mürəkkəbliyi ilə  əlaqədardır. 
Burada üçüncü dövrün şorlaşmış çöküntülərinə  də  təsadüf etmək mümkündür. Mərkəzi Tyan-şanda  
torpaqəmələgəlmə şəraitinə görə iki qrup torpaqlar ayırmaq mümkündür – dağlararası çökəkliklərin torpaqları 
və dağ yamaclarının torpaqları.  
Dağlararası çökəkliklərdə 300-1300 m hündürlükdə  yovşanlı-taxıllı bitkilər altında  boz torpaqlar, daha 
yüksək dağlararası çökəkliklər (1300-3200 m) isə dağ şabalıdıdağ boz-qonur səhra daşlı torpaqlar və dağ qara 
torpaqlar  və onlarla birgə  çəmən-şabalıdı  və  çəmən-qaratorpaqlar formalaşmışdır. Yüksək dağlığın dağüstü 
yaylalarında 4000 m yüksəklikdə  takırabənzər səhra torpaqları,  qonur yarımsəhra torpaqları  və  quru 
bozqırların  şabalıdı torpaqları inkişaf etmişdir. Bu torpaqların bir qismi şorlaşmış,  şorakətləşmiş  və 
karbonatlılıq əlamətlərinə malikdir. 
Dağ yamaclarında dəniz səviyyəsindən 1000-2500 m mütləq yüksəklikdə kolluqlar və çəmən dovşantopallı 
bozqırlar altında dağ qəhvəyi və dağ şabalıdı torpaqlar inkişaf etmişdir. 
Dağların daha yüksək hissəsi (2000-2800 m) çəmən-meşə qurşağı altındadır. Bu qurşaq daxilində  çəmən 
bozqırlar altında  dağ qara torpaqlar, qoz meşələri altında  qara-qonur (qonur) torpaqlar  və küknar meşələri 
altında  dağ-meşə torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 2800-3500 m yüksəklikdə subalp qurşağının 
çəmən-bozqır, çəmən və torflu-çəmən torpaqları, dağların daha hündür hissəsində isə poliqonal tundra torflu 
torpaqlar formalaşmışdır.  
Dağ torpaqlarından kənd təsərrüfatında istifadə.  Bir çox dağ torpaqlarından yüksək məhsuldar yay 
otlaq sahələri, digərləri isə üzüm, sitrus, çay, meyvə və texniki bitkilərin yetişdirildiyi ərazi kimi istifadə edilir. 
Lakin relyefin mürəkkəbliyi, humuslu horizontların yuxalığı  və  əksər hallarda daşlılığı, həmçinin daş 
qırıntılarının və ana süxurların səthə  çıxması mexanikləşdirilmiş becərilmə  işlərini aparmağa mane olur. Ona 
görə də dağ torpaqları əkinçilik baxımından zəif mənimsənilmişdir. 
Otlaq sahələrinin böyük hissəsi dağ-tundra, dağ-çəmən və dağ-bozqır zonalarında yerləşmişdir. Alp 
çəmənləri  yaxşı yay otlaqları rolunda çıxış edir. Ən az mənimsənilmiş dağ-podzol torpaqlardır. Onların yalnız 
3% ərazisi otlaq, biçənək və əkin altında istifadə olunur. Zonanın qalan hissəsi meşələrlə örtülüdür. 
Əkinçilikdə dağ-qonur-meşə, dağ qəhvəyi, dağ qara və dağ şabalıdı torpaqlar daha intensiv istifadə edilir. 
Dağ-bozqır zonasında əkinlər ərazinin 10-12% -i tutur. Mərkəzi Asiyanın dağ yarımsəhra və səhra zonalarında 
dəmyə əkinçiliyi ilə yanaşı, suvarma əkinçiliyi də yaxşı inkişaf etmişdir. Bu torpaqlarda taxıl, tərəvəz, pambıq 
və başqa texniki bitkilər yetişdirilir. 
Dağ torpaqlarından məhdud şəkildə istifadə burada eroziya proseslərinin inkişafı ilə  də əlaqədardır. Meşə 
sahələrinin qırılması, otlaqlarda hədsiz otarma, eroziya əleyhinə tədbirlər həyata keçirmədən şum və digər kənd 
təsərrüfatı  işlərinin həyata keçirilməsi eroziya proseslərini sürətləndirmişdir. Sel hadisələrinin tez-tez baş 
verməsi  əkin sahələrinə xüsusilə güclü ziyan vurur. Ona görə  də dağ torpaqlarının mənimsənilməsi zamanı 
eroziya  əleyhinə  tədbirlərin (aqrotexniki, hidromeliorativ, fitomeliorativ və s.)  həyata keçirilməsinin böyük 
əhəmiyyəti vardır. 
Torpaqların eroziya və sel proseslərindən qorunmasında dağ meşələrinin əvəzsiz rolu vardır. Ona görə də 
meşələrin qorunması, bərpası  və sahələrinin artırılmasının eroziyaya qarşı mübarizədə  əhəmiyyəti olduqca 
böyükdür. 
Dağ torpaqlarında münbitliyin artırılması tədbirlərinə üzvi və mineral gübrələrin verilməsi, turş torpaqların 
əhəngləşdirilməsi və şorakətli torpaqların gipsləşdirilməsi tədbirləri daxildir. 
 
XLI FƏSİL. SUBASAR TORPAQLAR 
 


 
360
Bir çox çaylarda çay dərələri (vadiləri) yaxşı inkişaf etmişdir.  Daşqın sularının çay dərələrinin vaxtaşırı 
örtdüyü hissəsi subasar adlanır. Dünyanın bir çox çayları – Amazon, Nil, Volqa, Dnepr, Dunay, Reyn, Kür, 
İrtış, Lena, Amur və s. çaylar geniş subasar sahələrə malikdir. 
Genezisi. Subasarlarda torpaqəmələgəlmə proseslərinin  əsasları V.R.Vilyams tərəfindən işlənmişdir. 
Sonralar subasarların torpaq örtüyü S.S.Sobolyev, V.İ.Şraqa, Y.V.Şansera və başqaları tərəfindən öyrənilmişdir. 
Subasar müxtəlif elementlərin su hövzəsinin suayrıcı  və  ətək hissələrindən alüvial çöküntülər, həmçinin 
qrunt və daşqın sularının tərkibində  həll olmuş maddələr  şəklində sistematik olaraq gətirildiyi və müntəzəm 
akkumulyasiya olunduğu yerdir. 
Alüvial çöküntülər subasar torpaqlar üçün sistematik verilən təbii gübrə rolunda çıxış edir. Subasarda təbii 
bitkilik örtüyünü əsasən çəmən bitkiləri təşkil etdiyindən burada aparıcı torpaqəmələgəlmə prosesi çimləşmə 
prosesidir. 
Çimləşmə prosesinin ifadə olunma dərəcəsi allüvial çöküntülərin xarakteri, ilk növbədə onların 
qranulometrik  və kimyəvi tərkibi, xüsusən də qida elementlərinin zənginliyi ilə müəyyən olunur. Bundan başqa 
çimləşmə prosesinin inkişafına subasarın ayrı-ayrı hissələrində su rejiminin xüsusiyyətləri, həmçinin 
torpaqəmələgəlmənin zonal şəraiti və başqa proseslərin (qleyləşmə, şoranlaşma və s.) təzahür dərəcəsi də təsir 
göstərir.
 
Çayların subasarlarında torpaqəmələgəlmənin  əsas xüsusiyyətləri – burada subasar və allüvial 
proseslərin inkişafıdır. Subasar proses adı altında subasar ərazisinin bu və ya digər hissəsinin vaxtaşırı daşqın 
suları altında qalması başa düşülür. Bu proses torpaqəmələgəlmə prosesinə hərtərəfli təsir göstərir. Bu formada 
hər il təbii suvarma – atmosfer və qrunt suları ilə yanaşı, torpaq üçün əlavə nəmlik mənbəyi deməkdir. Subasar 
proses qrunt sularının qalxmasına, torpaqda mikrobioloji proseslərin intensivliyinə  və istiqamətinə, həmçinin 
təbii bitkiliyin xarakterinə  və onun məhsuldarlığına, torpağın və torpaq-qrunt sularının duz rejiminə  təsir 
göstərir. 
Allüvial proses adı altında daşqın suları vasitəsilə bulantı materiallarının gətirilməsi, subasarların yuyulması 
və  səthində  gətirilmiş materialların alüviy şəklində çökdürülməsi başa düşülür. Allüvial prosesin xarakterinə 
subasarın ayrı-ayrı hissələrinin çayın məcrasına münasibətdə vəziyyəti də təsir göstərir. 
Subasar ərazisi məcradan uzaqlığına görə üç hissəyə bölünür: məcraqırağı, mərkəzi və terrasqırağı. Onlar 
allüvial çöküntülərin tərkibinə, relyefinə, hidroloji şəraitinə, bitki və torpaq örtüyünə görə fərqlənir. 
Allüviyin qranulometrik tərkibi subasarda daşqın sularının sürətindən asılıdır: suyun sürəti artdıqca 
çökdürülmüş hissəciklərin ölçüləri böyük olacaqdır. Sürət azaldıqca xırda hissəciklərin çökdürülməsi artacaqdır. 
Məcradan subasarın dərinliyinə doğru axının sürəti azalır. Bununla əlaqədar allüviyin xarakterinə subasarın bu 
və ya digər hissəsinin məcradan uzaqlığı da təsir göstərir. Məcradan subasara keçiddə  axının sürəti kəskin 
şəkildə aşağı düşür ki, bu da subasarın məcraqırağı hissəsində böyük miqdarda asma gətirmələrin, ilk növbədə 
qum hissəciklərinin çökməsinə səbəb olur. 
Subasarın daşqın sularının sürətinin zəif və subasma müddətinin uzun olduğu mərkəzi və terrasqırağı 
hissəsində tozvari və lil hissəciklərindən ibarət alüviyin çökdürülməsi müşahidə edilir. Alllüvial çöküntülərin 
çökdürülməsində bu cür qanunauyğunluq subasarın ayr-ayrı hissələrinin qranulometrik tərkibini müəyyən edir. 
Məcradan uzaqlaşdıqca allüvial torpaqların qranulometrik tərkibi dəyişir, onlarda toz və lil hissəciklərinin 
miqdarı artır, qum hissəciklərinin miqdarı isə azalır (cədvəl 129). 
  
Cədvəl 129 
 
Orta Donda allüvial torpaqların qranulometrik tərkibi 
 
Dərinlik, 
sm 
Qranulometrik elementlərin ölçüləri (mm) və onların miqdarı, 

1-0,25 
0,25-
0,05 
0,05-
0,01 
0,01-
0,005 
0,005-
0,001 

0,001 
<0,01 
 
1  2 3 4 5 6 7 8 
Allüvial-çəmən (məcraqırağı hissə) 
0-10  4,2  26,8 31,2 14,9 10,4 12,5 37,8 
20-30  5,4 35,3 33,8 10,8 3,2 11,5 25,5 
40-50  12,4 16,5 41,8  9,1  6,9  13,3 29,3 
100-110 17,0 19,9 36,4  5,3  6,0  16,4 27,7 
Allüvial-çəmən (məcradan 600 m aralı) 
0-20  0,3  7,9 42,2 8,8 15,3 25,5 49,6 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə