Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə34/190
tarix11.04.2018
ölçüsü22,9 Kb.
#36900
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   190

 
67
görə verilir.  
Nəzərə almaq lazımdır ki, təsnifat torpaqların genetik təbiəti, onların gil fraksiyalarının aqreqatlaşma 
xassəsi (bu da humusun miqdarından, mübadilə olunan kationların tərkibindən, mineraloji tərkibdən asılıdır) 
nəzərə alınmaqla tərtib edilmişdir. Bu qabiliyyət nə qədər yüksək olarsa, fiziki gilin bərabər miqdarında gillilik 
xassəsi özünü bir o qədər zəif göstərər. Ona görə  də bozqır, qırmızı  və sarı torpaqlar daha yüksək strukturlu 
olmalarına baxmayaraq, fiziki gilin böyük miqdarına görə ağır torpaqlar kateqoriyasına aid edilir. Cədvəl 13-
dən göründüyü kimi, N.A.Kaçinskinin təsnifatında bozqır torpaqları (məsələn, qaratorpaq) tərkibində 60-75 %, 
podzollu torpaqlar tərkibində 50-65%, şorakətlər isə  tərkibində 40-50% fiziki gil olanda gilli torpaqlar 
kateqoriyasına aid edilir. 
Azərbaycan torpaqlarının yerli xüsusiyytələri nəzərə alınmaqla qranulometrik tərkibinə görə 
dəqiqləşdirilmiş təsnifatı R.H.Məmmədov (1970) tərəfindən işlənmişdir (cədvəl 14). 
 
Cədvəl 14 
Azərbaycan torpaqlarının qranulometrik tərkibinin şkalası 
(R.H.Məmmədov) 
 
Fiziki gilin (< 0,01 mm) 
miqdarı, % 
Qranulometrik tərkibinə görə qısa adı 
< 10 
Qum 
10-20 Qumsal 
20-30 Yüngül 
gillicə 
30-40 Orta 
gillicə 
40-50 Ağır gillicə 
50-60 Yüngül 
gil 
60-70 Orta 
gil 
> 70 
Ağır gil 
 
§ 18. Qranulometrik tərkibin əhəmiyyəti 
 
Torpağın qranulometrik tərkibi torpaqəmələgəlmə prosesinə və torpaqlardan kənd təsərrüfatında istifadəyə 
böyük təsir göstərir. Torpaqda üzvi və mineral maddələrin çevrilməsi, qarışması və toplanması ilə bağlı bir sıra 
torpaqəmələgəlmə proseslərinin intensivliyi torpaq və torpaqəmələgətirən süxurların qranulometrik tərkibindən 
asılıdır. Nəticədə eyni təbii şəraitə, lakin müxtəlif  qranulometrik tərkiblərə malik süxurlar üzərində  müxtəlif 
xassələrə malik torpaqlar formalaşır. 
Torpağın qranulometrik tərkibi torpağın su-fiziki, fiziki-mexaniki, hava, istilik xassələrinə, oksidləşmə-
reduksiya  şəraitinə, udma qabiliyyətinə, torpaqda humusun, küli maddələrin və azotun toplanmasına  əsaslı 
şəkildə təsir göstərir. 
Torpağın qranulometrik tərkibindən asılı olaraq becərmə  şəraiti, tarla işlərinin vaxtı, gübrələmə norması, 
kənd təsərrüfatı bitkilərinin yerləşməsi dəyişir. 
Qumlu və qumsal torpaqlar asanlıqla becərildiyindən, qədimdən onları yüngül torpaqlar adlandırırlar. Bu 
torpaqlar yaxşı sukeçiricilik və əlverişli hava rejiminə malikdirlər, onlar tez qızırlar. Lakin onlar bir sıra mənfi 
xassələrə, ilk növbədə  aşağı  nəmlik tutumuna malikdirlər. Ona görə  də qumlu və qumsal torpaqlarda hətta 
rütubətli rayonlarda belə bitkilər su qıtlığından  əziyyət çəkir. Yüngül torpaqlarda humus və bitkinin qida 
elementləri azdır. Onlar aşağı uduculuq qabiliyyətinə malik olub, külək eroziyasına asanlıqla məruz qalırlar. 
Ağır gillicəli və gilli torpaqlar daha yüksək rabitəliliyi və  nəmlik tutumu ilə seçilirlər. Onlar qida 
elementləri ilə daha yaxşı təmin olunmuş və humusla daha zəngindirlər. Bu torpaqların becərilməsi böyük enerji 
sərfi tələb edir. Ona görə də bu torpaqlar ağır torpaqlar adlanır. 
Ağır struktursuz torpaqlar əlverişsiz fiziki və fiziki-mexaniki xassələrə malikdir. Onlar zəif sukeçiricilik 
qabiliyyətinə malikdirlər, asanlıqla şişir, qaysaq bağlayır, yüksək sıxlığı, yapışqanlığı, çox vaxt əlverişsiz hava 
və istilik rejimi ilə  fərqlənirlər. Bu cür torpaqlar qumlu və qumsal torpaqlar kimi kənd təsərrüfatı üçün 
əlverişsizdir. 
Struktursuz və  zəif strukturlu torpaqlar içərisində yüngül gillicəli və orta gillicəli torpaqlar bir qədər 
əlverişli xassələrə malikdir. 
Əlverişli struktura malik qaratorpaqların yayıldığı bozqır rayonlarda qranulometrik tərkibinə görə yaxşı 
nəmlik ehtiyatı yaratmaq qabiliyyəti olan ağır torpaqlar – ağırgillicəli və gilli torpaqlar daha münbit hesab 
olunur. 
Qeyri-qaratorpaq zonasının  şimal rayonlarında izafi nəmlik  şəraitində yüngül gillicəli torpaqlar daha 
əlverişli hesab olunur. Qranulometrik tərkibin qiymətləndirilməsi hər bir konkret halda kənd təsərrüfatı 
bitkilərinin bioloji xüsusiyyətləri, onların torpaq şəraitinə olan tələbi nəzərə alınmaqla dəqiqləşdirmə tələb edir. 


 
68
Məsələn, kartof və bir sıra tərəvəz bitkiləri üçün qumsal və yüngül gillicəli torpaqlar daha əlverişli hesab olunur. 
Torpağın qranulometrik tərkibi ana süxurdan torpağa keçən kifayət qədər sabit diaqnostik əlamət hesab 
olunur. Torpaqdan düzgün istifadə onun xassələrini yaxşılaşdırır. Struktursuz qumlu torpaqların xassələrinin 
əsaslı yaxşılaşdırmaq üçün onu gilliləşdirmək, gilli torpaqları isə yüksək gübrələmə fonunda qumlulaşdırmaq 
lazımdır. 
 
 
 
VI FƏSİL. TORPAĞIN ÜZVİ HİSSƏSİ 
 
Üzvi maddə  və onun transformasiyası torpaq və onun vacib xassə  və  əlamətlərinin formalaşmasında 
əhəmiyyətli rol oynayır. Üzvi maddələr bitkinin qidalanmasında,  torpağın əlverişli su-fiziki xassələrinin yaran-
masında, torpaq və biosferdə müxtəlif elementlərin miqrasiyasında iştirak edir. Torpaqda cərəyan edən bütün 
torpaq prosesləri üzvi maddənin bilavasitə və dolayısı iştirakı ilə baş verir.  
Torpağın üzvi maddəsinin bu xüsusiyyətləri ona qədimdən marağın yaranmasına səbəb olmuşdur. Üzvi 
maddənin torpağın münbitliyi ilə əlaqəsi hələ qədim sivilizasiyalar (Misir, Qədim Yunanıstan və s.) dövründə qədim 
əkinçilərin və  təbiət alimlərinin diqqətini cəlb etmişdi. Lakin torpağın üzvi maddəsinin elmi tədqiqinə XIX əsrin 
birinci yarısında (Şprengel – Almaniya, Berselius – İsveç, German – Rusiya, Mulder – Hollandiya) başlanmışdı. 
V.V.Dokuçayevin torpaq haqqında təlimi torpaqşünasların humusa olan marağını artırdı. Bu sahədə 
P.A.Kostıçevin mikroorqanizmlərin humus maddəsinin sintezində rolu ilə bağlı tədqiqatları xüsusi əhəmiyyətə 
malik idi. XX əsrin birinci yarısı humus maddəsinin kimyəvi təbiəti (V.R.Vilyams, S.Oden, A.A.Şmuk) və 
humus üçün spesifik olmayan birləşmələrin (O.Şrayner və E.Şori) öyrənilməsi ilə səciyyəvi olmuşdur. 
Humusun təbiəti haqqında orijinal konsepsiya Amerika mikrobioloqu S.Vaksman tərəfindən irəli 
sürülmüşdür. Tədqiqatçıya görə humus liqnin-zülal kompleksindən ibarətdir. 
Hazırda bir sıra xarici ölkələrin alimləri (İ.V.Tyurin, M.M.Kononova, L.N.Aleksandrova, V.V.Ponomoryova, 
D.S.Orlov,  İ.S.Kauriçev, V.Flayaq, F.Dyuşofer, M.Şnitser və başqaları) tərəfindən humusun tərkibi və xassələri 
öyrənilmiş, torpaqda üzvi maddənin humuslaşması  nəzəriyyəsi işlənmiş, humusun torpaqəmələgəlmədə  və 
münbitliyin formalaşmasında rolu tədqiq edilmişdir. 
 
§ 19. Torpaqda üzvi maddələrin mənbəyi və onun 
fraksiya-qrup tərkibi 
 
Torpaqda və biosferdə üzvi maddələrin ilkin mənbəyi  ilkin produsetlər  və ya avtotroflar,  yəni mineral 
birləşmələrdən üzvi maddələri sərbəst sintez etmək qabiliyyəti olan orqanizmlərdir. Yerüstü ekosistemlərdə 
ilkin məhsulun əsas hissəsini yaşıl bitkilər istehsal edir. 
Torpağa təkcə ölmüş bitkilərin qalıqları (ilkin üzvi maddə) deyil, onların mikrobioloji transformasiyasının 
məhsulları, həmçinin heyvan qalıqları da (törəmə üzvi maddə) daxil olur. Müxtəlif yerüstü ekosistemlərin ilkin 
məhsuldarlığı eyni deyildir və quru üzvi maddə  şəklində ildə 1-2 t/ha-dan (tundra) 30-35 t/ha-ya (rütubətli 
tropik meşələr) kimi dəyişir. Aqroekosistemlərdə torpağa ildə 2-3 t/ha-dan (cərgəarası əkilən bitkilər) 7-9 t/ha 
(çoxillik otlar) kimi bitki qalıqları daxil olur. Torpağa daxil olan bütün üzvi qalıqlar mikroorqanizmlər və torpaq 
faunasının nümayəndələri tərəfindən emala məruz qalır. Bu emalın son məhsulu  mineral birləşmələrdən 
ibarətdir.  
Torpağa daxil olan mikrobioloji mənşəyli törəmə üzvi qalıqların miqdarı ilkin məhsuldan bir neçə  dəfə 
azdır. Lakin bu göstərici bir ildə 1 t/ha-a çata bilər. Ölmüş torpaq faunasından torpağa daxil olan üzvi qalıqların 
miqdarı  əksər torpaqlarda ildə 100-200 kq/ha təşkil edir. Müxtəlif tip torpaqlarda daxil olmuş üzvi qalıqların 
torpaq profilində paylanması eyni deyildir. Meşə senozlarında ilkin məhsulun əsas hissəsi yerüstü çöküntülər, 
bozqır formasiyalarında isə ölmüş köklər vasitəsilə daxil olur. Bu da sonrakı  mərhələlərdə bitki qalıqlarının 
transformasiyasında və torpaqəmələgəlmədə əhəmiyyətli rol oynayır. Torpağa daxil olan üzvi qalıqların kimyəvi 
tərkibi əksər hallarda ölmüş orqanizmlərin tipindən asılıdır (cədvəl 15). 
 
Cədvəl 15 
Ali və ibtidai bitkilərin kimyəvi tərkibi 
 
 
Orqanizmlər 
Kül 
Zülal 
maddə- 
lər 
Karbohidratlar 
Liq-
nin 
Lipidlər, 
aşı 
maddə-
lər 
Sellü-
loza 
Hemi-
sellülo
za və 
başqa 
maddə


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə