Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə177/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   193

 
349
Cədvəl 122 
Boz torpaqların ümumi tərkibi 
 
Hori-
zont 
SiO
2
 Fe
2
O
3
 
Al
2
O

CaO MgO Na
2
O K
2
O SO

SiO
2
/
R
2
O
3
 
 
1 2 3 4  5  6  7 8 9 10 
Açıq boz 
A
 
66,18 5,90 13,61 1,89  2,97  1,87 2,91 0,06
6,5 
B

68,17 6,14 13,05 0,52  4,15  2,54 2,97 0,06
6,0 
B

67,94 5,76 14,50 0,75  2,87  1,72 2,66 0,06
6,4 
C 68,69 5,48 13,17 1,43 3,09 1,85 2,50 
0,05
7,0 
Tipik boz 
A
 
65,52 6,07 14,55 0,62  3,90  2,66 2,60 0,05
6,9 
B

66,12 6,37 13,51 0,62  4,38  2,18 2,68 0,05
6,4 
B

64,82 5,54 14,06 1,10  4,19  2,14 2,46 0,07
6,3 
C 66,14 5,76 14,27 0,07 4,75 1,77 2,68 
0,07
6,2 
Tünd boz 
A
 
64,84 6,07 14,09 1,90  3,12  2,10 2,65 0,06
6,1 
B

64,98 6,52 14,05 1,00  3,21  1,73 3,06 0,06
6,1 
B

63,45 6,35 15,03 1,39  2,99  1,67 3,05 0,06
5,7 
C 64,67 6,63 15,93 0,04 2,98 1,57 2,82 
0,17
5,5 
 
Açıq boz torpaqların A horizontunda humusun miqdarı 1-1,5%, nadir hallarda 2 - 2,3%, azot 0,08 - 0,14%, 
tipik boz torpaqlarda bu göstəricilər uyğun olaraq 1,5 - 3,5 və 0,1 - 0,2% -dir. 
Tünd boz torpaqların üst horizontunda humusun miqdarı 4-5%, azotun miqdarı isə 0,35-0,4% təşkil edir. Bu 
torpaqlarda humusun dərinlikdən asılı olaraq azalması açıq və tipik boz torpaqlardan fərqli olaraq tədricən baş 
verir. 
Açıq və tipik boz torpaqların humus tərkibində fulvoturşular üstünlük təşkil (C
ht
:C
ft
< 1). Tünd boz 
torpaqlarda humus fulvatlı-humatlı tərkiblidir. Çəmən-boz torpaqlarda ümumi humusluluğun artması ilə yanaşı, 
humusun tərkibinin də yaxşılaşması müşahidə edilir. Bu humusun tərkibində humin turşularının artmasında 
özünü göstərir. Açıq boz torpaqlarda humusun  torpaq profilinin bir metrlik qatında ehtiyatı 50-60 t/ha, tünd boz 
torpaqlarda isə 140-160 t/ha  təşkil edir. 
Boz torpaqlarda udma tutumu nisbətən aşağıdır. Bu da torpağın tərkibində mineral kolloidlərin və humusun 
azlığı ilə izah olunur. Udma tutumu açıq-boz torpaqların üst qatında 9-10 mq-ekv, tipik torpaqlarda 12-15 mq-
ekv, tünd torpaqlarda 18-20 mq-ekv təşkil edir. Udulmuş  əsasların 80-90%-i kalsiumun, 10-15%-i 
maqneziumun payına düşür. Boz torpaqlarda həmişə Na
+
  və  K
+
 kationları vardır (2-5 %).  Kalium kationu 
natrium kationundan adətən çox olur. 
Fiziki xassələri. Boz torpaqlar əlverişli fiziki xassələrə malikdir (cədvəl 123). Bu həmin torpaqların yüksək 
mikroaqreqatlığı və torpaq faunasının fəaliyyəti ilə izah olunur. Suvarma şəraitində torpaqların fiziki xassələri 
pisləşir: profilin sıxlığı artır və onun sukeçiriciliyi aşağı düşür. 
Cədvəl 123 
Boz torpaqların fiziki xassələri 
 
Horizont 
Bərk fa-
zanın 
sıxlığı,q/sm
3
 
Sıxlı
q, 
q/sm
3
 
Məsa-
məlik, %
Horizont
Bərk 
faza-
nın 
sıxlığ
ı, 
q/sm
3
Sıxlıq

q/sm
3
Məsa
-
məlik
, % 
Tipik boz 
Açıq boz 
A 2,72 
1,17 
57 A 
2,75 
1,35 
51 
A 2,72 
1,22 
55 A 
2,75 
1,45 
47 
B

2,74 1,20 56 
B

2,73 1,39  49 
B
2
 2,73 
1,21 
56 B
2
 2,71 
1,22 
55 


 
350
B

2,71 1,,25 54 
 
     
 
Torpaq örtüyünün strukturu. Boz torpaqlar zonasında torpaq örtüyünün strukturuna təsir edən əsas amil 
ərazinin geomorfoloji quruluşudur. Zona daxilində  aşağıdakı geomorfoloji yarımzonalar ayrılır: alçaq dağlıq, 
parçalanmış dağətəyi, dağətəyi düzənlik və çay vadiləri. 
Alçaq dağlıq  ərazilərdə elüvial-delüvial yuxa süxurlar üzərində tünd boz torpaqların müxtəlif qalınlıqlı, 
müxtəlif dərəcədə eroziyaya uğramış  və daşlıqlı, həmçinin səthə  çıxmış süxurların birgə yaratdıqları 
variasiyaları hakimdir. 
Parçalanmış dağətəyi  ərazilərdə  gətirmə konuslarının allüvial-prolüvial çöküntüləri üzərində profili daşlı 
olan tipik boz torpaqların birləşmələri
 
yayılmışdır. Burada konturların formaları  xətti və uzunsovdur. 
Birləşmələr və mozaikalar yelpik şəkillidir. 
Dağətəyi düzənliklərin yekcins və ya laylı lösabənzər süxurları üzərində şorlaşmamış və müxtəlif dərəcədə 
şorlaşmış açıq boz, çəmən-boz, çəmən torpaqlar və şoranlar birləşmələr yaratmışlar. 
Kənd təsərrüfatında istifadə. Boz torpaqlar zonası – pambıqçılığın əsas rayonudur. Pambıqla yanaşı, bu 
torpaqlarda bir sıra dəyərli kənd təsərrüfatı bitkiləri becərilir: düyü, şəkər çuğunduru, qarğıdalı, buğda, bostan 
bitkiləri və s. Bu zonada üzümçülük, bağçılıq və ipəkçilik geniş yayılmışdır. 
Zona  əkinçiliyinin  əsas xüsusiyyəti suvarmadır. Qeyd edildiyi kimi, boz torpaqların  əsas aqronomik 
xüsusiyyətləri onların az humusluluğu və bu səbəbdən də tərkinibdə azotun az olmasıdır. Humus və azotun bir 
qədər yüksək səviyyəsi tünd boz, çəmən-boz və  çəmən torpaqlarda müşahidə edilir. Ümumi azot və fosforun 
miqdarı kifayət qədərdir. Bu elementlərin mütəhərrik formalarının miqdarı müxtəlifdir və bu təkcə torpağın 
genetik xüsusiyyətlərindən deyil, gübrələmə və əkin dövriyyəsinin tətbiqindən də asılıdır. 
Suvarılan boz torpaqlar özünün yüksək bioloji fəallığı ilə  səciyyələnir. Açıq boz torpaqlar əlverişli 
aqrofiziki xassələri və aerasiyası sayəsində daha yüksək bioloji fəallığa malikdir.  
Suvarılan boz torpaqların və həmçinin onunla bir ərazidə yayılmış çəmən-boz, çəmən və başqa torpaqların 
aqronomik qiymətləndirlməsi aşağıdakı əlamətlər əsasında aparılır: torpağın genetik mənsubiyyəti; suvarmanın 
qədimliyi; mədəniləşmə  dərəcəsi; torpağın  şorlaşması  və eroziyaya məruz qalması; torpaqəmələgətirən 
süxurların genezisi, qranulometrik tərkibi və torpaq və süxurun sıxlığı; torpağın drenliyi. 
Suvarmanın qədimliyinə görə torpaqlar qədimdən suvarılan (vahə), suvarılan və yeni suvarılan torpaqlara 
ayrılır.  Ən yaxşı xassələrə  qədimdən suvarılan (vahə) torpaqlar malikdir: humus və qida elementlərinin daha 
çoxluğu, kök yayılan sahənin yekcins olması və s. Suvarılan torpaqlar qədimdən suvarılan torpaqlardan fərqli 
olaraq insanın təsərrüfat fəaliyyəti nəticəsində az dəyişikliklərə  məruz qalmışdır və  dəyişikliklər bir qayda 
olaraq,  əkin qatını  əhatə edir. Yeni suvarılan (< 10 il) torpaqlar daha az istehsal imkanlarına (humus və qida 
maddələrinin azlığı, bioloji fəallığın zəifliyi və s.) malikdir. 
Mədəniləşmə dərəcəsinə görə (humusun və NPK-nin miqdarına, bioloji fəallığına görə) torpaqlar zəif-, orta-
, və yüksək mədəniləşmiş torpaqlara bölünürlər. Sonuncu daha yaxşı xassələrə malikdir və ondan alınan 
məhsuldarlıq daha  yüksəkdir. 
Suvarma  şəraitində torpağın aqrofiziki xassələri (qranulometrik tərkibi, sıxlığı, məsaməliyi və s.) daha 
böyük əhəmiyyət kəsb edir. 
Qranulometrik tərkibinə görə lösabənzər gillicələr üzərində formalaşmış yüngül və orta gillicəli torpaqlar 
daha yaxşı torpaqlar hesab olunur. Bu torpaqların yüksək mikroaqreqatlılığı (0,25-0,01 mm) və tərkibində xeyli 
miqdarda iri toz hissəciklərinin (0,05-0,01 mm) olması sayəsində əlverişli kapilyar məsaməlik və aerasiya şəraiti 
yaranır. Bu cür quruluş torpağın yaxşı sututumunu və suvermə
 
qabiliyyətini müəyyən edir. Bütün bunlar kökün 
yayıldığı sahəyə qida maddələrinin və suyun daxil olmasını təmin edir. 
Gilli və ağırgillicəli torpaqlarda yüngül və orta gillicəli torpaqlarla müqayisədə münbitlik qiyməti 0,7-0,9, 
qumsalda 0,6-0,8, qumlu torpaqlarda 0,5- 0,6 təşkil edir. Torpağın daşlı olması da onun qiymətini aşağı salır. 
Sıxlığın göstəricisinə görə boz torpaqlarda sıxlığı 1,1-1,4 q/sm
3
 arasında dəyişən torpaqlar yaxşı, 1,6 q/sm
3

və ondan çox olanlar isə əlverişsiz hesab olunurlar. Optimal sıxlıq yaxşı məsaməliyi, sututumunu və aerasiyanı, 
suyun yüksək mütəhərrikliyini və onun tərkibində qida maddələrinin miqdarını  təyin edir. Yüksək sıxlıq bu 
göstəriciləri pisləşdirir və kənd təsərrüfatı bitkilərinin, ilk növbədə pambığın məhsuldarlığını aşağı salır. 
Şorlaşma suvarılan torpaqların keyfiyyətini və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını kəskin şəkildə 
aşağı salır; bu zaman tətbiq edilən gübrələrin iqtisadi səmərəliliyi də (orta və şiddətli şorlaşmış torpaqlarda 50-
75%) aşağı düşür. 
Torpaqların eroziyaya məruz qalmasının da boz torpaqların münbitliyinə təsiri vardır. Eroziya dərəcəsindən 
asılı olaraq, bu torpaqların münbitliyi 15-60% -ə kimi azala bilir. 
Zona torpaqlarının münbitliyinin yüksəldilməsinin  əsas tədbirləri aşağıdakılardır: düzgün suvarmanın 
təşkili; dərin  əkin qatının yaradılması; yonca-pambıq  əkin dövriyyəsinin tətbiqi, üzvi və mineral gübrələrin 
verilməsi, sideratların  əkilməsi vasitəsilə torpağın daim üzvi maddələr və qida elementləri ilə 
zənginləşdirilməsi; eroziya ilə mübarizə. 
 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə