Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə178/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   174   175   176   177   178   179   180   181   ...   193

 
351
XXXVIII FƏSİL. QURU SUBTROPİK BOZQIRLARIN,  
KSEROFİT MEŞƏ VƏ KOLLUQLARIN TORPAQLARI 
 
§ 110. Boz-qəhvəyi (şabalıdı)torpaqlar 
 
Boz-qəhvəyi (şabalıdı)  torpaqlar quru subtropik bozqırlar zonasında inkişaf etmişdir.  Əvvəllər 
Azərbaycanda və Gürcüstanda bu torpaqlar Şərqi Zaqafqaziya şabalıdı torpaqları kimi tanınırdı. Lakin bu 
torpaqlar xassə  və rejimlərinə, həmçinin kənd təsərrüfatı istifadəsinə görə  şimalda yerləşmiş  şabalıdı 
torpaqlardan fərqlənir. Bu torpaqlar Cənubi Qafqazda ilk dəfə A.N.Rozanov tərəfindən sərbəst torpaq tipi kimi 
ayrılmışdır. 
Genezisi. Boz-qəhvəyi (şabalıdı)  torpaqlar düzən, dağətəyi və alçaq dağlıq  ərazilərdə yayılmışdır. Onlar 
karbonatlı süxurlar üzərində kserofit ot və kol bitkiləri altında qısa rütubətli və mülayim qışı və uzun isti və quru 
yayı olan subtropik iqlim şəraitində formalaşmışlar. 10
0
C-dən yuxarı temperaturların cəmi bu torpaqların 
yayıldığı  ərazilərdə 4000-4200
0
C təşkil edir. İqlimin quruluğu (RƏ 0,2-0,5) üzvi qalıqların fəal 
minerallaşmasını təmin edir. Ona görə boz-qəhvəyi torpaqlar humusun azlığı ilə səciyyələnir. 
Yağıntıların nisbətən azlığı (220-500 mm) və yüksək temperaturların uzun müddət davam etməsi 
torpaqdaxili aşınmaya səbəb olur ki, nəticədə aşınmanın və torpaqəmələgəlmənin zəif həll olan məhsullarının 
torpaq profilində toplanmasına  şərait yaranır. Ona görə  də boz-qəhvəyi torpaqlar bir qayda olaraq torpaq 
profilinin orta hissəsində gilləşmişdir. 
Bu torpaqların humus horizontları boz rəngli olub üzərində qəhvəyi çalarlar vardır. Humusun miqdarı az, 
humus horizontları orta qalınlıqlı, humus horizontlarının aşağı hissəsində  və keçid horizontlarında qozvari –
topavari strukturluluq, illüvial karbonatlı horizontun aydın seçilməsi, torpağın səthindən başlayaraq kabonatlılıq 
bu torpaqlar üçün səciyyəvidir. 
Təsnifatı və əsas xassələri. Boz-qəhvəyi (şabalıdı) torpaqlar tipi daxilində üç torpaq yarımtipi ayrılır: tünd 
boz-qəhvəyi (şabalıdı), adi boz-qəhvəyi (şabalıdı) və açıq boz-qəhvəyi (şabalıdı). 
Tünd boz-qəhvəyi torpaqların üst horizontunda humusun miqdarı 3,0-4,5%-dir. Humus maddələrinin 
tərkibində humin turşuları fulvoturşulardan çoxdur. Bu torpaqlar humus horizontlarının (A+B
1
) qalınlığı ilə 
səciyyələnirlər (təqribən 50 sm). Profilin 60-80 sm dərinliyində karbonatlı horizont (B
k
) aydın seçilir. Suda həll 
olan duzların miqdarı 0,1%-dən çox deyildir. Üst horizontların reaksiyası zəif qələvidir (pH 7,7). Aşağıya doğru 
qələvilik tədricən artır. A horizontunda udma tutumu 100 qram torpaqda 30 m-ekv  təşkil edir. Əsasların 
tərkibində 70-75% kalsiumun, təqribən 15-20% maqneziumun və 5-6% natriumun payına düşür. Boz-qəhvəyi 
torpaqların profilinin orta hissəsi lil fraksiyalarının və biryarımlıq oksidlərin çox olması səbəbindən bir qədər 
sıxlaşmışdır (cədvəl 124). 
Adi boz-qəhvəyi (şabalıdı)  torpaqlar tünd boz-qəhvəyi (şabalıdı)  torpaqlardan fərqli olaraq humus 
horizontunun az qalınlığı (35-45 sm) ilə səciyyələnir. A horizontunda humusun miqdarı 2-3 %. Udma tutumu 
25-30 m-ekv-dir. 
Açıq boz-qəhvəyi (şabalıdı) torpaqlar nazik humus qatına malikdir. Burada humusun miqdarı 1,5-2% təşkil 
eidr. Profili genetik horizontlara zəif təbəqələşmişdir.  İlüvial karbonatlı horizontu da zəif ifadə olunmuşdur. 
Tünd və adi boz-qəhvəyi (şabalıdı) torpaqlardan fərqli olaraq onlarda su çəkiminin quru qalığı yüksəkdir. Bu da 
suda həll olan duzların çox olduğunu göstərir. Udma tutumu 100q torpaqda 20-25 m-ekv-dir. Mübadilə olunan 
əsaslar içərisində kalsium və maqnezium üstünlük təşkil edir. Natriumun miqdarı 5 -10% arasında dəyişir. Lakin 
şorakətvarilik boz-qəhvəyi (şabalıdı) torpaqlar üçün səciyyəvi əlamət deyildir.  
 
Cədvəl 124 
 
Tünd boz-qəhvəyi (şabalıdı) torpaqların kimyəvi tərkibi və 
fiziki-kimyəvi xassələri 
 
Horizontlar Humus,% 
pH, su 
çəkimi 
Ümumi tərkibi,% 
SiO
2
 
R
2
O
3
CaO MgO 
A

3,28 7,7 
62,13 
20,98 
6,37 
3,42 
A
1
 1,90 
7,8 
62,02 
23,02 
5,77 
1,86 
B

1,10 8,0 
60,24 
24,04 
5,53 
2,20 
B

0,71 8,3 
60,50 
24,57 
5,87 
2,20 
BC 0,46 
8,3 
60,74 
22,00 
5,40 
3,41 
C 0,30 
8,2 
62,69 
23,31 
5,34 
2,48 
 


 
352
Horizontlar 
Mübadilə olunan kationlar, 
m-ekv/100qr.torpaqda 
Quru 
qalıq,% 
Karbonatların 
CO
2
, %-lə 
Ca
2+ 
Mg
2+ 
Na
+
A

22,2 4,6 1,9 0,10 
0,9 
A
1
 25,9 
4,8 
2,1 
0,06  5,8 
B

23,9 4,8 2,0 0,11 
8,6 
B

20,4 4,8 2,0 0,07 
9,5 
BC 16,5 
4,6 
2,0 
0,11  6,5 
C 18,0 
4,9 
2,0 
0,,12  5,4 
 
Boz-qəhvəyi (şabalıdı)  torpaqlar aşağıdakı cinslərə bölünür: adi, şorakətvari,  şoranvari, gəcli və  çınqıllı. 
Boz-qəhvəyi torpaqların növlərə bölünməsinin  əsasında  şorakətləşmə  dərəcəsi və asan həll olan duzların 
yerləşmə dərinliyi durur. 
Kənd təsərrüfatında istifadə.  Quru subtropiklərin təbii  şəraiti burada bir çox kənd təsərrüfatı bitkilərini 
yetişdirməyə imkan verir. Burada dənli bitkilərlə yanaşı, üzüm, pambıq, heyva, əncir, nar, qoz və başqa 
subtropik bitkilər becərilir. Dəmyə  şəraitində bir çox kənd təsərrüfatı bitkilərinin məhsuldarlığı  aşağıdır. Ona 
görə də yüksək məhsuldarlığın əldə edilməsindən ötrü suvarma vacibdir. Boz-qəhvəyi torpaqlar azot və fosforun 
mütəhərrik formaları ilə pis təmin olunduğuna görə mineral gübrələrin tətbiqinə suvarma şəraitində böyük 
ehtiyac vardır. Azot və fosfor gübrələrinin səmərəsi çox, kalium gübrələrinin səmərəsi isə bir qədər azdır. Lakin 
qədimdən suvarılan torpaqlarda kalium gübrələrinin də  səmərəsi böyükdür. Bu torpaqlarda mikroelement 
gübrələrinin tətbiqinin də münbitliyə böyük təsiri vardır. Məsələn, bor və molibdenin tətbiqi pambığın, dəmir və 
manqanın tətbiqi isə üzümün məhsuldarlığını artırır. Üzvi və mineral gübrələrin birgə  tətbiqi boz-qəhvəyi 
(şabalıdı) torpaqlardan yüksək məhsul almağa təminat verir. 
 
§ 111. Qəhvəyi torpaqlar 
 
Qəhvəyi torpaqlar ilk dəfə S.A.Zaxarov tərəfindən Qafqazda təsvir edilmişdir. O, həmin torpaqları 
“qəhvəyi-meşə” torpaqları adlandırmışdır. Sonralar İ.P.Gerasimovun tədqiqatları  qəhvəyi-meşə torpaqlarını 
quru subtropik meşə və kolluqlar altında formalaşmış sərbəst tip kimi ayırmağa imkan vermişdir. 
Qəhvəyi torpaqlar həm dağətəyi, həm də dağlıq  ərazilərdə yayılmışdır. Onların formalaşdığı temperatur 
şəraiti boz-qəhvəyi torpaqlarda olduğu kimidir. Lakin bu torpaqlar nəmliklə daha yaxşı  təmin olunmuşlar. 
Yağıntılar bu zonada əsasən payız-qış-yaz dövründə düşür. Yay vaxtı bura həddən artıq qurudur. Qəhvəyi 
torpaqlar  əsasən karbonatlı süxurlar üzərində formalaşmışdır. Bitki örtüyü palıd, vələs, fıstıq, ağcaqayın, qoz, 
mevyə ağaclarından və kollardan ibarət kserofit meşələrdən təşkil olunmuşdur. 
Qəhvəyi torpaqların torpaq profilinin quruluşu aşağıdakı kimidir: A
(k)
+B
tk
 – BC (BC
k
) – C
k
. Diaqnostik 
əlamətləri: topraq profilinin böyük qalınlığı (dağ rayonlarından başqa) – 1,5-2 m; tünd boz-qəhvəyi rəngli 
humus qatının qalınlığı (60-70 sm)  və humusla (4-6 %) zənginliyi; humusun fulvatlı-humatlı tərkibi (C
ht
:C
ft
 > 
1), torpaq profilinin yüksək gilləşməsi;  əlverişli fiziki-kimyəvi xassələri – yüksək udma tutumu (üst 
horizontlarda 30-45 m-ekv, alt horizontlarda 20-25 m-ekv), üst horizontların neytrala yaxın və karbonatlı 
horizontların qələvi reaksiyası,  əsaslarla tam doyması; humuslu horizontların yaxşı strukturluluğu və bununla 
əlaqədar əlverişli fiziki xassələri; profildə karbonatların olması. 
Qəhvəyi torpaqların genetik xüsusiyyətləri quru subtropik meşələrdə  təşəkkül tapmış maddələrin bioloji 
dövran  şəraiti ilə  sıx bağlıdır. Onun ən vacib cəhətləri quru subtropik  bozqırların ot (yovşanlı-taxlllı) 
bitkilərindən fərqli olaraq meşələrin yüksək məhsuldarlığı, palıd və fıstıq meşələrinin bitki qalıqlarının yüksək 
küllülüyü, külün tərkibində humus maddələrinin turş  məhlulunu (meşə döşənəyinin parçalanması  nəticəsində 
yaranan) neytrallaşdıran çoxlu miqdarda qələvi-torpaq əsasların və biryarımlıq oksidlərin olmasıdır. 
Boz-qəvhəvi (şabalıdı)  torpaqlardan fərqli olaraq  qəhvəyi torpaqlarda topraq profilinin orta hissəsində 
gilləşmə əlamətləri daha yaxşı görünür. 
Qəhvəyi torpaqlar üç yarımtipə bölünür: 
yuyulmuş  qəhvəyi torpaqlar – qaynama torpaq profilinin 80-100 sm dərinliyində baş verir, daha çox 
rütubətlənmiş (RƏ 0,75-0,90) ərazilərdə yayılmışdır; 
tipik qəhvəyi torpaqlar – qaynama metamorfik horizontda baş verir; 
karbonatlı  qəhvəyi torpaqlar – torpaq profilinin başdan-başa karbonatlığı  və metamorfik horizontun 
gilləşməsi ilə səciyyələnir; zonanın bir qədər arid hissələrində (RƏ 0,5-0,6) yayılmışdır. 
Qəhvəyi torpaqlar aşağıdakı cinslərə bölünür: adi, qırmızımtıl, şorakətvari, şoranvari, bozqırlaşmış. 
Növlərin ayrılması üst horizontda humusun miqdarına görə aparılır – zəif humuslaşmış (xam torpaqlarda 
<4%, əkin altında <2,5%), az humuslu (uyğun olaraq 4 - 6 və 2,5 - 4%) və orta humuslu ( xam torpaqlarda >6 və 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   174   175   176   177   178   179   180   181   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə