Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə181/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   177   178   179   180   181   182   183   184   ...   193

 
357
Bu torpaqlarda üzvi gübrələrin (peyin, kompost, sederatlar və s.)  tətbiqinin daha böyük səmərəsi vardır. 
Üzvi gübrələr qırmızı torpaqların mədəniləşdirilməsini sürətləndirir. 
Rütubətli subtropiklər zonası çay bitkisinin yetişdirilməsindən ötrü daha əlverişlidir. Bu, zonanın əlverişli 
hidrotermik və torpaq rejimi ilə izah olunur. Qırmızı  və sarı torpaqların turş reaksiyası,  əsaslarla doymaması 
məhz bu cür şəraitdə inkişaf edən çay kollarının məhsuldarlığına müsbət təsir göstərir. Qələvi mühitdə çay 
kolları məhv olur. 
Çay kolundan fərqli olaraq sitrus bitkiləri üçün torpaq məhlulunun neytral və zəif turş mühiti əlverişli hesab 
olunur. 
 
XL FƏSİL. DAĞLIQ VİLAYƏTLƏRİN TORPAQLARI 
 
Yer kürəsinin quru hissəsinin böyük sahələri dağlıq ölkələrin payına düşür. Rusiya, Ukrayna, Mərzəsi 
Asiya, Baltikyanı ölkələr, Cənubi Qafqaz Respublikaları, Moldova və Belarusun ümumi sahəsinin 28,8%-i 
dağlıq ərazilərin payına düşür. Bu da həmin ərazilərdə iri dağ sistemlərinin – Karpat, Krım, Qafqaz, Ural, Şərqi 
və Cənubi Sibir dağlarının olması ilə əlaqədardır. 
Dağlıq  ərazilərdə dağların yaranması  və paylanması V.V.Dokuçayevin müəyyən etdiyi  şaquli zonallıq 
qanununa tabedir. Şaquli zonallıq qanunu ərazinin hündürlüyündən asılı olaraq iqlimin və bitki örtüyünün 
dəyişməsi ilə əlaqədardır, torpaqların bir-birini əvəz etməsinə əsaslanır. 
Düzən ərazilərdə olduğu kimi dağlıq  ərazilərdə də torpaqlar qurşaqlıqlar şəklində yerləşmişdir. Lakin elə 
hallar olur ki, hüdürlükdən asılı olaraq torpaqların bir-birini ardıcıl əvəz etməsi qaydası pozulur. Torpaqların əks 
istiqamətdə  və ya “qaydasız” düzümü torpaq zonalarının  inversiyası adlanır. Bəzi hallarda bir torpaq zonası 
digər zonanın içərilərinə (çay dərələri və ya yamaclar vasitəsilə) daxil olur. Bir zonanın digər zona ilə bu 
formada yerini dəyişməsi torpaq zonalarının  miqrasiyası adlanır. Nəhayət, bir sıra dağlıq ölkələrdə torpaq 
zonalarının normal sırası sistemində ayrı-ayrı torpaq zonaları yerindən düşmüş olur. Bu hadisəyə zonaların 
interferensiyası deyirlər. 
Torpaqəmələgəlmə  şəraiti.  Dağlıq ölkələrdə torpaqəmələgəlmənin təbii  şəraiti özünün müxtəlifliyi ilə 
fərqlənir. 
İqlimi. Dağ vilayətlərinin iqlimi düzən  ərazilərlə müqayisədə illlik temperaturun bir qədər aşağı olması, 
yağıntıların çoxluğu, havanın nəmliyinin yüksək olması  və günəş radiasiyasının çoxluğu ilə  səciyyələnir. 
Müəyyən olunub ki, hər 100 m yüksəklikdə havanın orta temperaturu 0,5
0
C aşağı düşür. Eyni zamanda 
yağıntıların miqdarı artır ( müəyyən hündürlüyə kimi), insolyasiya şəraiti dəyişir. Dağ iqlimi düzən ərazilərin 
iqlimindən fərqli sutkalıq və fəsli ritmə malikdir. 
Relyefi. Dağlıq ölkələrin relyefi mürəkkəbdir. Torpaqəmələgəlmə relyefin kəskin parçalandığı bir şəraitdə 
cərəyan edir. Nəticədə torpaq örtüyünün olduqca mürəkkəb, rənagarəng örtüyü yaranır. Relyef burada aşınma və 
torpaqəmələgəlmə  məhsullarının paylanmasına, həmçinin eroziya proseslərinin inkişafına böyük təsir göstərir. 
Dağlıq rayonlarda torpaqların istilik və su rejiminin formalaşmasında yamacların baxarlığının böyük təsiri 
vardır. 
Dağlıq ölkələrdə torpaq örtüyünün xüsusiyyətləri solyar (günəş) və külək yamaclarından çox asılıdır. 
Cənuba baxan yamaclar şimalla müqayisədə isti və quru olur. İstilik və su rejimlərindəki fərqlər bitki və 
torpaq örtüyünün xarakterinə  təsir göstərir. Lakin solyar yamac bütün dağ sistemlərində eyni dərəcədə  təsir 
göstərmir. Çox rütubətli və ya çox quru rayonlarda yerləşmiş dağ sistemlərində yamacın təsiri zəifləyir. 
Yamacın quru və ya rütubətli, soyuq və ya isti hava axınlarına baxarlığının (külək yamacı) torpaq örtüyünün 
xarakterinə böyük təsiri vardır. 
Torpaqəmələgətirən süxurlar. Dağlıq rayonlarda torpaqəmələgətirən süxurlar yaşına, tərkibinə  və 
mənşəyinə görə olduqca rəngarəngdir. Üçüncü və  təbaşir dövrünün çöküntüləri, həmçinin maqmatik mənşəli 
süxurlar geniş yayılmışdır. Dağlararası çökəkliklərdə dördüncü dövrün müxtəlif qalınlıqlı  və qranulometrik 
tərkibli çöküntüləri toplanmışdır. 
Bitki örtüyü. Dağlıq ölkələrdə bitki örtüyünün xarakteri yağıntıların miqdarı  və temperatur rejimi ilə 
müəyyən olunur. Bu amillər də bitki örtüyünün qurşaqlığını müəyyən edir. Müxtəlif yüksəkliklərdə  və 
yamaclarda biohidrotermik şəraitin dəyişməsi müxtəlif tip torpaqların formalaşmasına gətirib çıxarır. 
Genezisi. Dağlıq ölkələrdə torpaqəmələgəlmənin spesifik xüsusiyyətləri vardır. Bu dağ torpaqlarının 
yamaclarda yerləşməsi ilə əlaqədardır. Səth axınları sayəsində onlar yüksək kseromorfizmilə seçilirlər. Burada 
torpaqdaxili axınların və səth yuyulmalarının hesabına maddələrin yan axınları daha səciyyəvidir. Dağ torpaqlar 
üçün həmçinin torpaq örtüyünün təbii denudasiyası hesabına fasiləsinin təzələnməsi və onların  əsasən yuxa 
elüvial-delüvial çöküntülər üzərində inkişaf etməsi səciyyəvidir. 
Təsnifatı. Dağ torpaqlarının təsnifatı ilə bağlı iki nöqteyi-nəzər mövcuddur. Bitrinciyə görə, bütün dağ 
torpaqları düzən analoqlarından fərqli sərbəst torpaq tipi kimi götürülür. İkinci nöqteyi-nəzərə görə, sərbəst tip 
kimi düzənlikdə analoqu olmayan orijinal torpaqlar götürülür. Bu torpaqlara dağ-çəmən, dağ  çəmən-qara 
torpağabənzər və dağ çəmən-bozqır torpaqları aid edilir. Düzənlikdə analoqu olan qalan torpaqlara isə vahid tip 


 
358
kimi baxılır. 
Bundan başqa relyef şəraitinə, demək, istifadə imkanlarına görə dağ torpaqları 3 qrupa bölünür: 
dağ-yamac torpaqları, meylliyi 10
0
-dən yuxarı olan yamaclarda formalaşır, bu halda tipin adının əvvəlinə 
“dağ” sözü əlavə olunur (məsələn, dağ podzol torpağı və s.); 
dağlıq-düzən  torpaqları, dağlıq  ərazilərdə nisbətən hamarlanmış, meylliyi 10
0
-dən yuxarı olmayan 
sahələrdə formalaşmışdır və qismən kənd təsərrüfatında istifadə edilir (məsələn, dağlı-düzən yuyulmuş 
qaratorpaq); 
dağarası-düzənlik və dağ-vadi torpaqları düzənlik və meyilliyi 4-5
0
 yuxarı olmayan yamaclarda ( çay 
terraslarında, delüvial şleyflərdə  və s.) inkişaf etmişdir. Qeyd etmək lazımdır ki, bütün dağ torpaqları üçün 
düzən torpaqları ilə müqayisədə torpaq profilinin yuxalığı və daşlılıq səciyyəvidir. 
Aşağıda dağ vilayətlərinin orijinal torpaqlarının – dağ-çəmən və dağ  çəmən-bozqır torpaqların  ətraflı 
səciyyəsi verilir. 
 
§ 114. Şaquli qurşaqlığın əsas qanunauyğunluqları və ayrı-ayrı dağlıq vilayətlərin torpaqları 
 
Şaquli qurşaqlığın xarakteri dağlıq ölkənin mövqeyi ilə, yəni onun hansı bioiqlim qurşağında (enlik zonası) 
yerləşməsi ilə müəyyən olunur. Qurşaqlığın aşağıdakı siniflərini fərqləndirirlər: qütb, boreal, subboreal və 
subtropik (V.M.Fridland). 
Qurşaqlığın qütb sinfində dağ tundra torpaqları hakimdir. Boreal sinfin tayqa zonasında  iki qurşaq – dağ-
podzol və dağ-tundra ayrılır. 
Boreal qurşağın bozqır və meşə-bozqır zonalarında dağ-şabalıdı, dağ qaratorpaq və boz dağ-meşə torpaqları 
formalaşmışdır. Bu qurşaqda dağ-qonur- meşə və dağ-çəmən torpaqları da yayılmışdır. 
Subboreal sinifdə borealdan fərqli olaraq yuxarı meşəsiz qurşaqda dağ-çəmən torpaqları üstünlük təşkil 
edir, dağ-tundra torpaqlarına nadir hallarda təsadüf olunur. Bu sinfin meşə qurşağında aparıcı yer qonur meşə və 
dağ-podzol torpaqlara məxsusdur. 
Subtropik sinif qurşaqlığının quru subtropiklər zonası dağ boz və ya qəhvəyi torpaqlar, aşağı qurşağın 
rütubətli subtropiklər zonası isə qırmızı və sarı torpaqlarla təmsil olunmuşdur. 
Şaquli zonallığın müxtəlif tiplərində torpaq örtüyünün qısa səciyyəsini nəzərdən keçirək. 
Qafqaz dağları. Dağ sistemləri müxtəlif enlik zonalarında yerləşmişdir. Onlar müxtəlif uzunluğa və 
yamacların baxarlılığına malikdir. Ona görə  də  şaquli qurşaqlıq hər bir halda öz qanunauyğunluğuna tabedir. 
Torpaqların  şaquli zonallığı  həmin dağlıq  əraziyə yaxın olan enlik zonal tipi ilə başlayır.  Şaquli zonallıq 
Qafqazın şimal yamacında özünü daha dolğun göstərir. Burada dağların zirvəsinə doğru demək olar ki, düzən 
ərazidə təsadüf olunan bütün zonalar təmsil olunmuşdur. 
Xəzər dənizi tərəfdən  yarımsəhra zonasının boz torpaqlarını Qafqazın dağətəyi hissəsində dağ-bozqır 
qurşağının onun üçün səciyyəvi olan dağ  şabalıdı  və qara torpaqları  əvəz edir. Dəniz səviyyəsindən 300 m 
hündürlükdə dağ-meşə qurşağı başlayır. Bu qurşaq da öz növbəsində ağacların tərkibindən asılı olaraq zolaqlara 
ayrılımışdır. Dəniz səviyyəsindən 300-800 m hündürlükdə enliyarpaq meşələr və onların altında boz meşə 
torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 800-1200 m hündürlükdə  fıstıq meşələri altında qonur dağ-meşə 
torpaqları yayılmışdır. Dəniz səviyyəsindən 1200-1800 m yüksəklikdə iynəyarpaq meşələr və onların altında 
podzol torpaqlar formalaşmışdır. Yüksək dağlığın 1800-2800 m yüksəkliyində  subalp qurşağı, 2800-3500 m 
yüksəklikdə isə dağ-çəmən torpaqlardan ibarət alp çəmənləri qurşağı yayılmışdır. Dəniz səviyyəsindən 3500 m 
yüksəklikdə əbədi qar və buzlaqlar qurşağı yerləşmişdir. 
Qara dəniz tərəfdən  şaquli qurşaqlıq rütubətli subtropik meşələr altında formalaşmış  qırmızı  və sarı 
torpaqlar zonası ilə başlayır. Yüksəklikdən asılı olaraq onu qonur meşə torpaqları əvəz edir. 
Şərqi Karpat.  Şərqi Karpatın dağ rayonlarında torpaqəmələgəlmə mülayim rütubətli iqlim şəraitində 
cərəyan edir. Burada enliyarpaq meşələr altında  qonur dağ meşə torpaqları  formalaşmışdır. Qonur dağ-meşə 
torpaqları Şərqi Karpatda torpaq örtüyünün əsas fonunu təşkil edir. Lakin bir qədər hündürlükdə iynəyarpaqlı 
meşələr altında dağ-podzol torpaqlar yayılmışdır. Meşə qurşağından yuxarıda (1800-2000 m) ayrı-ayrı massivlər 
şəklində dağ-çəmən torpaqları formalaşmışdır. 
Krım dağları. Krımın dağ rayonlarında torpaqəmələgəlmə şəraiti olduqca müxtəlifdir. Şimal yamaclarında 
meşə-bozqır qurşağında dağ qara torpaqlar inkişaf etmişdir. Meşə qurşağında fıstıq meşələri altında qonur dağ 
meşələri yayılmışdır və 1100-1300 m hündürlükdə onları  çəmən bitkiləri altında  dağ-çəmən torpaqları  əvəz 
edir. 
Krım dağlarının cənub yamacları torpaqəmələgəlmə  şəraitinə görə  şimal yamaclarından kəskin  şəkildə 
fəqlənir. İqlimin burada yayı quru, qışı rütubətli Aralıq dənizi tipi yayılmışdır. Dağların ən hündür hissəsində 
dağ-çəmən torpaqları formalaşmışdır. Orta qurşaqda (300-1100-1300 m) dağlıq Krımın  əsas sahəsini tutan 
enliyarpaq meşələr altında  qonur dağ-meşə torpaqları hakimdir. Aşağı qurşaq kserofit flora ilə  təmsil 
olunmuşdur. Burada qonur dağ-meşə torpaqları ilə yanaşı qəhvəyi və qırmızımtıl torpaqlar formalaşmışdır. 
Ural dağları. Uzunluq dairəsi boyunca Ural dağlarının şimaldan cənuba doğru böyük məsafədə uzanması 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   177   178   179   180   181   182   183   184   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə