Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə179/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   175   176   177   178   179   180   181   182   ...   193

 
353
əkin altında >4%). Növlərə ayrılma, bundan başqa daşlılıq və  şorakətləşmə  dərəcəsinə (zəif, orta və  şiddətli 
şorakətləşmiş) görə də aparılır. 
Qəhvəyi torpaqlar yüksək münbitliyi ilə seçilir və onlardan bir sıra istilik sevən kənd təsərrüfatı bitkilərini 
(üzüm, meyvə bitkiləri və s.) yetişdirməkdən ötrü istifadə edilir. 
 
XXXIX FƏSİL. RÜTUBƏTLİ SUBTROPİK MEŞƏLƏRİN 
TORPAQLARI 
 
Rütubətli subtropiklər üçün səciyyəvi torpaqlar – qırmızı, sarı, subtropik podzol (podzollu-sarı) 
torpaqlardır. Ərazinin müəyyən hissəsi bataqlıqlarla örtülüdür. Rütubətli subtropik torpaqlar Cənubi Qafqazda, 
Azərbaycan (Lənkəran-Astara zonasında) və Gürcüstan (Qara dəniz sahilləri) ərazilərində yayılmışdır. Hər iki 
respublikada rütubətli subtropik torpaqların ümumi sahəsi 0,6 mln.ha təşkil edir. 
İqlimi. Rütubətli subtropiklərin torpaqları rütubətli və isti iqlim şəraitində formalaşır.  İllik yağıntıların 
miqdarı 1000-2500 mm arasında tərəddüd edir. Payız-qış yağıntıları daha çox üstünlük təşkil edir. Havanın orta 
nisbi nəmliyi çox yüksəkdir (75-80%). 
Rütubətli subtropiklər uzun isti yayı və qısa mülayim qışı ilə fərqlənir. Havanın orta illik temperaturu 13-
15
0
C, iyulun orta temperaturu 21-23
0
C, yanvarın orta temperaturu isə 5-7
0
C-dir. 10
0
C-dən yüksək 
temperaturların cəmi təqribən 3000-4000
0
C, vegetasiya dövrünün uzunluğu isə 240-250 gündür. 
Relyef. Qırmızı və sarı torpaqlar parçalanmış pelyef şəraitində, əsasən təpəli dağətəyi və hündürlüyü 600 
m-dən çox olmayan alçaq dağlıq  ərazilərdə inkişaf etmişdir. Qara dəniz sahillərində  qırmızı torpaqlar Acar 
silsiləsinin dəniz səviyyəsindən 40 m hündürlükdən 250-400 m hündürlüyə kimi hissəsində yayılmışdır. 
Podzollu-sarı torpaqlar hamarlanmış və ya zəif dalğavari qədim akkumulyativ terraslar üzərində formalaşmışdır. 
Rütubətli subtropiklərdə relyefin güclü parçalanması istilik və  nəmliyin paylanmasına təsir göstərir, meyilli 
yamaclarda eroziya proseslərinin inkişafını  və çökəkliklərdə izafi nəmliyin toplanmasını (bataqlıqlaşmanı)  
şərtləndirir. Bütün bu amillər torpaq və bitki örtüyünün rəngarəngliyinə gətirib çıxarır. 
Torpaqəmələgətirən süxurlar. Rütubətli subtropiklərdə daha geniş yayılmış torpaqəmələgətirən süxurlar 
püskürmə (vulkanik) mənşəli dağ süxurlarının aşınma məhsullarıdır: andezit, bazalt, tuf, qumlu-gilli şistlər və s. 
Daha aşağı  ərazilərdə torpaqəmələgətirən süxurlar kimi allüvial və delüvial-prolüvial gilli-qumlu və  çınqıllı 
süxurlar çıxış edir. 
İsti və rütubətli iqlim şəraitində dağ süxurları intensiv aşınmaya məruz qalır və bu aşınma prosesi dərin 
qatları  əhatə edir. Aşınma qatı kimyəvi tərkibinə görə  də  dəyişikliklərə  uğrayır. Silisium, qələvi  və  qələvi-
torpaq əsaslarının azalması və alüminium və dəmir oksidlərinin nisbi artması baş verir. Qırmızı torpaqlar qalın 
(10-12 m) qırmızı rəngli aşınma qatı üzərində, sarı torpaqlar isə bir qədər az qalınlıqlı turş gilli şistli süxurlar 
üzərində formalaşırlar. Sarı torpaqlar üçün qırmızı torpaqlardan fərqli olaraq silisiumun, əsasların bir qədər çox 
olması, dəmir və alüminiumun azlığı  səciyyəvidir. 
Bitki örtüyü. Yağıntıların və istiliyin çoxluğu təbii və  mədəni bitkilərin tez böyüməsinə  və inkişafına 
kömək edir. Ağac bitkiləri Kolxida (Gürcüstan) və Hirkan (Azərbaycan) tipli meşələrdən ibarətdir. Meşələr 
palıd, vələs, fıstıq,  şabalıd, dəmirağacı  və başqa enliyarpaq ağac və kol bitkilərindən, o cümlədən ağacları 
əhatələyən lianlardan ibarətdir. Ağacların altında bəzən ayıdöşəyi kolları xüsusi yarus əmələ gətirir. 
 
§ 112. Qırmızı torpaqlar 
 
Genezisi.  Tipik qırmızı torpaqların profili aşağıdakı quruluşa malikdir: A
o
- ayıdöşəyi və  ağac yarpaqlarının 
yarıparçalanmış qalıqlarından ibarət çim və ya meşə döşənəyi qatı, qalınlığı 3-4 sm; A
1
- humuslu horizont, bozumtul-
tünd-qəhvəyi, topavari-dənəvər, ağır gillicəli və ya gillidir, çoxlu miqdarda ayıdöşəyi kollarının kökləri ilə örtülmüşdür, 
qalınlığı 20-25 sm; B – keçid horizontu, yarımhorizontlara – B
1
, B
2
 bölünür; B
1
 – bozumtul-qırmızı rəngli, topavari 
strukturlu, ağır gillicəli və ya gillicəli, sıxlaşmış; B
2
 – qonur-qırmızı  rəngli, qara və açıq-sarı  ləkəli, daha çox sıx, 
topavari strukturlu, ağır gillicəli və gilli qranulometrik tərkibli. B horizontunun qalınlığı 35-45 sm və daha çox olur (70-
80 sm); C- torpaqəmələgətirən süxur, qırmızı rəngli, tərkibində çoxlu miqdarda qara dəmirli-manqanlı konkresiyalar və 
silisiumun açıq-sarı ləkələri, qozvari-topavari strukturlu, ağır gillicəli, sıx. 
Rütubətli subtropiklərin torpaq örtüyü ilk dəfə A.İ.Krasnov (1893) və V.V.Dokuçayev (1898) tərəfindən 
tədqiq edilmişdir. Sonralar qırmızı  və sarı torpaqlar V.R.Vilyams, S.A.Zaxarov, B.B.Polınov, K.D.Qlinka, 
M.N.Sabaşvili, R.V.Kovalyov, B.İ.Həsənov, S.Z.Məmmədova və başqa tədqiqatçılar tərəfindən öyrənilmişdir. 
Tədqiqatların ilk mərhələrində qırmızı torpaqlar laterit torpaqlara aid edilirdi. 
B.B.Polınov, İ.P.Gerasimov və başqalarına görə qırmızı rəngli aşınma qatıının formalaşması ilk mərhələdə 
qələvi mühitdə getmişdir. Bu zaman silisiumun aparılması  və biryarımlıq oksudlərin toplanması baş verirdi. 
Qırmızı aşnma qatı kimyəvi və mineraloji tərkibinə görə sialitli-ferritli xarakterə malikdir. 


 
354
K.D.Qlinka qırmızı  aşınma qatı üzərində inkişaf edən torpaqları rütubətli 
subtropiklərin qırmızı torpaqları adlandırmış  və onlar üçün podzollaşmanı  səciyyəvi 
proses hesab etmişdir. 
Sonrakı  tədqiqatlar qırmızı  aşınma qatı üzərində formalaşmış  qırmızı torpaqlarda 
biryarımlıq oksidlərin paylanmasında podzollaşma prosesi üçün səciyyəvi olan cəhətlərin 
olduğunu sübut etdi. Qırmızı torpaqların müasir inkişaf mərhələsində kalsiumun sürətlə, 
maqnezium və silisiumun az sürətlə yuyulması, biryarımlıq oksidlərin isə əksinə torpaqda 
bərkiməsi müşahidə edilir. 
Qırmızı torpaqlarda torpaqəmələgəlmənin səciyyəvi cəhəti – torpağın mineral 
hissəsinin davam etməkdə olan allitləşməsidir. Rütubətli subtropik zonada 
torpaqəmələgəlmə podzollaşma prosesi üçün səciyyəvi olan turş mühitdə cərəyan edir. 
Lakin  qırmızı torpaqlarda podzollaşma prosesi hər yerdə müşahidə edilmir və ya 
yaxşı ifadə olunmur. Buna səbəb üzvi qalıqların parçalanması zamanı turş məhsulaltı 
neytrallaşdıran  böyük miqdarda əsasların yaranmasıdır. Qırmızı torpaqların 
podzollaşma dərəcəsinə torpaqəmələgətirən süxurların xarakteri də  təsir göstərir. 
Çınqıllı-daşlı süxurlar üzərində formalaşmış  qırmızı torpaqlarda qələvi vulkanik 
süxurlar üzərində formalaşmış qırmızı torpaqlardan fərqli olaraq podzollaşma əlaməti 
daha yaxşı ifadə olunmuşdur. Popdzollaşma dərəcəsi izafi nəmliyin artdığı şəraitlərdə 
də, məsələn, çökəkliklərdə güclənir. Qırmızı torpaqlarda podzollaşma çimləşmə 
prosesi ilə birləşdiyindən torpağın üst hissəsində humusun toplanması müşahidə edilir. 
Üzvi maddələrin iqlim şəraitinin
 
və fəal mikrobioloji proseslərin təsiri altında intensiv 
minerallaşmasına baxmayaraq, humusəmələgəlmə  qırmızı torpaqlarda böyük 
göstəricilər əldə edə bilir. Bu ilk növbədə, bitki örtüyünün böyük biokütləsi (410 t/ha), 
hər il torpağa böyük miqdarda bitki qalıqlarının (21 t/ha) və küli maddələrin və azotun 
(700 kq/ah) daxil olması ilə əlaqədardır. 
Təsnifatı. Qırmızı torpaqlar tipi iki yarımtipə bölünür: tipik (podzollaşmamış) və 
podzollaşmış.  
Tipik qırmızı torpaqlar çox meylli yamaclarda formalaşmışdır. Onların profilinin 
quruluşu yuxarıda təsvir edilmişdir. 
Podzollaşmış qırmızı torpaqlar az meylli yamaclarda inkişaf edir və tipik qırmızı 
torpaqlardan açıq rəngi və profilində podzollaşmış  A
2
 horizontunun olması ilə 
fərqlənir. Bu qırmızı torpaqlarda illüvial horizont daha aydın seçilir. Podzollaşma də-
rəcəsinə görə onlar zəif podzollaşmış və orta podzollaşmış torpaqlara bölünürlər. 
Qırmız torpaqlar zonasında, bəzi tədqiqatçılar tərəfindən sərbəst tip kimi ayrılan 
qleyli və qleyləşmiş qırmızı torpaqlara da təsadüf etmək mümkündür. Onlar relyefin 
alçaq yerlərində izafi nəmliyin təsiri altında formalaşırlar. 
Qırmızı torpaqlar 4 cinsə bölünür: püskürülmüş süxurların elüvisi üzərində 
formalaşmış  qırmızı torpaqlar, çınqıllı torpaqlar üzərində formalaşmış  qırmızı 
torpaqlar, zebri gillər üzərində formalaşmış  qırmızı torpaqlar  və su axınlarının 
çökdürdüyü süxurlar üzərində formalaşmış qırmızı torpaqlar. 
Podzollaşmış qırmızı torpaqlar podzollaşmanın dərəcəsinə (zəif, orta podzollaşmış), 
və A-  humus horizontunun qalınlığına (A < 10 sm- zəif inkişaf etmiş, 10-20 sm –yuxa və 
> 20 sm adi) görə  növlərə bölünür. 
Qırmızı torpaqlarda humus horizontunun qalınlığı onun mədəniləşdirilmə 
səviyyəsindən də asılıdır. Yaxşı mədəniləşdirilmiş torpaqlarda humus qatının qalınlığı 
40-45 sm, orta mədəniləşdirilmiş torpaqlarda 30-40 sm və  zəif mədəniləşdirilmiş torpaqlarda 20-30 sm təşkil 
edir. Torpağın humusluluğu da torpağın humus qatının qalınlığına bağlıdır. Qırmızı torpaqlar içində az humuslu 
– 65-dən az, orta humuslu- 6-9 %, yüksək humuslu – 9%-dən çox, torpaqlar ayrılır. 
Tərkibi və xassələri. Qırmızı torpaqlar əsasən ağır gillicəli və gilli qranulometrik tərkibə malikdirlər. İri 
fraksiyaların tərkibində az miqdarda çöl şpatı və ilkin minerallar vardır ki, bu da onların intensiv aşınması ilə 
əlaqədardır. Lil fraksiyalarının tərkibində kaolinit qrupundan olan minerallar (qalluzit, kaolinit və s.) üstünlük 
təşkil edir. 
Ümumi analiz qırmızı torpaqların profilində SiO
2
 az miqdarda (təqribən 36%) və biryarımlıq oksidlərin çox (təqribən 
50%) olduğunu göstərir (cədvəl 125). 
A horizontunda humusun miqdarı 5-6%-ə, bəzən 10-12%-ə çatır. Humusun tərkibində fulvoturşular humin 
turşularını üstələyir. Azotun miqdarı 0,2-0,4% arasında dəyişir. Qırmızı torpaqlar fosforla pis təmin olunmuş 
(0,08-0,1%). Fosforun mütəhərrik formaları demək olar ki, cüzi miqdardadır.  Bu  da  dəmir və alüminium 
fosfatlarının zəif həll olması ilə izah edilir. Mübadilə olunan kationların cəmi üst horizontda 10-12 mq-ekv-dir 
(cədvəl 126). 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   175   176   177   178   179   180   181   182   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə