Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə187/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   183   184   185   186   187   188   189   190   ...   193

 
369
torpaqların formalaşdığı eyni termik və rütubət (1300-1800 mm) şəraitində formalaşmışdır. Lakin bu torpaqların 
yayıldığı ərazilərdə quru dövr (3 – 4 aya kimi) daha qabarıq görünür. 
Quru qış mövsümü ilə  əlaqədar bitki örtüyü kəskin dəyişikliyə  məruz qalır. Flora tərkibi müxtəlifliyini 
itirir, meşələrdə müəyyən növlərin üstünlüyü yaranır və onların sıxlığı xeyli azalır. Lianların miqdarı azalır və 
ağacların altında kol və ot formasiyaları inkişaf etməyə başlayır. Qırılmış  və yandırılmış meşələrin yerində, 
özünün maksimal inkişaf mərhələsində hündürlüyü 4 m-ə çatan qalın ot örtüyü yaranır.  
Qırmızı ferralit torpaqlar torpaqəmələgəlmənin xarakterinə görə qırmızı-sarı torpaqlara yaxındır. Lakin bu 
torpaqların özünəməxsus xüsusiyyətləri vardır. Bunlar aşağıdakılardır: torpağın su rejiminin illik gedişi 
dəyişikliyə  uğrayır və torpaqlar quru mövsümdə  dərindən quruyur; quru mövsümdə yuxarı horizontların 
intensiv qızması nəticəsində dəmir oksidi termik dehidratasiyaya məruz qalır və torpaq qırmızı rəng alır; humus 
horizontu tünd qonur rəngə çalır və onun qalınlığı, xüsusən də savanna bitkiliyi altında 30-40 sm -ə kimi artır. 
Bu qatda humusun miqdarı 4%-ə kimi çoxalır; humus əksər hallarda fulvat tərkiblidir; dəmir hidroksidlərinin 
konkresiya formasında çökməsi, təbəqə  və ya bərkimiş horizont  (lateritləşmə prosesi) yaratması imkanı 
genişlənir. 
Lateritləşmə - mürəkkəb proses olub, əsasən dəmir birləşmələrinin torpaq məhlullarının yan axınlarının 
gətirilməsi hesabına yaranır. Dəmirin həll olan formalarda toplanması əsasən səthi qleyləşmə prosesi nəticəsində 
baş verir.  Onun hidroksidlər formasında çökməsi məhlulun hərəkəti yolunda geokimyəvi baryerlərin 
(reaksiyanın dəyişməsi, mühitin oksidləşmə-reduksiya vəziyyətində  kəskin dəyişmələrin) yaranması ilə 
əlaqədardır. Həmin baryerlər isə qranulometrik tərkibi və süxurların kimyəvi tərkibi, qrunt suyunun təsiri və s. 
ilə əlaqədardır. 
Dəmir oksidlərinin təsiri ilə bağlı  xırda kəltənvari struktura malik qırmızı ferralit torpaqlarda ayrı-ayrı 
dəmir konkresiyasına və  bəzən isə  dəmir konkresiyalarının bütöv bərkimiş horizontuna təsadüf etmək 
mümkündür. 
Torpaq-qrunt suyunun səthə yaxın yerləşdiyi torpaqlarda dəmirin müasir hidrogen akkumulyasiyası üçün 
şərait yaranmış olur. Bu dəmir törəmələr, adətən,  dəlik-dəlik formaya malikdirlər. Dəliklərin divarı (dəmir 
hidroksidləri ilə dolmuş çatlar) bərk, dəliklərin daxilində isə yumşaq ferralit kütləsi ilə dolmuş halda olur.  
Nəm halda asan kəsilən laterit horizontlar quruduqda bərkiyərək torpaq səthində “kirasslar” deyilən 
bərkimiş qabıq  əmələ  gətirir.  İlk dəfə laterit horizontlar Byukenen tərəfindən (1807) təsvir edilmiş  və  laterit 
(lat.kərpic) adlandırılmışdır. 
Tropik rütubətli-meşələr vilayətində təsadüf olunan torpaqlar içərisində qələvi və əhəng süxurlar üzərində 
formalaşmış tünd qırmızı və tünd tropik meşə torpaqlarını xüsusi qeyd etmək lazımdır. Bu torpaqlar marqalitli 
və ya ferralitli-marqalitli torpaqlar adlanır. Qırmızı-sarı  və  qırmızı torpaqlarla müqayisədə bu torpaqlar üçün 
gilli qranulometrik tərkib,  əsaslarla yüksək doyma dərəcəsi və yüksək udma (30 m-ekv) tutumu səciyyəvidir. 
Reaksiyası  zəif turş, humusu az olsa da bu torpaqların rəngi qaramtıldır. Tünd-qırmızı  və qara meşə tropik 
torpaqların tərkibində kaolinit qrupdan olan minerallar  əhəmiyyətli rol oynayır və montmorillonit qrupdan olan 
mineralların iştirakı da mümkündür. Bu da həmin torpaqların yüksək münbitliyini müəyyən edir və onlar kənd 
təsərrüfatında geniş istifadə edilir. 
Tünd-qırmızı  və qara torpaqların sahəsi böyük deyildir (təqribən 40 mln.ha). Onlar Cənubi Asiya və 
İndoneziyada, həmçinin Cənubi Amerika və Afrikada geniş yayılmışlar, bu da həmin ərazilərdə əsaslarla zəngin 
vulkanik süxurlarla əlaqədardır. 
Amazon və Konqo çay hövzələrinin aşağı axınlarında  ferralitli qleyli meşə  torpaqları yayılmışdır. Bu 
torpaqların mənimsənilməsi qurutma işlərinin aparılmasını  tələb edir. Bu ərazilərdə  həmçinin  tropik allüvial 
(təqribən 120 mln.ha), tropik bataqlıq  və sahilboyu qabarma-çəkilmə sahələrində  şorlaşmış manqr torpaqlar 
yayılmışdır. 
Tropik rütubətli-meşələr vilayətinin mənimsənilməsi zəifdir. Əkinçilikdə istifadə olunan torpaqların səhəsi 
120 mln.ha olub, bu da ümumi sahənin 5%-ni təşkil edir. Tropik rütubətli-meşələr vilayəti torpaqlarının ən çox 
mənimsənilməsi Cənubi Asiya (İndoneziya, Hindistan, Vyetnam), sonra Cənubi Amerika, Afrika və 
Avstraliyada müşahidə olunur. Əsas kənd təsərrüfatı bitkiləri – düyü, şəkər qamışı, maniok, batat, qəhvə, kakao, 
banan, ananas və digər bitkilərdir. Torpaqların münbitliyinin artırılması  və ildə bir neçə  məhsulun alınması 
spesifik kompleks mineral gübrələrin tətbiqini və torpaqda izafi turşuluğun götürülməsindən ötrü tədbirlərin 
görülməsini tələb edir. Burada torpaqların eroziyasına və  səth laterit horizontların təsirini azaltmaqdan ötrü 
tədbirlərin görülməsi də vacibdir. 
Əkinçiliyin genişləndirilməsi imkanları olduqca genişdir. Bəzi hesablamalara görə əkin sahələrini 5-6 dəfə 
artırmaq mümkündür. Zonada meşə təsərrüfatının da böyük əhəmiyyəti vardır. 
Tropik kserofit – meşə və savanna vilayətlərinin ümumi sahəsi 1460 mln.ha-ya bərabərdir. Onlar əsasən 
Şərq yarımkürəsində yayılmışdır. Bu vilayətlər içərisində sahəsinə görə ən böyüyü Hind Afrika vilayətidir.  Bu 
vilayət ekvatordan şimalda və cənubda yayılmışdır.  Sahəsinə görə ikinci yeri Avstraliya materikinin şimalında 
coğrafi enlik istiqamətində uzanmış Avstraliya kserofit – meşə vilayəti tutur. Bu vilayət rütubətli tropik meşələr 
və səhralar arasında yerləşmişdir. 


 
370
Qərb yarımkürəsində kserofit tropik meşələr və savannalar Antil adalarında və Venesuelada (Mərkəzi 
Amerika torpaq-bioiqlim vilayəti), San-Fransisko çayının hövzəsində, Braziliyanın  şimal-şərq və  cənub-
qərbində, Paraqvayda, And dağlarının ətəklərində, Çako vilayətində (Cənubi-Amerika torpaq-bioiqlim vilayəti) 
yayılmışdır. Nəzərdən keçirilən vilayətlərdə iki torpaq zonası ayrılır: kserofit meşələrin qəhvəyi-qırmızı 
torpaqlar zonası  və quru savannaların qırmızı-qonur torpaqlar zonası. Bu zonalar arasında sərhəd tədrici 
keçidlərlə səciyyələnir. Hər iki zona daxilində qara tropik torpaqlar müşahidə edilir. 
Qəhvəyi-qırmızı torpaqlar seyrək quru tropik meşələr və kolluqlar altında, yağıntıların 1000-1300 mm və 4-
5 ay çəkən quru qış mövsümü şəraitində formalaşır. 
Qəhvəyi-qırmızı torpaqlar əsasən ferralit tərkibə malikdirlər. Humus horizontunun (25-30 sm) tərkibində 
təqribən 2%-ə qədər humus vardır və onun tərkibi humatlı-fulvatlıdır, pH 5-6, əsaslarla doyma dərəcəsi 50%-
dən çoxdur. Torpaq kütləsində kaolinit qrupuna daxil olan minerallar üstünlük təşkil edir. Bu da torpağın gil 
tərkibini və zəif udma tutumunu (4-6 m-ekv.) müəyyən edir. 
Cənubi Afrikada bir qədər açıq qonur rəngə çalan yüngül qranulometruk tərkibə malik  qəhvəyi-qırmızı 
torpaqlar da yayılmışdır.  
Qəhvəyi-qırmızı torpaqlarda intensiv şəkildə dəmir konkresiyaların yaranması baş verir, torpağın səthində 
suyu pis keçirən qaysaq yaranır. İlin rütubətli mövsümündə eroziya torpağı güclü şəkildə dağıdır və səthə bərk 
laterit horizontun çıxması ilə eroziya prosesi dayanır. 
Quru savannaların qırmızı-qonur torpaqları bir qədər az nəmlənmə şəraitində formalaşır. Yağıntıların illik 
miqdarı 800-1000 mm və quru mövsüm 6 ay və daha çoxdur. Bitki örtüyü quru savannalar adını almış 
özünəməxsus formasiyalarla təmsil olunmuşdur. Burada ot örtüyü fonunda ayrı-ayrı nəhəng ağacların (baobab 
və s.) ucalmasını müşahidə etmək mümkündür. Bu ağacların kök sistemi olduqca güclü və geniş inkişaf 
etmişdir. Bu da ağacları quru mövsümdə qurumaqdan qoruyur. Yay dövründə, yağıntıların 75%-dən çox 
hissəsinin düşdüyü zaman quru savanna yaşıllaşır,  hündürlüyü 1 m-ə çatan otlar bitir. Qışda,  altı ay sürəkli 
quraq dövr başlayanda ağaclar yarpaqlarını atır, otlar quruyur və    əsasən, torpağın səthindəki üzvi maddələr 
minerallaşır. Burada torpağın strukturunun formalaşmasında və onun üzvi birləşmələrlə  zənginləşməsində 
qarışqa və termitlərin böyük rolu vardır. 
Qırmızı-qonur torpaqlar fersiallit (kaolinit-illitmontmorillonit) tərkibə malikdir. Humus horizontu bir qədər 
zəif (20-25 sm) inkişaf etmişdir və bu horizontda humusun miqdarı 1%-ə  qədərdir. Torpağın reaksiyası  zəif 
turşdan zəif qələvilik arasında dəyişir. Humusun tərkibi humatlı-fulvatlıdır. Profilin aşağı hissəsində ilüvial-
karbonatlı horizont formalaşmışdır. Uducu kompleks əsaslarla doymuşdur. Torpağın səthində onun yaxşı 
mikrostrukturluğunu təmin edən çoxlu miqdarda (aşınma nəticəsində yaranan) mütəhərrik dəmir vardır. Fransız 
torpaqşünasları bu torpaqları “dəmirli torpaqlar” adlandırır. Qırmızı-qonur torpaqlarda dəmirli konkresiyaların 
yaranması  qəhvəyi-qırmızı torpaqlarla müqayisədə bir qədər zəif intensivliklə baş verir, burada qaysaq nadir 
hallarda müşahidə olunur. Qırmızı-qonur torpaqların üst horizontlarında lil hissəciklərin
 
miqdarı azdır, bu da 
profilin aşağı qatlarında ya lessivaj prosesi və ya intensiv aşınma və giləmələgəlmə prosesi ilə əlaqələndirilir. 
Bəzi tədqiqatçılar qırmızı-qonur torpaqlar arasında  şorakətləşmiş torpaqların olması fikrini söyləyirlər. Lakin 
onların sahəsi azdır. Yağışlar mövsümündə quru savannaların torpaqları asan həll olan duzlardan tamam yuyulur 
və torpaq profilindən kənara aparılır. 
Uzun müddətdir ki, qırmızı-qonur və  qırmızı-qəhvəyi torpaqlar arasında yayılımış  qara tropik torpaqlar 
dünyanın aqronom və torpaqşünaslarının diqqət mərkəzindədir; bu torpaqlar əsaslarla zəngin torpaqəmələgətirən 
süxurlar - qabbro, bazalt, həmçinin əhəngli süxurlar üzərində formalaşmışdır. Quru savannaların qaratorpaqları 
əkinçilikdə geniş istifadə olunur və tropiklərin ən münbit torpaqları hesab olunur. 
Əsaslarla zəngin süxurların dəyişkən-rütubətli  iqlimin, bəzən isə kifayət qədər drenajın olmadığı şəraitdə 
aşınması, neytral və qələvi reaksiya şəraitində montmorillonit qrupundan olan törəmə mineralların  yaranmasına 
gətirib çıxarır. Qara torpaqlar ağır qranulometrik tərkibə, yüksək udma həcminə (15-20-dən 40-60 m-ekv-ə 
qədər) malik olub, kalsium və maqnezium ilə zəngindir, bəzən burada natriuma da rast gəlmək olur. 
Quru savannaların qaratorpaqlarında silisium oksidinin alüminium-oksidinə molekulyar nisbəti 
(SiO
2
:Al
2
O
3
) geniş ölçülərdə dəyişir (3-5) ki, bu da onları ferralit tərkibə malik digər tropik torpaqlardan kəskin 
şəkildə  fərqləndirir. Qaratorpaqlarda humus horizontu (qalınlığı 1m və daha çox) yaxşı inkişaf etsə  də, 
tərkibində humusun miqdarı çox azdır (1-1,5%). Bu torpağın tərkibində xüsusi üzvi maddə formalarının, daha 
sabit ulmin və humin qruplarının olması  və humin maddələrinin torpağın montmorillonitlə  zəngin mineral 
hissəsinə möhkəm bağlılığı ilə əlaqədardır. 
Quru savannaların qaratorpaqlarının ümumi sahəsi təqribən 200 mln ha-dır. Onların  əsas hissəsi 
Hindistanda (“qara pambıqlı torpaqlar”), Afrikada, ekvatordan şimalda və Avstraliyada yayılmışdır. Onlardan 
bəziləri bərkliyi və çatlılığı, mövsümi hidromorfizm əlamətləri ilə seçilir, rəngi qaradan boz rəngə kimi dəyişir.  
Bu torpaqlarda humus horizontunun qalınlığı da müxtəlif olur. Bu onu göstərir ki, “quru savannaların qara 
torpaqları” anlayışı altında genetik və  təsnifati baxımdan kifayət qədər ayrılmamış  və münbitliyinə görə 
müxtəlif torpaqlar mövcuddur. Bir sıra xassələrinə görə qara torpaqlara yaxın olan savannaların çəmən 
torpaqları kiçik massivlər  şəklində Afrika və  Cənubi Amerikada yayılmışdır. Onlar daimi hidromorfizm 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə