Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə188/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   185   186   187   188   189   190   191   192   193

 
371
şəraitində formlaşır və çox vaxt tropik bataqlıqlarla sərhədlərdə müşahidə edilir (Nil çayının yuxarı axınlarında 
və Afrikada Çad gölü rayonunda). Təqribi hesablamalara görə bu torpaqların ümumi sahəsi 100 mln. ha təşkil 
edir.  
Tropik kserofit – meşə və savanna vilayətlərinin torpaq örtüyünün səciyyəsi verilərkən allüvial torpaqların 
 tropik şorakətlərin də qeyd edilməsi vacibdir. Sonuncular yalnız Avstraliyada qeyd olunmuşdur. 
Tropik kserofit – meşə  və savanna vilayəti torpaqlarının kənd təsərrüfatında istifadəsi qlobal miqyasda 
əhalinin artımı ilə əlaqədar olduqca əhəmiyyətlidir. Bu vilayətlərdə təqribi hesablamalara görə 80 mln ha və ya 
torpaqların ümumi sahəsinin 5% -i istifadə olunur. Əkinçiliyinin əsas rayonları Hindistan, Cənubi Afrikadır. İlk 
növbədə  əkinçilikdə tropik qara torpaqlar istifadə olunur. Bu
 
torpaqlar ümumi əkinlərin 50%-ni (40 mln ha) 
təşkil edir. Əkinçilikdə istifadə  əmsalı bu torpaqlarda 20% təşkil edir. Kənd təsərrüfatında istifadə  dərəcəsinə 
görə ikinci yerdə çəmən torpaqları, sonra qəhvəyi-qırmızı torpaqlar və nəhayət, nəmliklə daha az təmin olunmuş 
qırmızı-qonur torpaqlar gəlir. 
Rütubətli tropiklərlə müqayisədə burada düyü, sorqo, şəkər çuğunduru və tropik bitkilərin plantasiyarı az 
yayılmışdır.  Əsasən ildə bir məhsul yetişdirən ekstensiv təsərrüfat formalarına daha geniş yer verilmişdir. 
Yalnız düyü və pambıq sahələri suvarılır. Mineral gübrələrdən nadir hallarda istifadə edilir. 
Əkinçilikdə istifadəyə yararlı torpaqların sahəsi kifayət qədər genişdir. Təqribi hesablamalara görə onların 
sahəsi 200-300 mln ha təşkil edir. Lakin bu torpaqların istifadəsi quru mövsümdə suvarmanın tətbiqini, 
eroziyaya qarşı mübarizəni, həmçinin mineral gübrələrdən  istifadəni tələb edir. 
Tropik yarımsəhra və səhra vilayətləri tropik qurşağın ən quru ərazilərini əhatə edir. Bu vilayətlər daim 
quru passat küləklərinin təsiri altında olub, tədricən subtropik səhralara keçir. Əsasən dörd tropik yarımsəhra və 
səhra vilayəti fərqləndirilir. Onlar içərisində  ən böyüyü Afrika-Asiya vilayəti olub, Saxara səhrasının və 
Ərəbistan yarımadasının cənubunu əhatə edir. Sahəsinə görə sonra Avstraliya materikinin böyük hissəsini əhatə 
edən Avstraliya vilayəti gəlir. Üçüncü yerdə Afrikanın cənubunda Kalaxari vilayəti və nəhayət, dörüncü yerdə 
Çilinin şimalında yüksək dağlığın səhra vilayətidir. 
Tropik yarımsəhra və  səhra vilayətlərinin  ümumi sahəsi 1220 mln ha-dır. Burada da səhralaşmış 
savannaların qırmızımtıl-qonur, bərkimiş boz və allüvial torpaqlar 460 mln.ha, gilli və daşlı səhralar, həmçinin 
şoranlıqlar – 480 mln.ha və qumlu səhralar təqribən 280 mln.ha ərazini əhatə edir. 
Tropik yarımsəhra və  səhra vilayətlərinin torpaq örtüyü özünəməxsus olub, qonşu subtropik qurşağın 
yarımsəhra və səhralarından fərqlənir. 
Tropik yarımsəhra rayonlarında yayılmış  qırmızımtıl-qonur torpaqlar səhralaşmış savannalar altında 
formalaşmışdır. Bu torpaqlar adətən, sialit tərkibə malikdirlər. Onlar quru savannaların qırmızı-qonur 
torpaqlarından ferralitləşmənin az dərəcəsi, qonur rəngin bir qədər artıqlığı, humusun azlığı, profilboyu lilin 
differensiasiya olmaması ilə fərqlənir. Bu torpaqlar hər yerdə karbonatlı olub, şorlaşmaya zəif məruz qalmışdır. 
Humus humat tərkiblidir. Rütubətli yay mövsümü 1-2 aydan çox deyildir. 
Tropik səhraların torpaqları da zəif ferrallitləşmə  səbəbindən və sonradan həmçinin dəmir oksidlərinin 
torpaq səthinin yüksək qızması  səbəbindən (60
0
) deqidratasiyası  nəticəsində  qırmızımtıl rəngə malikdirlər.  
Tropik səhraların ferralitləşməsinin müxtəlif izahı vardır; bəzi tədqiqatçılar bunu qədim dövrlərdə yağıntıların 
çoxluğu ilə, digərləri isə bir neçə ildən bir düşən leysan yağışları ilə izah edirlər. 
Subtropiklərdən fərqli olaraq, tropik səhralarda duz toplanması az yayılmışdır. Burada əkinçilik yalnız 
suvarma şəraitində, çay vadilərində və vahələrdə mümkündür. 
 
§ 116. Subtropik qurşağın torpaq örtüyü 
 
Tropiklərdən fərqli olaraq subtropik qurşağın düzən ərazilərdə sahəsi (1820 mln.ha) azdır. Bu qurşaq həm 
Cənub, həm də  Şimal yarımkürəsində yayılmışdır. Onu çox vaxt kserotermal, yəni quru və isti adlandırırlar. 
Doğrudan da,  bu qurşaq daxilində rütubətli meşə vilayətləri yalnız 20% ərazini tutur. Qalan ərazilər kserofit-
meşə  və kolluqlu-bozqır (30%-dən çox) və yarımsəhra və  səhra (təqribən 50%) vilayətlərinin payına düşür. 
Subtrtopik ərazilərin əksər hissəsində subtropik kənd təsərrüfatı bitkilərindən (düyü və s.) ildə iki dəfə məhsul 
götürmək mümkündür. Bu zaman kserofit-meşə  və kolluqlu-bozqır vilayətlərdə ikinci səpin, yarımsəhra və 
səhra vilayətlərində isə hər iki səpin suvarma tələb edir. 
Subtropik rütubətli-meşə vilayətləri təqribən 370 mln.ha ərazini əhatə edir. Onlar bir qayda olaraq yay 
dövründə və payızda külli miqdarda yağıntıların (2000 mm və daha çox) düşdüyü materiklərin rütubətli musson 
iqliminə malik şərq kənarlarında yayılmışdır. Materiklərin torpaq örtüyünə görə, dörd subtropik rütubətli-meşə 
vilayəti ayrılır. Onlardan ikisi, ərazisinə görə bir qədər böyük olanları,  şimal yarımkürəsində yerləşmişdir; 
birincisi, ABŞ-ın cənub-şərq  ştatlarını  əhatə edən  Şimali-Amerika vilayəti, ikincisi, Çinin cənub-şərq 
vilayətlərini, Tayvan və Yapon adalarını  əhatə edən  Şərqi-Asiya vilayətidir. Bundan başqa ayrı-ayrı rütubətli 
subtropik rayonlar Azərbaycan, Gürcüstan, Türkiyə, Mərakeş  və digər  ərazilərdə  də müşahidə olunur. Cənub 
yarımkürəsində rütubətli subtropiklərin sahəsi nisbətən kiçikdir. Burada da iki vilayət ayrılır – Braziliyanın 
cənubunu, Paraqvay və Uruqvayın bir hissəsini  əhatə edən  Cənubi Amerika  və Avstraliya materikinin Sakit 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   185   186   187   188   189   190   191   192   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə