Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə185/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   181   182   183   184   185   186   187   188   ...   193

 
365
Cədvəl 133 
Qum və qumlu torpaqların bəzi xassələri 
 
Dərinlik, 
sm 
Humu
s, % 
Azot,

Udma 
tutumu, 
m-ekv/100q. 
torpaq 
Quru 
qalır,

Hissəciklər,% 
<0,01 <0,001 
Zəif humuslaşmış qumlar 
0 - 0,5 
0,16 
0,010 
2,7 
0,046 
5,9 
3,1 
0,5 - 5 
0,16 
0,014 
2,5 
0,046 
5,3 
2,7 
5 – 10 

0,008 
2,5 
0,056 
5,3 
2,9 
250-260 - 

2,0 
0,068 4,6  2,9 
Çimli yarımsəhra qumlu torpaq 
0-8 0,31 
0,018 
3,2 
0,074 7,7  5,3 
15-20 0,25 0,016 
3,2 
0,102  7,6  5,4 
35-40 0,23 0,018 
3,3 
0,096  7,2  5,4 
225-230 - 


0,161  8,8  8,0 
Səhra qumlu torpaq 
0 -5 
0,15 


0,044 
1,0 

10-15 0,57 


0,073 
0,6 

25-30 0,24 


0,032 
1,6 

 
Nəticədə qida elementləri və udma tutumu yüksəlir, lakin su xassələri nəzərə çarpacaq dərəcədə pisləşir və 
qum təbəqəsinin aşağı hissəsində nəmliyin ehtiyatı azalır. 
Zonal bitkilərin qumlar üzərində  məskunlaşması  nəticəsində onlar qumlu torpaqlara çevrilir. Qrunt 
suyunun səthə yaxın yerləşdiyi yerlərdə qleyli və qleyvari torpaqlar formalaşır.  
Qumlar və qumlu torpaqlar bitkilərin məskunlaşmasının və torpaqəmələgəlmənin inkişafının müxtəlif 
mərhələlərində  zəif humuslaşmış  və ya yarıçimləşmiş  və  dərindən humuslaşmış  və ya çimləşmiş torpaqlara 
bölünürlər. Zonal bitkiliyin inkişafı qumlu torpaqlarda zonal torpaqlara (şabalıdı, qonur yarımsəhra və s.) 
məxsus profilin formalaşmasına səbəb olur. 
Kənd təsərrüfatında istifadə. Qum massivlərinin mənimsənilməsinin əsas prinsipi – zonal iqlim şəraiti və 
qumların xassələrini nəzərə almaqla onlardan kompleks istifadə olunmasıdır. Qum massivləri köçəri 
heyvandarlıqdan, üzümlüklərin və bağların salınmasından, meşə massivlərinin yaradılmasından, bostan və 
başqa kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən ötrü istifadə edilə bilər. 
Avtomorf səhra torpaqları (boz-qonur, takır və takırabənzər) arasında yayılmış qumlu torpaqlar təbii 
bitkiliyin inkişafı baxımından yaxşı torpaqlar kimi səciyyələnir. Ona görə də burada iri qum və qumlu massivlər 
qiymətli otlaq sahələri kimi qiymətləndirilir. Lakin fiziki xassələrinə görə qumlu torpaqlar mədəni bitkilərin 
yetişdirilməsindən ötrü əlverişsiz hesab olunur. 
Bozqır zonasında qumlar və qumlu torpaqlarda müxtəlif meşə, meyvə və qismən kənd təsərrüfatı bitkiləri 
əkilir. Lakin qumlardan və qumlu torpaqlardan istifadə bəzi qoruyucu tədbirlərin həyata keçirilməsi, o cümlədən 
qumların bərkidilməsi ilə bağlı otsəpmə və meşəsalma işlərinin görülməsini tələb edir. Qumları bərkitməkdən 
ötrü aşağıdakı qumbərkidici  bitkilərdən istifadə olunur: otlar – qum darısı, sibir daraqotu və s.; kol bitkilərindən 
– kol söyüdü, cuzqun, çərkəz, qum akasiyası  və s.; ağac bitkilərindən meşə- bozqır zonasında – adi şam, 
tozağacı, qovaq, palıd; bozqır zonasında – adi və Krım şamı, palıd, qovaq, ərik, ağ tut, səhra zonasında – qovaq, 
ərik, ağ tut. Mərkəzi Asiyanın qumlu səhralarında əsas bitki saksauldur. 
 
XLIII FƏSİL. DÜNYANIN TORPAQ ÖRTÜYÜ 
 
Torpaq örtüyünün zonallıq qanununa həsr olunmuş  fəsildə qurunun torpaq örtüyünün torpaq-iqlim 
qurşaqlarına və torpaq-bioiqlim vilayətlərinə bölünməsi nəzərdən keçirilmişdi. 
Torpaq- bioiqlim vilayətləri  ərazinin iqlimi, bitki örtüyü, torpaq örtüyü və  əkinçilik tipinin ümumiliyi ilə 
səciyyələnir. Ona görə  də torpaq-bioiqlim vilayətlərinə qurunun aqrotorpaq rayonlaşdırılmasının  əsas vahidi 
kimi baxıla bilər.  
Dünyanın aqrotorpaq vilayətlərinin ümumi sxemi – müxtəlif ölkələrin torpaqşünas alimlərinin və 
aqronomlarının birgə əməyinin nəticəsidir. Torpaqşünaslar tərəfindən dünyanın torpaq örtüyü öyrənilmiş və çox 
böyük xəritə materialı ümumiləşdirilmişdir. Bu məsələdə XIX əsrin sonları və XX əsrin əvvəllərində görkəmli 
rus alimlərinin, sonralar isə Sovetlər dövrünün torpaqşünaslarının böyük rolu olmuşdur. Onlar torpaq-coğrafi 


 
366
ümumiləşdirmənin prinsiplərini formalaşdırmış (V.V.Dokuçayev), dünyanın ilk torpaq xəritələrini işləmiş 
(K.D.Qlinka, L.İ.Prosolov) və dünyanın torpaq xəritəşünaslığını inkişaf etdirmişlər (Z.Y.Şkolskaya, 
D.Q.Vilenski, İ.P.Gerasimov, V.A.Kovda, Y.V.Lobova, N.N.Rozov, M.A.Qlazovskaya, V.M.Fridlan). 
Əkinçilik elmi əkinçilərin çox əsrlik təcrübəsini ümumiləşdirmiş, onu təbii amillərə bağlamış  və 
torpaqşünaslığın, aqrokimya və başqa bioloji elmlərin nailiyyətləri  əsasında təbii  şəraitlərin müxtəlif 
komplekslərinə uyğun olaraq əkinçilik nəzəriyyəsini işləmişdir. 
Dünyanın aqrotorpaqşünaslıq rayonlaşdırılması sxemində aqrotorpaq vilayətləri termik şəraitlərinə  və 
atmosfer nəmlənməsi şəraitinə görə qruplaşdırılmışdır. 
Torpaq-coğrafi və xüsusən də aqronomik nöqteyi-nəzərdən  termik prinsiplər  əsasında qruplaşdırılma bir 
çoxları tərəfindən başlıca hesab olunur. O, torpaqəmələgəlmə zamanı üzvi və mineral maddələrin çevrilməsinin 
energetik  şəraitini müəyyən edən torpağın termik rejimini əks etdirir, məhsulların sayı, kənd təsərrüfatı 
bitkilərinin tərkibi və s. məsələlərdə əkinçiliyin əsas tipləri ilə yaxşı uyğunlaşır. 
Atmosfer nəmliyinə görə aqrotorpaq vilayətlərinin qruplaşdırılması, M.A.Gerasimovun qeyd etdiyi kimi, 
torpaqların reaksiyası və oksidləşmə-reduksiya potensialı, onların avtomorf şəraitdə su rejimi ilə sıx bağlı olub, 
əkinçiliyin su təminatını səciyyələndirir. 
Bütün quru sahəsinin (materik buzlaqlarından başqa) 76,7 %-i düzən (13414 mln.ha) və 23,3%-i dağlıq 
ərazilərin (3124 mln.ha) payına düşür. Aşağıdakı bölmələrdə düzən  ərazilərin nümunəsində dünyanın torpaq 
örtüyünün vəziyyəti nəzərdən keçirilmişdir. 
Düzən  ərazilərin torpaq-iqlim qurşaqları üzrə paylanması  aşağıdakı göstəricilərlə  səciyyələnir. Ümumi 
qurunun 47,7%-i tropik, 17,7%-i subtropik, 14,9%-i subboreal, 15,2%-i boreal və yalnız 4,5%-i qütb qurşağının 
payına düşür. 
 
§ 115. Tropik qurşağın torpaq örtüyü 
 
Tropik torpaq-iqlim qurşağı  əkinçilik baxımından zəif mənimsənilmişdir. Lakin tropik əkinçilik kənd 
təsərrüfatı  məhsullarının dünya istehsalında  əhəmiyyətli rola malikdir. Tropiklərdə yerləşən  əkinçilik sahələri 
dünyanın əkinçilik sahələrinin təqribən 20% -ni təşkil edir. Orada yetişdirilən bir çox kənd təsərrüfatı bitkiləri 
isə başqa qurşaqlarda yetişdirilə bilmir. 
Tropik vilayətlərdə təsərrüfatın intensiv aparıldığı şəraitdə ildə üç məhsul almaq mümkündür. 
Tropik rütubətli-meşə vilayətləri. Tropik torpaq-iqlim qurşağı daxilində 3 rütubətli-meşə vilayəti 
ayrılmışdır: Mərkəzi Amerika və Cənubi Amerikanın çox hissəsini əhatə edən Amerika vilayəti; Qvineya körfəzi 
sahillərini və Konqa çayı hövzəsini əhatə edən Afrika vilayəti; Cənubi Asiya yarımadalarını (Hindistan və Hind-
Çinin), Avstraliyanın  şimal sahilini və bu materiklər arasındakı bütün adaları  əhatə edən  Avstraliya-Asiya 
vilayəti. Tropik rütubətli-meşə vilayətlərinin ümumi sahəsi 2230 mln ha-dır. 
Torpaq örtüyündə iki torpaq zonası ayırırlar: rütubətli (yağışlı) tropik meşələrin qırmızı-sarı ferrallit 
torpaqlar zonası və mövsümi-rütubətli (musson) meşələrin və yüksəkotlu savannaların qırmızı torpaqlar zonası. 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   181   182   183   184   185   186   187   188   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə