Qərib Məmmədov



Yüklə 22,9 Kb.
Pdf görüntüsü
səhifə186/193
tarix21.10.2017
ölçüsü22,9 Kb.
#6371
növüDərs
1   ...   182   183   184   185   186   187   188   189   ...   193

 
367
 
 
Şəkil 40. Dünyanın torpaq zonaları 


 
368
Qırmızı-sarı ferrallit torpaqlar daha isti və rütubətli şəraitdə formalaşır.  İqlim fəsilləri, demək olar ki, bir-
birindən fərqlənmir və bu fərq gecə və gündüz temperaturlarının dəyişkənliyində də hiss olunmur. Temperatur 
bütün vaxt 25-27
0
C arasında tərəddüd edir. Burada yağıntıların fəsillər üzrə paylanması da bərabərdir. 
Yağıntıların ümumi miqdarı 1800-2500 mm və daha çoxdur. İllik rütubətlənmə  əmsalı  hər yerdə vahiddən 
böyükdür, aylıq əmsallar 5-10-a çatır və yalnız 1-2 ay quru mövsümdə 0,5-0,3-ə qədər enir. Yağıntıların 20%-ə 
qədəri leysanlar şəklində düşür ki, bu da torpaq profilinin dərindən yuyulmasına və torpaq eroziyasının 
inkişafına səbəb olur. 
Yağıntıların böyük miqdarda düşdüyü və  səth axınlarının zəif olduğu sahələrdə (düyü tarlaları) torpaq 
hissəcikləri təbəqələşərək tədricən çökür. Bu zaman daha narın hissəciklər torpaqdan yuyulub gedir. Bu isə 
torpağın üst horizontlarının lilsizləşməsinə gətirib çıxarır. 
Təbii bitkiliyi tropik meşələr bir-çox yerlərdə qırılmışdır. Bu meşələr zəngin növ tərkibi və çox yarusluluğu 
ilə  səciyyələnir. Birinci yarusun ağacları çox hündür olur. Tropik meşələr yüksək sıxlığı, lian və epifitlərin 
çoxluğu ilə seçilir. Ağacların örtüyü altında günəş şüalarının çatmaması səbəbindən  kol və ot bitkiləri inkişaf 
tapa bilməmişdir və burada torpağın səthi adətən, tez parçalanan üzvi qalıqlarla örtülü olur. 
Tropik meşələr ən məhsuldar bitki formasiyasıdır və bioloji dövranın yüksək intensivliyi ilə seçilir. Hər il 
meşə döşənəyinə yüksək küli (5,6%) və azot (1%) tərkibli  250-400 sent./ha üzvi maddə daxil olur. 
Meşə döşənəyinin çevrilməsi hidrotermik rejimin və torpaq faunasının (termitlər və s.) fəaliyyəti 
nəticəsində  intensiv parçalanma ilə  səciyyələnir; bu torpaqlarda əsaslar küli maddələr içərisində cüzi miqdar 
təşkil edir. Meşə döşənəyinin üzvi birləşmələrinə daxil olan azot və kükürdün intensiv oksidləşməsi mühitin 
ümumi turşulaşmasına gətirib çıxarmışdır. Nəticədə torpaqlarda humifikasiyanın zəif kondensasiya olunmuş 
məhsulları (fulvoturşular) və suda həll olan üzvi turşular və polifenol birləşmələr yaranır. 
Torpaqəmələgəlmənin təsvir edilən kompleks amilləri ferralitləşmə proseslərinin intensiv inkişafını 
şərtləndirir. 
Ferralitləşmə - dağ süxurlarının aşınmasında mərhələ olub, ilkin mineralların (kvarsdan başqa) 
parçalanması, biryarım oksidli törəmə mineralların, həmçinin müəyyən miqdarda kaolinit qrupuna daxil olan və 
tərkibində SiO

:Al
2
O

–in 
 
çox kiçik nisbətinə malik gilli mineralların yaranması  və toplanması ilə müşayiət 
olunur. Kaolinit və qalluazitin kristal qəfəsinin yaranmasında iştirak etməyən silisium oksidi və əsaslar aşınma 
qatından xaric olur. Aşınma zamanı üzvi turşuların az olduğu mühitdə dəmir oksidlərinin hidratları azad olur və 
kaolinit kütləsinin rəngini dəyişir.  Kaolinitlətin tərkibinə daxil olmayan sərbəst alüminium oksidləri gibbsir və 
hidrargillit minerallarını yaradır. 
Dəmir hidroksidləri hidratasiyanın onların miqdarından və dərəcəsindən asılı olaraq tünd qırmızıdan tutmuş 
sarı çalara kimi torpağın rəngini müəyyən edir və kaolinit hissəciklərini sabit xırda kəltənvari struktur formalara 
salır. Bu struktur böyük aqronomik əhəmiyyət kəsb edir. O, suya davamlı olub, adətən, çox gilli olan bu 
torpaqlarda əlverişli su və hava rejimi yaradır.  
Torpağın tərkibində qalan Fe
2
O
3
-un miqdarı 12-16%-ə çata bilər. Qalan dəmir isə rütubətli tropik meşələrin 
qırmızı-sarı torpaqlarından yuyularaq torpaq profilindən kənar olur və çox nadir hallarda konkresiya formasında 
toplanır.  
 Qırmızı-sarı torpaqlara daxil olan üzvi maddələr demək olar ki, əsasən torpaq səthində toplanmış yarpaq və 
budaq qırıntılarının çürüməsi hesabınadır. Burada kök qalıqlarının rolu azdır. Üzvi maddələrin çox hissəsi 
tamamilə minerallaşır, lakin eyni zamanda torpağın səthində və xüsusən də onun profilində mütəhərrik fulvat və 
ulmin-fulvat məhsulları əmələ gəlir. 
Rütubətli tropik meşələrin qırmızı-sarı ferralit torpaqlarında “A” humus horizontunun rəngi qəhvəyivari-
boz olub, xırda kəltənvari strukturludur, qalınlığı 12-17 sm-dir. Nazik meşə döşənəyi horizontunun bilavasitə 
altında (5-7 sm dərinlikdə) humusun miqdarı 4-5 %-ə çatır və humus horizontunun qalan hissəsində bu göstərici 
1-2 %-ə  bərabərdir. Humusun tərkibi ulmatlı-fulvatlıdır. “A” humus horizontundan aşağıda qırmızımtıl-qonur 
və ya sarımtıl-qonur rəngli “AB” keçid horizontu yerləşir; onun strukturu iri olsa da zəif dayanaqlıdır, struktur 
elementlərinin üzəri gil pərdəsi ilə örtülmüşdür. Ümumi qalınlığı 25-50 sm-dir. Keçid horizontunun altında 
qonurvari-qırmızı və ya qonurvari-sarı rəngli  B

qatı yerləşmişdir. Bu qat tədricən qalınlığı bir neçə metrdən bir 
neçə on metrə çatan və ilkin dağ süxurunun kipliyini özündə saxlamış bir qədər tünd torpaqəmələgətirən  süxura 
– aşınma ferralit qatına keçir.  Torpaq və aşınma qabığının reaksiyası turşdur (pH 4,0 -5,5). Udma tutumu 100 
qram torpaqda 3-6 m-ekv-dir və yalnız humus horizontunda udma tutumu 10-13 m-ekv-ə  qədər yüksəlir. 
Əsaslarla doyma 50 %-dən aşağıdır. 
Ferralit torpaqların üst horizontları, o cümlədən humus horizontu aşağı horizontlarla müqayisədə daha az lil 
və gil hissəciklərinə malikdir. Bunun səbəbi  alimlər tərəfindən müxtəlif cür izah edilir. Bəziləri onu normal 
podzollaşma, digərləri lessivaj hadisəsi ilə izah edir. Üst və aşağı horizontlarda giləmələgəlmənin bir bərabərdə 
olmaması,  mövsümi səthi qleyləşmə ilə  şərtlənən psevdopodzollaşma və yağış sularının səthdə toplanması 
nəticəsində hissəciklərin təbəqələşməsi ilə bağlı başqa izahlar da vardır (İ.P.Gerasimov, S.V.Zonn, İ.A.Denisov, 
V.M.Fridland). 
Mövsümi-rütubətli tropik meşə  və yüksəkotlu savannaların  qırmızı ferralit torpaqları da qırmız-sarı 


Yüklə 22,9 Kb.

Dostları ilə paylaş:
1   ...   182   183   184   185   186   187   188   189   ...   193




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə