52
1 2
3
4
5
6
becərilən
5382 3784 712 1579 19
Boz-qəhvəyi
xam
becərilən
1601
2901
826
1724
147
192
744
1154
31
23
Qədimdən
suvarılan boz
xam
becərilən
2453
5521
1135
3916
198
491
1287
1567
31
38
Boz-qonur
xam
becərilən
2872
3357
1906
2129
388
589
965
1228
1
0,5
Çəmən-boz
xam
becərilən
2500
3620
1650
2850
360
370
800
710
50
60
Çəmən
xam
becərilən
4801
9196
3530
6716
344
780
1246
2440
25
40
Sarı dağ-meşə
xam
becərilən
2208
3574
1182
1717
174
300
969
1818
57
39
Podzollaşmış sarı
xam
becərilən
2518
3095
1786
2295
211
324
681
757
51
43
Bataqlıq
xam
becərilən
3479
4053
2248
2312
314
307
1173
1705
58
36
Yosunlar.
Yosunlar əksər torpaqlarda, əsasən də üst horizontlarda geniş yayılmışdır. Bataqlıq
torpaqlarda və düyü tarlalarında yosunlar aerasiyanı yaxşılaşdırır, həll olmuş CO
2
mənimsəyir və suyu oksigenlə
zənginləşdirir.
Yosunlar süxurların aşınmasında və ilkin torpaqəmələgəlmə proseslərində fəal iştirak edir.
Şibyələr göbələk və yosunların simbiozundan ibarətdir. Göbələk yosunu su və onda həll olmuş mineral
maddələrlə, yosun isə göbələyi karbohidratlarla təmin edir.
Şibyələr göbələk qılcıqları vasitəsilə dağ süxurlarına daxil olduqları üçün onları ekoloji baxımdan litofitlərə
aid edirlər. Dağ süxurları üzərində şibyələrin məskən salması ilə intensiv bioloji aşınma və ilkin
torpaqəmələgəlmə prosesi başlayır.
Mikrobioloji senozların formalaşması və mikroorqanizmlərin fəaliyyətinin intensivliyi torpağın hidrotermik
rejimindən, onun reaksiyasından, torpaqdakı üzvi maddələrin kəmiyyət və keyfiyyətindən,
aerasiya şəraitindən
və mineral qidalanmadan asılıdır. Əksər mikroorqanizmlər üçün hidrotermik şəraitin torpaqda optimumu
aşağıdakı kimi səciyyələnir: temperatur – 25-35
0
, nəmlik - təqribən torpağın tam tarla sututumunun 60%-ni
təşkil edir.
Bütün qrupdan olan mikroorqanizmlər mühit reaksiyası neytrala yaxın olduğu zaman daha fəal olur. Əksər
bakteriyalar, xüsusən də torpağın münbitliyi üçün böyük əhəmiyyət kəsb edən nitrifikasiya bakteriyaları, azot
fiksatorlar və kök yumrusu bakteriyaları turş reaksiyada məhv olur. Mühitin turş reaksiyasına göbələklər daha
dözümlüdür. Aerasiyanın pisləşməsi və reduksiya proseslərinin inkişafı aerob mikroorqanizmlərin fəaliyyətini
söndürür. Bu da üzvi qalıqların konservasiyasına və anaerob proseslərin nəticəsi kimi bitki üçün toksiki olan
maddələrin (dəmir və manqanın iki valentli birləşmələri, H
2
O) yaranmasına gətirib çıxarır. Mikroorqanizmlərin
inkişafı üçün torpaqdakı üzvi qalıqların xüsusi əhəmiyyəti vardır, çünki mikroorqanizmlərin
böyük əksəriyyəti
heteretrofdur. Onlar üçün üzvi maddə enerji, azot, karbon və başqa əhəmiyyətli elementlərin mənbəyidir. Üzvi
maddələrin mikroorqanizmlərin sayına və onların torpaqdakı fəallığına təsiri bu maddələrin miqdarından və
tərkibindən asılıdır. Zəngin zülal və həll olan karbohidrat tərkibli bitki qalıqları mikroorqanizmlər üçün daha
əlverişli hesab olunur. Torpaq profilində mikroorqanizmlərin paylanması humusun miqdarından və təzə üzvi
qalıqların torpağa daxil olmasından asılıdır. Ona görə də mikroorqanizmlərin maksimal miqdarı üst
horizontlarda, xüsusən də üzvi birləşmələrlə zəngin kökətrafı sahədə (rizosferdə) müşahidə olunur.
Mikroorqanizmlər və torpaqəmələgəlmə. Mikroorqanizmlər torpaqəmələgəlmə prosesində maddə və
enerjinin çevrilməsi ilə bağlı çox mühüm və çoxcəhətli funksiyalar həyata keçirir. Onlar aşağıdakılardır:
üzvi
qalıqların transformasiyasında, torpağın üzvi və mineral birləşmələrinin komponentlərindən müxtəlif adi
duzların yaradılmasında, torpaq minerallarının parçalanmasında və yenilərinin yaradılmasında, həmçinin
53
torpaqəmələgəlmə məhsullarının akkumulyasiyasında iştirak etmək. Mikroorqanizmlərin fəaliyyəti –
maddələrin
bioloji dövranında zəruri halqadır. Bəzi mikroorqanizmlər atmosfer azotunu mənimsəmə qabiliyyətinə malikdir.
Mikroorqanizmlər tərəfindən maddələrin çevrilməsi prosesi müxtəlif qrup fermentlərin iştirakı ilə həyata
keçirilir. Belə ki,
hidrolaz qrupundan olan fermentlər zülalların, karbohidratların, lipidlərin, qətranın, aşı
maddələrinin nisbətən sadə üzvi birləşmələrə kimi hidroloji parçalanmasını həyata keçirir. Oksidləşmə -
reduksiya fermentləri (
oksidoreduktazalar) üzvi birləşmələrin oksidləşmə və reduksiya proseslərini sürətləndirir.
Torpağın biokimyəvi, qida, oksidləşmə-reduksiya, hava rejimlərinin formalaşması və dinamikası da
bilavasitə mikroorqanizmlərin fəaliyyəti ilə əlaqədardır. Bütün bunlar torpaqəmələgəlmə proseslərində və
torpaq münbitliyinin formalaşmasında mikroorqanizmlərin xüsusi rol oynadığını sübut edir.
Üzvi maddələrin çevrilməsi mikroorqanizmlərin iştirakı ilə üzvi qalıqların parçalanması, tam
minerallaşmamış bitki qalıqları komponentlərinin humuslaşması və konservləşməsi proseslərindən ibarətdir. Bu
proseslərin inkişafı üzvi qalıqların tərkibindən və onların çevrilməsi şəraitlərindən (hidrotermik və oksidləşmə-
reduksiya rejimlərindən, mühit reaksiyasından) asılıdır.
Üzvi qalıqların bəsit mineral birləşmələrə kimi parçalanması heteretrof orqanizmlər
tərəfindən həyata
keçirilir. Bu əhəmiyyətli proses torpaqda həm aerob, həm də anaerob şəraitdə baş verə bilər.
Aerob mikroorqanizmlər bitki və mikroorqanizmlərin tərkibinə daxil olan zülalların, yağların, karbohidrat
və başqa mürəkkəb üzvi birləşmələrin ammonyak, su və karbon qazı səviyyəsinə kimi oksidləşməsini həyata
keçirir. Torpaqda sporəmələgətirən (Bac.mycoides, Bac.subtilis və s.) və sporəmələgətirməyən (Pseudomonas
fluorescens, Pseudomonas pyacyanea və s.) bakteriyalar geniş yayılmışdır. Üzvi qalıqların çevrilməsində
əhəmiyyətli rol həmçinin göbələklərə və aktinomisetlərə məxsusdur. Minerallaşmaya təkcə bitki
və heyvan
mənşəli üzvi qalıqlar məruz qalmır, bu proses torpağın xüsusi üzvi maddəsi olan humusu da əhatə edir.
Anaerob bakteriyaların həyat fəaliyyəti bitki və mikrob mənşəli hüceyrə komponentlərinin çürüdülməsinə,
həmçinin bəsit, lakin oksidləşməmiş üzvi, sonra isə mineral birləşmələrin yaradılmasına yönəlmişdir.
Bitkinin azot qidalanması üçün əlverişli şəraitin yaradılmasında
ammofikasiyanın – zülal birləşmələrinin
ammonyaka qədər parçalanmasının əhəmiyyəti olduqca böyükdür. Bu proses aşağıdakı ardıcıllıqla baş verir:
Zülal → amin turşuları → NH
3
+ azotsuz üzvi birləşmələr
Bu proses həm aerob, həm də anaerob heterotroflar tərəfindən həyata keçirilir.
Karbohidratların müxtəlif tip qıcqırması, həmçinin torpağın münbitliyinin formalaşmasında olduqca
əlverişsiz hesab edilən denitrifikasiya və desulfofikasiya prosesləri də anaerob bakteriyaların
fəaliyyəti ilə
bağlıdır.
Mikroorqanizmlərin humuslaşma (humus maddəsinin əmələ gəlməsi) prosesində iştirakı üzvi qalıqların
parçalanması zamanı humus maddəsinin sintezi üçün komponentlərin yaradılmasında və onların
transformasiyasında ( biokimyəvi oksidləşmə), bu komponentlərin daha bəsit birləşmələrdən resintezində özünü
göstərir.
Yarıparçalanmış üzvi qalıqların konservasiyası torfəmələgəlmə prosesinin inkişafı ilə əlaqədardır. Bu
proses aerob və anaerob mikroorqanizmlərin təsiri altında, zəif aerasiya və izafi nəmlik şəraitində baş verir.
Mikroorqanizmlərin mineralların parçalanmasında və yeni mineralların əmələgəlməsində iştirakı.
Mikroorqanizmlər torpaq minerallarının parçalanmasında və yeni mineralların yaranmasında fəal iştirak edir. Bu
zaman torpağı təşkil edən mineralların parçalanma mexanizmi müxtəlifdir. Mikroorqanizmlərin oksidləşmə-
reduksiya fermentlərinin, həmçinin onların həyat fəaliyyətlərinin selikli və turş məhsullarının təsiri altında
parçalanması baş verir. Mikrobların fəaliyyəti nəticəsində yaranmış karbonun təsiri altında karbonatların
parçalanması da bu səpkidən götürülə bilər. Göründüyü kimi mikroorqanizmlərin həyat fəaliyyətinin məhsulu
olan mineral və üzvi mənşəli turşuların təsiri altında mineralların parçalanması baş verir.
İzafi nəmlik və anaerobioz şəraitdə dəyişkən valentli elementlərin (Fe, Mn və s.) reduksiyasına gətirib
çıxaran biokimyəvi bərpa prosesi yaranır. Bu proseslər humid vilayətlərin (tundra, tayqa-meşə zonası, rütubətli
tropik və subtropiklər) torpaqlarında yayılmış qleyəmələgəlmə prosesinin əsasında durur. Qleyəmələgəlmə
nəticəsində mineralların parçalanması və ya başqa minerallara çevrilməsi baş verir.
Torpaqəmələgəlmənin mineral məhsullarının miqrasiyası və akkumulyasiyası hadisəsi
də fermentativ
oksidləşmə-reduksiya prosesinin inkişafı ilə bilavasitə bağlıdır.
Mikroorqanizmlərin ifraz etdiyi bir sıra üzvi birləşmələr
minerallara helatedici təsir ( mineral kationlarını
birləşmələrin həll olan komplekslərinə birləşdirirlər)
göstərirlər. Bu da onların miqrasiyasını təmin edir. Dəmir,
alüminium və manqanın miqrasiya prosesləri məhz bu cür kompleksəmələgəlmə ilə bağlıdır.
Tədqiqatlar göstərir ki, yeni törəmiş mineral formalarının əmələ gəlməsi, müxtəlif elementlərin
akkumulyasiyası, kalsitin yaranması, biotitin vermikulitə çevrilməsi, sodaəmələgəlmə və s. mikrobioloji
proseslərlə bağlıdır.
Atmosferin molekulyar azotunun bioloji fiksasiyası iki qrup bakteriyalar tərəfindən həyata keçirilir:
sərbəst yaşayan aerob və anaerob və paxlalı bitkilərlə simbiozda yaşayan kök bakteriyaları. Birinci qrupa daxil