Qida fiZİologiyasi fəNNİ azərbaycan böLMƏSİ muhazire qida fiZİologiyasinin qisa iNKİŞaf tariXİ Plan 1



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/47
tarix20.10.2017
ölçüsü5,01 Kb.
#5622
1   2   3   4   5   6   7   8   9   ...   47

 
13 
 
sıx  bağlı  olan  vegetativ  mərkəzlər  yerləşmişdir.  Hipotalamusun  ifraz  etdiyi  neyro-
hormonlar  bilavasitə  baş endokrin  vəzi  olan  hipofızə,  hipofız  isə  öz  növbəsində  ön 
paydan  qana  ifraz  etdiyi  trophormonlar  vasitəsilə  müəyyən  periferik  endokrin  üzv-
lərə (qalxanvari vəzi, böyrəküstü vəzi, cinsiyyət vəziləri) aktiv təsir edir. Onurğa be-
yin  sinirləri  bədənin  baş  hissəsi  istisna  olmaqla  qalan  bütün  hissələrini  -  dərini, 
əzələləri, daxili üzvləri sinirləşdirir və reflektor reaksiyalarda mühüm rol oynayırlar. 
Əsas  sinir  prosesləri  -  oyanma  və  ləngimə  beyin  fəaliyyətinin  tərkib  hissəsidir. 
Beyindaxili  əlaqələrin  formalaşmasında  müxtəlif  sinir  hüceyrələri  və  onların 
çıxıntıları arasında əmələ gələn sinaptik rabitələrin rolu xüsusilə böyükdür. Sinir lifləri 
ilə  yayılan  oyanma  siqnallarının  sinapslardan  keçməsi  mexanizmləri  xüsusi  vasitəli 
neyromediatorların (asetilxolin, noradrenalin, serotonin və s.) təsirləri ilə əlaqədardır. 
Sinir  siqnalları  (impulslar)  elektrokimyəvi  təbiətə  malikdir  və  sinir  membranasından 
Na
+
  və  K

ionlarının  qarşılıqlı  hərəkətləri  sayəsində  yaranır.  Beyinin,  o  cümlədən, 
onun ayrı-ayrı strukturlarının və hüceyrələrinin (neyronların) bioelektrik potensialları 
beyin fəaliyyətini əks etdirən mühüm göstəricilərdən birisidir. Bu potensialiarı xüsusi 
cihazlar  (elektronsefaloqraf)  vasitəsilə  qeydə  alıb  təhlil  etməklə  beyinin  və  ya  onun 
hissələrinin fəaliyyəti haqqında mühakimə yürüdülür. 
İnsan  orqanizmi  üçün  sinir  sistemi  kimi  daxili  sekresiya  vəziləri  (hipofız, 
epifız,  qalxanvari  vəzi,  mədəaltı  vəzi,  böyrəküstü  vəzilər,  cinsiyyət  vəziləri)  də 
mühüm  rol  oynayırlar.  Onların  ifraz  etdiyi  hormonlar  orqanizmin  bütün  həyat 
fəaliyyəti  proseslərinə  bilavasitə  və  ya  dolayı  olaraq  aktiv  təsir  göstərirlər. 
Hormonlar  funksiyaların kimyəvi tənzimləyiciləri kimi  məlumdurlar. Onların əsas 
təsir "hədəfləri" hüceyrələrdə gedən maddələr mübadiləsi prosesləridir. Onlar şəkər 
və  zülal  mübadiləsinə,  su  və  duz  və  digər  mübadilələrə,  o  cümlədən  orqanizmin 
genetik  aparatına,  sinir  sisteminin  fəaliyyətinə  stimuləedici  təsir  göstərirlər. 
Cinsiyyət  və  böyrəküstü  vəzilərinin  hormonları  orqanizmin  baladoğma  və 
müdafıə-uyğunlaşma funksiyalarının həyata keçməsində mühüm rol oynayırlar. 
İnsanda tənəffüs  funksiyası  üçün  yüksək dərəcədə ixtisaslaşmış orqanlar (xa-
rici və daxili tənəffus yolları, ağciyərlər) sistemi inkişaf etmişdir. İnsanda ağciyər-
lərin  hava  tutumu  əmək  və  idman  fəaliyyətinin  növündən  asılı  olaraq  xeyli  də-


 
14 
 
rəcədə (4000-6000 sm
3
) arta bilər. Tənəffüs sistemi orqanları atmosfer havasından 
molekulyar  oksigenin  (O
2
)  qana  daxil  olmasına  və  qanda  yığılmış  karbon  qazının 
(CO
2
)  havaya  xaric  olmasına  xidmət  edirlər.  İnsanın  dəqiqə  ərzində  14-16  dəfə 
yerinə yetirdiyi ritmik reflektor tənəffus aktları nəticəsində onlar toxuma (hüceyrə) 
tənəffusü  (qida  maddələrinin  oksidləşməsi  prosesləri)  üçün  sərf  olunan  O
2
-ni 
toxumalara  mütəmadi  olaraq  çatdırır  və  oksidləşmə  prosesləri  nəticəsində  əmələ 
gələn və bədən üçün zərərli olan CO
2
-ni elə də orqanizmdən xaric edirlər. 
İnsan orqanizmində ürək və qan-damar sistemi bir neçə həyati vacib funksiya-
nı  yerinə  yetirir.  Əslində  bu  funksiyalar  qan  və  onun  hərəkəti  ilə  əlaqədardırlar. 
Ürək və qan damarları qanın hərəkətini təmin edən orqanlardır. Qanın tənəffus, qi-
dalanma,  təmizləmə,  müdafıə,  daşıyıcı  və  ifrazat  funksiyaları  məlumdur.  O,  həm 
də orqanizmin daxili maye mühitinin əsas tərkib hissəsidir. Ürək və qan damarları-
nın  fasiləsiz  ritmik  reflektori  hərəkətləri  sayəsində  qan  bu  qapalı  sistemdə  daim 
dövran edir. Kiçik qan dövranı (venoz qanın ürəkdən ağciyərlərə və geriyə hərəkə-
ti)  venoz  qanın  O
2
-lə  zənginləşməsinə  və  CO
2
-dən  təmizlənməsinə  xidmət  edir. 
Böyük  qan  dövranı  (arterial  qanın  ürəkdən  orqanlara  və  orqanlardan  isə  venoz 
qanın  geriyə  hərəkəti)  qida  maddələrinin  və  O
2
-nin  toxuma  və  hüceyrələrə  daşın-
masına, böyrəklər vasitəsilə bəzi tullantı məhsullarından (sidik cövhəri, sidik turşu-
su və s.) azad olmasına xidmət edir. Ürək və qan damarlarının fəaliyyəti vegetativ 
sinir  sisteminin  simpatik  və  parasimpatik  mexanizmləri  vasitəsilə  tənzimlənilir. 
Simpatik  oyanmalar  ürəyin  fəaliyyətini  sürətləndirir  və  qüvvətləndirir,  parasim-
patik təsirlər isə əksinə, onu zəiflədir və ləngidir. 
İnsanın  ürəyi  dəqiqədə  orta  hesabla  70-75  dəfə  yığılıb-boşalır  və  hər  yığılma 
zamanı aorta damarına 70 ml-ə qədər qan qovur. Qanın ürəkdən zərbə ilə qovulması 
və  qan  damarları  divarının  qanın  hərəkətinə  göstərdiyi  müqavimət  sahəsində  aşağı 
(minimal)  və  yuxan  (maksimal)  qan  təzyiqi  fərqləri  əmələ  gəlir  ki,  bu  göstərici 
insanda  orta  hesabla  80-120  mm  civə  sütununa  bərabərdir.  Qanın  orqanlar  arasında 
normal paylanması və qanın fıziki-kimyəvi tərkibinin nisbi sabitliyi orqanizmin bütün 
funksiyalarının  icra  olunması  üçün  vacib  şərtlərdən  birisidir.  Qan  bədəndə  humoral 
(hümora-maye deməkdir) tənzimlənməni həyata keçirən mühüm vəsilədir. 


 
15 
 
2) Həyat fəaliyyəti proseslərinin sinir və humoral tənzimi 
İnsan  orqanizmində  həyat  fəaliyyəti  prosesləri  əsasən  üç  səviyyəli  tənzimləmə 
mexanizmləri  vasitəsilə  idarə  olunur.  Ən  aşağı  səviyyəli  tənzimləmə  genetik, 
fermentativ  və  metabolik  tənzimlənmədir  ki,  bu  da  hüceyrələrdə  baş  verir.  Hüceyrə 
daxili  tənzimləmədə  zülallann  sintezinin,  funksional  fəallığının  və  parçalanmasının 
tənzimi başlıca rəl oynayır. Zülalların sintezi irsi informasiya daşıyıcıları olan dezok-
siribonuklein  turşuları  (DNT),  ribonuklein  turşuları  (RNT)  kimi  yüksək  molekullu 
birləşmələrin  və  bu  prosesdə  iştirak  edən  xüsusi  fermentlərin  (biokatalizatorlar) 
fəaliyyəti ilə tənzimlənilir. Hüceyrədə elə bir mühüm mübadilə (metabolik) proses və 
ya hadisə, elə bir funksiya yoxdur ki, orada zülallar iştirak etməsin. Onlar hüceyrənin 
quruluşunun  formalaşmasında  (struktur  zülalları),  metabolizmin  idarə  olunmasında 
(ferment  zülalları),  xüsusi  funksiyaların  həyata  keçməsində  (spesifik  zülallar), 
müdafiə  xassələrində  (immun  zülalları),  həssaslığında  (reseptor  zülallar)  və  həyat 
fəaliyyəti  təzahürlərində  fəal  iştirak  edirlər.  Hüceyrələrdə  şəkərlərin,  yağların,  amin 
turşuların  mübadiləsi,  oksidləşmə  bərpa  prosesləri,  enerji  hasili,  maddələrin 
transmembran  nəqliyyatı  kimi  mürəkkəb  metabolizm  hadisələri  ferment  zülallarının 
tənzimləyicisi təsiri altındadır. 
Ayrı-ayrı  növ  hüceyrələrdə  metabolizmin  idarə  olunmasının  mexanizmi  və 
xüsusiyyətləri  az-çox  fərqlənə  bilər.  Bu  onların  funksional  vəzifələri  ilə  əlaqədar-
dır. Sinir hüceyrələrində idarə və tənzim prosesləri daha çox onlarda oyanıcıqlıq və 
oyanmaların  nəqli,  oyanma  siqnallarının  hifz  olunması  və  yenidən  fəaliyyətə 
salınması  (hafızə  prosesləri),  sinir  liflərinin  böyümə  və  inkişafı,  onların  arasında 
sinaptik əlaqələrin qurulması, neyromediatorların sintezi, azad olunması, parçalan-
ması və resintezi kimi hadisələrin nizamlanmasına xidmət edirlər.  
Hüceyrə daxili həyatın tənzimlənməsində hüceyrələrin tənəffusünün və qidalan-
masının tənzimi  mühüm yer tutur. Hüceyrənin tənəffüsü prosesi onun çoxsaylı və iri 
orqanoidlərindən  olan  mitoxondrilərdə  həyata  keçir.  Hüceyrə  tənəffüsü  orqanizmdə 
bioloji enerjinin əsas mənbəyidir. Mitoxondrilərdə hasil olan adenozintrifosfat (ATF), 
quanizintrifosfat  (QTF)  kimi  makroerqik  fosfat  birləşmələri,  xüsusilə  ATF  universal 
bioloji (biokimyəvi) enerji mənbələri funksiyasını yerinə yetirirlər. Hüceyrədə elə bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə