Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ 10 cilddə Q.Ş. Kazimov seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 3,71 Mb.
Pdf görüntüsü
səhifə10/243
tarix08.07.2018
ölçüsü3,71 Mb.
#54094
1   ...   6   7   8   9   10   11   12   13   ...   243

arasındakı   fikirləri   bağlamağa   deyil,   emosionallığa   da   xidmət 

edir»


Dil həyat həqiqətinin konkret faktıdır. Onun leksik tərkibinə 

müxtəlif   söz   qrupları   daxildir.   Yazıçının   sənətkarlığı   bu   söz 

qruplarından yerində və dərəcəsində istifadə edə bilməsindən çox 

asılıdır.   Yazıçı   öz   əsərində   leksik   vahidlərdən   düzgün   istifadə 

edirsə, onun əsəri məziyyət qazanır, əgər o, bu vahidləri əsərə 

heç bir zərurət olmadan daxil edirsə, bu zaman əsər sönükləşir, 

onun   estetik  dəyəri və  gücü  zəifləmiş olur.  «Dəli Kür»ün dili» 

məqaləsində   tədqiqatçı   bu   romana   məxsus   bədii   gözəlliyin   bir 

çalarını   əsərin   dilinin   təbiiliyində   görür.     Məlumdur   ki,     «Dəli 

Kür»ün sintaksisi   əsasən sadə cümlələr əsasında qurulmuşdur. 

Lakin   bu  xüsusiyyət   mətnə  bəsitlik  yox,  aydın

görünən bir lakoniklik, estetik potensiya gətirir. Q.Kazımov bu 

keyfiyyəti dərhal görür və yüksək dəyərləndirir; aydınlaşdırır ki, 

romanın   «yığcam   və   ifadəli   cümlələr   əsasında   qurulmuş   dili 

hadisələrin bir-birini tez-tez əvəz etməsinə, xarakterlərin daha 

sürətlə   açılmasına   səbəb   olur».   (

Qəzənfər   Kazımov,   Sənət 

düşüncələri, s.40

)

«Dəli Kür»ün dilində işlənmiş etnoqrafik dialektizmlərin, 



arxaik sözlərin yığcam elmi təhlilini verən tədqiqatçı onların bədii 

zərurət nəticəsində işləndiyini və buna görə romanın dilinə canlı 

bir   kolorit   gətirdiyini   faktlarla   əsaslandırır.   Ədibin   bədii 

təsvirlərinin   gözəlliyini   və   təbiiliyini,   yaddaqalan   mənzərələr 

yaratdığını əyaniləşdirmək üçün tədqiqatçının seçdiyi nümunələr 

uğurlu  olduğundan  romana   maraq   və  sevgini  daha   da   artırır: 

«Göy inildəyib şaqqıldadı. Selləmə yağış başladı. Suyun üzü atılıb 

düşdü. Elə bil, Kürü daşa basdılar». «Başı  az qala tavana dəyən, 

pəhləvan cüssəli Cahandar ağanın qara sifəti tunc kimi bozardı, 

iri   həbəşi   dodaqları   titrədi,   qıllı   çatma   qaşlarının   arası 

düyünləndi».

Müasir   Azərbaycan   dilinin,   xüsusilə   bədii   üslubun 

inkişafında yazıçı rolu, nəsr dilinin özünəməxsusluğu, dialekt və 

şivələrin   bədii   dildəki   funksiyası   Q.Kazımovun   əsərlərində 

diqqətlə   öyrənilən   məsələlərdəndir.   Onun   İ.Şıxlı,   S.Əhmədli, 

Anar,   Ə.Əylisli,   Elçin,   F.Kərimzadə,   S.Səxavət   və   b.   nasirlərin 

roman   və   povestlərinə   həsr   olunmuş   məqalələrində,   müxtəlif 

31



çıxışlarında,   müsahibələrində   müasir   nəsr   dilinin   səciyyəvi 

xüsusiyyətləri   təhlil   olunmuş,   adları   çəkilən   sənətkarların 

əsərlərində təzahür  formaları göstərilmişdir.  Tədqiqatçı çağdaş 

nəsr   dilinin   gözəlliyini   və   bu   dili   yaradan   nasirlərin   uğurlarını 

onların   xalq   dilinə   əsaslanmasında,   bu   dilin   saf,   qaynar 

bulağından içməsində, bədiilik imkanlarından  məharətlə istifadə 

edə bilməsində görür. O, müşahidələrini dərinləşdirməklə çağdaş 

yazıçıların   nəsr   dilində   təsadüf  edilən   bir   sıra   leksik   vahidləri, 

məsələn,   şivə   sözlərini   işlədərkən   müəllif   məqsədini   dəqiq 

müəyyənləşdirir.   Bu   baxımdan   alimin   İ.Şıxlı   romanlarının   dili 

haqqında fikirləri maraqlı görünür: «Ayrılan yollar»da da, nəsr 

dilinin gözəl nümunəsi olan «Dəli Kür»də də şivə materiallarına 

müraciət   edilmişdir.   Lakin   bu   əsərlərdə   istifadə   edilmiş   şivə 

elementləri başqa-başqa xarakterdədir. «Ayrılan yollar»da yazıçı 

daha çox məhəlli kolorit yaratmaq, obraz nitqini tipikləşdirmək 

prinsipinə əməl etmiş, «Dəli Kür»də tamamilə başqa məqsəd – 

qarşılığı   olmayan   sözlərlə   ədəbi   dili   zənginləşdirmək   məqsədi 

güdmüşdür».

Çağdaş nəsr dili kimi çağdaş poeziya dili də Q.Kazımovun 

sevimli mövzularındandır. Məhəmməd Hüseyn Şəhriyar, Hüseyn 

Arif, Söhrab Tahir, Zəlimxan Yaqub kimi şairlərin yaradıcılığına, 

eləcə   də   Azərbaycan   nəşriyyatlarında   çap   olunmuş   bəzi   şeir 

kitablarına   dair   məqalə   və   resenziyalarında   o,   həmin 

sənətkarların poetik üslubunu, məcazlar sistemindən istifadə im-

kanlarını təhlil edir. Məlumdur ki, şeir dilini təhlil etmək olduqca 

çətindir;   buRada   işlənmiş   söz   və   ifadələrin   bədii   yükünü 

müəyyənləşdirmək tədqiqatçıdan xüsusi səriştə tələb edir. Belə 

səriştə   və   bacarıq   Q.Kazımovun   «Heydərbaba   yüksəkliyi» 

məqaləsində aydın görünür.  M.Şəhriyarın məşhur  poemasından 

bəhs   edən   həmin   məqalədə   tədqiqatçı   ədəbi-elmi   təhlilin   isti-

qamətini   kon-     kret  misalların,   söz   və   ifadələrin   üzərinə 

yönəltməklə poemanın bədii məzmun qatını, həyatın bütün ağrı-

acılarını,   uşaqlıq   çağlarının   sevinc   və   qayğılarını   gah   xoş 

duyğular, gah da böyük nisgil və həsrətlə xatırlayan şair qəlbinin 

ən dərin guşələrini aydınlaşdırmış olur. Məhz belə təhlil üsulu 

sübut   edir   ki,   «Heydərbabaya   salam»   poemasının   oxucular 

arasında   dərin   rəğbət   və   məhəbbət   qazanmasının   sirri   təkcə 

32



onun ictimai məzmun qatının dərinliyində yox, həm də ifadə gö-

zəlliyində   –   dilinin   şirinliyində,   şairin   istifadə   etdiyi   bədii   mü-

qayisə,   mübaliğə   və   metaforaların   təbiiliyində,   xalq   dilinin 

zənginliyindən məharətlə bəhrələnməsindədir.



***

Qəzənfər   Kazımovun   əsas   tədqiqat   sahələrindən   biri   də 

müasir Azərbaycan dilinin estetik imkanları, xüsusilə komizmin 

bədii vasitə və üsullarıdır. Həmkarı H.Mirzəyev doğru deyir ki, o 

bizim   «filologiyamızda   komizm   nəzəriyyəsinin   görkəmli 

tədqiqatçısı kimi tanınmaqdadır». (

Qəzənfər Kazımov. Dilimiz – 

tariximiz, s.10

)

  Alimin «Sirkə» hekayəsi və imlamız», «Molla Nəsrəddin» 



jurnalının   sovet   dövrü   felyetonlarının   ictimai-siyasi   leksika   və 

frazeologiyası»,   «Nəsrimizdə   komik   şişirtmə»,   «Nəsrimizdə 

komik məsəllər və aforizmlər», «Bədii ədəbiyyatda xüsusi adların 

komik təbiəti», «Yazıçı təhkiyəsinin və obraz nitqinin bəzi ədəbi-

estetik xüsusiyyətləri barədə» və s. onlarca bu kimi məqaləsin-

dən başqa üç monoqrafiyası da bədii ədəbiyyatda komik vasitə 

və üsulların tədqiqinə həsr edilmişdir. Onlardan biri «Komik-bədii 

vasitələr» (B., Yazıçı, 1983) adlanır.

Məlumdur   ki,   estetikanın   əsas   və   mürəkkəb 

kateqoriyalarından   olan   komiklik   ictimai   həyat   zidiyyətlərinin 

ümumiləşdirilmiş  bədii əksindən ibarətdir. Onun  əsas mənbəyi 

həyat,   başlıca   təzahür   forması   bədii   gülüşdür.   «Eybəcərliklə 

gözəlliyin,   nadanlıqla   maarifin,   geriliklə   tərəqqinin,   axmaqlıqla 

ağılın,   miskinliklə   ülviyyətin,   təsəvvürlə   həqiqətin,   istəklə 

bacarığın, iddia ilə ləyaqətin arasındakı uyğunsuzluq və ziddiyyət 

gerçəklikdə   və   incəsənət   əsərlərində   gülüşün   həm   mənbəyini, 

həm də hədəfini təşkil edir». (

Mehdi Məmmədov. Azərbaycan 

dramaturgiyasının estetik problemləri, B., 1968, s.217

)

Lakin hər cür gülüş komiklik yarada bilmir. Fərdin müəyyən 



hadisəyə, yaxud şəxsə fizioloji reaksiyasını ifadə edən subyektiv 

gülüşdən   fərqli   olaraq,   «komizm   ümumi   obyektiv   məzmun 

daşıyır. Bu, gülüşün yüksək pilləsidir və insanların gerçək aləmə 

bəslədikləri ictimai münasibətləri ifadə edir». Adi «gülüş yalnız 

33



Yüklə 3,71 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   243




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə