Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   15   16   17   18   19   20   21   22   ...   62

xarakterikdir.Koreyada 1961-ci ildən 1983-cü ilə qədər olan dövrdə dövlət müəssisələrinin 
özəlləşdirilməsinin gedişi belə olmuşdur:1968-ci ildə - Koreya Maşınqayırma Şirkəti, Koreya 
Yeraltı Nəqliyyat Şirkəti, Koreya Dəniz Nəqliyyatı şirkəti, Koreya Gəmiqayırma korporasiyası, 
Koreya Aerokorporasiyası (KAL), Koreya Metalçıxarma şirkəti, "İnçen" Dəzgahqayırma  
korporasiyası, 1971-ci ildə - Koreya Faydalı qazıntıların işlənməsi korporasiyası, Duz istehsalı üzrə
Koreya korporasiyası, 1972-ci ildə - Koreya kommersiya Bankı, 1973-cü ildə - Koreya Suvarma 
korporasiyası, 1978-ci ildə - Koreya Sığorta Şirkəti, 1981-ci ildə - Suların təmizlənməsi üzrə
Koreya korporasiyası, "Xanil" bank, Neft məhsullarının yenidən emalı üzrə  Koreya korporasiyası, 
1982 -ci ildə  Seul kredit Bankı, "Tseil" Bank" və 1983-cü ildə "Coxun" bank.
Bu mərhələdə özəlləşdirmə dövlət bölməsinin xeyli ixtisarına gətirib çıxarmışdı. Belə ki, 1988-ci 
ildə ölkədə fəaliyyət göstərən  dövlət müəssisələrinin sayı 102-ə çatırdı ki, onun da 3-ü birbaşa 
hökumətin nəzarəti altında olmuş,  26-da dövlətin payı 50 faizdən yuxarı, 6-sında əksinə, 50 
faizdən aşağı qeydə alınmış, yerdə qalan 67-si isə "törəmə" dövlət müəssisəsi  statusu ilə fəaliyyət 
göstərmişdi ki, onlarında  "baş" müəssisəsində dövlətin payı 50 faizdən yuxarı xüsusi çəkini ifadə
edirdi.
Cənubi Koreyada maliyyə bölməsinə məxsus dövlət müəssisələrinin özəlləşdirilməsi prosesi də
aktiv həyata keçirilirdi. Belə ki, bu proses nəticəsində  7 kommersiya bankının özəlləşdirilməsi  ilə
yanaşı  2-si qarışıq mülkiyyət formasında  yenidən yaradılmış, həmçinin  43 əmanət kassaları və  
qısamüddətli   ssudalar üzrə ixtisaslaşan 10 maliyyə şirkəti dövlətsizləşdirilmişdir.
Özəlləşdirmə prosesinin  hüquqi bazasını təşkil  edən qanunvericilik və normativ aktların təhlili 
göstərir ki, Koreyada bu tədbirin qarşısında başlıca olaraq  aşağıdakı məqsədlər durmuşdur:
- müəssisələrin onların fəaliyyət dairəsinin  rəqabət şəraitinə  keçirilməsi yolu ilə  işinin 
effektivliyinin  yüksəldilməsi, istehsalçıların  təsərrüfat və texnoloji sərbəstliyının təmini;
-  səhm bazarı vasitəsilə əlavə özəl investisiyaların  cəlb edilməsi;
-  dövlətin  maliyyə öhdəliklərinin onun səhm payının satılması yolu ilə yüngülləşdirilməsi;
- müvəffəqiyyətlə fəaliyyət göstərən müəssisələrin mülkiyyətinin vətəndaşlara verilməsi hesabına 
cəmiyyətin  ağrılı sosial problemlərinin həlli.
Özəlləşdirmə planına müvafiq olaraq Cənubi Koreyada  müəssisələrin  dövlətləşdirilməsi 4 əsas 
üsulla aparılmışdır.
1) Səhmlərin xüsusi şəxslərə  birbaşa  və tam  satışı. Bu zaman  xüsusi şəxslər rolunda  maliyyə, 
sığorta şirkətləri və banklar çıxış edirdi. Bu üsulla Fond  Birjası, Koreya nəzarət - təftiş idarəsi 
özəlləşdirilmişdir.
2) Səhmlərin hissə-hissə, qismən satışı. Bu üsul müəssisədə struktur dəyişikliklərinə əlavə vaxt 
qazanmaq məqsədi ilə həyata keçirilirdi. Bu zaman dövlət ilkin mərhələdə nəzarət səhm paketini öz 
əlində saxlayır  və  yerdə qalan səhmləri hissə-hissə satışa çıxarırdı. Belə üsulla Koreya Xalq 
Bankı, bir sıra orta həcmli banklar və kiçik müəssisələr özəlləşdirilmişdir.
3) Dövlət müəssisəsinin tam satışı. Hökumət rəqabəti aktivləşdirmək və menecerlərin fəallığını 
yüksəltmək məqsədilə dövlət müəssisəsinin bütün səhmlərini  özəl  bölmədə reallaşdırırdı. Bu üsul 


Milli Dərslik Ədəbiyyatı nəşriyyatının, Koreya Texnoloji şirkətinin,  Koreya Valyuta Bankının 
özəlləşdirilməsində tətbiq olunmuşdur.
4) Dövlət müəssisəsinin qismən satışı. Bu üsulla özəlləşdirmə zamanı dövlət iqtisadiyyatın hakim 
mövqeli  sahələrində nəzarətini saxlamaq məqsədilə müəyyən miqdarda paya sahib dururdu. Belə
üsuldan Koreya Elektron  Şirkətinin, Koreya Teleqraf və Telefon şirkətinin, İnhisarçı tütün 
kombinatının, "Pxoxan" Dəzgahqayırma şirkətinin özəlləşdirilməsində istifadə edilmişdir.
1988-ci ildən etibarən Koreyada özəlləşdirmənin yeni modeli tətbiq olunmağa başlandı. Belə ki, 2 
dekabr  1987-ci ildən sonra  hökumətin təsdiq etdiyi plana görə, yüksək inkişaf göstəricisinə malik 
olan dövlət müəssisələrinin aktivlərinin  cəmiyyətin geniş təbəqəsi arasında bölüşdürülməsinə start 
verildi. Burda məqsəd  cəmiyyətin aşağı və orta  təbəqələrini  özəl mülkiyətin formalaşmasına cəlb 
etməklə, siyasi və iqtisadi sabitliyin təminatçısı olan orta sinfin yaranmasına   yardım etməkdən 
ibarət idi. Bu zaman dövlət müəssisələri arasından  səhmlərinin dəyəri 5 milyard vonqdan çox olan 
7 aparıcı  şirkət seçilmişdir ki,  onların da  bu formada özəlləşdirilməsi  1988-ci ilin yayından 
başlayaraq 1992-ci ilə qədər davam  etmişdir. "Xalq  səhmləşdirilməsi" adlandırılan bu tədbirin  
həyata  keçirilməsi zamanı  dövlət vətəndaşlar, o cümlədən də işçilər və menecerlər arasında 
bölüşdürdüyü səhmlərin satışına üç il müddətində qadağa qoymuşdu. Burda da məqsəd Fransada 
olduğu kimi səhmdarların sabit blokunu yaratmaqdan ibarət idi. Fikrimizcə, "xalq 
səhmləşdirilməsi"nin tətbiqinin Cənubi Koreya üçün bir sıra müsbət nəticələrindən  Azərbaycanın  
özəlləşdirmə praktikası üçün bəzi nümunələri götürmək mümkündür.
Əvvəla, bu prosesə məhz yüksək iqtisadi  göstəricilərə malik, rentabelli və perspektivli, eləcə də
gəlirli müəssisələrin  cəlb olunması xalq arasında səhmləşdirmə əməliyyatını xeyli 
populyarlaşdıraraq, geniş əhali kütləsinin özəlləşdirmədə  fəal iştirakında  mühüm rol oynamışdır.
İkincisi, bu son nəticədə müəssisələrin fəaliyyətinə də  müsbət təsir göstərmiş ən azı üç il ərzində
səhmdar olmaq imkanından bəhrələnmək istəyi müəssisələrin işini maksimum effektli təmin etmək 
məqsədilə  bacarıqlı menecerlərin bu prosesə  dəvət olunmasına şərait yaratmaqla yanşı sonradan 
onların fəaliyyəti üzərində nəzarətin möhkəmləndirilməsinə də səbəb olmuşdur.
Üçüncüsü, cəmiyyətdə orta təbəqənin  formalaşdırılması istiqamətində yeni mülkiyyətçilər  sinfinin 
yaranması ölkədə bir tərəfdən sabitliyin və demokratikləşmənin inkişafına təkan verirdisə, digər 
tərəfdən də  dövlətin bir sıra  sosial problemlərinin həllini  sürətləndirdi. Cənubi Koreya ilə yanaşı 
bu region üzrə özəlləşdirmə təcrübəsi sahəsində digər YSD-nin, Malaziya, Sinqapur, Filippin, 
Tailand və İndoneziyanın təcrübəsi də maraq doğurur.
Malayziya digər qitə ölkələri ilə müqayisədə  inkişafın sosial aspektlərinə daha çox diqqət yetirir. 
Bunun nəticəsində bu ölkədə  dövlət bölməsinin iqtisadiyyatdakı xüsusi çəkisi, Cənubi-Şərqi 
Asiyanın başqa  ölkələri ilə müqayisədə  yüksəkdir. Burda hökumət çoxsaylı dövlət təşkilatlarını, 
sosial infrastruktura obyektlərini, telekommunikasiyanı, limanları nəzarət altında saxlayır. Ölkədə
ixracatın strukturunda dünya bazarının konyukturasından asılı olaraq, neft, qalay, təbii kauçuk və
palma yağı üstünlük təşkil etdiyindən Malayziya da bu sahələr əsasən dövlət inhisarında saxlanılır. 
2001-ci ilin 1 yanvar tarixinə olan məlumata görə, Malayziyada özəl bölmənin Ümumi Daxili 
Məhsulda xüsusi çəkisi 56 faiz təşkil etmişdir. Həmin dövrdə ölkədə işsizliyin səviyyəsi 3,1 faiz, 
inflyasiya səviyyəsi ilə 1,3 faiz olmuşdur. Malayziya əhalisinin 49,9 faizi xidmət sferasında çalışır 
ki, bu sahədədə özəl bölmənin payı digərləri ilə müqayisədə daha yüksəkdir. Ümumi daxili 
məhsulun qeyd olunan dövrə həcmi 340,7 milyard dollar Rinqitt və ya 85 mlrd. ABŞ dollarına 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə