Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   18   19   20   21   22   23   24   25   ...   62

YSD  mövcud olan çoxsaylı problemlərin məngənəsində  həyata keçirilən özəlləşdirmənin 
qarşılaşdığı çətinliklərin   bəziləri  bizim ölkəmiz üçün də xarakterik  olduğundan, prosesin  
gedişində onların nəzərə alınması və diqqət mərkəzində   saxlanılması nəticələrin müvəffəqiyyəti 
baxımında əhəmiyyətli hesab oluna bilər.
3.4. Türkiyədə özəlləşdirmə
Türkiyə özəlləşdirilməsinin xüsusiyyətlərindən  bəhs edərkən, əvvəlcə bu ölkədə dövlət 
müəssisələrinin formalaşması istiqamətlərilə və özəlləşdirmə  ərəfəsindəki  situasiyalarla tanış 
olmağa zərurət yaranır.  Bu ölkə bazar münasibətləri əsasında fəaliyyət göstərən azad 
sahibkarlarının  və sərbəst təsərrüfat  subyektlərinin sayına, iqtisadi təşəbbüskarlığa və onun   
reallaşdırılması üçün  mövcud olan  əlverişli iqtisadi   mühitinə və azadlığa görə  həmişə müsbət 
yöndə fərqləndirilir.*
 İnkişaf etmiş ölkələrdə dövlət bölməsinin üstün çəkisi   ictimai əmtəə buraxılışı və xidmət  
sferasına, hasilat sənayesinə xarakterik olsa da, Türkiyədə bank sisteminin 72 faizi, sənayenin  50 
faizə qədəri dövlətin  inhisarındadır. Bu ölkədə  fəaliyyət göstərən və "kamular" adlanan dövlət 
müəssisələri milliləşdirmə nəticəsində deyil, hökumətin təşəbbüsü ilə müxtəlif vaxtlarda 
yaradılmışdır. 1989-cu ildə belə müəssisələrdə ÜMM-in 11 faizinə qədəri istehsal olunurdu. 
Onların əksəriyyəti emaledici sənaye sahələrində cəmləşmişdir. 1990-cı ildə bu sahədə mövcud 
olan 500 iri müəssisədən 1-i dövlət mülkiyyətin saxlanılırdı.     
  Türkiyədə özəlləşdirmə ideyası 1983-cü ildə Ana Vətən Partiyasının hakimiyyəti dövründə
praktiki tətbiq imkanı qazanmışdır. Bu zaman özəlləşdirməyə özəl biznesin iqtisadi həyatda rolunu 
artırmaq, rəqabət qabliyyətini yüksəltmək və cəmiyyətdə ədalətli bölgü prosesini reallaşdırmaq 
vasitəsi kimi baxılırdı.*
Türkiyə hökumətinin bu sahədə təcrübəsizliyi nəzərə alınaraq özəlləşdirmə planının işlənilməsinə
xarici mütəxəssislər dəvət edilmişdir. Belə ki, bildiyimiz kimi Malayziyanın özəlləşdirmə
proqramını ingilislər hazırladığı halda, burda  müvafiq sənədin işlənilməsinə amerikalı ekspertlər 
rəhbərlik etmişlər. Nəhayət, onların təklif etdiyi Özəlləşdirmə Planı 1986-cı ilin mayında Türkiyə
Hökumətinə təqdim olunmuş və bu plan "kamu"ların yenidən qurulması və sağlamlaşdırılması 
üsulları ilə yanaşı konkret tədbirlər paketini də özündə cəmləşdirmişdir.
1985-ci ildən başlayaraq 2000-ci ilə qədər Türkiyədə 211 şirkətin  özəlləşdirilməsi nəzərdə tutulsa 
da onlardan 22-si müxtəlif  səbəblərdən bu siyahıdan  çıxarılmışdır. Son 10 ildə özəlləşdirmə
aşağıdakı sahələri əhatə etmişdir:
-ərzaq  sənayesinin 30, süd sənayesinin 38 fabriki bütövlükdə özəlləşdirilmiş və beləliklə də
dövlətin bu sahələrdəki mülkiyyət payı satılıb qurtarmışdır;
-analoji olaraq, sement sənayesinin 30 zavodunun özəlləşdirilməsi  ilə dövlət  bu sahəyə də
nəzarətini tamamilə itirmişdir;
-bankların özəlləşdirilməsi Sumerbankdan başlayaraq, Etibanki, Denizbank, Anadolu Banki əhatə
etmişdir. 1998-ci ilin mayında isə Is Bankda dövlətin 12,3%-lik payı beynəlxalq və yerli  hərraclara  
çıxarılmışdır;
-həmin  üsulla Netas və Tofas müəssisələrində də  dövlətin payı  xarici  investorlara  satılmışdır;


-turizm  sferası, toxuculuq, ət emalı və meşə sənayesi müəssisələrində dövlətin payının 50 faizə
qədəri özəlləşdirilmişdir.*
1999-cu ilə olan son məlumata görə, yaxın gələcəkdə özəlləşdirilməsi  nəzərdə tutulan 74 şirkətin 
32-də dövlətin payı 50 faizdən çoxdur. Onların  siyahısına  neft emalı, təchizatı, mis, polad, neft-
kimya, meşə materialları, ət emalı sənayesi müəssisələri ilə yanaşı, "Türk  hava yolları" 
aviaşirkətində dövlətin 30 faizlik  payı da  daxil edilmişdir.
2.5. Türkiyədə özəlləşdirmədən daxil olmuş vəsait mln. USD (1985-1998-ci illər)*
1985-88 - 50
1990 - 500
1991 - 200
1993 - 550
1994 - 400
1995 - 500
1997 - 430
1996 - 300
1997 - 420
1998 - 1000
Türkiyədə özələşdirmənin hüquqi bazasına təşkil edən 4 akt fəaliyyətdədir. Onlar aşağıdakılardan 
ibarətdir:
-akt 2983- hələ özəlləşdirmənin təxmini planı  hazırlanmamış 1984-cü ildə qəbul edilib. Bu aktla 
xəzinəyə yerli qiymətli  kağızların satışından daxil olmanın üç forması müəyyənləşdirilmişdi ki, 
sonuncu ("kamuların" səhmlərinin buraxılışı və satışı) özəlləşdirməyə aid edilirdi;
- akt dekret 233 "kamuların" özəlləşdirilməsini əhatə  edirdi, onun fərqləndirici  xüsusiyyəti  Ali 
Planlaşdırma   Şurasına ayrıca müəssisənin özəlləşdirilməsi haqqında qərar çıxarmaq hüququnun 
verilməsi ilə izah oluna bilər;
- akt 3291-də  özəlləşdirmə məsələlərinə nisbətən geniş şəkildə baxılırdı. Bu aktla özəlləşdirmənin 
5 metodu müəyyənləşdirilmişdi: "kamuların" qismən və tam satışı səhmlərinin satışı, icarəyə
verilməsi, idarətmə  hüququ ilə özəl bölməyə təklif  olunması  və ləğvetmə.*
Qanun 4046 - özəlləşdirmənin təşkili proseduraları, prisipləri və digər məsələləri reqlamentləşdirir. 
1994-cü ildən etibarən qüvvədədir.
Türkiyədə özəlləşdirməyə ümumi rəhbərlik üç orqan tərəfindən  həyata keçirilir.
Ali özəlləşdirmə Şurası (AÖŞ);
Özəlləşdirmə müdiriyyəti (ÖM);
Özəlləşdirmə Fondu (ÖF).


AÖŞ - Türkiyədə özəlləşdirmənin ali orqanı hesab olunur. Şuraya baş nazir rəhbərlik edir,  onun 5 
üzvü vardır: baş nazirin müavini (koalisiya hallarında), 2 dövlət naziri, maliyyə naziri və sənaye-
ticarət naziri.
AÖŞ özəlləşdirmənin müddətini, metodunu  müəyyənləşdirir, bundan əlavə özəlləşdirmə
sazişlərinin, ÖF -nin və ÖM-in büdcəsini təsdiq edir, özəlləşdirmənin gedişini qiymətləndirir. AÖŞ 
istisna halarda, zəruri  əsaslandırmalar əsasında dövlət müəssisələrinin özəlləşdirmədən 
kənarlaşdırılması haqqında qərar qəbul etmək səlahiyyətinə də malikdir.
ÖM - icraedici orqandır.  Əsas vəzifəsi AÖŞ -nin qərarlarını yerinə yetirməkdən  ibarətdir. ÖM 
özəlləşdirmə zamanı dövlət müəssisələrinin  restrukturizasiyası, yenidən bərpası və hətta onların 
proqramdan çıxarılması  barəsində AÖŞ-yi təkliflər verir.
ÖF-ni özəlləşdirmə müdiriyyəti  idarə edir. Qiymətli kağızların  və digər maliyyə alətlərinin 
satışından əldə  edilən bütün gəlirlər ÖF-yə daxil olur. ÖF-nin vəsaitləri dövlət müəssisələri 
kapitalının genişləndirilməsinə, restrukturizasiyasına, eləcə də özəlləşdirmə  xərclərinin 
ödənilməsinə  yönəldilə bilər. Bu vəsaitlərdən dövlət  büdcəsinin kəsirinin maliyyələşdirilməsində
istifadə olunması qadağandır.*
Analoji qurumlar başqa adla Pakistanda da fəaliyyət göstərir. Belə ki, Pakistanda özəlləşdirmə
komissiyası siyasətçilər və mütəxəssislərdən təşkil olunmuş 5 nəfərdən ibarət olmaqla, daha çox 
məsləhətverici orqan xarakteri  daşıyır. Özəlləşdirmə üzrə idarəetmə komitəsi maliyyə nazirinin 
rəhbərliyi altında fəaliyyət göstərir. Bundan əlavə ölkədə baş nazirin rəhbərliyi ilə 9 federal 
nazirdən təşkil olunmuş Özələşdirmə İdarəsi də mövcuddur.
 Fikrimizcə, özəlləşdirmə siyasətinə bu cür üç istiqamətli rəhbərlik proses zamanı bürokratik 
proseduraların çoxluğundan savayı, həm də hər bir qərarın qəbulunun baş nazir səviyyəsində həlli  
olunması zərurəti yaradır. Belə idarəetmə sistemi prosesin gedişinə aktiv münasibəti əngəlləyə və
onu  üzv nazirlərin təmsil etdikləri  siyasi  dairələrin təsiri altına  sala bilər. Məsələyə bu 
kontekstdən yanaşanda özəlləşdirmə prosesinə onu təşkil edən  icra orqanından başqa həmin 
müəssisələrdə idarəetmə  mexanizmini həyata keçirən və özəlləşdirmədən əldə edilən gəlirləri 
özündə cəmləşdirən fondun daxil  olması kifayətdir.
Nəticə
Türkiyədə özəlləşdirmə təcrübəsindən çıxan bəzi nəticələrə diqqət yetirək. Özəlləşdirmənin gedişi 
zamanı xarici məsləhətçilərdən istifadənin nəticələri onu göstərdi ki,   heç də həmişə belə yanaşma 
prosesin mütləq müvəffəqiyyətli  sonluğuna təminat vermir. Çünki,  bir çox  hallarda  onlar yerli  
və milli  xüsusiyyətləri lazımi səviyyədə nəzərə ala bilmirlər. Bu istiqamətdə deyilənlər 
Malayziyanın timsalında təsdiq olunmuşdur. Özəlləşdirmədə vacib məsələlərdən hesab olunan 
hüquqi və təşkilati bazanın düzgün formalaşdırılmaması nəticəsində sonradan prosesin əleyhinə
yönələn qüvvələrin onun müvəffəqiyyətinə əsaslı surətdə mənfi təsir edən və yekunlarının şübhə
altına alınmasına gətirib çıxaran siyasi çıxışlarına şərait yaradır. Türkiyənin özəlləşdirmə
tərcübəsində beş sement zavodunun səhmlərinin fransız şirkətlərinə satılması prosesindəki qanun 
pozuntusu bu prosesi siyasi oyunların  obyektinə çevirmiş və müxalifətə məhkəmə vasitəsi ilə
qərarı  dəyişdirmək  imkanları  yaratmışdır.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə