Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   26   27   28   29   30   31   32   33   ...   62

- ayrıca qrup müəssisələrin  bütün səhmlərinin özəlləşdirilməsi;
- praktiki olaraq bütün müəssisələrin səhmlərinin bir hissəsinin özəlləşdirilməsi.
Birinci variant  daxilində satış üçün yalnız mənzillər və dövlət kənd təsərrüfatı müəssisələri ayrılır. 
Bu variantdan  ilkin olaraq Belarus, Estoniya, həmçinin, Litva və Ukraynada  istifadə edilmişdir.
İkinci variantda KÖP-də dövlət müəssisələrinin bir qrupu  iştirak edir. Bu variant Bolqarıstan, 
Rumıniya, Polşa, Çexiya,  Slovakiya, Estoniya, Qazaxıstan və Monqolustanda  həyata 
keçirilmişdir.  Polşada KÖP-də iştirak üçün məcmu balans dəyəri 15 mlrd. zlota (təxminən 6 mlrd. 
dollar) qədər  olan  512 dövlət müəssisəsi  ayrılmışdır ki,  onların da əsas fondlarının  məbləğinin 
ölkə üzrə ümumi yekunda xüsusi çəkisi 10,8 faiz təşkil edirdi. Bu müəssisələr özəlləşdirmə
nazirliyi tərəfindən qabaqcadan  və ardıcıl surətdə seçilmişdir. Bu zaman əsas meyar olaraq  satış 
həcminin  10 mln. dollardan az olmaması və rentabelli fəaliyyət  nəzərə alınmışdır.
Polşada kütləvi  özəlləşdirmə prosesində iştirak məqsədilə seçilmiş şirkətlərin səhmləri aşağıdakı 
prinsiplərə müvafiq olaraq bölüşdürülürdü:
 33% -bir  Milli İnvestisiya Fonduna (MİF) daxil olan səhm paketinin maksimum ölçüsüdür;
 27% - digər MİF arasında bölüşdürülür; ( 60% (33%+27%) bütövlükdə MİF-lər arasında 
bölüşdürülür);
15% - əmək kollektivinin üzvləri arasında (illik əmək haqqının həcmi həddində) əvəzsiz olaraq 
bölüşdürülür; (75%-in (33%+27%+15%) bütövlükdə özəlləşdirməsi nəzərdə tutulur);
25%- sosial sığorta sistemində  islahatların  aparılması  məqsədilə  sosial təminat fondlarının 
mülkiyyətində saxlanılır,  (100% (33%+27%+15%+25%)  ümumi səhmdar kapitalı təşkil edir).
Çexiya Respublikasının genişmiqyaslı özəlləşdirmə proqramına müvafiq olaraq  (26 fevral 1991-ci 
ildə Federal Məclis  tərəfindən qəbul edilmişdir) müəssisə 20 yanvar 1992-ci ildək davam edən 
birinci və 16 iyun 1992-ci ilədək davam edən ikinci mərhələ çərçivələrində özünün şəxsi 
özəlləşdirmə planını işləyib hazırlamalı və bu planlarda  səhmlərin birbaşa satışı, açıq tender, 
pulsuz  paylanma, həmçinin, kuponlara dəyişdirilmə üsullarına  hökmən yer ayrılmalıdır.  
Səhmlərin bölüşdürülməsini əks etdirən statistik məlumatlara görə,  Çexiya Respublikasında 
özəlləşdirilən müəssisələrin 1/5-i praktiki olaraq səhmlərin 84% -nin kuponlara dəyişdirilməsi  
variantını seçmişdir (yerdə qalan səhmlərin 3 faizi avtomatik olaraq Restitusiya Fonduna daxil 
olmuş, 8%--i dövlətin sərəncamında saxlanılmış,  5%-i  bankların özəlləşdirilməsində istifadə
olunmuşdur). Slovakiyada isə müəssisələrin 60 faizi istisnasız  olaraq kupon özəlləşdirməsini 
seçmişdilər. Kupon özəlləşdirməsində dəyəri bütövlükdə 500 mlrd. çex kronundan çox olan və
dövlət əmlakının 25 faizinə  qədər xüsusi çəkiyə malik olan  aktivlərin dövlətsizləşdirməsi nəzərdə
tutulmuşdu. Çexiyada dövlət müəssisələrinin  satışı iki mərhələdə  həyata keçirilmişdir: 
Birinci mərhələ bütövlükdə 1992-ci ili əhatə edərək  həmin dövr ərzində 2883 dövlət müəssisəsinin 
özəlləşdirilməsi  məqsədini qarşıya  qoysa da, onlardan iqtisadiyyatın müxtəlif sahələrinə  
(sənayeyə, bank sferasına,  xidmət,  ictimai iaşə  bölməsinə) aid olan yalnız 1491-nin 
özəlləşdirməsi vaxtında başa çatdırılmışdır. Özəlləşdirilməsi  bu mərhələdə nəzərdə tutulan 
müəssisələrin ümumi balans dəyəri  500 mlrd. çex kronuna, sayı isə  800-ə  bərabər  olmuşdur.


Üçüncü variantda KÖP çərçivəsində bütün orta və iri müəssisələrin (bəziləri istisna olmaq şərtilə) 
özəlləşdirilərək, səhmlərinin müəyyən hissəsinin vauçerlərə, kuponlara dəyişdirilməsi  nəzərdə
tutulurdu. Bu variantda özəlləşdirmə modelinə  uyğun gələn ən yaxşı nümunə  Rusiyanın vauçer 
özəlləşdirilməsidir. Rusiya Federasiyasında özəlləşdirmə  14 avqust 1992-ci il tarixli prezident 
fərmanına müvafiq olaraq 1 oktyabr 1992-ci ildən start götürmüşdür.  Proqram 13 min dövlət 
müəssisəsini və ya bütün müəssisələrin 70-80 faizini əhatə edirdi.  Əsas fondların yenidən 
qiymətləndirilməsi aparılmadığına  görə bu müəssisələrin balans dəyəri müəyyənləşdirilməmişdir.  
Rusiyada vauçer  özəlləşdirilməsi vasitəsilə bütün səhmlərin 35 faizə qədərini bölüşdürmək nəzərdə
tutulmuşdur.  Proses zamanı dövlətin sərəncamında  gələcəkdə müəyyən məqsədlərdən ötrü 
satılması planlaşdırılan səhm paketi  saxlanılmamış,  müvafiq orqanlar vasitəsilə müəssisələrin 
qabaqcadan seçimi həyata keçirilməmişdir. Beləliklə də Rusiyanın KÖP-də praktiki olaraq bütün 
müəssisələrə  bu prosesdə iştirak etmək hüququ verilmişdi. Bu qrupa daxil olan hər bir müəssisə
səhmdar cəmiyyətə çevrildikdən sonra onun səhmləri aşağıdakı sxem üzrə bölüşdürülürdü:
35%-əmək kollektivinin  üzvlərinə əvəzsiz verilirdi;
10%- müəssənin işçilərinə nominal qiymətinin 30% -i qədər güzəşt edilmək şərti ilə satılırdı;
 5%- müəssisənin rəhbər kadrlarına  nominal dəyəri  ilə satılırdı;
50%- çek hərraclarında strateji investora satılırdı.
Cəmi 100% (35%+10%+5%+50%) - ümumi səhmdar kapital.
Səhmdar kapitalın ümumi həcmindən 35 faizlik səhm payını satış prosesində vauçerlərə
dəyişdirmək nəzərdə tutulurdu ki, bu da aşağıdakı prinsip üzrə həyata keçirilirdi:
10% - nominal qiymətinin 30%-i qədər güzəşt edilməklə  müəssisənin işçilərinə (10 faizlik kvota 
daxilində);
5% - nominal qiymətilə  rəhbər kadrlara;
10% - 50% - lik kvota çərçivəsində starteji investora;
10% - tender vasitəsilə xırda investora təklif edilirdi.
Cəmi 35% - vauçerlər dəyişdirilməklə  reallaşdırılması  nəzərdə tutulan səhm payı.
Müəssisənin hər bir işçisinə, onun rəhbər heyətinə və ya xırda investorlara səhmlərin dəyərini 
tamamilə vauçerlərlə ödəmək imkanı  ilə yanaşı, onlara  bu əməliyyatı nəqd pulla  aparmaq  
hüququ da  verilmişdi.  Rusiyanın analoji sxemindən  bir az fərqli qaydada Belarusda (bütün 
səhmdar cəmiyyətlərinin 50%-də), Gürcüstanda, Litvada (6081 SC-də), Qırğızıstanda  və
Moldovada (bütün dövlət müəssisələrinin   səhmlərinin üçdə birində), Rumıniyada (6300 dövlət 
müəssisəsində), həmçinin, Sloveniya və Ukraynada (6800 SC), Azərbaycanda (1065 SC) istifadə
olunmuşdur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə