Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   27   28   29   30   31   32   33   34   ...   62

3.3-cü  cədvəl vasitəsilə Azərbaycan, Qazaxıstanda  və Qırğızıstan dövlət müəssisələrinin 
bazasında yaradılan SC-lərin səhmlərinin bölüşdrülməsi sxemi təqdim edilir.
Cədvəl 3.3.
Azərbaycan, Qazaxıstan və Qırğızıstan dövlət müəssisələrinin bazasında  yaradılan səhmdar 
cəmiyyətlərinin səhmlərinin bölüşdürülməsi (faizlə)
Səhmlərin 
bölüşdürülməsi
Azərbaycan*
Kazaxıstan
Qırğızıstan
Əmək kollektivinə
15%
10%-ə qədər
5%
İnvestisiya fondlarına
-
51%
Dövlətə
-
9%-dən  az 
olmayaraq
25%
Çek  və  ya  kupon 
hərraclarına
55%
-
-
Pul  hərraclarına  və  ya 
investisiya 
müsabiqələrinə
30% 
-pul 
hərracına  
yönəldilir
-
70%- investisiya 
müsabiqələrinə
yönəldilir
Azərbaycanda özəlləşdirmənin birinci mərhələsi üzrə  səhmlərin 55+30+15 formulu əsasında 
bölüşdürülməsi sxeminin  çatışmazlıqlarından bəhs etdiyimizdən, əsas diqqətimizi müəssisələrin  
özəlləşdirilmək   üçün  seçilməsinə yönəldək. Bu proses dövlət proqramı ilə tənzimlənir   
(proqramda  özəlləşdirməyə  münasibətdə  müəssisə və obyektlərin  sahələr üzrə təsnifatı verilir). 
Proqrama görə,  müəssisələri  özəlləşdirmək üçün seçmək hüququ başlıca strateji  əhəmiyyət kəsb 
edən sahələr üzrə ölkə  prezidentinə, digər istiqamətlər  İqtisadi İnkişaf Nazirliyinə (İİN)  
məxsusdur.  Yeri gəlmişkən onu da qeyd edək ki,  İİN özəlləşdiriləcək  müəssisələri seçməklə  
yanaşı, onların dövlətsizləşdirilməsi formasının da müəyyənləşdirilməsində istisna hüquqa 
malikdir.
KÖP-də tələb aspektini proqramda iştirak hüququna şərait yaradılan, hər hansı  növ özəlləşdirmə
şəhadətnaməsinin potensial daşıyıcıları olan vətəndaşlar tərəfindən özəlləşdirmə paylarından 
istifadə variantları formalaşdırır. Postsosialist  ölkələrinin təcrübəsi göstərir ki, KÖP-də ya ölkənin 
bütün vətəndaşlarına, ya yaşı 18-dən yuxarı olan  əhaliyə,  ya da pensiyaçılardan, eləcə də, dövlət 
(büdcə) bölməsində çalışanlardan ibarət   müəyyən sosial təbəqənin  iştirak  etməsinə imkan 
yaradılmışdır. Rusiya, Qırğızıstan, Azərbaycan və Litvanın özəlləşdirmə praktikasında ölkənin  
bütün vətəndaşlarına  özəlləşdirmədə iştirak şəraiti yaradılmışdır. Rusiya Federasiyasında  hər bir  
vətəndaşa yaşından, yaşayış yerindən, işindən və gəlir səviyyəsindən asılı olmayaraq nominal 
dəyəri 10 min rubl olan vauçerlər paylanmışdır. Qırğızıstanda 1992-ci ildə respublika 
vətəndaşlarına onların əmək təcrübəsi  və maaşı nəzərə alınmaqla "xüsusi ödəniş vəsaiti" (XÖV) 
paylanmış, 1994-cü ildən isə həmin XÖV-lər özəlləşdirmə vauçerlərinə dəyişdirilmişdir. 
Azərbaycanda özəlləşdirmə  payları 4 çekdən ibarət olmaqla 1996-cı ilin mart ayının 1-dən etibarən 
bütün respublika vətəndaşları arasında heç bir fərq qoyulmadan, pulsuz bölüşdürülmüşdür. 


Nominal dəyəri olmayan  bu paylardan bəzi sosial qruplara, eləcə də, vətənə xidmətlərində seçilən 
təbəqəyə və ya onların ailələrinə əlavə olaraq  güzəşt  hüququ əsasında daha bir pay  verilmişdir. 
Litvada hər bir vətəndaşın özəlləşdirmə   payı kompüterə daxil edilmişdir.
Azərbaycanda I Dövlət özəlləşdirmə proqramının ilkin variantında  səhmlərin 25 faizə qədərinin 
ixtisaslaşdırılmış sahə və sahələrarası  investisiya fondlarını formalaşdırmaq üçün yönəldilməsi 
nəzərdə tutulsa da, prosesin gedişində səhmlərin bu məqsədin reallaşdırılmasına yönəldilməsi  öz 
praktiki həllini tapa bilmədi.
Özəlləşdirmə sənədlərinin  yalnız yeniyetmə yaşından yuxarı olan əhaliyə paylanması praktikası 
Polşa, Çexiya və Slovakiya, Qazaxıstan və digər postsosialist  ölkələrində sınaqdan keçirilmişdir. 
Polşada 18 yaşından yuxarı hər bir vətəndaşa 20 zlotlıq səhm almaq hüququ verən şəhadətnamələr  
paylanmışdır.
Çexiya və Slovakiya Respublikalarında Federal Maliyyə Nazirliyinin işlədiyi qaydalara müvafiq 
olaraq  hər bir yeniyetmə  yaşlı vətəndaş 1035 çek kronu ödəməklə kupon kitabçası və qeydiyyat 
markası almaq və  özəlləşdirməyə qatılmaq hüququ əldə etmişdir. Qazaxıstanda da eyni yaş qruplu 
vətəndaşlara adlı kuponlar paylanmışdır. Bu ölkədə qeyd olunan istiqamətdə  diqqəti cəlb edən 
cəhətlərdən biri də kənd yerində yaşayan sakinlər üçün 1,2 həddində yüksəklik əmsalının tətbiq 
olunmasıdır.
Müəyyən qrup vətəndaşların KÖP-də  güzəştli şərtlərlə iştirakı variantına  Albaniyada (kommunist 
rejimində  siyasi motivlərinə görə represiyaya məruz qalanlara),  Xorvatiyada (Yuqoslaviya 
müharibəsinin veteranlarına və qaçqınlara), Macarıstanda (əvvəlki xüsusi mülkiyyətinə restitusiya 
hüququnu  təsdiq edə bilən vətəndaşlara), həmçinin, qismən də Polşada (büdcə sferasında 
çalışanlara və pensiyaçılara) üstünlük verilmişdir.
Birinci və üçüncü  formada kombinələşdirilmiş varianta Slovakiya,  Qazaxıstan, Litva və
Azərbaycanda  rast gəlinmişdir. Bu ölkələrdə bütün vətəndaşlarla yanaşı, müəyyən qruplara da 
əlavə  özəlləşdirmə payı almaq hüququ verilmişdir.  KÖP-da formal olaraq ödəniş vasitəsi kimi 
çıxış edən özəlləşdirmə sənədlərinin müxtəlif variantları ayrı-ayrı ölkələrdə fərqli qaydalarda tətbiq 
olunmuşdur. Belə sənədlər ya fiziki sənədlər formasında, ya da kompyüter sistemində qeydiyyat 
yazılışı şəkilində çıxış etmişdilər. Birinci halda potensial investor özəlləşdirmədə iştirak üçün 
seçilmiş müəssisənin səhminə dəyişdirilmək hüququna malik olan sənəd (qiymətli kağız) əldə edir, 
ikinci halda isə özəlləşdirmədə iştirak huququna malik olan vətəndaş kompüter sistemində mütləq 
qeydiyyatdan keçir və müvafiq olaraq  öz hesabı haqqında yazılı məlumat alır. Kompüterdə
qeydiyyat sistemi Baltikyanı ölkələrdə (Estoniya, Latviya, Litva), eləcə də Slovakiyada tətbiq 
olunmuşdur. Məsələn, Litvada vətəndaş, yaşından asılı olaraq, 1 mindən 5 minədək xal alır və bu 
xalları  kompüter  hesabında dövlət qeydiyyatından keçirirdi . Digər ölkələrdə həyata keçirilən 
KÖP-də daha çox fiziki sənədlərdən istifadə variantı tətbiq olunmuşdur. Özəlləşdirmənin fiziki 
sənədinin  üç növü mövcuddur:
- pul formasında ifadə edilmiş, nominal dəyərə malik olan vauçer;
- xal formasında ifadə edilmiş,  nominal dəyərə malik olan kupon;
- nominal dəyəri  olmayan,  lakin qeyri-müəyyən miqdarda səhmlərə dəişmək hüququ daşıyan  
şəhadətnamə.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə