Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə32/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   28   29   30   31   32   33   34   35   ...   62

Özəlləşdirmə prosesində vauçerlərdən Rusiya, Belarus, Moldova, Rumıniya, Estoniya, Qırğızıstan, 
Sloveniya və Ukraynada  da istifadə olunmuşdur. Kuponlar Çexiya və Slovakiya 
Respublikalarında, Bolqarıstanda, Qazaxıstanda və birinci variantda Qırğızıstanda tətbiq edilmişdir. 
Çexiya Respublikasında kuponlar adlı olmuş və sahibinə öz xallarını ya birbaşa  formada 
hərraclarda  reallaşdırıb müəssisələrin səhmlərini almaq, ya da dolayı yolla onları investisiya 
özəlləşdirmə fondlarında yerləşdirmək hüququ vermişdir. Şəhadətnamələrdən Polşada, Rumıniyada 
və Azərbaycanda ** istifadə olunmuşdur. İstifadə variantlarının sayı və imkanlarının dərəcəsinə
görə özəlləşdirmə sənədləri  də adlı və adsız olmaqla  iki yerə ayrılır. Adlı sənədlər Belarusda, 
Çexiya və Slovakiya  Respublikalarında, Estoniya, Latviya, Litva,  Qazaxıstan  və Ukraynada 
tətbiq edilmişdir. Adsız sənədlərdən  isə Rusiyada, Sloveniyada, Azərbaycanda  və digər ölkələrdə
istifadə olunmuşdur.  Polşa, Rusiya və  Azərbaycanda qəbul edilmiş  özəlləşdirmə proqramları  
tətbiq olunan sənədlərdən sərbəst surətdə alqı-satqı vasitəsi kimi istifadə etməyə, onu bağışlamağa 
və dəyişdirməyə icazə verirdi. Qazaxıstan, Çexiya və Slovakiya, Sloveniya və Ukraynada istifadə
olunan özəlləşdirmə sənədlərindən  alqı-satqı  vasitəsi kimi  istifadə edilməsi  qadağan  olunurdu.
Göründüyü kimi,  adlı və adsız olmasından asılı olaraq  özəlləşdirmə sənədlərindən alqı-satqı və
dəyişdirilmə obyektinə görə istifadə variantıları da  müxtəlif ölkələrin praktikasında fərqli 
qaydalarda tətbiq olunmuşdur. Məsələn, Slovakiyada özəlləşdirmə sənədinin adsız olmasına 
baxmayaraq, onun sərbəst alqı-satqısı, dəyişdirilməsi qadağan edilirdi.  Bir çox hallarda 
özəlləşdirmə sənədlərindən ikinci bazarda sövdələşmə vasitəsi kimi istifadə edilməsinə icazə
verilmiş, bəzi hallarda  isə belə əməliyyat qadağan olunmuşdur. Məsələn, Rusiya vauçeri, Litva 
kuponu, Qırğız kuponu belə hüquqa malik olsalar da, çex və slovak kupon kitabçaları, moldavan 
milli istiqrazları və başqaları ikinci bazarda yenidən satış hüququndan məhrum edilmişdir.
3.3. Kütləvi özəlləşdirmə proqramlarında mübadilə mexanizmləri 
KÖP-də mübadilə mexanizmlərini iki nöqteyi-nəzərdən satıcının (səhmləri satan və bölüşdürən 
təşkilat) və alıcının (özəlləşdirmə sənədlərindən istifadəyə çalışan əhali) mövqeyindən təhlil etmək 
olar.
Satıcının nöqteyi - nəzərində bu məsələyə yanaşma üç variantda mümkündür: birbaşa, dolayı və
qarışıq (birbaşa - dolayı).
Birbaşa variantda SC-lərinin səhmləri vasitəsiz olaraq özəlləşdirmə sənədlərinə, başqa sözlə desək
vauçerlərə və ya kuponlara dəyişdirilir. Bu proses ya özəlləşdirməyə məsul orqanın təşkil etdiyi 
hərraclar, ya da ki, kompyuter  şəbəkəsi  vasitəsilə  həyata keçirilir. Birbaşa variantdan Albaniya, 
Azərbaycan, Rusiya, Belarus, Moldova, Ukrayna və Qırğızıstanda hərraclar vasitəsilə istifadə
olunmuşdur. Kompyuterlərin köməyi ilə bu variant, həmçinin Çexiya və Slovakiya 
Respublikalarında tətbiq edilmişdir. Dolayı variant zamanı  kütləvi özəlləşdirmədə iştirak edən 
şirkətlərin səhmləri birinci mərhələdə milli investisiya  fondlarına daxil edilir. Dövlətin təşkil etdiyi 
MİF-lər səhm paketinin idarə edilməsini  müəyyən müddətə qədər həyata keçirirlər (Polşada 10 il 
ərzində). Beləliklə də, MİF formal şəkildə SC-lərin səhmlərinin sahibinə çevrilir. Fondun idarə
olunması onun portfelinə daxil olan şirkətlərin  səhmlərinin məzənnəsini netto-aktivlər vasitəsilə
maksimum səviyyədə artırmağa səy göstərən müdriyyət tərəfindən həyata keçirilir. İkinci 


mərhələdə investisiya fondlarında yerləşdirilən səhmlərin kupon, vauçer və şəhadətnamə sahibləri 
arasında bölüşdürülmə prosesi aparılır. Bu proses Polşada fondların Varşava Fond Birjasında 
qeydiyyatından sonra, təxminən 1997-ci il 1 sentyabrından etibarən həyata keçirilmişdir. 
Qazaxıstanda analoji proses axırıncı çek hərraclarından sonra reallaşdırılırdı. Belə fondların 
idarəolunmasının səmərəliliyini artırmaq məqsədilə bir çox proqramlarda müdriyyətə beynəlxalq 
ekspertlərin daxil edilməsi nəzərdə tutulmuşdur. Belə idarəedici qrupların fəaliyyəti əsasən fondun 
nəzarətində olan şirkətləri bazar şəraitində müstəqil fəaliyyətə hazırlamaqdan ibarət idi.
Dolayı yolla səhmlərin bölüşdürülməsi variantı üzrə Polşada 508 SC-nin əhatə  etdiyi 15 MİF, 
Rumıniyada 5 MİF, Qazaxıstanda 89 özəl fond fəaliyyət göstərirdi. Bu variantdan  Sloveniyada da 
istifadə edilsə də, orda fondların sayı məlum deyildir. Polşada investisiya fondlarını özəlləşdirmə
nazirliyi yaratdığı halda, Qazaxıstanda bu proses özəl investorların öhdəsinə buraxılmışdı. Lakin, 
belə fondları yaratmaq istəyənlərin Qazaxıstanın Dövlət Əmlakının idarə edilməsi üzrə Dövlət 
Komitəsindən lisenziya alması vacib hesab edilirdi. Bolqarıstanda istifadə olunmuş qarışıq 
kombinələşdirilmiş variantı "birbaşa - dolayı" adlandırmaq mümkündür. Belə ki, bu ölkədə
özəlləşdirilmək məqsədilə ayrılmış 300 SC-nin səhmləri dolayı yolla 20 investisiya fondu arasında 
bölüşdürülmüş, 200 SC-nin səhmləri isə birbaşa vauçerlərə dəyişdirilmişdir.
Alıcının nöqteyi-nəzərindən KÖP-də mübadilə mexanizmini iki variantda təsnifləşdirmək 
mümkündür: investisiya institutlarının sərbəst və ya məcburi seçimi. Sərbəst seçim variantında özəl
investor azad surətdə SC-ni və ya investisiya fondunu seçir, öz vauçerini, kuponunu və  
şəhadətnaməsini müstəqil surətdə orda yerləşdirirdi. Bu variantdan Rusiya Federasiyasında, Çexiya 
və Slovakiya Respublikalarında, Qazaxıstanda, Qırğızıstanda  və Azərbaycanda geniş istifadə
edilmişdir. Bu ölkələrin vətəndaşları  özəlləşdirmə sənədlərini ya investisiya fondlarının, ya da SC-
lərin səhmlərinə dəyişdirmişdilər. Rusiyada vauçer sahibləri   özəlləşdirmə  sənədlərindən üç 
mümkün üsulla istifadə hüququna malik idilər. Onlar  bir variant üzrə həmin sənədləri hərraclar və
ya tenderlər vasitəsilə özəlləşdirilən  müəssisələrin səhmlərinə  dəyişdirə, ikinci variantda 
investisiya fondlarının səhmlərini ala, üçüncü halda isə sata bilərdi. İkinci üsul istisna olmaqla, 
bunları Azərbaycan vətəndaşlarına  da şamil etmək mümkündür. Çexiya və Slovakiya 
Respublikalarında vauçer sahibləri "sıfırıncı  raund"un  gedişində öz xallarını müxtəlif investisiya 
özəlləşdirmə fondlarına  vermək imkanına malik idilər. Bu ölkələrdə təxminən 5,8 min nəfər 
(kütləvi özəlləşdirmədə iştirak edənlərin  üçdə ikisi)  öz xallarını bütövlükdə, daha 420 min nəfər 
isə qismən İÖF-yə vermişdir. Ölkə üzrə  dövriyyədə olan  cəmi vauçerlərin 72 faizi İÖF-ə daxil 
olmuşdur. Sərbəst seçimin mövcud olmadığı variantda özəlləşdirmə sənədlərinin sahibləri konkret 
investisiya fondları tərəfindən  buraxılan səhmləri  və ya səhm şəhadətnamələrini almağa 
məcburdurlar.
 Bu zaman investisiya  fondlarının siyahısı  özəlləşdirməyə məsul olan  mərkəzi  orqan tərəfindən 
müəyyənləşdirilir.  Belə variantdan Polşada, Slovakiyada, Rumıniyada və qismən də Bolqarıstanda 
istifadə olunmuşdur. Hər iki varinatda investisiya fondları müxtəlif funksiyalar yerinə yetirmişdilər. 
Kütləvi özəlləşdirmə modellərinin hamısında proqram səviyyəsində olsa da, investisiya  fondlarının  
müəyyən miqdarda mülkiyyətin  bir və ya bir neçə subyektdə mərkəzlləşdirilməsi məqsədilə
yaradılması nəzərdə tutulmuşdu. Bunun üçün investisiya fondları tərəfindən müxtəlif mexanizmlər 
tətbiq edilmişdir. Rusiyada hökumət özəl investisiya fondlarının həm açıq və həm də qapalı tipdə
formalaşdırılmasına şərait yaratmaqla yanaşı, onların fəaliyyətini stimullaşdırmaq  məqsədilə
vergidən azadolma  və digər güzəştlər tətbiq etmişdir. Belə fondlar Rusiya özəlləşdirmə
praktikasında mülkiyyətin dövlətsizləşdirilməsi  sisteminin   "kortəbii", "fakultativ"  elementləri  
hesab  olunurdu.  Qanunla  fondlara likvid maliyyə aktivləri ilə deyil,  yalnız  vauçerlərlə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə