Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   20   21   22   23   24   25   26   27   ...   62

Belə proqramlar Çexiya və Slovakiyada "kupon  özəlləşdirilməsi", Litvada "sürətli özəlləşdirmə", 
Monqolustanda "ümumi proqramlar", Polşada "kütləvi  özəlləşdirmə",  Rumıniyada "əmlakın mülki 
proqramları", Rusiyada "vauçer özəlləşdirməsi", Azərbaycanda "çek özəlləşdirməsi"  adlandırıldı.*
Bu proqramların fərqli adlandırılmasına baxmayaraq, onların hər birinin 7 eyni prosedur 
elementləri üzrə reallaşdırılması nəticəsində müxtəlif ölkələr üzrə bir sıra oxşar əlamətlər qeydə
alınmağa başlandı. KÖP çərçivəsində tətbiq olunan 7 prosedur elementləri  bunlardır:
-proqrama daxil edilmiş müəssisələrin qabaqcadan səhmləşdirilməsi;
- özəlləşdirilməsi nəzərdə tutulan müəssisə və obyektlərin qruplaşdırılması;
- material aktivlərinin qiymətləndirilməsi üzrə (adətən balans dəyəri üzrə) sadələşdirilmiş  
metodların  adaptasiyası;
- müəssisələrin özəlləşdirilməsi proqramında iştirak etməkdə maraqlı olanlar üçün sadələşdirilmiş 
maliyyə informasiyalarının  hazırlanması;
- vətəndaşlar arasında kuponların, vauçerlərin və özəlləşdirmə  çeklərinin və şəhadətnamələrinin 
paylanması;
- vasitəçi maliyyə institutlarından aktiv istifadə edilməklə səhmlərin dolayı yolla bölüşdürülməsi;
- vauçer, kupon və digər özəlləşdirmə şəhadətnamələrinin sahibləri arasında səhmlərin birbaşa 
bölüşdürülməsi məqsədilə hərracların keçirilməsi.
Kütləvi özəlləşdirmə variantında digər özəlləşdirmə formalarından fərqli olaraq, prosesin gedişində
səhmləşdirmə üsuluna daha çox üstünlük verilir. Bu məqsədlə orta və iri dövlət müəssisələrinin 
bazasında səhmdar cəmiyyətlər yaradılmaqla onlara səhm emissiyası  imkanları yaradılır ki, bu da 
sonradan hərraclar vasitəsilə ya pula satılır, yaxud da özəlləşdirmə paylarına dəyişdirilir.
Fikrimizcə, müxtəlif ölkələrdə fərqli start vəziyyətində tətbiq edilmiş KÖP-lər aşağıdakı əlamətlər 
üzrə biri-birindən fərqləndirilə bilər: 
(a) proqramın məqsədlərinə; (b) miqyaslarına və onun reallaşdırılmasının idarəedilməsi üsuluna; (c) 
reallaşdırma tempinə; (d) proqramların daxili bağlılığına; (e) proqramların reallaşdırılması ilə
əlaqədar risklərin səviyyəsinə görə;(f) özəlləşdirmədən əldə olunan vəsaitlərdən necə və hansı 
istiqamətlərdə istifadə qaydalarına görə.
a)  Birinci əlamət üzrə təsnifat apararkən onu qeyd etməliyik ki, KÖP özündə bir neçə ümumi 
məqsədləri birləşdirə bilər:
- siyasi məqsədlər (əhalinin geniş təbəqəsini iqtisadi transformasiya prosesinə cəlb etmək);
-  sosial məqsədlər (səhmlərin  bölüşdürülməsinin  ədalətli formasını tətbiq etmək);
-  sistemli məqsədlər (iqtisadiyyata bazar prinsiplərini  tətbiq etmək);


-  iqtisadi effektliyin yüksəldilməsi məqsədləri (müəssisələrin işinin səmərəliliyini artırmaq). 
Sonuncu məqsədə müəssisələrin sağlamlaşdırılması və restrukturizasiyası ilə bağlı tədbirlər də
daxildir.
Tədqiqat obyektinə daxil etdiyimiz postsovet ölkələrində KÖP-in  tətbiqinin nəticələrinin təhlili 
həmin ölkələrdə qarşıya qoyulan məqsədlərə fərqli səviyyələrdə nail olunduğunu deməyə əsas 
verir.
Belə ki, Çexoslovakiyada KÖP-in qarşısına sistemli və siyasi məqsədlər qoyulmuşdu. Bu ölkədə
özəlləşdirmə prosesinin həyata keçirilməsinin hüquqi bazasını təşkil edən sənəddə məqsədlər belə
təqdim olunmuşdur: özəlləşdirmə eyni zamanda paralel olaraq həm siyasi və həm də iqtisadi 
məqsədlər daşıyır. Həmin sənəddə həmçinin bazar  iqtisadiyyatına  keçidi  təmin  etmək və
möhkəmləndirmək (siyasi məqsəd), "effektiv" mülkiyyətçi sinfini formalaşdırmaq üçün kupon 
özəlləşdirilməsi vasitəsilə iqtisadiyyatda bazar prinsiplərinin tətbiqini sürətləndirmək də (sistemli 
məqsəd) nəzərdə tutulurdu.
Çexoslovakiyanın kupon özəlləşdirilməsi proqramında sosial ədalətin təminatına az diqqət 
yetirilmiş, bu istiqamətdə əsas güc cəmiyyətin  bütün üzvlərinə bərabər imkanlar və eyni  rəqabət 
şəraiti yaratmağa yönəldilmişdi. Restrukturizasiya probleminə gəlincə, Çexo-Slovakiyanın 
özəlləşdirmə üzrə Dövlət proqramında bu məsələyə ümumiyyətlə toxunulmamışdır.
Rusiyanın "vauçer özəlləşdirilməsi" proqramında isə ilk növbədə siyasi və sonra sistem 
dəyişiklikləri məqsədləri qoyulmuşdu. Rusiya Federasiyası prezidentinin bu barədə Fərmanının 
birinci maddəsində göstərilirdi ki, vauçerlərinin tətbiqi  özəlləşdirmənin gedişini  sürətləndirmək, 
ona dəstək vermək üçün geniş əhali kütləsini bu prosesə cəlb etmək məqsədi daşıyır.
Polşada KÖP-in qarşısında duran başlıca məqsəd bir tərəfdən müəssisələrin işinin səmərəliliyini 
yüksəltmək, digər tərəfdən isə cəmiyyətdə sosial ədaləti bərpa etmək olmuşdur.  Polşa 
Respublikasının kütləvi özəlləşdirmə proqramının birinci maddəsində göstərilirdi ki, özəlləşdirmə -
müəssisələrin effektliyinin yüksəldilməsi və restrukturizasiyasının aparılması üçün zəruridir. 
Şirkətlərin restrukturizasiyası məqsədilə proqramda peşəkar menecer idarəetmə sisteminə keçidə
üstünlük verilməsi nəzərdə tutulur. Proqramda həmçinin, dövlət  mülkiyyətinin bütün yeniyetmə
yaşlı Polşa vətəndaşları arasında ədalətli  bölgüsünün həyata keçirilməsi də qeyd olunmuşdur.
Qırğızıstanın özəlləşdirmə proqramında ilk növbədə sistem dəyişikliklərinin aparılması nəzərdə
tutulurdu. Proqramda, həmçinin o da göstərilirdi ki, özəlləşdirmə prosesi özünü tənzimləyən bazar 
mexanizmlərinin formalaşdırılmasını  stimullaşdırmaqla, ilk növbədə əhalinin böyük əksəriyyətinin 
təfəkküründə  sosial-psixoloji  dəyişikliklərə  gətirib çıxaracaq.  Qırğızıstanın özəlləşdirmə
proqramının başlıca məqsədlərinə iqtisadiyyatın bütün sahələrində sürətli dövlətsizləşdirmə və
müxtəlif mülkiyyət formalarının formalaşdırılması da daxil idi.
Azərbaycanda 1995-1998-ci illəri əhatə edən dövlət mülkiyyətinin özəlləşdirilməsi üzrə birinci 
proqramın məqsədi ilk növbədə müəyyən dərəcədə sistemli xarakter daşıyırdı. Belə ki, mövcud 
proqramda başlıca məqsəd kimi təsərrüfat subyektləri üçün xüsusi mülkiyyət və sərbəst rəqabət 
prinsipləri əsasında öz-özünü tənzimləyən bazar iqtisadiyyatı  mühitinin yaradılması qarşıya 
qoyulmuşdu. Digər əsas məqsədlərə isə   xalq təsərrüfatı strukturunun bazar iqtisadiyyatı 
tələblərinə uyğun olaraq yenidən qurulması, iqtisadi prosesə  bütün növ istifadə olunmamış  
ehtiyatların və investisiyaların, o cümlədən xarici investisiyaların cəlb olunması daxil idi. Əhalinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə