Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   19   20   21   22   23   24   25   26   ...   62

Son nəticədə  isə bu insidentdən bütövlükdə  prosesin özü ciddi ziyan çəkmiş, xarici investisiyalarla 
bağlı gözlənilən ümidlərin özünü doğrultmasında başlıca səbəblərdən biri olaraq əhəmiyyətli rol 
oynamışdır.
Nəhayət, Türkiyə özəlləşdirilməsi bir həqiqəti də aşkara çıxardı ki, özəlləşdirmədən sonra yaranan 
inhisarlar iqtisadiyyatda vəziyyəti daha da pisləşdirir. Türkiyə özəlləşdirilməsindən çıxan bu nəticə
Azərbaycan praktikasında pambıqtəmizləmə zavodlarının tismalında özünü doğrultmuşdur. Belə ki, 
yaranmış inhisarların fəaliyyəti nəticəsində ölkədə pambıq istehsalı birdən-birə xeyli azalmış və bu 
vəziyyət inhisarçı şirkətlərin pambıqçılıq təsərrüfatlarının rentabelliyini  təmin etməyən qiymət 
siyasəti yeritməsi şərtləndirmişdir. Bu haqda Azərbaycanda özəlləşdirmənin nəticələrini xarakterizə
edərkən daha geniş söhbət aparacağıq.
* * *
1. Клинова М. Приватизация  государственного сектора экономики в Западной Европе., 
Вопросы Экономики,1991 № 4, стр., 88
2. Морита  А.  Сделано  в  Японии:  Акио  Морито  и  "Сони".  Иностранная  литература  -  
1990, N3, cтр 235
3. Polities of Privatisation in Western Euroрe. Ed.Viclcers Й., Wrightv, London 1989.
4. The Economist Dec 1985 р 73.
5. Кинчсли Г, Страйк Р. Приватизация жилья в Восточной Европе // Эко 1993, N4,  стр 
153-162
6. Можаев  В. Приватизация и занятность // Профсоюзи и эконмика  М., 1992 №6 с.  111
7. Mənbə: «Приватизация: чему учит мировой опыт»,  Под редакцией Б.М.Болотина, 
Москва, Международые отношения, 1993 стр. 150-152
8. Портфель приватизации и инвестирования / Отв.ред. Ю.Б.Рубин, В.И.Саминтек 1992 
стр 60-69
9. Портфель  приватизации  и  инвестрирования  /  отв  ред.  Б.Рубин,  В.И.Солдаткин, 
Москва Саминтек, 1992 стр 40
10. Fiscal Studies, August 1990 vol 11,N 3 рp. 74-75
11. Улянов  Г.  «Трансформация  отношений  собственности  и  становление  новой 
организации».  Экономики  в  условиях  переходного  периода.    тез  доклад    межд. 
науч.конф. Спб 1996 т 1, стр.127


12. Кумахов Р.Уроки французского опыта // МЭ и МО 1991 N12 cтр 78-90
13. Завгородная  М.Выкуп  предприятия  работниками  во  Франции//  МЭ  и  МО  1995  N7, 
стр.  118-132
14. Yenə orada
15. Дмитриева Е. "Социалистический  эксперимент" и приватизация французский 
вариант // Обшество и Экономика, 1992 N 3-4 с 85-92
16. Polities of Privatisation in Western Euroрe, Ed. Viskeis,  Wiriqht J V. London
1989 р 12
17. Privatisation: L art et les manieres. Paris, 1986 р 16.
18. Facts and Figures on Government Finance
19. Inen P.Institutional issues on  Fiscal Policy- Universidad Adolfo Ibaner-Institutio  Ziberitad 
y Dersarollo-1990
20. Теперман В.А. Первые итоги приватизации // Латынская Америка 1994 №2, с 32-44. 
21. Семеко Г. Приватизция в Латынской Америке: некоторые итоги, Экономика и жизнь, 
1993 № 50
22. The Malaysian Economy in Figures 2001, EPU Prime Ministers Department.
23. Developmental  Role  of  the  Government;  The  case  of  Tailand    Nattapond  thondrakole 
Poniolto Piapunwottana, Wanasin Sattayanuwat, 18-20 october 2001
24. Авдашева С.Турция : национальная модел либеральная экономики // Вопросы 
Экономики 1992, №11  с.  93
25. Мурат Али Юлек, Приватизация в Турции, «Вопросы Экономики», 1992, N9, с 61-88
26. Метин Саламчи. Приватизация в турции и Центральной Азии, Бишкек, 1999
27. Ömer Farruk Ünal Dünyada və Azərbaycanda özəlləşdirmə Bakı  Qafqaz Universiteti 
Yfyını 1999, səh 252
28. Ахмад Вакар.  Перспективы приватизации в Пакистане,  Бишкек, 1999
* * *


III fəsil.  Kütləvi özəlləşdirmə proqramlarının müqayisəli təhlili
3.1. Kütləvi özəlləşdirmə modelləri
Ötən əsrin 70-ci illərindən başlayaraq müxtəlif inkişaf səviyyəsinə və fərqli mülkiyyət 
münasibətlərinə malik olan ölkələrdə sınaqdan keçirilən özəlləşdirmə islahatı 90-cı illərdən etibarən 
postsosialist dövlətlərinin iqtisadi siyasətinin tərkib hissəsinə çevrilərək, sistem dəyişikliklərinin 
əsas daşıyıcısı rolunda çıxış etməyə başladı. Keçmiş sosialist dövlətləri arasında bu proses ilk dəfə
olaraq Mərkəzi və Şərqi Avropanın yeni müstəqil və keçid dövrünə təzəcə qədəm qoymuş 
respublikalarından start götürdü. Prosesin başlanğıcında həmin ölkələrin özəlləşdirmə sahəsində
qarşıya qoyduğu həddindən yüksək ambisiyaları, konkret olaraq Macarıstan, Polşa və Rumıniyanın 
3 il ərzində dövlət bölməsinin yarısını, Rusiya və Çexoslovakiya Federasiyasının 1996-cı ilədək 
dövlət müəssisələrinin 75-80 faizini xüsusi bölməyə vermək istəkləri ciddi çətinliklərlə  qarşılaşdı.
Ölkədə sərbəst maliyyə vəsaitlərinin qıtlığı, xarici investisiya cəlb etmək üçün əlverişli iqtisadi 
mühitin olmaması ucbatından həmin respublikalarda özəlləşdirmənin ilkin sürəti aşağı templə
müşahidə olunurdu. Belə templə qarşıya qoyulmuş məqsədlərə çatmağın qeyri-mümkünlüyünü 
dərk edən kimi müxtəlif səviyyəli müzakirələrdə özəlləşdirmənin miqyasını genişləndirmək, 
sürətini yüksəltmək üçün yeni metodların axtarılması zərurəti üzə çıxdı. Qərbin sənayesi inkişaf 
etmiş dövlətlərində, Latın Amerikasının üçüncü dünya və Cənub-Şərqi Asiyanın yeni sənaye 
ölkələrində tətbiq olunan standart metodları postsosialist respublikalarında qeyri-standart 
özəlləşdirmə  üsulları ilə  paralel olaraq  sınaqdan keçirmək məqsədilə yeni  keyfiyyət tutumlu 
kütləvi özəlləşdirmə proqramlarının işlənilməsinə başlandı. Dövlət  mülkiyyətinin bir hissəsini  
əhaliyə əvəzsiz verməyi nəzərdə tutan kütləvi özəlləşdirmə proqramlarının aparıcı xəttini 
vətəndaşlara pulsuz və ya minimum haqq müqabilində paylanan, özəlləşdirmənin gedişində
səhmlərə dəyişdirmək imkanı yaradılan vauçerlər, kuponlar və özəlləşdirmə şəhadətnamələrindən 
istifadə variantları təşkil etdi. Beləliklə, həmin ölkələr   qarşıya çıxan problemlərin  bəzilərini 
kütləvi özəlləşdirmə proqramlarının (KÖP) tətbiqi yolu ilə həll etmək şansı qazandı.
Əvvala, belə proqramlar vasitəsilə əhalinin geniş kütləsinin özəlləşdirməyə cəlb edilməsi onun 
miqyaslarını genişləndirməklə yanaşı, həm də bütövlükdə prosesin sürətli gedişində  "katalizator" 
rolunu oynadı. Eyni zamanda, bu tədbir vasitəsilə əvvəlcə əmlak payını vauçerlər, kuponlar və ya 
çeklər formasında almaqla, sonrakı mərhələdə əldə etdiyi sənədləri səhmlərə dəyişmək imkanı 
yaradılmaqla onların dövlətsizləşdirməyə təfəkkür və psixoloji problemlərdən irəli gələn  
müqaviməti də neytrallaşdırıldı. Bununla da, özəlləşdirmə prosesinin qarşısında duran sosial və
siyasi məqsədlərə nail olmaq üçün ilkin zəruri mühit yaradıldı.
İkincisi, məhz belə proqramların tətbiqinin nəticəsi olaraq əhalinin sərbəst  kapital  yığımlarının  
sərmayə üçün nəzərdə tutulan təmiz maddi aktivlərinin (müxtəlif ölkələr üzrə xüsusi çəkisi 4-7 faiz 
təşkil edir) özəlləşdirmənin  gedişinə yaratdığı  baryer, onun tempinə göstərdiyi tormozlayıcı təsir 
aradan qaldırıldı.
Üçüncüsü, belə proqramların tətbiqi ilə müəssisələrin qiymətləndirilməsi kimi həddindən artıq 
mübahisəli, mürəkkəb və uzun müddət tələb edən prosedurdan  yayınmaq üçün şərait yarandı. 
Beləliklə qeyd edilən cəhətləri ilə fərqlənən KÖP 1994-cü ildə artıq keçmiş sosialist düşərgəsində
yaranmış 18 dövlətdə tətbiq edilirdi.*


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə