Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   21   22   23   24   25   26   27   28   ...   62

həyat səviyyəsinin və sosial vəziyyətinin yaxşılaşdırılması isə sonuncu məqsəd kimi nəzərdə
tutulurdu.
Gürcüstan Respublikasında 1992-ci ildə qəbul edilmiş  özəlləşdirmənin Dövlət proqramının birinci 
redaksiyasında qarşıya qoyulmuş ən başlıca məqsəd sistemli dəyişikliklərin səciyyələndirilməsinə
yönəldilirdi. Proqramda özəlləşdirmənin məqsədləri  kifayət  qədər geniş şərh edilsə də, əvvəllər 
sistemli və siyasi dəyişikliklər, sonradan isə "sıfır" hərraclarının  tətbiqi vasitəsilə müəssisələrin 
səmərəli fəaliyyətinin təmini məsələləri önə çıxmışdı. Proqramda başlıca məqsədlər kimi 
aşağıdakılar əks olunurdu: dövlət mülkiyyətinin digər mülkiyyət formaları ilə əvəz edilməsi
vətəndaşların əmlak (qiymətli kağız) əldə etmələri üçün dövlət müəssisələrinin özəlləşdirilməsi 
prosesinə onların geniş kütləsinin cəlb edilməsi, ölkədə bütövlükdə iqtisadi sistemin dəyişdirilməsi 
və rəqabətli mühitin formalaşdırılması, eləcə də, xüsusi mülkiyyətçilər sinfinin yaradılması və
iqtisadiyyatın başlıca sahələrində dövlət inhisarının ləğv edilməsi.
Ukraynanın özəlləşdirmə proqramının müəllifləri əhalinin mühafizəkar mövqeyini, cəmiyyətdə
sosialist streotiplərinin mövcudluğunu və yeni strukturlarda kommunist bürokratiyasının 
hökmranlığını nəzərə alaraq, onun məqsədləri sırasında  iqtisadiyyatın istehsalat sferasında qeyri 
dövlət bölməsinin formalaşdırılmasının maksimum dərəcədə sürətlləndirilməsi ön plana   
çəkilmişdir. Beləliklə, bu ölkədə də sistem dəyişiklikləri digər məqsədləri sıxışdırıb çıxarmış və
birinci dərəcəli  məqsədə çevrilmişdir.
Tədqiqata digər postsosialist dövlətlərini də cəlb etməklə bu müqayisə bazasını genişləndirmək 
mümkündür. Lakin, bir çox ölkələrdə məqsədlərin oxşarlığı, ona aparan yolların isə təkrar olunması 
keçmiş sosialist respublikalarının əksəriyyətində özəlləşdirmə proqramının ilk növbədə iqtisadi 
sistemdə transformasiya proseslərinin sürətləndirməsinə xidmət etdiyini təsdiq edir. Təcrübəsinə
müraciət etdiyimiz, yuxarıda adı çəkilən  respublikalarda  da özəlləşdirmə proqramının qarşısında 
duran məqsədlərin siyahısında başlıca olaraq sistem dəyişikliklərinin önə çəkilməsi bu 
istiqamətdəki fikirlərimizi bir daha gücləndirir. Ancaq, yeri gəlmişkən onu da qeyd edək ki, bir çox 
ölkələrdə yeni dövrün siyasətini müəyyənləşdirən proqram və digər hüquqi sənədlərdə
özəlləşdirmənin məqsədlərində son vaxtlar daha çox müəssisələrin restrukturizasiyası və onların 
idarə edilməsinin səmərəli təşkili məsələləri irəli çəkilir. Bir sıra  ölkələrdə bu zərurət birinci 
mərhələdə özəlləşdirmənin nəticələrinin keyfiyyət göstəriciləri üzrə təhlilinə tənqidi yanaşmanı 
şərtləndirmişdir.
(b) KÖP-lər  bütün postsosialist ölkələrində  əhatə etdikləri  fəaliyyət sferasının miqyaslarına və
idarəedilmə dərəcəsinə görə də bir-birindən fərqlənir. Digər ölkələrlə müqayisədə ilkin olaraq 
Rusiya modeli  əhatə dairəsinin genişliyi ilə xarakterikdir. Ölkə əhalisinin əksəriyyətinin 
mənafeyinə, dövlət müəssisələrinin isə ümumi yekunda miqdarca 80 faizinə təsir  göstərən  Rusiya 
vauçer özəlləşdirilməsi dövlətin əsas fondlarının 1/3-ni əhatə edirdi. Onunla müqayisədə Polşa 
modeli xeyli məhdud olmaqla, dövlətin əsas fondlarının  cəmi 11 faizini özəlləşdirmə obyektinə
cəlb etməyi nəzərdə tuturdu. Polşada bu məqsədin reallaşdırılmasına ölkə əhalisinin 69 faizi cəlb 
olunmuşdu. Polşa və Rusiyanın özəlləşdirmə modeli ilə müqayisədə orta mövqe Çexiyaya 
məxsusdur. Belə ki, ölkə əhalisinin 56 faizini əhatə edən çex özəlləşdirmə modeli dövlət 
fondlarının 25 faizini bu fəaliyyət sferasına cəlb etmişdi. Qırğızıstanın bu istiqamətdəki   
göstəriciləri Rusiyaya daha çox uyğun gəlir. Belə ki, Mərkəzi Asiya üzrə sürətli özəlləşdirmə
prosesinə görə seçilən Qırğızıstanda mülkiyyətin dövlətsizləşdirilməsi  siyasəti 1993-cü ilə qədər 
onun aktivlərinin 35 faizini, bütövlükdə isə 70 faizini əhatə etmişdi. Bu prosesə ölkə əhalisinin 94,5 


faizi cəlb olunmuşdu. Litva özəlləşdirilməsində isə ölkə vətəndaşlarının 93 faizi prosesin 
iştirakçısına çevrilmişdi.*
Azərbaycanın mövcud özəlləşdirmə modeli əhatə dairəsinə görə daha çox Qırğızıstan və Rusiya ilə
müqayisəyə gələndir. Azərbaycanda ölkə əhalisinin hamısına təsir etmək  imkanına malik olan 
KÖP-ün əhatə dairəsinə nəzəri cəhətdən müəssisələrin 75 faizi daxil edilmişdi. Lakin Rusiyada 
vauçerləşmə  prosesinin birinci mərhələsinin yekunları üzrə  ölkə əhalisinin 40 faizinə qədərinin 
özəlləşdirmənin fəal iştirakçısına çevrilməsinə baxmayaraq,  Azərbaycanda ölkə  vətəndaşlarının 
yalnız 11 faizi özəlləşdirmə prosesində aktiv iştirakçı  olmuşdur.
Tədqiqatlar göstərir ki,  özəlləşdirmənin Polşa modeli  daha çox  idarəolunandır. Polşada 
özəlləşdirmə prosesinin nisbətən məhdud əhatə  dairəsi ona pilot proqramı səviyyəsində tətbiq 
imkanları yaratdığından, buraxılan səhvləri vaxtlı-vaxtında  korrektə etmək şansları da çox 
olmuşdur. Rusiya modeli idarəedilmə dərəcəsinə görə Polşa ilə müqayisədə  əks qütbdə dayanır. 
Rusiyada özəlləşdirmənin miqyasının genişliyi,  sürətinin  yüksəkliyi  idarəetmə alətlərindən 
səmərəli istifadə imkanlarını xeyli dərəcədə  çətinləşdirmişdir. Buna baxmayaraq, Rusiya 
modelindən  birinci mərhələ üzrə qarşıya qoyulan siyasi və sistem dəyişikliklərinin öhdəsindən 
layiqincə gəlinmişdir.  Bu mərhələdə  buraxılmış  səhvlər arasında daha çox diqqəti cəlb edəni 
vasitəçi maliyyə institutlarının sərbəst fəaliyyətinə imkan verilməsi olmuşdur ki, onun da fəsadları 
prosesin gedişində daha qabarıq surətdə üzə çıxmış və vaxtında həlli problem olaraq qalmışdır.
Məqsədlərin və miqyasların müqayisəsi belə bir nəticə çıxarmağa əsas verir  ki, hər bir ölkədə
miqyasların seçilməsi qarşıya qoyulan məqsədlərə sıx bağlı olmuş və prosesin gedişində ondan asılı 
vəziyyətə düşmüşdür. Bu nəticəni Polşa və Rusiyanın özəlləşdirmə modelləri timsalında izah etmək 
daha asandır. Belə ki, Polşada özəlləşdirmənin gedişində əsas diqqət müəssisələrin səmərəliliyinin 
yüksəldilməsinə yönəldiyinə görə, onun əhatə dairəsinin miqyasları məhdud olmuşdur. Çünki 
özəlləşdirmənin gedişində restrukturizasiya aspektlərinin önə çıxması belə yanaşmaya üstünlük 
verilməsini daha məqsədəuyğun hesab edirdi. Əksinə, Rusiyada siyasi və sistem dəyişiklikləri kimi 
kifayət qədər əhatəli məqsədlərin qarşıya qoyulması geniş miqyaslı  özəlləşdirməni zəruri  etmişdir.
(c) Bütün KÖP-lər  özəlləşdirmə prosesini başa çatdırmaq məqsədilə tətbiq olunan sürət 
parametrləri ilə də fərqlənir. Bu kontekstdə daha gərgin qrafik çex özəlləşdirilməsinə xasdır. Belə
ki, Çexiyanın kupon özəlləşdirməsi il yarım  müddətində  dövlətin əsas fondlarının 25 faizini əhatə
etməklə, 1993-cü ildə başa çatmışdır.
Rusiyanın özəlləşdirmə modeli geniş miqyaslı dövlətsizləşdirmə prosesini üç il ərzində sona 
çatdırmağa nail olmuşdur. Polşada müvafiq surətdə kütləvi özəlləşdirməni başa çatdırmaq üçün 5 il 
vaxt ayrılmışdı. Bu beş ilin 2 ayı müəssisələrin  yenidən  qurulmasına, 18 ayı əhalinin milli 
investisiya fondlarına cəlb edilməsinə, yerdə qalan üç ildən çox hissəsi isə əhalinin  investisiya 
şəhadətnamələrinin milli investisiya fondlarının (MİF) səhmlərinə dəyişdirilməsinə və bu 
fondlardakı dövlət payının özəlləşdirməsinə sərf olunmuşdu.
Qırğızıstanda özəlləşdirmənin  sürəti Orta Asiyanın  region ölkələri  ilə  müqayisədə  xeyli yüksək 
olmuşdur. Belə ki, dövlətə məxsus  əsas fondların 33,15 faizi  2 il ərzində özəlləşdirilmişdir ki, bu 
da plan göstəricisindən yalnız 5,7 faiz aşağı səviyyəni xarakterizə edirdi.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə