Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   16   17   18   19   20   21   22   23   ...   62

bərabərdir. Onun 47,6 faizi xidmət, 34,3 faizi sənaye, 8,6 faizi kənd təsərrüfatı və 4,1 faizi tikinti 
bölməsində yaradılır. Əhalinin sayı 23,3 milyon nəfər olan Malayziyada adambaşına düşən Ümumi 
Daxili Məhsul 4000 ABŞ dollarına çatmışdır.
Malayziya ölkə iqtisadiyyatında investisiyaların və əmanətlərin əhəmiyyətli rolu ilə də bəzi region
dövlətlərindən müsbət mənada seçilir. Belə ki, bu ölkə də həmin tarixə investisiyaların ümumi milli 
məhsulda (ÜMM) xüsusi çəkisi 40,1 faizə, əmanətlərin payı isə 33,6 faizə çatmışdır. Xarici 
investisiyaların ən çox cəlb edilən sahələr elektronika sənayesi və mehmanxana şəbəkəsidir. 
Malayziya iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrin siyahısına ardıcıl olaraq ABŞ, 
Yaponiya, Sinqapur daxildir. 2000-ci il ərzində qoyulmuş investisiyaların həcmi 20 mlrd. Rinqitt 
və ya 4,3 milyard ABŞ dolları olmuşdur. Malayziyada həyata keçirilən özəlləşdirmə siyasəti 
sənayeləşdirmə kursu ilə sıx bağlıdır ki, onun başlıca mərhələləri aşağıdakılardan ibarətdir.
1)1957-70-ci illər ərzində ölkədə müstəqillik əldə olunandan sonra  idxalın əvəzedici sahələrinin 
yaradılması üzrə sənaye siyasəti start götürmüşdür.
2)1970-80-cı illər ərzində ixrac yönümlü sənaye siyasəti kursuna başlanılmışdır.
3)1980-99-cu illərdə isə ixrac yönümlü sənaye siyasəti dərinləşmiş və mal mövqeləri üzrə ixracın 
strukturunda periferik (xammal) sahələrinin azaldılmasına nail olunmuşdur.
Malayziya iqtisadiyyatın dövlət planları vasitəsilə idarəedilməsinə üstünlük verir. Bu ölkədə
özəlləşdirmə  proqramı 1985-ci ildə qəbul edilmişdir. Onun işlənilməsi və həyata keçirilməsi ingilis 
iqtisadçıları və maliyyə ekspertlərinin aktiv iştirakı ilə aparılmışdır. Ötən əsrin 90-cı illərinin 
əvvəlində artıq ölkədə 900 qeyri-maliyyə korporasiyasının özəlləşdirilməsinə start  verilmişdir.
1983-cü ildə  ölkədə televiziya kanallarından biri, 1985-ci ildə Lotoreya şirkəti, Milli Aviaşirkətdə
dövlətin aktivlərinin 30 faizi, sonradan 1988-ci ildə isə daha 40 faizi özəlləşdirilmişdir.
Hazırda ölkədə özəl bölmənin ÜDM-də xüsusi çəkisi 56 faiz təşkil edir.
Malaziyada islahatların fərqləndirici cəhəti ondan ibarət idi ki, bu ölkədə sərbəst şəkildə inkişaf 
edən özəl bölməyə paralel surətdə yeni dövlət müəssisələri yaradılır. Özəlləşdirmənin başlıca 
xüsusiyyəti isə Baş Planda 5 il ərzində həyata keçiriləcək və bu prosesdə iştirakçı olacaq hər bir 
firmanın özəlləşdirilməsi  qrafikinin müəyyənləşdirilməsidir. Bu ölkənin iqtisadiyyatının  strukturu 
özəlləşdirmə  siyasətinə  ehtiyatlı yanaşmanı  zəruri edirdi. Belə ki, Malaziyada dövlət bölməsinin 
işçiləri, özəl bölmə ilə müqayisədə  sosial cəhətdən daha çox müdafiə olunduğundan, özəlləşdirmə
tədbirləri nəticəsində əhaliyə müxtəlif güzəştlər verilməsinə diqqət artırılırdı. Elə bu məqsədlə də
özəlləşdirilən hər bir müəssisənin 5 faizlik səhmləri əvvəlcə "bronlaşdırılır" və sonradan da  
güzəştli şərtlərlə işçilərə satılırdı. Malayziya da özəlləşdirmə indi də davam edir. Hazırda hökumət 
genişləndirilmiş özəlləşdirmə siyasətinə üstünlük verir.
2.1. Malayziyada 1983-2000-ci illər üzrə özəlləşdirilmiş layihələrin sektorlar üzrə bölgüsü (ümumi 
yekunda xüsuüsi çəkisi faizlə)
Kənd təsərrüfatı - 6,8%
Dağ mədən sənayesi - 4,4%
Sənaye - 14,7%


Tikinti - 14%
Elektrik, qaz və su - 7,7%
Nəqliyyat, saxlanma və rabitə - 12,2%
Ticarət, mehmanxana və restoran - 12, 2% 
Maliyyə, daşınmaz biznes xidmətləri - 12 % 
Sinqapur YSD arasında yüksək inkişaf səviyyəsinə görə seçilir. Son məlumatlara görə, Sinqapurda 
adambaşına düşən ÜDM-in həcmi 25 min ABŞ dollarını ötmüşdür. Son illər ölkədə iqtisadi artım 
müşahidə olunmasa da Sinqapur regionun iqtisadi cəhətdən ən güclü və inkişaf etmiş dövləti hesab 
olunur. Fond bazarının inkişafı baxımından da Sinqapur region ölkələri arasında fərqlənir. Burda da 
vaxtı ilə  iqtisadiyyatın idarəedilməsində dövlətin rolu böyük olmuşdur. Hazırda hökumət 
tərəfindən ölkənin ÜMM-nin 25 faizinə  qədərini  istehsal edən 450 şirkət üzərində  dövlət nəzarəti 
həyata keçirilir. Sinqapurun digər Asiya dövlətlərindən fərqləndirici xüsusiyyətlərindən biri  bu 
ölkədə  büdcə kəsirinin olmaması və dövlət tərəfindən ÜMM-in 40 faizi səviyyəsində yüksək yığım 
normasının dəstəklənməsidir. Bu qədər yığım əsasən işçilərə maliyyə köməyi funksiyasını yerinə
yetirən müxtəlif sosial fondlar  vasitəsilə formalaşdırılır. Sinqapurda özəlləşdirmə istiqamətində ilk 
addım 1984-cü ildə "Temosek" iri dövlət investisiya  şirkətinin səhmlərinin 45 faizinin satışa
çıxarılması ilə  atılmışdır.  Həmin il hökumət qiymətli kağızlar bazarında   "Mistsubisi Sinqapur 
xevi  indastriz"  yapon-sinqapur şirkətində də dövlətin payını reallaşdırmışdır. Bütün bu  proseslər 
"Dövlət bölməsinin bölünməsi üzrə hökumət komissiyası"nın  rəhbərliyi altında  həyata 
keçirilmişdir.  Bu komissiyada  dövlətin iqtisadiyyatda rolunun məhdudlaşdırılmasının  tərəfdarları 
olan  praqmatik düşüncəli  şəxslərin rəhbərlik  etməsi özəlləşdirmənin digər sahələrə də sirayət 
etməsinə şərait yaratmışdır. Sinqapurda  özəlləşdirmənin başlıca  məqsədi dövlət tərəfindən  
dəstəklənən haqsız rəqabət mühitində  və bərbad idarəetmə aparatında keyfiyyət dəyişikliklərinə  
gətirib çıxaran  yenidənqurma  işlərini həyata keçirməkdən,  bütün təsərrüfat subyektləri üçün 
bərabər  rəqabət şəraiti formalaşdırmaqdan  ibarət olmuşdur.
Filippində özəlləşdirmə "dövlət biznes fəaliyyətinə mümkün  qədər az müdaxilə  etməlidir" şüarı 
altında başlayaraq, ölkəni əsasən Markosun hakimiyyəti dövründə məruz qaldığı ağır iqtisadi 
vəziyyətdən çıxarmağa  istiqamətlənmişdir.  Bu məqsədlə ötən əsrin 80-cı illərində maliyyə
nazirinin rəhbərliyi altında özəlləşdirmə komitəsi yaradılmış və aktiv islahatlara start verilmişdir. 
İlk dövrlər özəlləşdirmə islahatları ilə  paralel surətdə ticarətin liberallaşdırılması, o cümlədən   
qeyri-tarif baryerlərinin aradan qaldırılması, gətirilən   mallara qoyulan gömrük rüsumunun aşağı 
salınması istiqamətində də   addımlar atılmışdır.  Bu məqsədlə 110 dövlət müəssisəsi  "özəl əllərə" 
verilmişdi. Lakin bu ölkədə özəlləşdirmə islahatları həmkarlar təşkilatlarının ciddi müqaviməti 
altında həyata keçirildiyindən uğur qazana bilməmişdir. Özəl sahibkara  inamasızlığın kütləvi 
şəkildə təşkil olunmuş etiraz aksiyaları ilə  bildirilməsi fonunda tez-tez baş verən nümayiş və
tətillər özəlləşdirmənin  gedişinə mənfi təsir göstərmişdir. Hazırda  Filippin YDS arasında işsizlik 
səviyyəsi ən yüksək olan ölkədir. 2000-ci ilin yekunları üzrə, Filippində bu göstərici 11,2 faiz təşkil 
etmişdir. Lakin, bu ölkədə iqtisadi artım səviyyəsi region dövlətləri arasında ən yüksək göstərici 
hesab olunur. Qeyd olunan dövr üzrə, region dövlətlərinin 5,4 faizlik orta artım tempinə qarşı, 
Filippində real ÜDM -in artımı 9,89 faiz qeydə alınmışdır. YSD-ləri arasında Filippində
adambaşına ÜDM göstəricisi Sinqapur və Malayziyadan sonra üçüncü olaraq, 990 dollar təşkil 
etmişdir. Ölkədə inflyasiya səviyyəsi region üzrə orta göstəricidən yüksək olaraq 4,4 faizə
bərabərdir. 1980-1999-cu illər ərzində Fillipinin iqtisadiyyatına qoyulmuş birbaşa xarici 
investisiyaların həcmi 11,2 milyard dollar olmuşdur.


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə