Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   14   15   16   17   18   19   20   21   ...   62

fəaliyyətinin stimullaşdırılması  nöqteyi-nəzərindən Latın Amerikasının region ölkələrinin təcrübəsi 
Azərbaycan üçün də  maraqlı görünə bilər. Bu barədə Azərbaycanda  özəlləşdirmə prosesinin 
gedişinə və perspektivinə qiymət verərkən  təfsilatlı şərh nəzərdə tutulduğundan Latın Amerikası  
"şokunun" nəticələrinin təsviri və təhlilini yekunlaşdırırıq.
2.3. Asiyanın yeni sənaye dövlətlərində özəlləşdirmə
Ötən əsrin 70-80-cı illərində özəlləşdirmə dalğası yalnız Qərb  dövlətlərini və Latın Amerikası  
ölkələrini  deyil, həm də Şərq  yarımkürəsinin Asiya qitəsinin Cənub - Şərqində yeni sənaye 
dövlətlərini (YSD), Cənubunda Hindistanı, Pakistanı,  Qərbində isə Türkiyəni də bürümüşdü.
Bu islahat hətta "üçüncü dünyanın" aşağı eşelonlu ölkələrinin də iqtisadi həyatında  özünə yer 
tapmış, Əlcəzairdə, Mərakeşdə, Malidə, Tanzaniyada, Qərbi Nigeriyada və digər Afrika 
dövlətlərində də "sınaqdan" keçirilmişdir.
Bununla belə, bu qrup  ölkələrdə həyata keçirilən  mülkiyyətin dövlətsizləşdirilməsi, müəssisələrin 
özəlləşdirilməsi siyasətinin nəticələri heç də həmişə birmənalı qəbul olunmur. Bu ölkələr  arasında 
nisbətən müvəffəqiyyətli  nəticələr Asiyanın YSD - də və Cənubi Koreyada əldə olunduğundan 
özəlləşdirmənin xarici təcrübəsi silsiləsi üzrə tədqiqatımızın növbəti mərhələsində həmin ölkələrdə
həyata keçirilmiş və bəzilərində bu gün də davam edən mülkiyyətdə struktur  islahatlarına yer 
ayırmağı  daha məqsədəuyğun  hesab edirik. Eyni zamanda  bu mövzunun davamı  olaraq milli, 
psixoloji, tarixi və regional xüsusiyyətlərinə görə bizə yaxın və doğma olan Türkiyənin 15 illik 
özəlləşdirmə təcrübəsinin  də bəzi cəhətləri  ilə bağlı fikir və mülahizələrimizi oxucularla 
bölüşməyi vacib bilirik.
Asiyanın YSD-də və Cənubi Koreyada özəlləşdirmə təcrübəsi qərb və rus tədqiqatçılarının  da çox 
müraciət etdiyi elmi-tədqiqat mövzularından biridir. Bu mövzunun  cəlbedici  cəhətlərindən ən  
başlıcası həmin ölkələrdəki inkişaf modelinin xaricdən görünən cəhətləri ilə  keçmiş sosialist 
məkanlı   dövlətlər arasında paralellər aparmağın mümkünlüyü  ilə izah olunur. Həqiqətən də
Asiyanın yeni sənaye dövlətlərinə xas olan inkişaf modelinin bəzi cəhətləri, o sıradan iqtisadiyyatın 
idarəedilməsində dövlətin güclü  rolu, totalitar- diktator  rejimi (əsasən də Cənubi Koreyada), 
sosial-siyasi və təsərrüfat  həyatının yüksək dərəcədə  militarizasiyası (hərbiləşdirilməsi) uzun illər 
postsosialist ölkələrində hakim olmuş proseslərlə üst-üstə düşür. Eyni zamanda maraqlı cəhətlərdən 
biri də həmin sistem daxilində deklarasiya xarakterli dəyişikliklərin, konkret olaraq iqtisadi həyatın 
liberallaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi tezislərinin biri - birinə oxşarlığıdır. Lakin 
bizim fikrimizcə, bu modellərin xarici görünüşü oxşar olsa da, daxili siyasətdəki kəskin fərqləri də
nəzərdən qaçırmaq düzgün olmazdı. Unutmayaq ki, YSD-də diktatura rejimi əsasən kommunist 
ideologiyasına, fəhlə sinfinə qarşı yönəlmişdir. Bu ölkələrdə iqtisadi həyatda dövlət müəssisələrini 
"yoldaş əmr" deyil, "əlahəzrət mənfəət" idarə etmiş, sosial siyasət mifik "bərabər bölgü və ədalət" 
formulunun deyil, "qızıl orta təbəqənin"  formalaşdırılmasına istiqamətlənmişdi. Bu baxımdan 
keçmiş sosialist dövlətlərində mövcud olmuş "sərt mərkəzi hakimiyyət" prinsipinin YSD-dəki 
müvəffəqiyyətlərin əsası kimi təqdim olunması yanlış nəticələrə gətirib çıxara və demaqoq xarakter  
daşıya bilər. Bu müstəvidə  keçmişdə "bizdə olanla onlarda  olanlar" arasında  paralel cizgilər 
axtarmaq və ümumi "resept"  müəyyənləşdirmək düzgün deyildir.  Ən azı ona görə ki, YSD 
özəlləşdirmə məqsədlərinə  görə, həm inkişaf etmiş dövlətlərdən və həm də postsosialist 
ölkələrindəki proseslərdən xeyli dərəcədə fərqlənir. Belə ki, əgər inkişaf etmiş dövlətlərdə bazar 
iqtisadiyyatının hökmranlığı və xüsusi mülkiyyətin dominatlığı şəraitində həyata keçirilən 


özəlləşdirmənin məqsədi dövlət müəssisələrinin işinin effektivliyinin yüksəldilməsinə
yönəlmişdirsə, inkişaf etməkdə olan ölkələrdə,  o cümlədən də YSD -də özəlləşdirmə yalnız dövlət 
mülkiyyətinin  əvəzinə xüsusi mülkiyyət formasının  yaradılması məqsədini deyil,  həm də bazar  
münasibətlərinin əhatə dairəsinin genişləndirilməsini, bu prosesə əhali məskunlaşmayan rayonların 
da cəlb edilməsini güdürdü. Keçmiş sosialist dövlətlərində   aparılan özəlləşdirmə islahatlarının 
məqsədi  isə kəskin fərqli proseslərə, başlıca olaraq  sistem və siyasi dəyişikliklərə, bazar 
münasibətlərinin təşəkkül tapmasına, təsərrüfat subyektlərinin restrukturizasiyasına 
istiqamətlənmişdir. Eyni zamanda postsosialist  ölkələrində özəlləşdirmənin qarşısında duran təbii 
inhisar  müəssisələrin  təsərrüfat hüquqlarının bölünməsi vəzifəsi  YSD-də mövcud problemlər və
onun həlli yolları ilə bağlı siyahıya daxil deyildi. Müqayisə bazasını genişləndirmək və YSD-dəki 
özəlləşdirmənin xüsusiyyətləri ilə daha yaxından tanış olmaq üçün bu məkana daxil olan ölkələrin  
özəlləşdirmə təcrübəsinə  ayrı-ayrılıqda nəzər yetirməmişdən əvvəl regional və iqtisadi inkişaf 
baxımından həmin dövlətlərlə oxşar cəhətlərinin çoxluğuna görə seçilən Cənubi Koreyada 
özəlləşdirmənin xüsusiyyətləri ilə tanış olmaq məqsədəuyğun hesab edilə bilər.
Cənubi Koreya Respublikasında dövlət müəssisələri milli iqtisadiyyatın inkişafında  həmişə
mühüm  rol oynamış, xüsusilə də ötən əsrin 60-70-ci illərində bu fəaliyyət dairəsində aktivlik 
səviyyəsi  daha da yüksəlmişdir. Həmin illərdə müxtəlif mənbələr üzrə iqtisadiyyatın ayrı-ayrı 
sahələrinə kapital  qoyuluşunun ümumi həcmində dövlət bölməsinin payı 90 faizə çatırdı. Bu 
proses  əsasən dövlət bankları vasitəsilə həyata keçirilirdi. Dövlət bölməsinin sənaye məhsulunun 
buraxılışının ümumi həcmində xüsusi çəkisi 33 faiz, müvafiq surətdə nəqliyyat xadmətində 20 faiz 
təşkil edirdi. Dövlət nəzarəti hər şeydən əvvəl strateji istiqamətli  öncül sahələrdə, o cümlədən   
polad və kimyəvi gübrələr istehsalında saxlanılırdı.
Cənubi Koreyada dövlət müəssisələrinin inkişafı 4 mərhələyə bölünür. Birinci iki mərhələ
milliləşdirmə və yenilərin yaradılması dövrünü, axırıncı iki mərhələ isə özəlləşdirmə
tendensiyalarının  başlanğıc  və inkişaf  dövrünü əhatə edir.
 Birinci mərhələ (1910-1945-ci illər) sülalə hakimiyyəti ilə yapon işğalından  azad olma arasındakı 
dövrü xarakterizə edir. Bu mərhələdə müstəqillik uğrunda mübarizədən sonrakı illərdə
müəssisələrin bir çoxu milliləşdirilmiş, digərləri isə yenidən qurulmuş və bu proses  əsasən 
dəmiryol nəqliyyatını, teleqraf və telefon rabitəsini,  həmçinin tütün sənayesini əhatə etmişdir.
İkinci mərhələ yapon hökmranlığına son qoyulmasından və 1961-ci il may inqilabının başa 
çatmasından sonra start götürdü. Bu dövrdə vaxtıilə yaponlara məxsus olan müəssisələrin 
əksəriyyəti milliləşdirildi. Belələrinə Koreya Milli Bankını, Sənaye Bankını, Sikkəxananı, Kömür 
Çıxarma şirkətlərini və başqalarını aid etmək olar.
Üçüncü mərhələ geniş miqyaslı özəlləşdirmənin başlaması  dövrünü (1968-1984-cü illər) əhatə
edir. Bu dövr özəl bölmənin möhkəmləndirilməsi  məqsədilə vaxtilə milliləşdirilmiş müəssisələrin 
dövlətsizləşdirilməsi ilə  xarakterizə  olunur. Bu proses nəticəsində 16 iri dövlət müəssisəsi tam 
özəlləşdirilmişdir. Özəlləşdirmə əsasən səhmlərin xüsusi şirkətlərə və banklara  birbaşa satışı 
formalarında aparılırdı. Bundan başqa, həmin dövrdə bir çox dövlət müəssisələrinin birləşdirmə və
təmərküzləşdirilmə yolu ilə yenidən  qurulması prosesi də həyata keçirilirdi.
1984-cü ildə "Dövlət müəssisələrinin idarə edilməsi haqqında" Qanunun  qəbulundan sonra start 
götürmüş dördüncü mərhələ hələ indi də davam edir: bu dövr cəmiyyətin aşağı və orta təbəqəsinin 
aktiv iştirakı ilə həyata keçirilən geniş miqyaslı  özəlləşdirmə prosesinin başlanması ilə


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə