Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   11   12   13   14   15   16   17   18   ...   62

mərhələlər çərçivəsində fərqlənir. Özəlləşdirmə ərəfəsində Latın Amerikası dövlətlərindəki şərait 
müxtəlifliyi, onun gedişi zamanı tətbiq olunan  forma və üsulların özünəməxsusluğu son nəticədə
regionun hər bir dövlətinin bu  istiqamətdəki fəaliyyətdən fərqli nəticələr əldə etməsini 
şərtləndirmişdir. Lakin buna baxmayaraq regionun özəl xüsusiyyətləri və oxşar problemləri ayrı-
ayrı özəlləşdirmə təcrübəsi üzrə də paralellər aparmağa və  yekunları  eyni meyarlar əsasında   
qiymətləndirib, nəticələr çıxarmağa şərait yaratmışdır. Latın Amerikası ölkələrində bütövlükdə
özəlləşdirmə siyasəti 2 başlıca məqsəd güdmüşdür. Onlardan biri milli iqtisadiyyatın rəqabət 
qabiliyyətini artırmaq, ikincisi isə daxili və xarici borcları azaltmaqdan ibarət olmuşdur. Çili istisna 
olmaqla, regionun digər dövlətlərində özəlləşdirmə proqramının  işlənməsi zərurəti sosial-iqtisadi 
şəraitin pisləşməsi nəticəsində ortalığa çıxmışdır. Çilidə özəlləşdirmənin motivi daha çox ideoloji 
xarakterlə ifadə edilmişdir. Region ölkələrinin dövlət müəssisələrinə, bəzi istisnalarla, aşağı 
effektlilik, zərərlə fəaliyyət, köhnə idarəetmə və istehsalat strukturu xarakterik idi. Daimi büdcə
subsudiyaları, hökumətin maliyyə dəstəyi fonunda zərərlə işləyən dövlət  müəssisələrinin təklif 
etdikləri məhsul nə xidmətlərinə keyfiyyət və nə də qiymət rəqabətində özünü doğrultmaması bir 
çox hallarda ölkə büdcəsinin qeyri-balans vəziyyətində kəsirinin getdikcə çoxalmasını və dövlətin 
borclarının artımını səciyyələndirmişdir. Statistik məlumatlara görə, ötən əsrin  80-ci  illərində
dövlət müəssisələrinin zərəri Argentinada 7%, Braziliyada isə 14 faiz təşkil edirdi. Həmin onilliyin  
sonuna olan digər məlumata görə, Argentinada dövlət büdcəsinin kəsirinin 80 faizini dövlət 
bölməsinə məxsus olan və zərərlə işləyən müəssisələrin subsidiyalar hesabına maliyyələşdirilməsi 
şərtləndirmişdir. Bütün bu proseslər son nəticədə dövlətin xarici borclarının kəskin artımına gətirib 
çıxartmışdı. Belə ki, 90-cı illərin əvvəlinə Argentinanın 13 aparıcı dövlət şirkətinin xarici borcu 
ölkənin bütün xarici borclarının 1\4-nə bərabər  səviyyəyə çatmışdı. Latın Amerikası və
ümumiyyətlə "üçüncü dünya" dövlətləri arasında əhatə dairəsnə görə seçilən və müvəffəqiyyəti 
çoxluq tərəfindən etiraf olunan mülkiyyətin dövlətsizləşdirilməsi proqramı Çilidə həyata 
keçirilmişdir.
Tədqiqatçıların fikrincə, region ölkələri arasında sərt özəlləşdirmə variantı özünü Çilidə və
Argentinada biruzə vermişdir. Latın Amerikasında özəlləşdirmə təcrübəsi ilə daha yaxından tanış 
olmaq məqsədilə ayrı-ayrı ölkələrin timsalında özəlləşdirmə praktikasına  təfsilatlı şəkildə nəzər 
yetirək.
Çilini birinci özəlləşdirmə dalğası 1973-cü ildə hərbi hökumətin hakimiyyətə gəlməsindən sonra öz 
ağuşuna aldı. Özəlləşdirmə ərəfəsində Çili iqtisadiyyatında dövlət bölməsi hökmran mövqeyə
malik idi. Yeni hakimiyyət öz ideoloji düşüncələrinin təsiri altında belə bir qərara rəvac  verdi. Belə
ki, həmin dövrdə maliyyə bölməsinin və hasilat sənayesinin 85 faizindən çoxu, əkinə yararlı  
torpaqların isə 60 faizinə qədəri dövlət bölməsinin payına düşürdü.
Çili hazırda özəlləşdirmənin bir neçə dalğasını arxada qoymuşdur. Bu ölkədə özəlləşdirmənin 
birinci dalğası 1969-1973-cü illərdə müsadirə edilən mülkiyyətin, əsasən də mərkəzi bank istisna 
olmaqla digər bankların əvvəlki sahiblərinə qaytarılmasını əhatə etmişdir. Bu proses 1974-1975-ci 
illərdə həyata keçirilmişdir. Özəlləşdirmənin gedişi zamanı hərrac üsuluna üstünlük verilmişdir. 
Birinci mərhələdə hərrac üsulu ilə özəlləşdirmə nəticəsində 500-dən çox dövlət müəssisəsindən 
yalnız 19-u özəlləşdirilməmiş, yerdə qalanları isə özəl bölmənin mülkiyyətinə verilmişdir. Bu dövr 
həm də müsadirə edilmiş torpaqların xeyli hissəsinin əvvəlki sahiblərinə qaytarılması, bir hissəsinin 
isə hərrac vasitəsilə satılması ilə də xarakterikdir. Bu zaman özəlləşdirmənin obyektinə meşələr, su 
resursları, kənd təsərüfatının istehsalat alətləri, şəkər sənayesi müəssisələri və digər bu tipli 
təsərrüfat subyektləri daxil idi.


İkinci dalğa 1975-83-cü illəri əhatə etməklə, daha çox bankların və müəssisələrin özəlləşdirilməsi 
ilə fərqlənir.
1985-1986-cı illəri əhatə edən üçüncü özəlləşdirmə dalğasının təsiri ilə Çilidə "xalq kapitalizmi" 
formalaşdırılmışdır. Bu dövrdə hasilat və poladtökmə sənayesinin, kommunal xidmət sferasının iri 
müəssisələri özəlləşdirilmişdir.
Çili özəlləşdirilməsinin dördüncü dalğası 1986-cı ildən sonrakı dövrü əhatə edir və 40-dək daha 
yüksək effektivlik və rentabellik göstəricisinə malik müəssisə və sahələrin bütövlükdə
özəlləşdirilməsi ilə seçilir. Ötən əsrin  90-cı illərinin əvvəlində bu siyahıya hətta ölkənin aparıcı 
telekommunikasiya və avia şirkətlərinin də adı daxil edilmişdi.
İkinci özəlləşdirmə dalğasının gedişi zamanı baş vermiş qanun pozuntuları bir sıra maliyyə
sövdələşmələrinin təşkilinə gətirib çıxardığından, 80-ci illərin əvvəlində ölkə dərin iqtisadi tənəzzül 
və kütləvi işsizlik problemləri ilə üzləşmişdi. Belə ki, 1983-cü ildə Çilidə işsizliyin səviyyəsi 31 
faizə çatmışdı.
İri şirkətlərin və bankların səhmlərinin güzəştli şərtlərlə, süni surətdə aşağı salınmış qiymətlərlə
satışı iri banklar və sənaye korporasiyalarının maliyyə fırıldaqlarında birgə iştirakına imkan 
yaratmışdır. Demək olar ki, ölkənin bütün iri şirkətləri banklarla birləşmiş, məqsədli şəkildə  ucuz 
qiymətə satılan səhmlər sonradan eyni bank tərəfindən alınmış və bu əməliyyatlar külli miqdarda 
mənfəətin dövriyyədən kənarlaşdırılmasında ciddi rol oynamışdır.
İlk əvvəllər xarici kapitalın ölkəyə portfel investisiyalar şəklində misli görünməmiş axını iqtisadi 
aktivliyi xeyli canlandırsada, aciotac nəticəsində formalaşmış bu prosesin  sonradan tez bir zaman  
ərzində fasilə verməsi müşahidə olunmuşdu. Prosesin ilkin nəticələri üzrə gözlənilən uğurların 
özünü doğrultmadığını  hiss edən  hökumət vəziyyətdən çıxış üçün ilk dövrlər faktiki  olaraq 
nəzarətdən kənarda qalmış və iflasa istiqamətlənən  özəlləşdirmə siyasətindən geri çəkilərək 
iqtisadiyyatın idarəedilməsində dövlətin rolunu yenidən gücləndirməyə  üstünlük vermişdir. Bu 
məqsədlə 1983-cü  ildə 8 aparıcı bankın üzərində dövlət  nəzarəti yenidən  bərpa olunmuş və  bir 
neçə bank ləğv edilmişdir. Ölkənin Mərkəzi Bankı xarici investorlar  qarşısında bir neçə
kommersiya bankının  borclarını ödəmək  barədə öhdəlik götürmüşdür. Bütün bunlardan   sonra, 
özəlləşdirmə üzərində   formalaşmış güclü nəzarət mexanizmi və bu prosesə  hökumət tərəfindən   
daimi  diqqət yetirilməsi  problemin həllində  mühüm rol oynaya bilmişdir.
Yalnız situasiyanını sabitləşməsindən  sonra dövlət yenidən sürətli özəlləşdirməyə start vermişdir. 
Lakin bu dəfə özəlləşdirmənin gedişinə kifayət qədər ehtiyatlı və diqqətli formada yanaşma və  
onun prinsipcə yeni modelinə üstünlük verilməsi sonrakı müvəffəqiyyətə əhəmiyyətli dərəcədə
müsbət təsir göstərmişdi.  Leytmotivini  "xalq kapitalizmi" şüarı təşkil edən  yeni modelin həyata 
keçirilməsində pensiya fondları xeyli aktivlik nümayiş etdirirdilər. Bu dövrdə fond birjasının 
fəaliyyətində  müşahidə olunan sabitlik, birinci və ikinci qiymətli kağızlar bazarının formalaşması 
tələb olunan zəruri maliyyə və kapital bazarının yaranmasında kifayət qədər ciddi rol oynamışdır. 
Yeni modelin həyata keçirilməsi funksiyası  pensiya fondlarının müdiriyyətinə həvalə olunmuşdu. 
Bundan sonra  pensiya fondları özəlləşdirilən müəssisələrin səhmlərini daha sürətlə almağa 
başladılar ki,  nəticədə onların hesabına səhm alan işçilər də səhmdarlara çevrilirə bildilər. Bununla 
yanaşı Çilidə əmək haqqının 10-20% -i  həcmində  "qocalığa görə məcburi vergi"də tətbiq 
olunmağa başladı. Mövcud qanunvericiliyə görə, həmin vergi işçinin istəyindən asılı olaraq 14 özəl 
pensiya fondlarından istənilən birinə ödənilə bilərdi. Külli miqdarda maliyyə resursları  toplayan və


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə