Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   7   8   9   10   11   12   13   14   ...   62

1984
«Skott Lisqou»
Birləşmiş Britaniya 
limanı
«Uitq farm»
«Enterprayz oyl»
«Simink»
«İnmos»
«Qaquar»
«Britiş telekom»
Q
Tender
Q
Tender
Q
Q
A
A
100
48*
50*
100
100
76*
100
51
12
51
82
380
66
95
297
3900
1985
Britaniya aerokosmik 
şirkəti
«Yarrou impbilders»
«Britoyl»
«Vasper Tornikfort»
«Keybl end uayrless»
A
Q
A
Alqı
A
48*
100
49*
100
23*
346
34
426
15
580
1986
«Svan xanter impilder»
«Viskers impbildinq 
end incinerinq»
«Royal ordenene»-
Lidsdə tank zavodu
Milli avtobus şirkəti
«Britiş aerospeys 
xelikopters»
«Britiş qaz»
Alqı
Q
A
Alqı
Q
A
100
100
100
100
100
100
5
60
11
250
14
5600
1987
«Yunipart»
«Leylond bas»
«Britiş eyrieyz»
«Royal ordens»
«Rolls-Roys»
«Di-Ey-Bi»
«İstel»
«Britaniya aeroport 
idarəsi»
«Britiş petroleum»
Alqı
Alqı
A
Q
A
Alqı
Alqı
A
A
100
100
100
100
100
100
100
100
36,8
30
4
900
190
1363
7
26
1225
7200
1988
«Rover qrup»
«Britiş stil»
Q
A
100
100
150
2500
1989
Milli cirobank
Su təchizatının 10 
şirkəti
Q
A
100
100
112
5110
1990
Elektrik enerjisini
paylaşdıran 12 şirkət
A
100
8000
1991
«Neşnl  pauer»
«Pauer cen»
Skottiş pauer»
«Skottiş haudroelktrik»
«Britiş telekom»
A
A
A
A
A
-
-
-
-
48,9
-
-
-
2000
5350
1
* Dövlt mxsus olan  shmlrin tam satışı
** Alqı-qapalı (xüsusi)  satış formalarından biri 
*** Tender-açıq (ictimai) satış formalarından biri
                                                


Cədvəldən də göründüyü kimi, Britaniyada özəlləşdirmə ilk dəfə olaraq geniş miqyasda deyil, fərdi qaydada 
Liberalların hakimiyyəti dövründə start götürmüşdür. Həmin dövrdə, hətta dünyanın məşhur və aparıcı neft 
şirkətlərindən olan və bu gün Xəzərin Azərbaycan hövzəsində  konsorsium çərçivəsində neft hasilatı ilə məşğul olan 
"Britiş petroleum"un  5 faizlik səhmləri 276 milyon funt sterliniqə, təxminən 450 milyon ABŞ dollarına satılmışdır. 
Ümumiyyətlə, yalnız 80-cı illərdə Böyük Britaniyanın 51 iri dövlət şirkətindən 16-sı özəlləşdirilmiş, bunun nəticəsi 
olaraq dövlət bölməsində  çalışanların  sayı 1,3 milyon nəfər azalaraq, cəmi  məşğul əhalinin 2,8 faizini  təşkil etmiş və
ən başlıcası ötən əsrin 90-cı ilinin əvvəlinə özəlləşdirmədən əldə edilən gəlir 33 milyard funt sterlinqindən çox 
olmuşdur.*
1987-ci ildən son dövrlərə qədər Britaniyada kommunal təsərrüfat müəssisələrinin satışı davam 
etmiş və  burda da başlıca məqsəd həmin bölmədə rəqabət şəraiti yaratmaq və onu  getdikcə
möhkəmləndirməkdən ibarət olmuşdur. Böyük Britaniyada dövlət müəssisələrinin əsasən iki 
formada: açıq (ictimai) və  qapalı (xüsusi) özəlləşdirildiyi cədvəldən də aydın görsənir.  Bu zaman 
özəlləşdirmə metodlarının  seçilməsi müəssisənin miqyasından və onun digər xarakteristikasından
asılı idi.  Açıq metodla özəlləşdirmə zamanı məcburi tələblərdən biri də  müəssisənin  açıq tipli 
səhmdar cəmiyyətlər çevrilməsi idi. Bu zaman hüquqi şəxs statusu dəyişdirilmədən də onun  
səhmlərinin satışına icazə verilirdi. Qapalı şəkildə satış zamanı dövlətin 1975-1981-ci illərdə
holdinq şəklində formalaşdırdığı qapalı tipli səhmdar cəmiyyətlər satışa  çıxarılırdı. Bu zaman 
satışa çıxarılan əmlakın qiyməti danışıqların gedişində və ya rəqabətin miqyası üzrə məhdudiyyət 
nəticəsində müəyyənləş-dirilirdi. Açıq tipli satış isə fiksə edilmiş (sabit) və ya müsabiqə qiyməti  
ilə həyata keçirilirdi.
Fiksə edilmiş qiymət inzibati planda sadə görünsə də,  dövlət onun təyin  olunmasında  maliyyə
məsləhətçilərinin köməyindən istifadə edərək, müəssisənin əmlakının dəyərini əsas götürürdü. 
Lakin bir çox hallarda əmlakın dəyərinin inzibati qaydada qiymətləndirilməsi səhv nəticələrə
gətirib çıxarırdı. Belə ki, müəssisənin dəyəri aşağı qiymətləndiriləndə onun bazara birdən -birə  
buraxılmış səhmlərinin məzənnəsi kəskin artırdı. Bu hadisə bir neçə dəfə, xüsusilə də 1984-cü ildə
təkrar olunmuşdu. Bəzi hərraclar zamanı səhmlər gözqamaşdırıcı qiymətlərə satılmışdı və bu 
qiymətə səhmləri yalnız iri investorlar deyil, həm də xırda payçılar almışdı. Yeri gəlmişkən qeyd 
edək ki, Britaniyada iri müəssisələrin səhmlərinin əsas alıcıları maliyyə institutları olmuş, fərdi 
investorların aldığı səhmlərin ümumi yekunda xüsusi çəkisi 21,3% təşkil etmişdir. Böyük 
Britaniyada daha çox sayda mülkiyyətçilərin yaranması və özəlləşdirmənin sürətləndirilməsi 
məqsədilə xırda payçılara və xüsusilə də müəssisənin işçilərinə güzəştlər praktikası da mövcud 
olmuşdur. Səhmlərin hissə-hissə ödənilməklə satılması xırda, eləcə də varlı olmayan payçılara iri 
mülkiyyət əldə etməyə imkan yaradırdı. Səhmlərə yazılış zamanı  onun dəyərinin üzvlük haqqı 
formasında hissə-hissə ödənilməsinə 2 aydan 10 aya qədər müddət ayrılırdı. Bütün açıq (ictimai) 
satış formalarında müəssisənin işçilərinə müəyyən miqdarda səhmləri, haqqını ödəmədən əldə
etmək hüququ verildi.
Belə ki, "Britiş Qaz"ın satışı zamanı işçilər və pensiyaçılar üçün səhmlərin 5 faizi ehtiyatda 
saxlanılırdı. Hər bir işçiyə 52 pulsuz səhm verilirdi, eyni zamanda əlavə olaraq hər bir əlavə alınmış 
səhmə, pulsuz səhmlərin maksimum miqdarının 111-i ötməməsi şərti ilə daha 2 pulsuz səhm 
verilirdi. Bununla yanaşı müəssisənin işçisi və yaxud pensiyaçı 1481 səhmi fiksə edilmiş satış 
qiymətindən 10 faiz güzəştlə və daha 20 minədək səhmi növbədənkənar olaraq güzəştsiz ala bilərdi. 
12 elektrik təchizatı şirkətinin özəlləşdirilməsi zamanı müəssisənin işçilərinə və penisiyaçılara 10% 
səhm pulsuz verilmişdi. Ötən əsrin 80-cı illərində Britaniyada bütövlükdə özəlləşdirilmiş 
müəssisələrin 500 minədək işçisi öz şirkətlərinin səhmlərini əldə etmişdilər.*


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə