Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   6   7   8   9   10   11   12   13   ...   62

Britaniyada geniş miqyaslı özəlləşdirmə proqramının həyata keçirilməsinə xidmət edən tutarlı 
arqument dövlət müəssisələrinin yüksək kapitaltutumlu, aşağı əmək məhsuldarlıqlı, az gəlirli, artıq 
xərcli, hökumətin isə belə müəssisələrə yönəltdiyi dotasiyalarının artımı ilə bağlı göstəricilər  
olmuşdur. Təbii ki, dövlət mülkiyyətinin ixtisarını şərtləndirən və öz dövründə kifayət qədər riskli 
qərarın verilməsində qatı neokonservativ orientasiyalı M.Tetçerin siyasi iradəsi də mühüm rol 
oynamışdır. Böyük Britaniyada özəlləşdirmənin necə və hansı üsullarla  aparılması geniş 
müzakirələrə səbəb olmuşdur. İlk əvvəl S.Britten və M.Fridmenin təqdimatında özəlləşdirmənin 
əvəzsiz üsulla aparılması konsepsiyası ortalığa çıxmış və onlar öz fikirlərini belə
arqumentləşdirmişdi:  "dövlət müəssisələrinin mülkiyyətçiləri vətəndaşlar olduğundan onların hər 
birinə potensial səhmdar kimi baxılmalıdır".  Leytmotivini  bu istiqamətli fikirlər təşkil edən 
əvəzsiz özəlləşdirmə konsepsiyası  hətta 1968-ci ildə "Tayms" qəzetinin baş məqaləsinə də çevrilə
bilmişdi. Lakin, son nəticədə onların təklifləri baş nazir tərəfindən qəbul edilməmiş və əks mövqe 
belə əsaslandırılmışdır ki, mülkiyyəti qiymətləndirib başa çatdırmaq kifayət qədər mürəkkəb 
proseduradır.
Böyük Britaniyada daha bir müzakirə obyekti təbii inhisarlarla bağlı yaranmışdır. Bu müzakirələrin 
əsasını  inhisarçı sahələrin dövlətsizləşdirilməsinin texnoloji baxımdan özünü doğrult-mayacağı 
təşkil edirdi. Bu fikir onunla arqumentləşdirilirdi ki, onların arasında rəqabət istənilən halda istisna 
olunacaq. Çünki, onların özəlləşdirilməsi, həmin sahələrlə bağlı istehsalın hələ də  təbii inhisar 
sferasından çıxması demək deyildir. Bütün bu müzakirələr Böyük Britaniyada özəlləşdirmə
prosesinə start verilməsini əngəlləyə bilmədi. Məhz "dəmir ledi" M.Tetçerin möhkəm siyasi iradəsi 
1979-cu ildə geniş miqyaslı özəlləş-dirməyə start verilməsində  əhəmiyyətli rol oynadı və çox 
keçmədən dövlət mülkiyyətinin ixtisarı proqramı sürətlə qitənin digər ölkələrinə  də yayıldı.
Britaniya "möcüzəsi" çoxlarını heyrətə gətirirdi. Böyük Britaniyanın ardınca  AFR, Fransa, İtaliya, 
Belçika, Niderland, Avstraliya, İspaniyada da "yeni bazar dinamikası" proqramının simvolu 
özəlləşdirmə oldu. Beləliklə də Qərbi Avropada  yeni  iqtisadi siyasət- özəlləşdirmə geniş vüsət 
aldı.
Qərb ölkələrində tətbiq olunan özəlləşdirmə siyasətinin fəlsəfəsini dövlətin sahibkarlıq 
fəaliyyətində iştirak dairəsini daraltmaq və iqtisadi mühitdə bərabər rəqabət şəraiti 
formalaşdırmaqla müəssisələrin fəaliyyətinin effektliyini artırmaq təşkil edirdi.
Beləliklə, Böyük Britaniya Qərbdə ilk dəfə kütləvi özəlləşdirməyə başlayaraq, əhəmiyyətli 
nəticələri əldə etdi. Bununla əlaqədar olaraq qərb iqtisadçıları Q.Kinsçli və R.Strayk ingilis 
özəlləşdirmə modelinin "klassik model", İngiltərəni isə ən iri və aparıcı özəlləşdirmə laboratoriyası  
adlandırmışdılar.* 
Gəlin görək, ingilis özəlləşdirilməsi nəyi təqdim edir və hansı xüsusiyyətləri ilə fərqlənir? Böyük 
Britaniyada geniş miqyaslı özəlləşdirmənin başlanma ərəfəsində, mühafizəkarların  hakimiyyəti 
dövründə, konkret olaraq  1979-cu ildə iqtisadiyyatda dövlət bölməsinin payı 18,7 faiz təşkil 
edirdi.Bu zaman hökumət özəlləşdirmə vasitəsilə dövlət bölməsinin xüsusi çəkisini 6,5 faizə qədər 
ixtisar etmək vəzifəsini qarşıya qoymuşdur. Hesablamalara görə, həmin tədbirlər ölkədə 600 in 
nəfərin iş yerləri ilə vidalaşması ilə nəticələnmişdir.*
Böyük Britaniyada özəlləşdirməni  üç əsas mərhələyə bölürlər. 1979-cu ildən 1984-cü ilə qədər 
olan dövrü əhatə edən birinci mərhələdə rəqabətli sahələrdə müəssisələrin özəlləş-dirilməsinə
üstünlük verilməklə, dövlət bölməsinin borclarının azaldılması məqsədi güdülürdü.Bu mərhələni 


"kiçik özəlləş-dirmə" mərhələsi də adlandırmaq olar, çünki, həmin dövr çox da böyük olmayan  
həcmdə müəssisələrin özəl bölməyə verilməsi ilə xarakterikdir. Bu mərhələdə özəlləşdirmə üç 
formada həyata keçirilirdi: səhmlərin fond birjalarında satışı, birbaşa satış, özəlləşdirilən 
müəssisənin müdiriyyətə və öz işçilərinə satışı. Həmin dövrdə sonradan özəlləş-dirilməsi 
planlaşdırılan dövlət müəssisələrinin korporasiyalaşdırılması və ya səhmdar cəmiyyət forma-sında 
yenidən qurulması prosesi də reallaş-dırıl-mışdır. İkinci mərhələ, 1984-cü ilin yayından  başlayaraq 
1987-ci ilin payızınadək olan dövrü xarakterizə edir.  Bu mərhələdə özəlləşdirmə prosesi səhm 
sahiblərinin fəaliyyət  dairəsini genişləndirmək məqsədi güdürdü. Buna misal olaraq  Britaniya 
Telefon Şəbəkəsinin ("Britiş telekom") və Britaniya Qaz Korporasiyasının ("Britiş QK") 
özəlləşdirilməsi formasını göstər-mək olar. Hökumət onların inhisar quruluşunu saxlamaqla 
səhmlərinin  bütövlükdə satışına  üstünlük verirdi. Bu mərhələ həm də öz mahiyyətinə görə
rəqabətli bazar təmayülünə malik  olmayan müəssisələrin satışı ilə də xarakterizə olunur.
1987-ci ildən etibarən isə ölkədə  ictimai təlabat sahələrinin aktiv satış prosesi start götürmüşdür. 
Böyük Britaniyada özəlləşdirmənin gedişini aşağıdakı cədvəl əyani surətdə nümayiş etdirir.
Cədvəl 2.3.
Böyük Britaniyada özəlləşdirmənin gedişi
İllər
Kompaniyalar
Satış 
forması
(A-açıq, 
ictimai;
Q-qapalı, 
xüsusi)
Satılmış 
payın 
həcmi
(faizlə)
Əldə 
olunmuş 
gəlirin 
məbləği 
(mln.funt
stertinq)
1
2
3
4
5
1979
«İnternəşnl 
kompyuters»
Q
25*
37
1980
«Britiş petroleum»
«Festri xoldinqs»
    «Ferranti»
A
Q
Q
5*
100*
50*
276
22
54
1981
Britaniya aeroekosmik 
şirkəti
«Britiş şuqar korp.»
«Keybl end uayrless»
A
Q
A
51,6
24*
49,4
43
44
182
1982
«Emeriem interneşnl»
Yük daşıyıcıları üzrə 
milli şirkət
«Redpas Dorman 
Lonq»
«Britoyl»
A
Alqı**
Q
Tender***
100
100
100
51*
64
5
5
549
1983
Birləşmiş Britaniya 
limanı
«İnterneşnl aeradio»
«Britiş reyl»in 23 
mehmanxanası
«Britiş petroleum»
«Keybl end uayrless»
Tender
Q
Q
A
Tender
51,5*
100
100
7
22
22
60
51
543
262


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə