Qubad İbad oğlu (Bayramov) Özəlləşdirmə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/62
tarix04.04.2018
ölçüsü5,01 Kb.
#35876
1   ...   12   13   14   15   16   17   18   19   ...   62

aktiv investisiya fəaliyyəti ilə məşğul olan fondlar isə öz növbəsində payçılarına müəyyən faizlər  
ödəməyə başlamışdılar. Qocalığa görə məcburi vergi bütün əmək fəaliyyəti dövrünə şamil 
olunurdu.
Çilidə kişilər üçün pensiya yaşı 65, qadınlar üçün isə 60 təyin olunmuşdur. Təyin olunmuş yaşdan 
əvvəl pensiyaya çıxanlara şəxsi yığımlarını  sərbəst surətdə ya tam şəkildə, ya da ki, qismən 
götürmək hüququ verilirdi. Sonradan bu sistem  könüllü  xarakter daşımağa  başladı. Statistik 
məlumatlara görə,  Çilidə həyata keçirilmiş özəlləşdirmə siyasəti nəticəsində pensiya fondlarının  
payçılarının sayı 1981-1990-cı illərdə 2,6 dəfə artmış və göstərilən dövrün sonuna məcmu iş 
qüvvəsinin 78 faizini əhatə etmişdi.*
 Pensiya fondlarının  payçıları arasında çoxsaylı firmalar və şirkətlər də  var idi ki, onların da  
nümayəndələri fondun idarə heyətində təmsil olunurdular. Çilidə pensiya fondları kapital bazarının 
formalaşmasında da aktiv rol oynamış, institutsional  investor kimi onların qoyduqları sərmayə  
ölkə üzrə  məcmu investisiyaların 70%-ni təşkil etmişdir.
Özəlləşdirmənin 2-ci modeli çərçivəsində yalnız pensiya fondları  deyil, həmçinin sığorta şirkətləri 
və  müştərək fondlar  dövlət müəssisələrinin səhmləşdirilməsi prosesində  fəal iştirak edirdilər.
İnstitutsional investorların fəaliyyətində hökumətin də rolu aktiv  olduğundan  bütün pensiya 
fondlarının səhm portfelinin 40 faizindən çoxu dövlətin nəzarətində olmuşdur.
Çili özəlləşdirilməsinin xüsusiyyətlərini nəzərə almaqla, institutsional investorlardan istifadə
mexanizmi və  səhmləşdirmə yolu ilə həyata keçirilən "yumşaq"  özəlləşdirmədən çıxan nəticələri 4 
qrupda təsnifləşdirmək mümkündür.
Əvvala, dövlətin prosesdə başlıca payçılardan biri olaraq aktiv iştirakı və tətbiq etdiyi səmərəli 
nəzarət mexanizmi müflisləşmə şəraitində səhmdarların vəsaitlərinin geri qaytarılmasına təminat 
verirdi.
İkincisi, struktur islahatları çərçivəsində həyata keçirilən investisiya strategiyasına uyğun olaraq 
fərdi vəsaitlərin bir neçə mərkəzə toplanması, yalnız şəxsi yığımların səfərbər olunması problemini 
deyil, həm də investisiyaların qarşılıqlı surətdə əvəzlənməsini şərtləndirirdi. Çünki, investisiya 
resurslarının bir mərkəzdə məhdudlaşdırılması dəqiq seçilmiş istiqamətlər üzrə təsərrüfat 
fəaliyyətinin təmərküzləşməsinə gətirib çıxarırdı.
Üçüncüsü, investisiyalar mövcud, eləcə də yeni istehsalatın modernləşdirilməsi  və
təkmilləşdirilməsi istiqamətinə yönəlirdi. Bu zaman konkret investisiya  layihələri iqtisadiyyatın 
daha perspektivli sahələrinə istiqamətlənirdi.
 Dördüncüsü,  səhmləşdirmə  prosesinin şəxsi yığımların  məcburi qaydada bir yerə toplanması 
vasitəsilə həyata keçirilməsi istehlak bazarına pul kütləsinin mənfi yöndə təsir imkanlarını 
azaldaraq inflyasiya ilə mübarizəyə kömək edirdi.
Yeri gəlmişkən qeyd edək ki, Çili özəlləşdirilməsinin müvəffəqiyyəti  dövlət və özəl bölmənin, 
mikro və makroiqtisadi proseslərin düzgün koordinasiyası  bazasında formalaşmışdır. Eyni 
zamanda özəlləşdirmədə iştirak edən sosial təbəqələrin  fəallığı və aktiv xarici maliyə köməyi də bu 
prosesin  müvəffəqiyyətində əhəmiyyətli rol oynamışdır. Özəlləşdirmə  ilə paralel surətdə


kommersiyalaşdırmanın aparılması, dövlət müəssisələrinin fəaliyyətində rasionallaşdırmanın 
həyata keçirilməsi və ilk növbədə  bu tədbirlərin xarici kapitalın iştirakı ilə  yaradılmış müştərək  
müəssisələrin formalaşmasına gətirib çıxarması müvəffəqiyyətə  aparan yolları  bir az da 
qısaltmışdır.
Latın Amerikası ölkələri arasında Meksikada da özəlləşdirmə vüsətli aparılmışdır. 1991-1992-ci 
illərdə kommersiya banklarının  dövlətə məxsus səhmlərinin satışından əldə edilən vəsaitlə  daxili 
borcun ÜMM-də xüsusi çəkisi  25 faizdən 19 faizədək aşağı salınmışdı. Bu vəsaitlərə qənaət  
edilməsi nəticəsində sosial cəhətdən  zəruri olan təlabatların ödənilməsi sahəsində də müsbət 
nəticələr əldə olunmuşdu.
Belə ki,  hökumətin "həmrəylik" proqramının yerinə yetirilməsi   zəif inkişaf etmiş regionlarda 
elektrik, rabitə, su təchizatı sisteminin qaydaya salınmasında xüsusi rol oynamışdı. Özəlləşdirmə
zamanı borcların dövlətsizləşdirilən  müəssisələrin səhmlərinə dəyişidirilməsi xarici borcları 8 
milyard  dollar qədər azaltmağa imkan vermişdi.
Region  ölkələri arasında Meksika özəlləşdirmə zamanı xarici kapitalın iştirakına ehtiyatlı 
münasibətilə də fərqlənir. Meksika hökumətinin xarici investorlara münasibətindəki bu cür 
mövqeyi nəticəsində özəlləşdirilən müəssisələrin səhmlərinin 98 faizi yerli şirkətlərin sahibliyinə
keçmiş, xarici kapitalın bank sistemindəki payı 1 faizdən çox olmamışdır. Bu nəticələri şərtləndirən 
başlıca səbəblərdən biri xarici kapitalın  özəlləşdirmə  prosessində iştirakı ilə bağlı 
məhdudiyyətlərin çoxluğu idi.
Bütün bunlara baxmayaraq, Meksika özəlləşdirilməsini  məqsədlərə çatmaq baxımından, eləcə də
əldə olunmuş vəsaitlərin həcmi nöqteyi nəzərindən müvəffəqiyyətli adlandırmaq mümkündür. 
Lakin, Meksika özəlləşdirilməsi Çili özəlləşdirilməsindən fərqli olaraq reallaşdırılma tempinə görə
sürətli hesab oluna bilməz.
Meksika hökuməti 1983-1987-ci illərdə özəlləşdirmə sahəsində ilkin dövrdə təcrübə yığmağa və
bəzi mexanizmləri sınaqdan çıxarmağa çox vaxt ayırdığına görə onun reallaşdırılma tempi aşağı 
olsa da, 90-cı illərdən başlayaraq əhatə dairəsi genişlənməklə yanaşı sürəti də yüksəlmişdir. Belə ki, 
əgər 1983-1990-cı illər çox da böyük olmayan və strateji əhəmiyyət kəsb  etməyən şirkətlərin 
özəlləşdirilməsi ilə xarakterik idisə,  sonradan iri müəssisələr - 1990-cı ildə telefon şəbəkəsi, 1991-
ci  ildə qara metallurgiya sənayesi, 1992-ci ildə şosse magistral yolları, 1993-cü ildə limanlar və
aeroportlar dövlətsizləşdirilmişdir.* 
 Meksikanın özəlləşdirmə tərcübəsində diqqəti cəlb edən mühüm cəhətlərdən biri də  vaxtıilə
milliləşdirilmiş  müəssisələrin əvvəlki sahiblərinə qaytarılması, yəni dekorporasiyalaşdırılması 
hesab oluna bilər.  Bu tədbir 200-dən çox müəssisəni əhatə etmiş və həmin proses çərçivəsində
onlar əvvəlki sahiblərinin xüsusi mülkiyyətinə verilmişdi. Bu proseslə paralel surətdə həmin dövr 
ərzində həm də 500-dən çox müəssisə özəlləşdirilmişdir.* 
Latın Amerikasının digər ölkələrində özəlləşdirmənin start götürməsi uzunmüddətli  müzakirələrin  
nəticəsində mümkün olmuşdur. Hələ ötən  əsrin 60-70-ci illərində bu regionda özəlləşdirmə  nadir 
hadisə hesab olunurdu. Yalnız istisna olaraq  Argentinada 60-cı illərdə bələdiyyə nəqliyyatı özəl 
mülkiyyətə verilmişdir. Latın Amerikası ölkələrində sabit və ardıcıl özəlləşdirmə siyasəti 80-ci 
illərdən  başlamışdır. Braziliyada da  özəlləşdirmə yalnız 80-cı illərin sonunda Federal Şuranın  
qərarından sonra geniş  vüsət almışdı. 1991- 92-ci illərdə bu ölkədə iri metallurgiya firmaları, 
dəmiryol nəqliyyatı, avto və aviaşirkətlər özəlləşdirilmişdir.  Bu dövr ərzində 100-dən çox kiçik 
dövlət müəssisələrinin   tam və  ya qismən özəl bölməyə verilməsi də müşahidə olunmuşdu. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə