R b a y c a n X z r d n z g m


plandan əlavə yük daşıyırıq



Yüklə 497,19 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix21.06.2018
ölçüsü497,19 Kb.
#50259
1   2   3   4   5   6   7   8

plandan əlavə yük daşıyırıq

Gəmimizin  komandası  yükdaşıma 

planını  hər  ay  artıqlamasilə  yerinə  yeti-

rir.  Kollektiv  iyun  ayı  tapşırığını  ton  ilə 

109 faiz, ton-mil ilə 107,9 faiz ödəmişdir. 

Plandan  əlavə  olaraq  6  özühərəkət  et-

məyən gəmi dəxi yedəyə alınmışdır.

Gəminin staxanovçu dənizçiləri yük-

lərin səmərəli yerləşdirilməsi və yolgetmə 

vaxtına qənaət etmək hesabına olaraq, hər 

səfərdə plandan əlavə yüz tonlarla yük gö-

türürlər.

Komanda  yükvurma  və  boşaltma 

vaxtı  limançılara  yaxından  kömək  edir. 

Yaxınlarda dəniz agenti Çikvaidze yoldaş 

olan limanda gəminin yükünü boşaltmaq 

üçün yükçü briqadası olmadığından gəmi 

bir gün boş dayanmalı idi. Komanda buna 

yol verməmək üçün özü işə başladı və gə-

minin yükünü vaxtında boşaltdı.

Gəminin maşın komandası baş mexa-

nik, Vətən müharibəsi əlili Kostkin yolda-

şın gözəl rəhbərliyi sayəsində mexanizm-

lərin  arası  kəsilməz  işini  təmin  edir  və 

gəmini istismardan saxlamadan maşınları 

öz qüvvəsilə təmir edir. Staxanovçu bos-

man Lunin gəmidə nümunəvi təmizlik və 

qayda olmasına ciddi fikir verir.

Gəminin partiya və həmkarlar təşki-

lartları kütləvi – təbliğat işinə böyük fikir 

verirlər. Partiya təşkilatçısı Vinoqradov və 

kapitanın baş köməkçisi Məmmədov yol-

daşlar  müntəzəm  olaraq  siyasi  məlumat 

və söhbətlər keçirirlər.

Komanda  üçün  6  ay  ərzində  bey-

nəlxalq vəziyyət və cari moment mövzu-

larında 18 mühazirə və 34 söhbət keçiril-

mişdir.


“Vorovski” gəmisinin kapitan köməkçisi

İslam Məmmədov

cəbhəyə yardımı qüvvətləndiririk

Gəmimizin  qabaqcıl  dənizçiləri,  rə-

şadətli  Qızıl  Ordumuzun  diqqətəşayan 

hücumlarından hədsiz ruhlanaraq yüksək 

əmək igidlikləri göstərir və cəbhəyə yar-

dımı getdikcə qüvvətləndirirlər.

Xəzər  Donanması  dənizçilərinin  so-

sializm  yarışında  qalib  gələn  kollektivi-

miz keçən ay yükdaşıma planını 157 faiz 

yerinə  yetirərək,  cəbhəyə  və  ölkəmizin 

xalq təsərrüfatına 686 ton əlavə yük da-

şımışdır.  Kollektivimizin  staxanovcasına 

işləməsi sayəsində iyul ayı planını da ar-

tıqlaması  ilə  ödəmək  səviyyəsində  gedi-

rik. Ayın birinci 15 günlüyündə plandan 

əlavə 250 ton yük daşımışıq.

Yükdaşıma planının müvəffəqiyyətlə 

yerinə  yetirilməsində  maşın  komandası-

nın  staxanovçularından  ocaqçı  Trunov, 

motorçu  Masterenko  və  Sitnik  yoldaşlar 

xüsusilə  yaxşı  işləyirlər.  Onlar  iş  vaxtı 

ilə  hesablaşmadan  çalışaraq  öhdələrinə 

düşən  tapşırıqları  keyfiyyətli  və  yüksək 

göstəricilərlə yerinə yetirirlər.

Yükdaşıma planının yerinə yetirilmə-

sində göyərtə komandasının dənizçiləri də 

gözəl nümunələr göstərirlər. Komandanın 

üzvlərindən birinci klas matrosu Şaliqin, 

Morozov, Ağasiyev, İsmayılov və başqa-

ları iki qat qüvvə ilə işləyərək tapşırıqları-

nı 150-200 faiz yerinə yetirirlər.

Kollektivimiz  daşıma  planını  yerinə 

yetirməkdə irəlidə getdiyi kimi, yeni də-

nizçi  kadrlar  hazırlamaqda  da  gözəl  nü-

munələr göstərir.

Kollektivimiz  cari  ilin  yarım  ili  ər-

zində öz qüvvəsilə 18 nəfər dənizçi kadr 

hazırlamışdır ki, onlardan 5 nəfəri hazırda 

öz gəmimizdə müxtəlif ixtisaslar üzrə sər-

bəst çalışaraq parlaq istehsalat nümunələ-

ri göstərirlər.

M. İzmayılov,

 “M. C. Bağırov” 

gəmisinin kapitanı

dənizçilərin qəhrəmanlığı

Gəmimiz təcili bir tapşırıq almışdı. 

Mühüm  bir  cəbhə  yükü  gecikdirilmə-

dən təyin olunan limana çatdırılmalı idi. 

Gəmimiz bir şalandanı da yedəyə alaraq 

dənizə çıxdı.

Gecə  qəflətən  fırtına  başladı.  Bö-

yük  dalğalar  gəmini  atıb-tutmağa  baş-

ladı,  göyərtədə  olan  yükləri  saxlayan 

iplər qırılaraq çox təhlükəli bir vəziyyət 

əmələ gəldi. Yükün xilas olunması üçün 

bütün  komanda  yubanmadan  səfərbər-

liyə  alındı.  Güclü  soyuq  külək  əsirdi, 

bərk  qaranlıq  idi,  gəmiyə  hücum  edən 

iri  dalğalar  göyərtədə  olan  dənizçiləri 

hər  dəqiqə  dənizə  çəkib  apara  bilərdi, 

lakin heç bir təhlükə ilə hesablaşmayan 

və  mühüm  cəbhə  yükünün  xilas  olun-

ması üçün fədakarcasına çalışan dəniz-

çilərdən Şərəfətdinov, Şevçenko, Razin 

və  Yaçuk  yoldaşlar  bu  vaxt  fəlakətlə 

mübarizədə  qəhrəmanlıq  nümunələri 

göstərdilər.

Fırtına  bütün  gecəni  davam  etdi. 

Kapitan Anfinoqenov yoldaş bir dəqiqə 

də  olsun  kapitan  körpücüyündən  ay-

rılmadı.  Sükançılardan  Mulenkov  və 

Fomin  yoldaşlar  sükanın  yanında  sa-

yıq vəziyyətdə duraraq gəminin hər bir 

hərəkətini  izləyir  və  onu  öz  vaxtında 

təhlükəli  vəziyyətdən  çıxarırdılar.  Də-

nizçilər qalib gəldilər. Yüklər öz yerinə 

çəkilərək bərkidildi. Səhər tezdən fırtı-

na sakitləşən vaxt gəmi limana çatdı.

Baltik  hövzəsi  dənizçilərinin  çağı-

rışına hərarətlə səs verən dənizçilərimiz 

yük daşınması üzrə dövlət tapşırıqlarını 

hər ay artıqlamasilə yerinə yetirməyi və 

öz Vətəninə fədakar əməklə daha yaxşı 

xidmət  etməyi  öhdəsinə  götürmüşdür. 

Gəmimizin kapitanı Kaspinin ən yaxşı 

dənizçilərindən, Xalq Dəniz Donanma-

sı Komissarlığının fəxri vərəqəsilə təltif 

olunan  Anfinoqenov  yoldaş  ona  ina-

nılmış  komandanı,  gəminin  dənizçiləri 

qarşısında  duran  bütün  vəzifələrin  ye-

rinə yetirilməsinə bacarıqla səfərbərliyə 

ala bilmişdir.

Dənizçilər  öz  gəmilərinə  sevgi  ilə 

xidmət  edirlər.  Bosman  Rəhimov  yol-

daş təmizliyə və gəminin yaxşı texniki 

vəziyyətdə  olmasına  ciddi  fikir  verir. 

Gəmidə kadrlar hazırlamaq işi də yad-

dan çıxarılmamışdır.

Gəmimizdə  tək-tək  dənizçilər  ara-

sında sosializm yarışı geniş yayılmışdır. 

Biz  “Poltoraçk”  gəmisinin  komandası 

ilə yarışırıq. Gəmimizin dənizçiləri bi-

rinciliyi qazanmaq üçün bütün qüvvələ-

rini sərf edəcəklər.



Məcidov,

“Çkalov” gəmisi kapitanının 

baş köməkçisi,

“Qaspi bolşeviki” qəzeti, № 22 (1920),

17 mart 1944-cü il

qələbə üçün

Mənə  “Şərəf  nişanı”  ordeni  veril-

məmişdən bir az əvvəl əmək həyatımda 

belə bir hadisə olmuşdu:

Gəmimiz  bir  özü  hərəkət  etməyən 

gəmini  yedəyə  götürərək  təyin  olunan 

limana  aparırdı.  Qəflətən  qalxan  fır-

tına yedək ipini qırdı və ipin ucu suya 

düşərək sükan vintinə dolaşdı.

Mən,  yedək  ipini  vintdən  açmaq 

üçün çağırıldım. Məni gəmidən qayıq ilə 

suya buraxdılar. Suya baş vurdum, lakin 

suya bir dəfə baş vurmaq kifayət etmə-

di və mən yeddi dəfə suya baş vurmalı 

oldum.  Soyuq  suda  yarım  saatlıq  çox 

qorxulu  işdən  sonra  yedək  ipini  sükan 

vintindən açdım və gəmi səfərinə davam 

etdi.


Mən, gəmidə xidmət etdiyi vaxt ər-

zində dənizçilərin öz qüvvəsilə aparılan 

təmir  işlərinə  başçılıq  edərək  bir  çox 

yeni işçiləri müstəqil işləmək üçün ha-

zırlamışam.

Mən,  gələcəkdə  də  mexanizmləri 

müntəzəm olaraq profilaktik təmir edə-

cək və düşmənin tamamilə darmadağın 

edilməsi üçün lazım olan yüklərin arası 

kəsilmədən daşınmasına bütün qüvvəmi 

sərf edəcəyəm.

“Sovet” gəmisinin 

baş mexaniki F. Jeltov.

“Qaspi bolşeviki” qəzeti, № 39 (1937),

17 may 1944-cü il

cəbhəyə yardımı 

qüvvətləndirməli

Kaspdonanma naçalnikinin vəzifə-

sini ifa edən Solovyov və dənizçilərin 

hövzə  komitetinin  sədri  Əsgərov  yol-

daşlar bütün kapitanlara, gəmi komiteti 

sədrlərinə və limanların naçalniklərinə 

aşağıdakı məktub ilə müraciət etmişlər.

İgid Qızıl Ordumuzun qələbələrilə 

ruhlanan  “Çiçerin”,  “Moskva”,  “Qa-

zaxıstan”, “Poltoraçk” gəmilərinin ko-

mandaları  və  quru  yükdaşıyan  donan-

masının dənizçiləri, səfər tapşırıqlarının 

və  aylıq  yükdaşıma  planlarının  tama-

milə və artıqlamasilə yerinə yetirilməsi 

üzrə üzərlərinə konkret təəhhüdlər gö-

türmüşlər.

Kaspdonanma  aprelin  birinci  on-

günlüyündə yükdaşımada, bəzən geridə 

qalmışdır.  Kaspdonanma  gəmilərinin 

kollektivləri Azərbaycanda sovet haki-

miyyəti qurulmasının XXIV ildönümü-

nü və 1 Mayı, aylıq planlarını artıqla-

masilə  ödəməklə  qarşılaya  bilərlər  və 

qarşılamalıdırlar.

Quruyük  donanmasının  bütün  də-

nizçiləri aprelin bu qalan günlərində öz 

qüvvələrini  daha  gərginləşdirməli  və 

yükdaşımanı  artırmaq  üçün  bütün  im-

kanları səfərbərliyə almalıdırlar.

İndi gəmi komandalarının əsas və-

zifəsi – fərdi və növbə üzrə sosializm 

yarışını  daha  genişləndirərək  geridə 

qalan  liman  və  gəmi  kollektivlərinə 

hərtərəfli kömək etməkdir.

Gəmiçiliyin idarəsi və dənizçilərin 

hövzə komiteti əmindirlər ki, dənizçilər 

və limançılar aprel ayında qarşılarında 

duran  vəzifələri  yerinə  yetirmək  üçün 

əllərindən gələni edəcək və Qızıl Ordu-

muzun müvəffəqiyyətlərinə yeni əmək 

qələbələrilə cavab verəcəklər.

üihiMs və xalq dəniz 

donanması komissarlığında

ÜİHİMS və Xalq Dəniz Donanma-

sı Komissarlığı 1944-cü il mart ayında 

dəniz donanması işçilərinin Ümumitti-

faq sosializm yarışı yekunlarına baxa-

raq,  aşağıdaki  təşkilatları  və  gəmiləri 

sosializm  yarışında  qalib  hesab  etmiş 

və qərara almışlar:

Naçalniki Rəhimov, hövzə komite-

ti sədri Əsgərov yoldaşlar olan gəmiçi-

liyə Dövlət Müdafiə Komitetinin keçici 

Qızıl Bayrağı və mükafat verilsin.

Naçalniki  Makarenko,  hövzə  ko-

miteti  sədri  Əsgərov  yoldaşlar  olan 

gəmiçiliyə Xalq Dəniz Donanması Ko-

missarlığının  keçici  Qızıl  Bayrağı  və 

ikinci mükafat verilsin.

Naçalniki Dançenko, liman komi-

teti sədri Qaleçki yoldaşlar olan limana 

Xalq  Dəniz  Donanması  Komissarlığı-

nın keçici Qızıl Bayrağı və üçüncü mü-

kafat verilsin.

Xalq Dəniz Donanması Komissar-

lığının  keçici  Qızıl  Bayrağı  direktoru 

Menşikov,  partiya  təşkilatçısı  Tağı-

zadə,  zavod  komiteti  sədri  Menşayev 

yoldaşlar  olan  zavodda  saxlanılsın  və 

ona ikinci mükafat verilsin.

Xalq  Dəniz  Donanması  Komis-

sarlığının  keçici  Qızıl  vımpeli  “Flan-

deren” gəmi karvanında saxlanılsın və 

ona birinci mükafat verilsin.

“Sryupa”, “Türkmənistan” gəmilə-

rinə  və  19  nömrəli  barja  Xalq  Dəniz 

Donanması  Komissarlığının  keçici 

vımpeli və birinci mükafat verilsin.

“Naxçıvan”,  “Soyuz  Vodnikov”, 

“Meridian” gəmilərinə Xalq Dəniz Do-

nanması  Komissarlığının  keçici  vım-

peli və ikinci mükafat verilsin. “Sever” 

gəmisinə ikinci mükafat verilsin.

Xalq Dəniz Donanması Komissar-

lığının keçici vımpeli “Azerbaycanes” 

gəmisində  saxlanılsın  və  ona  üçüncü 

mükafat verilsin.

“Kiliya”  barjına  Xalq  Dəniz  Do-

nanması  Komissarlığının  keçici  vım-

peli və üçüncü mükafat verilsin.

“Qazaxıstan”  gəmisinə  və  “Şuba-

nı” barjına üçüncü mükafat verilsin.

Naçalniki Savinov yoldaş olan li-

manın,  “Darma”,  “Malqobek”,  29  və 

24 nömrəli barjların mart ayında yaxşı 

işləri qeyd olunsun.



(Radio ilə qəbul edilmişdir).

“Qaspi bolşeviki” qəzeti, № 31 (1929),

17 aprel 1944-cü il

dənizçilərin qəhrəmanlığı 

fəlakətə qalib gəldi

Getdikcə şiddətlənən külək fırtına 

olacağını göstərirdi. “Spartak” gəmisi-

ni yedəyə alan “Çiçerin” gəmisi təcili 

bir  tapşırıq  almışdı-mühüm  bir  cəbhə 

yükü vaxtında təyin olunan limana çat-

dırılmalı idi.

Axşama  yaxın  qüvvətli  fırtına 

qalxdı. Gecə fırtınanın qüvvəsi 10 bala 

çatdı  və  qəflətən  bərk  dartılma  nəti-

cəsində  yedək  ipi  qırıldı.  Özühərəkət 

etməyən gəmi yedəkçi gəmidən ayrıla-

raq, uzaqlaşdı.

Böyük  dalğalar  yedəkdən  ayrılan 

gəmini  böyrü  üstə  əydi;  qiymətli  və 

çox lazımlı yük hər dəqiqə dənizə tö-

külə bilərdi. Gəminin komandası bütün 

gecəni  fəlakətlə  mübarizədə  keçirdi. 

Gəmiyə  hücum  edən  böyük  dalğalar 

tərəfindən  hər  dəqiqə  dənizə  çəkilib 

aparılmaq qorxusuna baxmayaraq; or-

denli bosman Markin yoldaş çox çətin 

bir şəraitdə və ən qorxulu yerlərdə yü-

kün  bərkidilməsi  işinə  rəhbərlik  etdi. 

Onun mərdliyindən və çətin vəziyyət-

dən çıxa bilmək bacarığından nümunə 

götürən  göyərtə  komandasının  üvzlə-

ri-matroslardan  Krivorotin,  Timoşkin, 

Rzayev və başqaları, böyük təhlükəyə 

baxmayaraq,  ağır  yeşikləri  nəyin  ba-

hasına olursa-olsun iplə bağlayıb bər-

kitməyə  can  atırdılar.  Dənizçilərin 

fövqəlada fədakar əməkləri nəticəsində 

yüklər möhkəm bərkidildi.

Lakin səhər, dənizçilər gəminin az 

qala  daşa  oturduğundan  xəbər  tutdu-

lar. Gəminin olduğu yerdə su çox də-

rin olduğundan lövbər atmaq mümkün 

deyildi. Vəziyyət ağırlaşırdı. Lakin gə-

minin komandası bu çətinliyi də baca-

rıqla aradan qaldırdı. Gəminin kapitanı 

Semyonov yoldaş gəminin burun tərə-

findəki  və  orta  məhvərlərdəki  ambar 

qapağının  örtüklərini  qaldırmaq  üçün 

sərəncam verdi və bu iş o dəqiqə ye-

rinə yetirildi.

Fəlakətlə  mübarizədə  öz  iş  nəti-

cələrini görən mərd dənizçilərin qürur 

hissini yazı ilə söyləmək çox çətindir. 

Qaldırılan örtüklər yelkəni gözəlcəsinə 

əvəz etdi və gəmini daşlı sahədən açıq 

dənizə çəkib apardı.

Bundan yeddi saat keçmiş “Çiçe-

rin” gəmisi “Spartaka” yan aldı və hər 

iki gəmi təyin olunan limana yola düş-

dü.


“Qaspi bolşeviki” qəzeti, 

№ 35 (1933),

1 may 1944-cü il

xəzər neftdaşıma donanmasının 

qabaqcıl gəmiləri

Neftdaşıyan  donanmanın  qabaqcıl 

gəmi  komandaları  cəbhə  üçün,  qələbə-

miz üçün yorulmadan çalışırlar. “Beriya” 

gəmisinin dənizçiləri (kapitanı Kalinçov 

yoldaşdır)  öz  vəzifələrinin  öhdəsindən 

şərəflə  gəlirlər.  Gəmi  yaxınlarda  etdiyi 

səfərdə plandan əlavə çoxlu yük götür-

müş və yolgetmə vaxtına 3 saat qənaət 

etmişdir.  “Yupiter”  gəmisinin  koman-

dası  hər  səfərdə  yanalma  əməliyyatını 

müvəffəqiyyətlə başa çatdırır. Komanda 

görkəmli müvəffəqiyyətlər əldə etmişdir. 

Dənizçilər  mexanizmlərin  bütün  qüv-

vəsindən istifadə edərək təkcə bir səfər 

ərzində yolgetmə vaxtına 9 saat qənaət 

etmişlər.  “Yupiter”  gəmisi  özühərəkət 

etməyən gəmiləri təyin olunan limanla-

ra sağ-salamat və vaxtında çatdırır. Ko-

manda hücum edən Qızıl Ordunun şərə-

finə  olaraq,  iyul  ayında  plandan  əlavə 

yük daşımağı qərara almışdır.

“Ağamalı  oğlu”  gəmisinin  dəniz-

çiləri də fədakar əməklə çalışırlar. İyun 

ayı tapşırıqlarını müvəffəqiyyətlə yerinə 

yetirən komanda iyul ayı planını da vax-

tından əvvəl yerinə yetirmək üçün bütün 

qüvvəsini səfərbərliyə almışdır. 



“Qaspi bolşeviki” qəzeti, № 57 (1955),

19 iyul 1944-cü il

“Medvejonok” gəmisi 

dənizçilərinin təşəbbüsü

“Medvejonok”  yedək  gəmisinin  də-

nizçiləri  Vətən  müharibəsi  günlərində 

Xəzər  dənizində  iki  və  üç  motorsuz  gə-

mini  yedəyə  götürmək  təşəbbüsünü  irəli 

sürmüşdür.  Bu  təşəbbüsü  özünün  gözəl 

nəticəsini verməkdədir.

Bu  yaxın  günlərdə  gəminin  heyəti 

Krasnovodskdan  Həştərxana  yedəyində 

üç gəmi aparmaq tapşırığı almışdı. Kapi-

tan Bakurin yoldaş tapşırığı aldıqdan son-

ra işə başladı.

Qarşıdan əsən külək gəmi karvanının 

hərəkətini xeyli zəiflətdi. İkinci gün külək 

yandan, bundan sonra isə arxadan əsməyə 

başladı.  Gəminin  geri  qalmasını  aradan 

qaldırmaq lazım idi.

Təcrübəli kapitan “Medvejonok” gə-

misində  və  yedəyə  bağladığı  gəmilərdə 

yelkən qaldırmaq əmrini verdi. Gəminin 

bosmanı – köhnə dənizçi Kurbakov kapi-

tanın əmrini sürətlə yerinə yetirərək, qısa 

bir müddət ərzində “Medvejonok” gəmi-

sində və yedəkdə gedən gəmilərdə yelkən 

qaldırıldı.

Həştərxana  yaxınlaşarkən  belə  bir 

hadisə  baş  verdi:  Yağış  yağdığından 

yelkənlər islandı  və küləyin təzyiqi nəti-

cəsində “Medvejonok” gəmisində olan üç 

yelkəndən biri yırtıldı. Bu zaman sükançı 

Belyakov dərhal onu yamamağa başladı, 

yelkən yenidən qaldırıldı. Beləliklə, kar-

van hərəkət sürətini yenədə artırdı.

“Medvejonok”  gəmisinin  dənizçilə-

ri  küləkdən  istifadə  etmələri  nəticəsində 

daşıdıqları yükü müəyyən olunmuş vaxt-

dan bir gün tez yerinə yetirdilər. Bundan  

əlavə onlar yanacağa və yağa xeyli qənaət 

etdilər.

Partiya təşkilatı katibi

F. Şibayev,

“Qaspi bolşeviki” qəzeti, № 63 (1961),

9 avqust 1944-cü il

cəbhə qələbələrinə yeni istehsalat 

müvəffəqiyyətlərilə cavab verək

İyul ayında Xəzər quru yük daşıyan 

gəmiçiliyi,  Bakı,  Mahaçqala  və  Xəzərin 

Cənub limanlarının kollektivləri şanlı Qı-

zıl Ordumuzun tarixi qələbələrinə istehsa-

lat müvəffəqiyyətlərilə cavab verdilər.

Gəmiçilik iyul ayında daşıma planını 

ton üzrə 105,2 faiz, ton-mil üzrə 110,5 faiz 

və  xaricdən  gətirilən  malların  daşıması 

üzrə 117,8 faiz yerinə yetirdi.

Gəmiçilik texniki normalar üzrə ya-

nacağa 2,9 faiz və istismar normaları üzrə 

16 faiz qənaət etmişdir.

Bakı  limanının  kollektivi  iyul  ayı 

yükləmə  -  boşaltma  planının  132,7  faiz 

ödənilməsini təmin etmişdir.

Göstərilənlərdən məlum olur ki, do-

nanma yaxşı işləmişdir. Xəzər quru yük-

daşıyan gəmiçiliyin iyul ayında 24 gəmisi 

öz  istehsalat  planını  ödəməsi  və  artıqla-

ması  ilə  yerinə  yetirməsi  ilə  cəbhəyə  və 

ölkəyə əlavə olaraq min tonlarca yük da-

şınmasını təmin etməsi bunu bir daha sü-

but edir.

Havanın  küləkli  olmasına  baxmaya-

raq,  qabaqcıl  gəmi  işçiləri  qəzaya  uğra-

madan üzərək, bir sıra yedək daşıma tap-

şırığını yerinə yetirmiş, yaxşı və fədakar iş 

nümunələri göstərmişlər.

“Medvejonok”  yedəkçi  gəmisinin 

kollektivi  Xəzərin  köhnə  dənizçilərindən 

biri olan kapitan Bakurin yoldaşın başçı-

lığı ilə iyulda 7 yedək gəmisi götürərək, 

aylıq planını ton üzrə 153,1 faiz və ton-mil 

üzrə 108,8 faiz yerinə yetirmişdir. Kollek-

tiv mehriban işləməsi nəticəsində qəzaya 

uğramadan  bir  dəfə  müəyyən  edilmiş  li-

mana yedəkdə iki gəmi, digər səfərdə isə 

3  gəmi  aparmışdır.  Gəminin  işçiləri  iyul 

ayında 8,9 ton yanacağa və yağa qənaət et-

məyi bacarmışlar. Onlar habelə öz gəmilə-

rini yaxşı texniki vəziyyətdə saxlamağa da 

nail olmuşlar.

Həmçinin yedəkçi “Molodes” gəmisi 

də iyul ayında əhəmiyyətli müvəffəqiyyət 

əldə  etmişdir.  Bu  gəmiyə  gənc  kapitan 

Toqunov yoldaş başçılıq edir. “Molodes” 

gəmisi daşıma planını ton üzrə 142 faiz və 

ton-mil üzrə 103,2 faiz ödəyərək, yedəkdə 

9 gəmini müvəffəqiyyətlə aparmışdır. 

“Türkmənistan” gəmisinin kollektivi 

planı ton üzrə 115,3 faiz və ton-mil üzrə 

105 faiz yerinə yetirmişdir. Dənizçilər baş 

mexanik Klemansov yoldaşın başçılığı ilə 

limanlarda durarkən yükləmə - boşaltma 

zamanı və yolda hərəkətdə ikən yük man-

canaqlarını, baş mühərrikin armaturlarını 

təmir  etmiş,  gəminin  maşın  şöbəsini  və 

gövdəsinin  bir  hissəsini  rəngləmiş,  bu-

nunla da gəmini yaxşı texniki vəziyyətdə 

saxlamışdır.

Komandiri Sotnik yoldaş olan “Me-

ridian”  gəmisinin  dənizçiləri  də  yaxşı  iş 

göstəriciləri  əldə  etmişlər.  Gəmi  planını 

ton  üzrə  124,8  faiz  və  ton-mil  üzrə  134 

faiz  yerinə  yetirmişdir.  Dənizçilər  öz  

qüvvələrilə gəminin bir sıra təmir işlərini 

aparmışlar.

Öz istehsalat tapşırıqlarını yerinə ye-

tirməkdə  kapitanı  Kaminski  yoldaş  olan 

“Azərbaycanlı”  gəmisi,  özü  hərəkət  et-

məyən gəmilərdən “X Oktyabr” (kapitanı 

Qraşenko  yoldaşdır),  “Traktorist”  (kapi-

tanı  Muratkin  yoldaşdır)  və  gəmiçiliyin 

bir  çox  başqa  gəmiləri  həmçinin  inadlı 

işləmişlər.

Bu  gəmilərin  çoxunda  iyul  ayında 

əmək intizamının pozulmasına yol veril-

məmiş,  xidmət  vaxtası  keçirilməsi  qay-

dası xeyli yaxşılaşdırılmış, daşınan yüklər 

mühafizə edilmişdir.

Gəmiçilik birinci növbədə bu müvəf-

fəqiyyətlərə,  SSRİ  Dəniz  Donanmasının 

gəmilərində dənizçilik xidməti və intizam 

Nizamnaməsinin  yerinə  yetirilməsinə 

gündəlik nəzarətlik işini qüvvətləndirmək, 

donanmada dispetçer aparatının və mexa-

niki-gəmi xidməti aparatının işinə rəhbər-

liyi yaxşılaşdırma yolu ilə əldə etmişdir.

Qrup  dispetçerləri  Rixter,  Qoroxov, 

Zabelina,  Yaroşenko,  Sazonova,  Parfen-

teva yoldaşlar gəmilərə gündəlik və ardı-

cıl rəhbərlik edir, limanlardan onların öz 

vaxtında yola salınmasını diqqətlə izləyir, 

bunkerlərlə təchiz edir və bununla da gə-

milərin  hərəkət  dövriyyəsinin  artmasına 

nail olurlar.

“Kommuna” gəmisi qazantəmizləmə 

vaxtından 14 saat, “İnqilabçı Şərq” gəmisi 

vaxtından 20 saat, yedəkçi “Mqla” gəmi-

si vaxtından 24 saat qabaq buraxılmışdır. 

“X Oktyabr” gəmisində gəmi təmiri ema-

latxanası  tərəfindən  təmir  olunmaq  üçün 

nəzərdə tutulmuş işlər gəmini istismardan 

dayandırmadan görülmüşdür.

Bu müvəffəqiyyətlər Bakı gəmi təmi-

ri emalatxanalarının fəhlə kollektivləri və 

mühəndis – texniki işçilərinin staxanovca-

sına işləmələri nəticəsində əldə edilmişdir. 

Bu kollektivlər iyul ayında naviqasiya tə-

mirindən və qazan təmizləmədən 7 gəmini 

vaxtından 215 saat qabaq buraxmışdır.

Qabaqcıl  gəmi  komandirləri  tərəfin-

dən  donanmanı  təsərrüfat  hesabına  ke-

çirmək  haqqında  hövzə  mətbuatımızın 

səhifələrində qaldırılan böyük və mühüm 

hazırlıq məsələsi üzərində  də dayanmaq 

lazımdır. Dövlət vəsaitinin hər bir qəpiyi-

nin qeydinə qalan vətənpərvər komandir-

lər bu mühüm dövlət məsələsini vaxtında 

qaldırmışlar.

Lakin unutmamalıyıq ki, müvəffəqiy-

yətlərimizlə bərabər nöqsanlarımız da az 

deyildir.  Donanmanın  xeyli  vaxtı  liman-

larda  səmərəsiz  boş  dayanma  ilə  keçir. 

Məsələn, iyul ayında yalnız Bakı limanın-

da yük boşaltma zamanı gəmilər 1005 saat 

səmərəsiz olaraq boş dayanmışlar.

Hazırda yüklərin diqqətsiz daşınma-

sı işi ciddi nöqsanlardan biridir. Yüklərin 

təhvil  götürülməsi  və  verilməsi  işində 

olan  diqqətsizlik  gəmiçiliyə  böyük  zərər 

vurur. Məsələn, “Azərbaycanlı” gəmisinin 

etdiyi 4 səfərdə 3272 tay mal çatışmır. 267 

nömrəli  tankerin etdiyi 4 səfərdə isə 2206 

tay mal çatışmır.

Qəza  hadisələri,  dənizçilik  xidməti 

Nizamnaməsinə əməl etməmək, əmək in-

tizamını pozma halları, sanitar qaydaları-

na əməl etməmək kimi hallar hələ donan-

mada vardır.

Bu  o  deməkdir  ki,  bir  çox  koman-

dirlər  öz  işlərini  yenidən  qurmalı  və  öz 

gəmilərində hərbi qayda və intizam yarat-

malıdırlar.

Partiya  və  hökumət  qarşımızda 

avqust ayında müdafiə və xalq təsərrüfatı 

yüklərinin daşınmasını təmin etmək kimi 

mühüm  vəzifə  qoymuşdur.  Heç  şübhə 

yoxdur  ki,  Xəzər  dənizçiləri  bu  mübariz 

vəzifənin  öhdəsindən  şərəflə  gələcək  və 

sevimli sərkərdəmiz Sovet İttifaqı marşalı 

Stalin yoldaşın əmrlərinə daha layiqli ca-

vab verəcəklər. 



A. Matyuşev,

SSRİ Xalq Dəniz Donanması Komissa-

rının müavini və Xəzər quruyük daşıyan 

gəmiçiliyin naçalniki ,                                      

“Qaspi bolşeviki” qəzeti, № 65 (1963),

16 avqust 1944-cü il

“dəniz”

O illərdə “Dəniz” nədən yazırdı

(Nöqtəsinə, 

vergülünə dəymədən)

A Z


R B A Y C A N

X Z R D N Z G M

L Y

И

ИЧИ И И



28 oktyabr 2016-cы il   № 69-72 (9075)

6


Yüklə 497,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə