R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə22/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   18   19   20   21   22   23   24   25   ...   153

 

V.l. Energetika 

 

Energetikaya 



yanacaq 

növlərinin, 

elektrik 

enerjisi 

mənbələrinin  axtarışı,  mənimsənilməsi,  onların  hasilatı,  emalı  və 

nəql edilməsi daxildir. Əsas enerji daşıyıcılarına neft, qaz, kömür, su 

və atom enerjisi xammalları aiddir. Digərlərinin - oduncağın, torfun, 

şistin,  kənd  təsərrüfatı  istehsah  tullantılarının,  günəşin,  küləyin, 

suların qabarmasının və yeraltı isti suların enerjisinin bir o qədər də 

rolu  yoxdur.  Lakin  bunların  bəziləri  ayrı-ayrı  ölkələrdə  (AFR-də, 

Danimarkada,  ABŞ-da,  Hindistanda,  Yaponiyada)  xeyli  əhəmiyyət 

kəsb  edirlər.  Məsələn,  Finlandiyada  odunun,  Đslandiyada  geotermal 

suların əhəmiyyəti ölçüyə gəlməz dərəcədədir. 

Dünyanın  inkişaf  etməkdə  olan  ölkələri  xammal  bazası 

rayonu,  inkişaf  etmiş  ölkələri  isə  xammal  istehlakı  rayonu  kimi 

tanınırlar. 

Kömür, qaz, uran filizinin istehsalında inkişaf etmiş ölkələr, 

neft istehsalında isə inkişaf etməkdə olan ölkələr seçilirlər. 

Neft,  qaz,  kömür,  elektroenergetika  çoğrafi  yerləşmələrinin, 

ehtiyatlarının,  kəmiyyət-keyfıyyət  göstəricilərinin  müxtəlifliyi  ilə 

xarakterizə  olunurlar.  Onların  yerləşməsinə,  mənimsənilməsinə, 

ehtiyatlarının müxtəlifliyinə təbii şərait, sosial-iqtisadi faktorlar çox 

təsir edir. 

Dünyanın  bəzi  ölkələri  yerli  energetika  ehtiyatları  ilə 

özlərinin istehlakını tam ödəyə bilirlər. Bunlara Rusiya Federasiyası 

və Çini misal göstərə bilərik. Onlar, hətta istehsal etdikləri  yanacaq 

və elektrik enerjisindən ixrac da edirlər. 

Yanacaq-energetikanın 

aparıcı 

sahələrindən 

biri 

neft 


sahəsidir. Xalq təsərrüfatının elə bir sahəsi yoxdur ki, ondan istifadə 

olunmasın. Çünki onun emalından 2500-dən artıq yeni-yeni qiymətli 

məhsullar  alınır.  Hələ  II  Dünya  müharibəsi  ərəfəsində  ABŞ  və 

Venesuela  dünyada  neft  istehsalının  çox  hissəsini  verirdilər.  Get-

gedə  bu  vəziyyət  xeyli  dəyişərək  yeni-  yeni  neft  istehsal  edən 

rayonlar əmələ gəlmişdir. Deyilənlərə Yaxın və Orta Şərq ölkələrini, 

Afrikanı, dünyanın bir çox şelf zonalarını misal göstərə bilərik. 

Neft istehsalında dəniz şelf zonaları xüsusi yer tutur. 200-500 

km  sahildən  dənizə  doğru  800  m  dərinlikdə  Şimal  dənizində,  128 

metr  dərinlikdə  Xəzərdə,  Ərəbistan  və  Kaliforniyanm  sahil 




zonalarında,  Đran və Meksika körfəzində, Afrikamn qərb və Cənubi 

Şərqi  Asiya  sahillərində  neft  hasil  olunmaqdadır.  Dünyada  1950-ci 

ildə  520  mln.  ton  hasil  olunan  neftin  kəmiyyət  göstəricisi  müasir 

dövrdə 3,8 mlrd. tonu keçmişdir. Bu vaxta qədər dünyada 121 mlrd. 

ton neft hasil olunduğu bildirilir. Yuxarıda adları çəkilən dövlətlərin 

ərazisində  neft  ehtiyatının  çoxu  dənizlərin  şelf  zonalarında  yerləşir. 

Hətta,  Böyük  Britaniyada  ehtiyatın  100%-i  Şimal  dənizinin  şelf 

zonasında yerləşdiyi məlum edilmişdir. 

Müəyyən  edilmişdir  ki,  dünyada  neftli-qazlı  sahə  -  77  mln. 

kv. km-dən az deyildir. Neftin ehtiyatı isə - 550 mlrd. tondur. Bunun 

66%-i Yaxın və Orta Şərq ölkələrinin payına düşür. Təkcə Səudiyyə 

Ərəbistanında  dünya  ehtiyatının  -  26%-nin  mövcudluğu  bəllidir. 

Ümumiyyətlə,  neft  ehtiyatının  çoxu  inkişaf  etməkdə  olan  ölkələr 

ərazisindədir.  Neft  ixrac  edən  OPEK  ölkələri  -  12-ölkə  dünyada 

istehsal  olunan  neftin  40%-ə  qədərini,  inkişaf  etmiş  ölkələr  -  (ĐEÖ) 

isə 45%-ni verməkdədir. Ən çox neft ixrac edən  ölkələr - Səudiyyə 

Ərəbistanı,  Đran,  Đraq,  BƏƏ,  Küveyt  və  digər  ölkələrdir.  Đllik  neft 

istehsalının  -  1,5  mlrd.  tona  qədəri  dünya  bazarına  çıxarılır. 

Dünyanın 102-dən çox ölkəsində neft hasil olunmaqdadır. Məsələn, 

Səudiyyə Ərəbistanı - 450 mln. ton, ABŞ - 404 mln.ton, Venesuela -

333  mln.ton,  RF  -  324  mln.  ton,  Đran  -  185  mln.ton,  Meksika  172 

mln.ton,  Çin  -  162  mln.ton,  Norveç  -  162  mln.ton,  Kanada  -  126 

mln.ton,  BƏƏ  -  120  mln.ton  illik  neft  hasilatına  malikdirlər.  Neft 

valyuta  gətirən  başlıca  mənbə  hesab  edilərək  ən  qiymətli  strateji 

məhsul  sayılır.  Məsələn,  RF  son  illərdə  istehsal  etdiyi  neftin  -  137 

mln. tonunu ixrac edərək xeyli miqdarda valyuta əldə etmişdir. 

 

Cədvəl 1  



Ən çox neft ehtiyatına və istehsalına malik olan ölkələr 

 

№ 



Olkələr 

Ehtiyat mlrd.t. 

Đstehsalı 

1  Səudiyyə Ərəbistanı 

46,0 

450 


2  Iraq 

17,0 


55 

3  Birləşmiş Ərəb Əmirlikləri 

16,2 

120 


4  Küveyt 

16,0 


105 

5  Iran 


15,0 

185 


6  Qazaxıstan 

14 


50,0 

7  Venesuela 

10,3 

333 



8  Azərbaycan 

8,7 


15,4 

9  Meksika 

8,5 

178 


10  Rusiya Federasiyası 

27,0 


324 

11  Çin 


20 

162 


12  ABŞ 

4,4 


404 

13  Liviya 

3,8 

70 


14  Nigeriya 

3,0 


115 

15  Norveç 

1,6 

162 


16  Əlcəzair 

1,5 


73 

17  Indoneziya 

1,2 

85 


18  Kanada 

1,5 


126 

19  Misir 

0,7 

45 


20  Hindistan 

0,6 


35 

21  Böyük Britaniya 

140,0 


22  Braziliya 

140,0 



 

Neft  və  neft  məhsullarının  su  nəqliyyatı  ilə,  kəmərlərlə 

daşınmasına  üstünlük  verilir.  Dünyada  700  min  km-dən  artıq 

uzunluğu  olan  neft  kəmərləri  çəkilmişdir.  Bunlar  nəinki  quruda, 

habelə su hövzələrində - Xəzərdə, Şimal, Aralıq dənizlərində həyata 

keçirilmişdir. 

Yanacağın  aparıcı  sahələrindən  biri  də  qaz  sənayesidir.  Qaz 

dünyada  yanacağın  ən  perspektivli  növü  hesab  edilir.  Başlıca 

kimyəvi  xammal  hesab  edilməklə  yanaşı  onun  emalından  neftdən 

fərqli  olaraq  1000-dən  artıq  çoxqiymətli  yeni  məhsul  almaq 

mümkündür.  YE  balansında  qazın  xüsusi  çəkisi  23%  təşkil  edir. 

Onun geoloji ehtiyatı 400 trln m3, müəyyən edilmiş ehtiyatı isə 145 

trln.  m3-dən  çoxdur.  RF-də  33%,  Yaxın  və  Orta  Şərq  ölkələrində 

30%,  Şimali  Amerika  ölkələrində  5%,  Qərbi  Avropada  4%  qaz 

ehtiyatı  müəyyən  edilmişdir.  Ölkələrdən  Đran,  Səudiyyə  Ərəbistanı, 

ABŞ,  Əlcəzair,  BƏƏ,  Niderland,  Norveç,  Kanada  daha  çox  qaz 

ehtiyatına malikdirlər. 

Đldən-ilə  qazın  istehsalı  artmaqdadır  (2,4  trln.m3).  Đllik  qaz 

hasilatının  40%-i  MDB-də  (təkcə  RF-24%),  25%-i  ABŞ-da  əldə 

olunur.  2002-ci  ildə  Yaxın  və  Orta  Şərq  ölkələri  -  33%,  RF  -  595 

mlrd.  kubmetr,  ABŞ  -  570  mlrd.kubmetr,  Kanada  -  186  mlrd. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə