R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə18/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   14   15   16   17   18   19   20   21   ...   153

Hazırda dünya əhalisinin təxminən yansının yaşı 25-dən az. 1 

milyarddan çoxu isə 15-24 yaşındadır. 

Dünyanın əhalisi eramızın ilk 15 əsrində cəmi 2 dəfə, XX əsr 

ərzində isə 25 dəfə artmışdır. Tarixin bəzi dövrlərində əhalinin sayı 

nəinki  artmış,  hətta  çoxsaylı  müharibə,  yürüş  və  epidemiyalar 

nəticəsində azalmışdır. 

Demoqraflar  əhalinin  artım  templərinin  dəyişməsini  4 

mərhələyə bölürlər. Birinci mərhələ üçün yüksək doğum və nisbətən 

aşağı  ölüm  səciyyəvidir.  Təbii  artım  bu  mərhələdə  kifayət  qədər 

yüksəkdir. Bəzən bu mərhələni demoqrafik inqilab adlandırırlar. 

Đkinci  mərhələ  çoxuşaqlı  ailələrdən  azuşaqlı  ailələrə  keçid 

kimi  qiymətləndirilir.  Burada  ölüm  göstəriciləri  də  azalır.  Ancaq, 

doğumun  sürətlə  azalması  təbii  artımın  aşağı  düşməsinə  gətirib 

çıxardı. 

Üçüncü  mərhələ  üçün  ölümün  yüksəlməsi  və  doğum 

tempinin  azalması  səciyyəvidir.  Bu  mərhələdə  təbii  artımın 

zəifləməsi  nəzərə  çarpır.  Bəzi  yaş  qrupları  (nəsillər)  arasında  fərq 

azalır. 


Dördüncü  mərhələdə  doğum  və  ölüm  göstəriciləri  bir-birinə 

yaxınlaşır,  əhalinin  yüksək  artım  tempi  aşağı  düşür.  Bu  dövrü 

dünyanın ayrı-ayrı regionları müxtəlif cür keçmişlər. 

Yuxarıda  göstərilən  demoqrafik  keçid  ilk  dəfə  XVIII  əsrdə 

Avropada baş vermişdir. Bu vaxt əhalinin təbii artımı hər min nəfər 

əhaliyə  20-30  nəfər  (2-3%)  təşkil  etmişdir.  Bu,  əsil  demoqrafik 

inqilab  idi.  Bu  proses  100-150  il  davam  etmişdir.  Sonra  isə 

Avropada  ikinci  mərhələ  başlamışdır.  Hazırkı  dövrdə  Avropa 

ölkələrinin  çoxu  demoqrafik  keçidin  3-cü  mərhələsində  yaşayırlar. 

Hətta bəzi ölkələrdə əhalini sadə təbii artımı da təmin olunmur. 

Bir  çox  inkişaf  etmiş  ölkələr  isə  demoqrafik  keçidin  2-ci 

mərhələsini  yaşayırlar.  Đnkişafda  olan  ölkələrin  çoxunda  vəziyyət 

demoqrafik  keçidin  birinci  mərhələsinə  uyğun  gəlir.  Məhz  bu 

demoqrafik  partlayış  adlandırılır.  Bu  ölkələrdə  hər  qadına  orta 

hesabla  3-4  uşaq  düşür.  Afrika  ölkələrində  bu  göstərici  5-ə  çatır. 

Türkdilli  ölkələr  arsında  bu  göstəricinin  ən  yüksəyi  Türkmənistana 

məxsusdur.  Azərbaycan  Respublikası  bu  sahədə  (2,0)  bütün  türk 

dövlətlərindən  geridə  qalır.  Beləliklə,  Türkiyə  -  2,5,  Qazaxıstan  - 

2,3, Özbəkistan - 3,4, Qırğızıstan - 3,2 göstərici ilə tanınırlar. 



Son  dövrlər  bir  çox  Şərqi  Avropa  və  MDB  dövlətlərində 

əhalinin  artım  tempi  aşağı  düşmüş  və  hətta  əhali  sayının  azalması 

müşahidə olunmaqdadır. 

Hazırda dünyanın əhalisi ildə 89 milyon nəfər artır (1,33%). 

Đldə  145  mln.  nəfər  doğulanlar  qeydə  ahnmışdır.  Beləliklə,  2050-ci 

ildə  dünya  əhalisinin  sayı  7,3-10,7  milyard  nəfərə  çatacaqdır. 

Əhalinin sayının bu həddə çatmasmın müsbət cəhətlərindən biri odur 

ki,  onun  sosial  vəziyyəti  yaxşılaşmışdır.  Səhiyyə,  təhsil  və  xidmət 

sahələrindən dünya əhalisi daha çox istifadə edir. 

Digər  müsbət  cəhət  -  bir  və  beş  yaşına  çatmamış  uşaqlar 

arasında  ölüm  halları  azalmışdır,  əhali  daha  çox  yaşayır  -  uzun 

ömürlü olur və daha çox əhali ahıl yaşma çatır. Ailədə uşaqların sayı 

son  otuz  ildə  2  dəfə  azalmışdır  (6-dan  3-ə),  bu  da  onların  sosial 

təminatını yüksəltməyə imkan verir. 

Mənfi  hala  gəldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  ən  kasıb 

ölkələrdə  əhalinin  artımı  ən  yüksəkdir.  Afrika,  Asiya  və  Latın 

Amerikasının  62  ölkəsində  əhalinin  40%-i  15  yaşına  kimi  uşaq  və 

yeniyetmələrdir.  Son  dövrlər  əhalinin  artım  tempi  2,04%-dən 

1,33%-ə enmiş və gələcəkdə daha da aşağı enəcəkdir. 1985-1990-cı 

illərdə əhalinin illik artımı ən yüksək - 100 milyon nəfər olmuşdur. 

Ümumiyyətlə,  əhalinin  artımına  bir  çox  amillər  təsir  edir. 

Bunlardan  ən  vacibləri  -  məhsuldar  qüvvələrin  inkişaf  səviyyəsi, 

əhalinin  etnik,  dini  və  regional  mənsubiyyəti,  qadınların  ictimai 

əməyə  cəlb  olunması  və  cəmiyyətdə  rolu,  dövlətin  doğumu 

stimullaşdırması və ya əksinə, müharibələr, epidemiyalar nəticəsində 

uşaq  ölümü  səviyyəsinin  dəyişməsi  və  sairədir.  Bundan  başqa, 

əhalinin artımına qadın və kişilərin sayının disproporsiyaları, cins və 

yaş tərkibi kimi amillər də təsir edir. 

Əhalinin  artımına,  eyni  zamanda  sağlamlığına  ekoloji 

vəzıyyəti  və  müxtəlif  epidemiyalar  da  təsir  edir.  BMT-nin 

məlumatlarına  görə  hər  il  atmosferin  çirklənməsindən  21,7  mln. 

nəfər ölür. 

Demoqrafik vəziyyətə mənfi təsir göstərən amillərdən biri də 

QĐÇS-dir  (qazanılmış  immunodefisit  sindromu  -  AĐDS,  SPĐD). 

1998-ci  ildə  QĐÇS  virusu  ilə  yoluxmuş  əhalinin  sayı  34  mln.  nəfər 

olmuşdur.  Son  illər  bu  xəstəliyə  yoluxanların  sayı  5,8  mln.  nəfər, 

ölənlərin sayı isə 2,5 mln. nəfər təşkil etmişdir ki, bunların da 80%-i 

Afrika qitəsinin payına düşür. 




Müəyyən  edilmişdir  ki,  insan  bioloji  varlıq  kimi  100-140  il 

yaşaya bilər. Ancaq faktiki olaraq, müxtəlif sosial-iqtisadi və ekoloji 

amillərin təsiri nəticəsində insan bu yaşdan çox az yaşayır. Doğrudur 

son  dövrlər  insan  ömrünün  uzanması  meyli  hiss  olunmaqdadır. 

1950-ci  ildə  insanların  dünyada  orta  ömrü  50  il  idisə,  2004-cü  ildə 

66,7 yaşa qədər yüksəlmişdir. 

Dünya  əhalisinin  orta  ömür  müddəti  artsa  da,  regionlar  üzrə 

fərq  çox  böyükdür.  Əsas  fərq  isə  iqtisadi  cəhətdən  inkişaf  etmiş 

ölkələrlə zəif inkişaf etmiş ölkələr arasındadır - 28 yaş. 

Qadın və kişilərin gözlənilən orta ömür müddəti də az maraq 

doğurmur.  Nepaldan  başqa  butün  ölkələrdə  qadınlar  kişilərdən  çox 

yaşayırlar. 

Əhalinin  son  dövrlərdə  sürətli  artımına  təsir  göstərən  orta 

ölüm  göstəriciləri  bütün  ölkələrdə  aşağı  düşmüşdür.  Bu  meyl  XIX-

XX əsrlərin keçidində hiss olunmaqla başlamışdı, lakin Đkinci Dünya 

müharibəsindən  sonra  özünü  daha  çox  göstərmişdir.  Bu  proses 

regionlarda  müasir  səhiyyə  yardımının  yaxşılaşması,  içməli  su  ilə 

təchizatın və digər amillərin nəticəsində baş verir. 1950-ci ildən bəri 

ölüm səviyyəsi hər 1000 nəfər əhaliyə qarşı 20-dən 10-a enmişdir. 

Beləliklə,  yaxın  onilliklərdə  əhalinin  «qocalması»  prosesi 

davam  edəcəkdir.  Bu  meyl  yüksək  inkişaf  etmiş  ölkələrdə  özünü 

daha  yaxşı  göstərir.  Belə  ki,  bu  ölkələrdə  əhalinin  median  yaşı 

hazırda  38-dirsə  bu  göstərici  1950-ci  ildə  29  idi.  Proqnozlara  görə 

2050-ci ildə bu 46 yaş olacaqdır. 

Zəif  inkişaf  etmiş  ölkələrdə  bu  proses  təzə  başlanır  və  orta 

yaş  səviyyəsi,  o  vaxtla müqayisədə  demək  olar  ki,  dəyişməyib  (19-

24 yaş). Afrika, dünya əhalisinin ən sürətlə artan regionu kimi, həm 

də  ən  «gənc»  materikidir.  Burada  əhalinin  orta  yaşı  18-dir. 

Proqnozlara  görə  zəif  inkişaf  etmiş  ölkələrdə  median  yaş  2050-ci 

ildə 37-yə çatacaq. Əgər 1950-ci ildə dünya əhalisinin orta ömrü 50 

yaş idisə, 2050-ci ildə bu 76-ya, median yaş isə 38-40-a çatmalıdır. 

Demoqrafik 

siyasət 

dövlətin 

demoqrafik 

proseslərə 

məqsədyönlü  təsiridir.  Əgər  demoqrafik  vəziyyət  və  meyllər 

xoşagələndirsə,  belə  təsir  prosesin  saxlanmasına,  lakin  demoqrafik 

vəziyyət  və  meyllər  məqsədəuyğun  deyilsə,  prosesin  dəyişilməsinə 

təsir edir. Bu geniş sosial-iqtisadi siyasətin bir hissəsidir. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə