R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə15/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   11   12   13   14   15   16   17   18   ...   153

malik  iqtisadi  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  607  mln.  ha  kənd 

təsərrüfatı  torpaqları  dövriyyədən  çıxmışdır.  Şoranlaşma  və 

bataqlaşma  səbəbindən  isə  hər  il  1,5  mln.  ha  torpaqlar  yararsız 

vəziyyətə düşür. 

Göstərilən neqativ hallar adambaşına düşən becərilən torpaq 

sahələrinin kəskin azalmasına səbəb olur. 

Ümumiyyətlə, dünya üzrə bu göstərici yüksək olaraq indi də 

qalmaqdadır. ÇXR və Misirdə bu göstərici (müvafıq olaraq 0,09 və 

0,05 hektar) daha kəskin şəkil almışdır. 

Bir  çox  ölkələrdə  torpaq  fondunun  saxlanılması  və  onun 

strukturunun  yaxşılaşdırılması  üçün  müəyyən  tədbirlər  görülür. 

Regional  və  qlobal  aspektdə  bu  tədbirlərin  həlli  BMT  ixtisaslaşmış 

orqanlarında  -  YUNESKO-nun  təhsil,  elm  və  mədəniyyət 

bölmələrində,  eləcə  də  ərzaq  və  kənd  təsərrüfatı  təşkilatlarında 

araşdırılır. 

Dünyanın  quru  hissəsinin  55%-nin  mənimsənilməsinə 

baxmayaraq  torpaq  resurslarının  çatışmazlığı  hər  yerdə  nəzərə 

çarpır. Qərbi Avropa, Cənubi və Cənub Şərqi Asiyanın ən çox əhali 

cəmləşən  və  əsas  istehsal  fəaliyyətinin  təmərküzləşdiyi  köhnə 

mənimsənilmiş rayonlarında torpaq çatışmamazlığı çox ağır vəziyyət 

almışdır.  Torpaq  çatışmamazlığının  aradan  qaldırılmasının  ən 

münasib  yolu  yeni  ərazilərin  mənimsənilməsidir.  Lakin  bu  çox 

böyük  vəsait  tələb  edır.  Ərazisi  böyük  olan  ölkələrdə  yeni 

torpaqlardan  istifadə  etmək  daha  münasibdir.  Məsələn,  Kanada, 

Avstraliya, Braziliya və s. ölkələrdə olduğu kimi. 

Mənimsənilməsı çox da xərc tələb etməyən torpaq ehtiyatları 

dünyanın quru hissəsinin təxminən 6%-ni, mənimsənilməsi olduqca 

böyük vəsait tələb edən sahələr isə 25% təşkil edir. 

Səhralaşma  Yer  kürəsində  hələ  insan  cəmiyyətinin  formalaşdığı 

dövrdən  əvvəl  də  mövcud  olmuşdur.  Hal-hazırda  dünyanın  1/3-ni 

tutan arid qurşaqda 8 mln. km2 sahəni səhralar tutur. Şimali Afrika 

və Asiyanın səhraları 11 min km məsafədə uzanan vahid enli zonanı 

təşkil edir. Bu sahənin yarıya qədəri dünyanın böyük səhrası sayılan 

Saxaranın  payına  düşür.  Həmin  zonaya  300  mln.  ha  sahəni  tutan 

(ərazinin 15%) MDB-nin arid sahəsi də daxildir. 

Hazırda  da  məhsuldar  torpaqların  səhralara  çevrilməsi 

prosesi  davam  edir.  Səhralaşmanın  davam  etməsinin  başlıca 

amillərindən  biri  insan  fəaliyyətidir.  Bu  təsir  nəticəsində  ərazinin 




bioloji  potensialı  azalır  və  ya  tam  məhv  olur,  nəticədə  mövcud 

ekosistemin tarazlığı pozulur. 

Antropogen  təsirə  birinci  növbədə  meşələrin  qırılması, 

torpaqlardan 

düzgün 

istifadə 



edilməməsi, 

heyvandarlıqda 

otlaqlardan  səmərəsiz  istifadə  olunması  və  s.  daxildir.  Demək  olar 

ki,  Mərkəzi  Avropada  1  ha  məhsuldar  otlaq  3-5  ev  heyvanının 

yemlənməsinə xidmət etdiyi halda, Səudiyyə Ərəbistanında 50-60 ha 

səhra otlaqları 1 heyvanın yemlənməsinə xidmət edir. 

Alimlər  hesablamışlar  ki,  antropogen  təsirdən  yaranmış 

səhralar 80-ci illərin sonunda 9 mln. km2-ə (900 mln. ha) çatmış və 

planetin  torpaq  fondunun  6,7%-ni  təşkil  edir.  Bundan  başqa,  60 

ölkənin  ərazisini  tutan  30-40  mln.  km2  sahə  səhralaşma  təhlükəsi 

qarşısındadır.  Ona  görə  də  səhralaşma  prosesi  dünyanın  qlobal 

problemlərindən  biri  hesab  olunur.  Xatırlatmaq  yerinə  düşər  ki, 

dünyanın  arid  və  yarım  arid  regionlarında  80-ci  illərin  məlumatına 

görə 850 mln. nəfər əhali məskunlaşmışdır. 

Yer  kürəsinin  su  balansının  qiymətləndirilməsi,  su  təminatı, 

suya  tələbat,  su  problemlərinin  həlli  bir  çox  coğrafi  tədqiqatlarda 

xüsusi yer tutmuşdur. 

Hesablamalara  görə  yer  kürəsinin  ümumi  su  ehtiyatı  1386 

mln.  km

2

-dir.  Yalnız  onun  2,5%-i  həyat  üçün  zəruri  olan  şirin  su 



ehtiyatıdır.  Şirin  səth  sularının  həcmi  35  mln.  km

3

  həcmində 



qiymətləndirilir.  Lakin  onların  böyük  həcmi  Antarktidanın  və 

Qrenlandiyanın  buzlaqlarında  və  qar  örtüyündə  cəmləşmişdir.  Hər 

nəfərə dünyada 230 mln. kubmetr su düşür. Lakin, ümumi ehtiyatın 

96,4%-i  Dünya  okeanının  duzlu  sularının  payına  düşdüyü  üçün  su 

problemi  həmişə  mövcud  olub  və  yenə  də  mövcuddur.  Hazırda 

dünyanın  bir  çox  ölkələrində,  xüsusilə,  iqtisadi  cəhətdən  inkişaf 

etmiş  ölkələrdə  su  ilə  təmin  olunmada  kəskin  və  mühüm  sosial-

iqtisadi  problemlər  yaradır.  Đndi  əsrin  əvvəlinə  nisbətən  sənaye  və 

kənd  təsərrüfatında  daha  çox  su  işlədilir.  Suyun  tükənməyən 

sərvətlərə  aid  edilməsinə  baxmayaraq  o,  dünyada  qeyri-bərabər 

paylanmışdır.  Belə  ki,  dünyanın  sənaye  cəhətdən  inkişaf  etmiş 

regionlarının payına şirin su ehtiyatımn 40%o-dən azı düşür. 

Çay axınları ayrı-ayrı regionlar üzrə - Avropa - 3110, Asiya -

13190,  Afrika  -  4225,  Şimali  Amerika  -  5960,  Cənubi  Amerika 

10380,  Avstraliya -  1965  km-Vil  təşkil  edir, ölkələr üzrə  axını 



göstəricilərinə  görə  birinci  yeri  ərazisində  dünyanın  ən  böyük  çayı 

olan Braziliya tutur (10 min knv). 

Đkinci  yeri  (4,7  min  km3)  MDB  dövlətləri  tutur.  Bunların 

içərisində  Rusiya  Federasiyası  (27,8  min  kmVil),  Qazaxıstan  (11,8 

min  km-Vil),  Gürcüstan  (10,1  min  kmVil)  və  Tacikistan  (9,9  min 

km-Vil) adambaşma düşən su ehtiyatına görə fərqlənirlər. 

Ukrayna,  Türkmənistan,  Moldaviya  və  Özbəkistanda 

adambaşına düşən su 1000 km-Vil həcmindən azdır. 

XX əsrdə dünyada suya olan tələbat aşağıdakı kimi artmışdır: 

1900-cü ildə 580 km\  1940-cı ildə 820 km-\  1950-ci ildə 1100 km\ 

1960-cı  ildə  1900  km\  1980-ci  ildə  4100  km\  2002-ci  üdə  isə  4040 

km3 təşkil etmişdir. 

Đstehlakçının 

suya 


tələbatının 

göstəricilərini 

də 

müəyyənləşdirmək  çox  vacib  məsələdir.  Dünyada  suyun  əsas 



istehlakçısı  kənd  təsərrüfatı  olmuş  və  yenə  də  qalmaqdadır  (70%). 

Đkinci yeri sənaye (20%), üçüncü yeri məişət təsərrüfatı (10%) tutur. 

Əsrimizin sonunda surətlə inkişaf edən şəhərlərin, sənayenin 

və  kənd  təsərrüfatının  su  təminatı  müəyyən  texniki  -  iqtisadi  və 

ekoloji çətinliklərlə rastlaşır. Bir çox ölkələrin iri şəhərləri üçün «su 

aclığı» artıq xarakterikdir. 

Dünyanınn  su  problemlərinin  həlli  üçün  bir  sıra  tədbirlər 

həyata keçirilir. Axının nizama salınmasından, su anbarlarında şirin 

su  ehtiyatlarının 

yaradılmasında  əlavə,  suvarma  sistemləri 

təkmilləşdirilir və kənd təsərrüfatında su itkisinin azalması üçün bir 

sıra texniki tədbirlər görülür. 

Regionların  su  təminatının  yaxşılaşdırılması  üçün  su 

anbarlarının  tikintisi  böyük  əhəmiyyət  kəsb  edir.  Su  anbarlarının 

tikilməsi  əsasən  Đkinci  Dünya  müharibəsindən  sonra  daha  da 

artmışdır.  Dünyada  təkcə  son  30  ildə  su  anbarlarının  sayı  4  dəfə, 

ümumi  həcmi  isə  10  dəfədən  çox  artmışdır  (o  cümlədən,  Latın 

Amerikası  ölkələri,Asiya  və  Afrikada  35-90  dəfə).  Hal-hazırda 

planetimizdə 60 mindən çox su anbarı istifadəyə verilmişdir. Onların 

həcmi 6600 km\ su səthinin sahəsi isə 400 min km2-ə bərabərdir. 

Üç  kateqoriyadan  ibarət  müəyyən  olunmuş  hidroenerji 

potensialı mövcuddur (nəzəri, texniki və iqtisadi). 

Nəzəri  potensialı  müəyyən  etmək  üçün  bütün  yerüstü  axım 

hesablanır  -  46  min  km-Vil.  Nəzərə  alsaq  ki,  qurunun  orta 

hündürlüyü  800  m-dir,  onda  ümumi  hidropotensial  1,0  mlrd.  kVt 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə