R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə12/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   8   9   10   11   12   13   14   15   ...   153

bölgülərində  yalnız  icraedici  hakimiyyət  mövcuddur.  Yeni 

müstəqillik qazanmış ölkələrin əksəriyyəti unitardır. 

Federativ  dövlətlərdə  isə  vahid  qanunverici  və  icraedici 

hakimiyyətlə  yanaşı  ölkələrin  ayrı-ayn  inzibati-ərazi  bölgülərində  -

respublika,  əyalət,  ştat  və  s.-də  özlərinin  xüsusi  konstitusiyası, 

qanunverici,  icraedici  və  sairə  hakimiyyət  orqanları  fəaliyyət 

göstərir.  Dünya  ölkələri  arasmda  federativ  dövlətlərin  sayı  azlıq 

təşkıl edir. Bu tip 24 ölkədən 7-si Amerikada (Argentina, Braziliya. 

Venesuela,  Kanada,  Meksika,  ABŞ  və  Federativ  Sent-Kits-Nevis), 

5-i  Avropada  (Avstriya,  Belçika,  AFR,  Đsveçrə,  Serbiya-Çerno-

qoriya),  5-i  Asiyada  (Hindistan,  Malayziya,  Myanma,  Birləşmiş 

Ərəb  Əmirliyi,  Pakistan),  4-ü  Afrıkada  (Nigeriya,  Efiopiya. 

Federativ  Đslam  Respublikası  -  Kamor  adalan  və  CAR),  2-si 

Avstrallya  və  Qkeaniyadadır  (Avstraliya  Ittifaqı  və  Mikroneziya). 

Bunların bəzilərində, məsələn, Rusiyada, Hindistanda, Nigeriyada və 

sairədə  federativ  quruluşu  milli-etnik  əlamətlərə,  bəzilərində  isə, 

məsələn,  Almaniya  Federativ  Respublikası,  Braziliya,  Meksika  və 

sairədə tarixi-coğrafi xüsusiyyətlərə görə mövcuddur. 

Dünyanın  siyasi  xəritəsində  iki  konfederasiya  dövləti 

mövcuddur.  Bu,  müstəqilliyini  saxlayan  və  müxtəlif  məsələlər 

(təhlükəsizlik,  xarici  siyasət  və  sairə)  üzrə  öz  fəaliyyətlərini 

uzlaşdırmaq  məqsədilə  birləşən  dövlətlərin  daimi  ittifaqıdır.  Bu  iki 

dövlət Isveçrə və Serbiya- Çernoqoriyadır. 

Dünyanın  müasir  siyasi  xəritəsində  yalnız  dörd  federativ 

monarxiya  var.  Buniar  Malayziya,  Ispaniya,  Belçika  və  BƏƏ-dən 

ibarətdir. 

Dediyimiz  kimi  müasir  dünya  ölkələri  müxtəlif  meyarlara 

(idarəetmə, inzibati - ərazi quruluşunun formaları, ĐCM-yə, əhalinin 

çox və azlığına və sairə ) görə qruplaşdırılmışlar. Bunlardan biri də 

ərazilərinin ölçüsünə görə qruplaşdırmadır. Burada onlar ərazilərinin 

ölçülərinə  görə  böyük,  orta,  kiçik  və  cırtdan  (mikro)  dövlətlərə 

ayrılırlar.  Müasir  siyasi  xəritədə  orta  və  kiçik  dövlətlər  üstünlük 

təşkil  edir.  Ərazisi  2,5  milyon  kv.  km-dən  artıq  olanı  böyük  dövlət 

sayılır.  Siyasi  xəritədə  onların  sayı  10-dur.  Bunlar  Rusiya 

Federasiyası  (17.1  mln  kv.  km),  Kanada  (10  mln  kv.  km),  Çin  (9,6 

mln  kv  km),  ABŞ  (9,3  mln.  kv.km),  Braziliya  (8,5  mln.  kv.km.), 

Avstraliya (7,7 mln. kv.km), Hindistan (3,3 mln kv. km), Qazaxıstan 

(2,8 mln kv. km ), Argentina (2,7 mln kv. km ) və Sudandır (2,5 mln 




kv. km ). Bu ölkələrdən hər birisinin ərazisi 3 milyon kv. km - dən 

artıq olan 7 ölkə - Rusiya. Kanada, Çin, ABŞ, Braziliya, Avstraliya 

Đttifaqı və Hindistan dünyanın quru hissəsinin yarıya qədərini tutur. 

Cırtdan  dövlətlər  Avropada,  Asiyada,  Afrikada,  Latın 

Amerikasında  və  Okeaniyada  yerləşirlər.  Bunlardan  5-i  -  Andorra, 

Lıxtenşteyn,  San-Marino,  Monako  və  sahəsi  44  ha  olan  Vatikan 

Avropada  yerləşir.  Afrikada  yerləşən  Seyşel  adaları  və  Mavriti, 

Amerikada  Barbados  və  Qrenada,  Okeaniyada  Tonqa  və  Nauru 

mikro dövlətlərdir. 

Ölkələr  əhalisinin  sayına  görə  də  qruplaşdırılırlar.  Dünyada 

11  dövlətin  hər  birisinin  100  milyondan  artıq  əhalisi  vardır.  Bunlar 

Çin  Xalq  Respullikası,  Hindistan,  ABŞ,  Indoneziya,  Braziliya, 

Pakistan,  Rusiya  Federasiyası,  Banqladeş,  Yaponiya,  Nigeriya, 

Meksikadır.  Əhalisi  100  milyon  nəfərdən  cox  olan  ölkələr  dünya 

əhalisinin  3\5  hissəsindən,  əhalisi  50  milyon  nəfərdən  çox  olan  24 

ölkə  isə  dünya  əhalisinin  4\5  hissəsindən  artığını  özündə 

cəmləşdirmışlər. 

Müasir  siyasi  xəritədə  özünə  yer  tapmış  dünya  ölkələri 

coğrafi 

mövqelərinə 

görə 

də 


qruplaşdırılırlar. 

Bunlardan 

materikdaxili,  dənizkənarı,  yanmada,  ada,  arxipelaq  ölkələrini 

göstərə  bilərik.  Bu  qruplara  aid  olan  bəzi  ölkələrin  adlarını  çəkə 

bilərik.  Məsələn,  yarımada  dövlətlərinə  Italiya,  Ispaniya,  Türkiyə, 

Hindistan, Səudiyyə Ərəbistanı, ada dövlətlərinə - Böyük Britaniya, 

Đrlandiya,  Madaqaskar,  arxipelaq  dövlətlərinə  -  Yaponiya, 

Đndoneziya (13000 ada), Filippin (7000 ada) aid edilirlər. 

Yer  kürəsində  birbaşa  okeana  çıxışı  olmayan  42  dövlət 

mövcuddur.  Bunlardan  9-u  MDB  məkanında  (Azərbaycan, 

Ermənistan,  Belarusiya,  Qazaxıstan,  Qırğızıstan,  Moldaviya, 

Tacikıstan,  Özbəkistan,  Türkmənistan),  11-i  Avropada  (Avstriya, 

Andorra, 

Vatikan, 

Macarıstan, 

Lixtenşteyn, 

Lüksemburq, 

Makedoniya,  San-Marino,  Çexiya,  Slovakiya,  Isveçrə),  5-i  Asiyada 

(Əfqanıstan,  Butan,  Laos,  Monqolustan,  Nepal),  15-i  Afrikada  - 

Zambiya,  Burkino-Faso,  Niger,  Ruanda,  Svazilend,  Uqanda, 

Mərkəzi  Afrika  Respublikası,  Çad,  Botsvano,  Burundi,  Zimbabve, 

Lesoto,  Mali,  Malavi,  Efıopiya  və  2-si  -  Boliviya  və  Paraqvay 

Amerikada yerləşir. 

Dünyanın  müasir  siyasi  xəritəsində  mövcud  olan  dövlətlər 

hazırda  daha  çox  iqtisadi  -  sosial  inkişaf  səviyyəsinə,  yəni  əhalinin 



adambaşına  düşən  ərzaq  və  sənaye  məhsulları,  sakinlərin  təhsil 

səviyyəsi,  nəqliyyat  xidməti  ilə  təminat,  tibbi  xidmətin  keyfıyyəti, 

uzunömürlülük  və  sairə  göstəricilərə  görə  olan  qrupa  aid  edilir.  Bu 

göstəricilərin  səviyyəsindəki  fərqlərə  görə  ölkələri  bir  çox  qruplara 

bölmək  mümkündür.  Adətən  dünya  ölkələrini  ıki:  Đnkişaf  Etmiş 

Ölkələr  (ĐEÖ)  və  Đnkişaf  Etməkdə  Olan  Ölkələr  (ĐEOÖ)  qruplarına 

ayrılırlar.  Lakin  bəzi  ĐEOÖ-  in  təsərrüfatının  sürətli  artımı  bu 

göstəriciyə əsaslanan tipologiyanın şərti olduğunu göstərir. 

Đnkişaf  etmiş  ölkələr  qrupuna  yer  kürəsinin  quru  hissəsinin 

l\5-ə  qədərini  tutan  və  2004-cü  ildə  dünya  əhalisinin  l\6-ni  özündə 

cəmləşdirən  60-a  qədər  ölkə  daxıldir.  Buraya  ABŞ,  Kanada,  Qərbi 

Avropa  ölkələri,  Yaponiya,  Avstraliya  Đttifaqı,  Yeni  Zellandiya, 

CAR,  Koreya  Respublikası,  Sinqapur,  Israil  və  s.  ölkələr  daxildir. 

Dünya siyasətində və iqtisadiyyatındakı mövqelərinə görə bu ölkələr 

iki  yerə  ayrılırlar.  Birincilərə  «böyük  yeddi»lər  -  ABŞ,  Yaponiya, 

AFR.  Fransa,  Böyük  Britaniya,  Italiya  və  Kanada  aid  edilir.  Bu 

ölkələrin liderliyi təkcə onların ərazilərinin böyüklüyü və əhalisinin 

çoxluğu  ilə  deyil,  eləcə  də  dünya  siyasətində  və  iqtisadiyyatındakı 

rolu  (iqtisadi  potensialı,  elm  və  texnıkanın  inkişafındakı 

nailiyyətləri) ilə də müəyyən edilir. 

Đkinciləri  yüksək  sosial-iqtisadi  inkişaf  səviyyəsinə  çatmış 

kiçik  ölkələr-Đsveçrə,  Avstriya,  Belçika,  Niderland,  Lüksemburq, 

Norveç,  Đsveç,  Danimarka,  Đslandiya,  Đspaniya,  Portuqaliya, 

Yunanıstan,  Finlandiya,  Đrlandiya,  Malta,  Avstraliya  Đttffaqı  və 

başqa ĐEÖ-lər təşkıl edirlər. Bu ölkələr eləcə də dünya ticarətində və 

siyasətində mühüm rol oynayırlar. 

Đqtisadi inkişaf durumuna görə, yəni hər nəfərə düşən ümumi 

daxili  məhsulun  ABŞ  dolları  ilə  dəyərinə  görə  dövlətləri 

qruplaşdırarkən Lüksemburq (50000 dollar), Đsveçrə (35,200 dollar), 

Norveç  (35000  dollar),  Yaponiya,  Danimarka  (30700  dollar), 

Sinqapur  (29100  dollar),  ABŞ,  Đsveç  (27500  dollar),  Almaniya  və 

Avstraliya fərqlənirlər. 

Bu  ölkələr  arasında  «yeni  sənayeləşmiş»  ölkələr  də 

mövcuddur:  hansılarının  ki,  iqtisadiyyatları  inkişaf  etmiş  ölkələr 

səviyyəsinə  çatmışdır.  Bu  ölkələrə  Braziliya,  Argentina,  Koreya  və 

sairə aiddir. 

Adətən  keçmiş  SSRĐ  «ölkələri»  və  Şərqi  Avropa  ölkələrinin 

əksəriyyəti  ĐEÖ  qrupuna  aid  edilir.  Lakin  uzun  müddət  silahlanma, 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə