R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə13/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   9   10   11   12   13   14   15   16   ...   153

Elmi-Texniki Tərəqqinin (ETT) zəif inkişafı bu tip ölkələrin iqtisadi 

artım  sürətini  xeyli  ləngitmişdir.  Nəticədə  də  təsərrüfatın  sahəvi  və 

ərazi  strukturunda  kəskin  uyğunsuzluqlar  yaranmış,  inflyasiya 

sürətlənmişdir.  Bu  böhran  geniş  xalq  kütləsinin  həyat  səviyyəsinin 

aşağı  düşməsinə  və  əhali  arasında  narazılıqlara  səbəb  olmuşdur. 

Nəticədə,  əhalidə  sosializmə  olan  ümidlər  itmiş  və  XX  əsrin  90-cı 

illərinin  sonlarında  keçmiş  SSRl  ərazisində  yaranmış  dövlətlərin  və 

Şərqi  Avropa  ölkələrinin  hamısının  təsərrüfatında  ağır  vəziyyət 

formalaşmış, 

köhnə 


iqtisadi 

əlaqələrin 

pozulması, 

bazar 


iqtisadiyyatına  keçid  prosesinin  olduqca  ağır  keçməsi  və  sairə  baş 

vermişdir.  Odur  ki,  onlar  hal-hazırda  ĐEÖO  sırasına  aid  edilirlər. 

Yalnız 

qəti 


islahatlar 

və 


sosial-iqtisadi 

dəyişikliklərin 

sürətləndirilməsi dövlətləri keçmiş səviyyələrinə qaytara bilər. 

Đnkişaf  etməkdə  olan  ölkələrin  (ĐEOÖ)  əksəriyyətini  əsasən 

Asiya,  Afrika,  Latın  Amerikası  (LA)  və  Okeaniyada  olan  keçmiş 

müstəmləkə  ölkələri  təşkil  edir.  Bu  qrupa  daxil  olan  ölkələrin  sayı 

160-a qədərdir. Bunları son vaxtlar Đnkişafda Olan Ölkələr (ĐOÖ) də 

adlandırırlar.  ĐOÖ  bir  çox  ortaq  xüsusiyyətlərə  malikdirlər.  Bu  da 

onların  müstəmləkə  keçmişindən  irəli  gəlir.  Bunlara  iqtisadi  və 

sosial inkişafda ümumi gerilik, Inkişaf etmiş ölkələrə (ĐEÖ) olduqca 

böyük  borclar  və  sairə  xasdır.  Bütün  bunlar  zəif  inkişaf  etmiş 

ölkələri  bir  tipoloji  qrupda  birləşdirməyə  imkan  verir.  Bu  qrup 

arasında Đkinci Dünya müharibəsindən (ĐDM) sonra müstəqillik əldə 

edənləri  -adətən  gənc  milli  dövlətlər  adlandırırlar.  Müasir  dövrdə 

ĐOÖ  keçid  mərhələsindədirlər.  Bu  ölkələrdə  həmçinin  adambaşına 

düşən  Ümumi  Daxili  Məhsulun  dəyəri  də  aşağıdır.  Dünyada  bu 

dəyərin ən aşağı səviyyəsi Konqo və Sudanda - 50 dollar müşahidə 

olunur. 


Onların,  ĐOÖ-in  əksəriyyəti  iqtisadiyyatlarının  geriliyini  aradan 

qaldırmaq üçün fəal mübarizə aparırlar. 

 

III. DÜNYANIN TƏBĐĐ RESURSLARI 

 

Təbii  resurslar  cəmiyyətin  tələbatının  ödənilməsi  üçün 



istifadə  olunan  təbii  elementlərdir.  Bunlara  insan  həyatı  və 

məhsuldar  qüvvələrin  inkişafı  üçün  təbiətdə  istifadə  edilən  və 

edilməsi  mümkün  olan  resurslar  daxildir.  Bu  fəaliyyətdə  bilavasitə 

iştirak  etməyən,  lakin  maddi  istehsal  və  qeyri-maddi  istehsal 




sahələrində  zəruri  olan  komponentlər  də  vardır  ki,  o  isə  təbii  şərait 

anlayışıdır.  Təbii  resurs  və  təbii  şəraitin  məcmuu  cəmiyyətin 

həyatında  və  fəaliyyətində  mühüm  əhəmiyyət  kəsb  edir.  Bu 

baxımdan  cəmiyyətlə  təbiəti  bilavasitə  əlaqələndirən  məhz  təbii 

resurslardır. Đnsanların yaşaması, inkişaf etməsi prosesinə təsir edən 

amillərdən biri təbii resursların mənimsənilməsidir. 

XX  əsrin  ortalarından  başlayaraq  dünya  əhalisinin  sürətlə 

artması  və  istehsalın  inkişafı  ilə  əiaqədar  olaraq  təbii  resurslardan 

istifadə olduqca artmışdır.Ona görə də insanla ətraf mühit arasındakı 

münasibət,  cəmiyyətlə  təbiətin  bir-birinə  münasibəti  probleminin 

düzgün həll olunmasına şərait yaradır. 

Hal-hazırda  dünyada  250  növ  faydalı  qazıntı  və  200  növə 

qədər  qiymətli  daşlar  mövcuddur.  Onların  təsərrüfat  fəaliyyətinə 

cəlb  olunması  uzun  tarixi  dövr  ərzində  tədricən  formalaşmışdır. 

Lakin  istehsalın  sürətli  inkişafı  dövründə  təbii  resurslardan  istifadə 

dairəsi  daha  çox  genişlənmiş  və  hətta  bəzi  sərvətlərin  tükənmək  və 

azalmaq ehtimalı çoxalmışdır. 

Təqribən son 50 ildə dünyada bəşəriyyətin tarix boyu istifadə 

etdiyi qədər xammal işlədilmişdir. 

Ayrı-ayrı  ölkələrin  və  ya  rayonların  təbii  resurslarla  təmin 

olunmasının  səciyyəsi  onların  ən  adi  təsnifatına  əsaslanmalıdır. 

Məlumdur ki, təbii resurslar istifadə olunma xarakterinə görə istifadə 

olunan  və  potensial  təbii  resurslara  ayrılır.  Potensial  resurslar  həm 

istifadə  olunmayan,  həm  də  ehtiyatı  hələ  dəqiqləşməyən  və  yaxud 

müəyyən  səbəbdən  istismar  edilməyən  sərvətləri  özündə  birləşdirir. 

Eləcə  də  təbii  resurslar  tükənən,  tükənməyən  və  ya  tükənənlər  isə 

bərpa olunan, bərpa olunmayan resurslara ayrılır. 

Təbii resurslardan istifadə daim artdığı üçün ayrı-ayrı resurs 

növlərinin qiymətləndirilməsi vacibdir. 

Təbii      resursların        iqtisadi        cəhətdən   

qiymətləndlirilməsinə  hasilatın,  emalın,  daşınmanın  dəyəri,  kapital 

qoyuluşunun  xüsusi  çəkisi,  əmək  məhsuldarlığının,  səmərəliliyinin 

səviyyəsi  və  s.  göstəricilər  daxildir.  Bu  qiymətləndirmə  meyarları 

məhsuldar  qüvvələrin  inkişaf  ilə  əlaqədar  dəyişə  bilər.  Həmçinin 

iqtisadi  qiymətləndirmə  ayrı-ayrı  təbii  resurslardan  istifadənin 

faydalılığını müəyyən etməyə imkan verir. 




Təbii  resurslardan  səmərəli  istifadə  bütün  dünya  ölkələrinin 

başlıca problemidir. Bu, sərvətlərin tükənməsindən çox ətraf mühitin 

çirklənməsi ilə əlaqədardır. 

Təbii resurslar bir çox sahələrə bölünür. Onların ən başlıcası 

mineral resurslardır. 

Mineral  resursların  başlıca  sahəsi  olan  faydalı  qazıntılar 

müasir  iqtisadiyyatın  başlıca  istiqamətlərini  müəyyən  edən, 

həmçinin,  iqlisadiyyatın  inkişafını  təmin  edən  əsas  təbii  bazadır. 

Faydalı qazıntılar yer qabığında, dəniz dibində, yeraltı sularda, dəniz 

sularında,  göllərdə  olan  üzvi  və  qeyri-üzvi  təbii  mineral 

törəmələrdir.  Faydalı  qazıntılar  sırasında  ən  başlıca  yer  mineral 

yanacaq ehtiyatlarına məxsusdur. 

Mineral yanacaq ehtiyatları içərisində isə başlıca yeri kömür 

tutur. Dünyada kömür ehtiyatı və istifadəsi vaxtaşırı olaraq 1924-cü 

ildə  yaradılmış  və  hazırda  80  ölkəni  birləşdirən  və  dünyanın  enerji 

problemi ilə məşğul olan  «Dünya Energetika Şurası» sessiyalarında 

müzakirə edilir. 

Dünyada  14,8  trln.t,  o  cümlədən  9,4  trln.  t.  daş  kömür,  5,4 

trln. t qonur kömür ehtiyatı vardır. Dünya kömür ehtiyatının 60%-ni 

daş kömür, 40%-ni qonur kömür təşkil edir. Kəşf edilmiş ehtiyatlar 

ümumi  ehtiyatın  cəmi  8%-nə  qədərdir.  Kömür  ehtiyaünın  90%-dən 

çoxu Şimal yarımkürəsində cəmlənmişdir. 

Kömür  ehtiyatlarının  54%-i  Asiyanın,  28%-i  Şimali 

Amerikanın, 9%-i Avropanın payına düşür. Dünya ölkələri arasında 

daha  çox  kömür  ehtiyatına  malik  olan  MDB,  ABŞ  və  ÇXR-dır. 

Ümumi ehtiyatın 80%-i bu dövlətlərin ərazisindədır. Həm ümumi və 

həm də kəşf olunmuş ehtiyatın xeyli hissəsi iqtisadi cəhətdən inkişaf 

etmiş  ölkələrin  ərazisində  yerləşir.  Đnkişafda  olan  ölkələrdən 

Hindistan,  Botsvana,  Latın  Amerikasının  bir  çox  ölkələri  də  kömür 

ehtiyatına malikdirlər. 

Dünyanın  83  ölkəsində  kömür  ehtiyatı  kəşf  edilmişdir.  Yer 

kürəsində  kömür  ehtiyatının  geoloji  qanunauyğunluqlara  əsasən 

yerləşmə  xüsusiyyətləri  bir  çox  alimlər  tərəfindən  tədqiq 

olunmuşdur. 

Dünyanın  10  iri  kömür  hövzələrinə  Tunqus,  Lena,  Kansk-

Açinski,  Kuzbas,  Rur,  Appalaç,  Peçora,  Taymir,  Qərb  Donbas  aid 

edilir. 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə