R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə21/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   17   18   19   20   21   22   23   24   ...   153

Dünyada  əhalinin  sıxlığı  müxtəlif  olan  ölkələr  çoxdur.  Buna 

Misir, Çin, Avstraliya, Kanada, Braziliya, Türkmənistan, Tacikistan 

və s. misal ola bilər. 

Xarici miqrasiya kütləvi hal aldığı ölkələrdə. bu əhalinin ümumi 

sayına  da  təsir  göstərir.  Əhalinin  bu  cür  artımına  bəzən  «mexaniki 

artım»  da  deyirlər.  ABŞ,  Kanada  və  Avstraliyanın  tarixində  elə 

dövrlər  olub  ki,  «mexaniki»  artım  təbii  artımdan  yüksək  olub.  Bu 

ölkələrə miqrasiya indi də çox yüksəkdir, bu proses hazırda ölkənin 

təbii  artımına  müəyyən  «kömək»  kimi  səciyyələndirilir.  Đsraildə  isə 

hazırda immiqrantlar əhalinin ümumi artımının 2/3-ni təşkil edirlər. 

Đrlandiyada isə proses əks istiqamətdə getmiş və bir neçə dəfə təkrar 

olunmuşdur. 

Xarici miqrasiyalar öz xarakter, səbəb, ərazi əhatəsi, müddəti və 

s.-yə  görə  bir-birindən  fərqlənirlər.  Xarakteri  haqqında  danışarkən, 

könüllü  və  məcburi  miqrasiyaları  ayırmaq  mümkündür.  Məcburi 

miqrasiyaya  misal  olaraq  Afrikadan  Amerikaya  qul-zəncilərin 

aparılmasını,  Đkinci  Dünya  müharibəsində  milyonlarla  əhalinin 

Almaniyaya köçürülməsini göstərmək olar. 

Daha  yaxın ərazi və tariximizdən məcburi miqrasiyaya türklərin 

Gürcüstandan,  tatarların  Krımdan,  çeçen-inquşların  Çeçen-Đnquş 

Respublikasından,  azərbaycanlıların  Ermənistandan  köçürülməsini 

(departasiyasını) misal göstərmək olar. 

Xarici  miqrasiyanın  səbəbində  isə  əhalinin  sosial,  iqtisadi 

vəziyyəti  aparıcı  olaraq  qalır.  Hazırda  işçi  qüvvəsinin  miqrasiyası 

geniş vüsət almışdır. Əhali inkişafda olan ölkələrdən Avropa, Şimali 

Amerika  (ABŞ,  Kanada),  ÇAR,  Đran  körfəzi  ölkələrinə  mühacirət 

edirlər. 

Đqtisadi  səbəblərdən  başqa,  xarici  miqrasiyanın  siyasi  səbəbləri 

də  mövcuddur.  Bu  ölkələrdəki  siyasi  rejimlə  bağlıdır.  70-80-ci 

illərdə keçmiş SSRĐ-ni də siyasi emiqrantlar tərk etmişdilər. Bu cür 

proseslər  hazırda  Koreya  Xalq  Demokratik  Respublikasında, 

Kubada müşahidə olunur. 

Ərazi  əhatəsinə  görə  kontinentlərarası  və  kontinentdaxili 

miqrasiyaları ayırmaq olar. Ölkədaxili miqrasiyaya daxili miqrasiya 

deyilir. 

Müddətinə 

görə 

daimi, 


mövsümi 

və 


müvəqqəti 

(qısamüddətli) miqrasiyalar da ayrılır. 

Son dövrlərin ən qorxulu miqrasiyalarından biri qaçqınlıqdır. Bu 

proses çox böyük əraziləri əhatə edir. Beynəlxalq təşkilatların səyinə 




baxmayaraq  bu  proses  ləngimir,  bu  problemlər  hələ  də  həll 

olunmamış  qalır.  Bu,  əsasən  müxtəlif  cür  separatçılığın,  regional 

konfliktlərin,  aclığın,  epidemiyaların  və  siyasi  mübarizələrin 

nəticələridir. 

Yuqoslaviya  və  SSRĐ-nin  dağılmasından  sonra  bu  ərazidə  2,5 

mln.  nəfər  qaçqın  ordusu  yaranmışdır  ki,  bunun  1  mln.  nəfərdən 

çoxu azərbaycanlardan ibarətdir. 

Urbanizasiya  müasir  dövrün  ən  ciddi  proseslərindən  biridir. 

Urbanizasiya  əraziləri  qurunun  -1%-ni,  əhalinin  47%-ni  özündə 

cəmləşdirir. 

Urbanizasiya  kənd  əhalisinə  nisbətən  şəhər  əhalisinin  payının 

artmasıdır.  Bəzən  bunu  sadəcə  şəhərləşmə  və  ya  kənd  əhalisinin 

şəhərlərə  köçməsi  kimi  izah  edirlər.  Bu  proses  kənd  əhalisinin 

şəhərlərə  miqrasiyası,  şəhər  əhalisinin  özünün  təbii  artımı,  kənd 

yaşayış məntəqələrinin şəhər tipli qəsəbələrə və şəhərlərə çevrilməsi 

formasında baş verir. 

Şəhərlərin  statusu  qanunvericiliklə  müəyyən  olunur.  Dünya 

ölkələrində  şəhər  əhalisinin  minimum  sayı  bir-birindən  kəskin 

fərqlənir. 

Dünya miqyasında əhalisinin sayı 10 mln.-dan artıq olan şəhərlər 

inkişafda olan ölkələrdə sürətlə artır. 1960-cı ildə təkcə Nyu-York və 

Tokioda  əhalinin  sayı  10  milyondan  çox  idi.  Son  illərdə  meqa 

şəhərlərin sayı 20-yə çatmışdır. 

Urbanizasiya  səviyyəsi  regionlar  üzrə  bir-birindən  kəskin 

fərqlənir.  Urbanizasiya  səviyyəsinin  artımı  inkişafda  olan  ölkələrdə 

və zəif inkişaf etmiş ölkələrdə daha yüksəkdir. 

Dünya  ölkələri  içərisində  Sinqapur  -  100%,  Belçika-97% 

urbanizasiyaya məruz qalmışdır. 

Urbanizasiya nəticəsində şəhər əhalisi va təsərrüfatı eninə, uzununa 

və dərininə daha da genişlənərək şəhərətrafı sahələr hesabına nəhəng 

aqlomerasiyalar formalaşmışdır. Belə aqlomerasiyalar dünyada 325-

dən  çoxdur.  Onun  144-ü  Asiyada,  62-si  Avropada,  42-si  Latın 

Amerikasında,  39-u  Şimali  Amerikada,  33-ü  Afrikada,  5-i 

Avstraliya  və  Okeaniyadadır.  Ölkələrə  gəldikdə  isə  Çində  -  49, 

ABŞ-da  45,  Hindistanda  -  36,  Braziliyada  -  16,  Rusiyada  -  11 

aqlomerasiya formalaşmışdır. 

Biri-birinə  yaxın    aqlomerasiyalar  da  get-gedə  böyüyərək 

birləşib  daha  nəhəng  əhali  məskunlaşması  forması  olan  meqalo-




polislərin mövcudlaşmasım zəruriləşdirmişlər. Hal-hazırda ABŞ-da - 

5, Yaponiyada - 1, Böyük-Britaniyada - 1, AFR-də 1 formalaşmamış 

meqalopolis  vardır.  Yaxın  gələcəkdə  isə  biri-birinə  yaxın  yerləşən 

meqalopolislər  inkişaf  nəticəsində  birləşərək  daha  iri  əhali 

məskunqlaşması forması - oykumenopolisləri yaradacaqlar. 

Dünyada  400-ə  qədər  «milyoner»  şəhər  mövcuddur. 

Bunlardan  23  şəhər  super  şəhər  adlandırılmışdır  ki,  onların  hər 

birisinin  ayrı-ayrılıqda  10  mln-dan  artıq  əhalisi  vardır.  Belə 

şəhərlərin  8-i  ĐEÖ-lərdə,  qalanları  isə  ĐOÖ-də  yerləşir.  Bunlara 

əhalisinin sayı 26,4 mln. nəfərdən artıq olan Tokio başçılıq etməklə, 

23-cü yer -10,0 mln. nəfər əhalisi olan Seula məxsusdur. 

Onu  da  göstərmək  yerinə  düşərdi  ki,  siyasi  xəritədə  Öz 

əkslərini tapmış dövlətlərdən 11-nin hər birisinin 100 mln-dan artıq 

əhalisi  vardır.  Buraya  Çin,  Hindistan,  ABŞ,  Đndoneziya,  Braziliya, 

Pakistan, RF, Banqladeş, Nigeriya, Yaponiya, Meksika daxildir. 

 

V. DUNYA TƏSƏRRÜFATI 

 

Dünya  təsərrüfatı  bütün  ölkələrin  təsərrüfatlarının  məcmusu 



olaraq  bir-biri  ilə  sıx  əlaqədə  olan  sahələrdən  ibarətdir.  Dünya 

təsərrüfatı  müxtəlif  ictimai-iqtisadi  və  siyasi  amillərin  təsiri  altında 

formalaşmış və çox mürəkkəb quruluşa malikdir. O, ən sadə  alətlər 

istehsalından  başlayaraq  mürəkkəb  elektron  texnikasından  robot 

istehsalına qədər bir yol keçmişdir. Dünya təsərrüfatının inkişafında 

elmi-texniki inqilab həlledici rol oynamışdır. 

Dünya 

təsərrüfatının 



əsas 

sahəsi 


sənayedir. 

Dünya 


sənayesinin  quruluşu  çox  mürəkkəb  olub,  onun  formalaşması  uzun 

tarixi  bir  mərhələni  əhatə  edir.  Hazırda  dünya  sənayesi  özünün 

yüksək inkişaf səviyyəsinə çatmışdır. 

Sənaye maddi istehsalın aparıcı sahəsidir. Dünya sənayesində 

500  mln.  nəfərdən  artıq  işçi  qüvvəsi  çalışır.  Bunun  64  mln.  nəfəri 

Çində,  23  mln.  nəfəri  ABŞ-da,  16,5  mln.  nəfəri  Rusiyada 

cəmləşmişdir. 

Sənayedə  yanacaq  -  energetika,  metallurgiya,  maşınqayırma 

və  metal  emalı,  kimya  və  neft-kimya,  tikinti,  meşə,  xalq  istehlakı 

malları  istehsalı  kompleksləri  dünya  təsərrüfatının  tanınan  sahələri 

sayılır.  Deyilənlərin  hamısı  böyük  əhəmiyyət  kəsb  etsələr  də 

energetikanın özünəməxsusluğu vardır. 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə