R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə17/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   ...   13   14   15   16   17   18   19   20   ...   153

Avtsraliya  sahillərində  sirkonu,  Hindistan  sahillərində  ilmeniti, 

Namibiya  sahillərində  almazı,  ABŞ  sahillərində  sirkonu,  qızılı, 

Baltik dənizi sahillərində kəhrəba və s.-ni göstərə bilərik. 

Üçüncü  -  şelf  zonasının  daha  dərin  yerlərində,  materik 

ətəklərində  cəmlənmiş  fosforit  yataqlarıdır.  Bu,  ən  çox  Sakit 

Okeanda  aşkar  edilmişdir.  Məlum  olmuşdur  ki,  şelf  sahəsinin 

fosforit  ehtiyatının  1/100  hissəsi  bir  neçə  on  illər  fosfor  kübrəsinə 

olan  tələbatı  ödəyə  bilər.  Lakin  hələlik  heç  bir  ölkədə  onun  sənaye 

istehsalı təşkil olunmamışdır. 

Dünya  ökeanının  sərvətlərinə,  eləcə  də  batmış  gəmiləri  aid 

edirlər.  Okeanoloqlar  Dünya  okeanında  1  milyona  qədər  gəminin 

batdığını  hesablamışlar.  Belə  tapıntılar  daha  çox  Atlantik  okeanı 

hövzəsində  aşkar  edilmişdir.  Bu,  əsasən  uzun  tarixi  dövr  ərzində 

Avropaya  böyük  miqdarda  qızıl,  gümüş,  və  s.  sərvətlər  aparan 

gəmilərin  tufan  və  qasırğalar  zamanı  məhv  olması,  batması  ilə 

əlaqədardır.  Son  zamanlar  müasir  texnikanın  köməyi  ilə  okeanın 

dibində  onlarla  gəmilər  tapılmış  və  külli  miqdar  xəzinə  əldə 

edilmişdir. 

1985-ci  ildə  amerikalılar  1912-ci  ildə  batmış  «Titanik» 

gəmisini  tapmış  və  onun  seyflərində  milyard  dollarlıq  xəzinənin,  o 

cümlədən  26  min  gümüş  podnos  və  boşqabın  olduğunu  müəyyən 

etmişlər. 4 km dərinlikdən hələlik onları qaldırmağa nail olmamışlar. 

Digər  tərəfdən  II  Dünya  müharibəsi  illərində  Murmanskdan 

Đngiltərəyə  gedən  «Edinburq»  krayserində  tərəfdaşların  hərbi 

sursatlarının  Ödənilməsi  məqsədilə  465  qızıl  külçə  aparılmışdı. 

Krayser  Barents  dənizində  alman  sualtı  gəmilərinin  hücumuna 

məruz  qalmış  və  zədələnmişdir.  Qızılın  başqa  əllərə  keçməməsi 

üçün  gəminin  batırılması  əmri  verilmişdir.  40  ildən  sonra  260  m 

dərinlikdə gəmi tapılmış və qızıllar çıxarılmışdır. 

Đqlim  resurslarına  tükənməyən  günəş  və  külək  enerjisi, 

habelə rütubət daxildir. Elmi ədəbiyyatlarda  günəş enerjisi müxtəlif 

kəmiyyət  göstəricilərinə  görə  qiymətləndirilir.    Daha    doğrusu,  o 

müxtəlif göstəricilərlə ölçülür - (coulla 1,5 x 1022c, kilokalori ilə -

I34xl019  kkal  və  kilovatla  -  178,6xl012  kvt).  Qeyd  etmək  lazımdır 

ki,  il  ərzində  Yer  səthinə  1,56  x  1018  kvt  saat  günəş  enerjisi  daxil 

olur.  Lakin  həmin  enerjinin  atmosferdə  əks  olunduğu  üçün  yarıdan 

çoxu yer səthinə çatmır. Nəticədə quru və okean səthinə 1014 kvt və 

ya  10-s  mlrd.kvt  saat  radiasiya  gəlib  çatır  (quru  və  okean  səthinin 




lkm2-nə  0,16  kvt).  Əlbəttə,  bu  enerjinin  çox  cüzi  hissəsi  praktik 

cəhətdən  istifadə  oluna  bilər.  Bunun  əsas  səbəblərindən  biri  günəş 

enerjisinın  zəif  sıxlığa  malik  olmasıdır.  Sübut  olunmuşdur  ki, 

yüksək  enliklərdə  günəş  enerjisinin  sıxlığı  80-130  Vt/m2,  mülayim 

qurşaqda  130-210,  "tropik  səhralarda  210-250  Vt/m2-dir.  Bu  o 

deməkdir  ki,  inkişafda  olan  ölkələrdə  günəş  enerjisindən  istifadə 

üçün əsaslı şərait vardır. MDB ölkələrində belə şəraitdə təqribən 130 

mln. nəfər, o cümlədən 60 mln. kənd əhalisi yaşayır. 

Küləyin  enerji  potensialı  da  müxtəlif  cür  qiymətləndirilir. 

1989-cu  ildə  MĐRƏK-in  14-cü  sessiyasında  bu  potensial  300  mlrd. 

kvt/saat hesablanmışdır. Lakin bu ehtiyatdan texniki istifadəyə cəmi 

1,5%  yararlıdır.  Başlıca  maneə  külək  enerjisinin  dağınıqlığı  və 

mütəmadi  olmamasıdır.  Lakin  Yer  kürəsində  elə  ərazilər  vardır  ki, 

küləklər güclü və uzunmüddətli əsir. Belə rayonlardan Şimal, Baltik 

və Adriatik dənizlərinin sahillərini misal göstərmək olar. 

Đqlim resursları kənd təsərrüfatının inkişafına xidmət edən və 

havanı,  rütubəti,  işığı,  istini,  əlverişli  şəraiti  özündə  birləşdirən 

aqroiqlim resurslarını da əhatə edir. 

Atmosferin  əsas  resurslarından  biri  də  tükənməyən  sərvətlər 

qrupuna aid edilən havadır. Məlumdur ki, XIX əsrin ortalarına qədər 

atmosferdə  olan  oksigen  nisbətən  stabil  idi.  Sonralar  müxtəhf  üzvi 

yanacaqların  yanması  və  texnoloji  proseslərin  genişlənməsi  iiə 

əlaqədar  olaraq  o  tədricən  azalmağa  başlamışdır.  Hal-hazırda  təkcə 

yanacağın  yandırılması  ildə  10  mlrd.  t  sərbəst  oksigenin 

işlədilməsinə  səbəb  olur.  Minik  avtomobillərinin  hərəkəti  üçün  hər 

100 km-ə bir adamın ildə mənimsəyəcəyi qədər oksigen sərf olunur. 

BMT ekspetlərinin hesablamalarına görə dövrümüzdə yer kürəsində 

40-50 mlrd. nəfər əhaliyə çata biləcək qədər oksigen işlədilir. 

Ümumiyyətlə, 

sərbəst 


oksigen 

ehtiyatının 

azalması 

bəşəriyyət üçün ciddi təhlükə yaratmayacaqdır. 

Đstirahət,  müalicə,    turizm  məqsədləri  üçün  istifadə    olunan 

rekreasiya  resursları  nəinki  mənşələrinə  görə,  eləcə  də  istifadə 

olunma xüsusiyyətlərinə görə tanınırlar. Onlar eyni zamanda coğrafı 

obyektlər sayılırlar. Göründüyü kimi rekreasiya resursları estetik və 

müalicə-sağlamlıq  xüsusiyyətlərinə  də  malikdir.  Buraya  təbii  və 

antropogen  obyektlər  daxil  olduğundan  onları  təbii  və  antropogen-

rekreasiya resurslarına ayırırlar. Təbii-rekreasiya resurslarına okean, 

dəniz,  göl,  habelə  çay  sahiləri,  çimərliklər,  dağlar,  meşə  örtüyü, 




mineral  bulaqlar,  palçıq  vulkanları  və  müalicəvi  palçıq  mənbələri 

aiddir.  Belə  ərazilərdə  istirahət  edənlər  və  turistlər  əfsanəvi  təbii 

formalarla,  təbii  landşaftla,  yaxşı  istirahətlə,  idmanla  məşğul 

olmaqlda,  zəngin  bitki  örtüyü  ilə,  ov  etməklə,  balıq  tutmaqla  və  s.-

ilə rastlaşırlar. 

Təbii-rekreasiya  ərazilərinə  iri  şəhərlər  ətrafında  salınmış 

yaşıllıq zonaları, qoruqlar, milli parklar aid edilir. 

Antropogen-rekreasiya  resurslarına  Misir  ehramları,  Qədim 

Çin Səddi, Yunanıstanın, Romanın qədim abidələri, Moskva Kremli, 

Sankt-Peterburqdakı  Peterqof,  Afma  Akropolu,  Hindistanın  Aqre 

şəhərində yerləşən Tac-Mahal məqbərəsi və s. misal ola bilər. 

Deyilənlər  əsasında  Đtaliya,  Fransa,  Đspaniya,  Đsveçrə, 

Bolqarıstan,  Hindistan,  Meksika,  Misir  ildə  daha  çox  turistərin 

gəlməsinə şərait yaradırlar. 

 

IV. DÜNYA ƏHALĐSĐ 

 

Əhali  məhsuldar  qüvvələrin  aparıcı  elementi  olmaqla  ən 



qiymətli  kapital  hesab  edilir.  O,  istehsalla  istehlak  arasında  körpü 

rolunu  oynayır.  Đstehsal  etdiyi  məhsulun  ən  böyük  istehlakçısı 

əhalidir. 

Əhalinin  dinamikası  onun  təbii  artımını,  doğum  və  ölüm 

göstəricilərinin  fərqini  müəyyən  edir.  Cəmiyyətin  uzunmüddətli 

tarixi inkişafı əhalinin çox zəif artımı ilə xarakterizə olunur ki, bu da 

məhsuldar qüvvələrin inkişaf səviyyəsi ilə izah olunur. 

2005-ci  ilin  yanvann  1-ə  olan  məlumata  əsasən  dünya 

əhalisinin  sayı  6,4  milyard  nəfərə  çatmışdır.  Bəşər  cəmiyyətinin 

yarandığı  gündən  bu  vaxta  qədər  isə  80  mlrd.  nəfərdən  artıq  insan 

dünyaya gəlmişdir. 

Đlk dövrlər məhsuldar qüvvələr inkişaf etdikcə əhalinin artım 

tempi  də  yüksəlməyə  başlayır.  Əkinçiliyin  və  heyvandarlığın 

inkişafı  ilə  əlaqədar  təbiətin  insana  təsiri  azalmağa  başlamışdır.  Bu 

da  əhalinin  dinamikasında  həlledici  rol  oynayır.  O  vaxtları,  yüksək 

doğum (40-45% hər 1000 nəfər əhaliyə), yüksək ölüm (30-35%) və 

zəif təbii artım kimi səciyyələndirmək olar. Əhalinin artımının əsas 

tənzimləyicisi  yüksək  ölüm  göstəricisi  idi.  Anadan  olan  uşaqların 

çoxu tələf olurdu (50-60%). 



Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə