R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ



Yüklə 3,91 Mb.
Pdf görüntüsü
səhifə3/153
tarix20.09.2017
ölçüsü3,91 Mb.
#1122
1   2   3   4   5   6   7   8   9   ...   153

yerləşdirilməsindən 

asılıdır. 

Məhsuldar 

qüvvələrin 

səmərəli 

yerləşdirilməsi  isə  öz  növbəsində  cəmiyyətin  inkişafının  mühüm 

ictimai-iqtisadi problemləri ilə qarşılıqlı əlaqədədir. 

Məhsuldar  qüvvələrin  səmərəli  yerləşdirilməsi  ictimai 

istehsalın  dinamizminin,    səmərəliliyinin  artırılmasını    təmin  edir.  

Bununla  yanaşı  məhsuldar  qüvvələrin  səmərəli  yerləşdirilməsi 

ictimai  əməyə  qənaət  olunmasını,  əmək  ehtiyatlarından  və  digər 

imkanlardan  məqsədəuyğun  istifadə  edilməsi  yolu  ilə  bir  regionun 

kompleks  qaydada  səmərəli  inkişafını  təmin  edir.  Əhalinin  maddi 

rifah  halının  yüksəldilməsi  şəhərlə  kənd,  zehni  əməklə  fiziki  əmək, 

mədəni-məişəi  xidməti      səviyyəsinə  görə  rayonlar  arasındakı 

fərqlərin aradan qaldırılmasında mühüm rol oynayır. 

Qeyd 

etmək 


lazımdır 

ki, 


məhsuldar 

qüvvələrin 

yerləşdirilməsinin müasir formaları təsərrufatın ərazi üzrə təşkilinin 

təkmilləşdirilməsinə  və  regionların  iqtisadiyyatının  formalaşmasına 

dərin  təsir  göstərir.  Təsərrüfatın  regional  strukturu  bunun  əsasında 

daim  dəyişir,  istehsal  və  sosial  infrastruktur  yenidən  qurulur  və 

genişlənir.  Đstehsalın  müasir  sahələrinin  tərkibinin  genişləndirilməsi 

əsasında  ixtisaslaşdınlmanın  daha  da  inkişaf  etdirilməsi  regionların 

iqtisadiyyatının  strukturunun  keyfiyyətcə  dəyişməsinə  gətirib 

çıxarır. Eyni zamanda, rayonlararası və rayondaxili istehsal əlaqələri 

genişlənir.  Müxtəlif  səviyyəli  ərazi  istehsal  birləşmələrinin  miqdarı 

artır. 


Đctimai 

istehsalın 

ərazi 

üzrə 


təşkili 

müəyyən 


qanunauyğunluqların təsirinin nəticəsidir. Bu qanunauyğunluqlar öz 

növbəsində  hər  hansı  bir  cəmiyyətdə  iqtisadi  qanunların  spesifik 

təzahür formarıdır. Xalq təsərrüfatının iqtisadi qanunlarla bağlı ərazi 

üzrə  təşkilinin  qanunauyğunluqlarını  bilmək  təkcə  onların  obyektiv 

istiqamətini  və  xarakterini  müəyyən  etmək  deyil,  həm  də  bu 

qanunauyğunluqları  tətbiq  etməyi  bacarmaq,  yəni  onlardan 

iqtisadiyyatın  konkret  inkişaf  mərhələsində,  ayrı-ayrı  rayonların 

konkret sosial-iqtisadi şəraitində istifadə etməyi bacarmaq deməkdir. 

Qanunauyğunluqlardan 

istifadə 

mexanizmi 

məhsuldar 

qüvvələrin ərazi üzrə təşkilinin elə metodlarının seçilməsini nəzərdə 

tutur  ki,  bu  zaman  seçilən  metodların  geniş  miqyasda  təzahürünə 

imkan verilməli, həm də qanunauyğunluqlar biri-biri üçün qarşılıqlı 

əlaqədə  olmalıdır.  Ümumiyyətlə,  buradan  belə  nəticə  çıxır  ki,  xalq 

təsərrüfatının    elmi  sürətdə  əsaslandınlmış  ərazi  təşkili  və    idarə 



edilməsi dövlət siyasətinin əsas qaydalarının, yəni xalq təsərrüfatının 

ərazi  üzrə  təşkili  prinsiplərinin  işlənib  hazırlanması  ilə  nəticələnir. 

Məlum  olduğu  kimi  xalq  təsərrüfatının  ərazi  üzrə  təşkili  müəyyən 

qanunauyğunluqların  təsiri  altında  təşəkkül  tapır.  Onlardan  da 

idarəetmə  prosesində  istifadə  olunur.  Həmin  qanunauyğunluqlar 

əsasən aşağıdakılardan ibarətdir. 

1) Đctimai istehsalın səmərəli inkişafı əsasında istehsalın yeni 

mütərəqqi  formalarının  -  ərazi-istehsal  komplekslərinin  yaradılması 

və inkişaf etdirilməsi. 

Məhsuldar 

qüvvələrin 

ərazi 


üzrə 

təşkilinin 

əsas 

qanunauyğunluqlarından  biri  də  bundan  ibarətdir  ki,  ərazinin  hər 



yerində,  bütün  iqtisadi  rayonlarda,  şəhərlərdə,  qəsəbələrdə  iqtisadi 

potensial  səmərəli  şəkildə  daim  artırılmalıdır.  Đstehsal  sahələrindən, 

təbii  ehtiyatlardan  və  əmək  ehtiyatlarından  təqribən  eyni  səviyyədə 

istifadə  olunmaqla  müxtəlif  miqyaslı  ərazi-istehsal  kompleksləri 

yaradılsın. Ən əvvəl məhsuldar qüvvələrin ərazi təşkilinin mütərəqqi 

forması  olan  ərazi-istehsal  kompleksinin  mahiyyətini  düzgün 

müəyyən etmək lazımdır. 

Yuxarıda  deyilənlər  aydın  göstərir  ki,  məhsuldar  qüvvələrin 

səmərəli  yerləşdirilməsi  cəmiyyətin  inkişafında  olduqca  böyük  rol 

oynayaraq  ictimai  istehsalın  səmərəliliyinin  artırılmasına  müsbət 

təsir  göstərir.  Bu  təsirin  daha  da  artırılması  məhsuldar  qüvvələrin 

yerləşdirilməsinin  qanunauyğunluqları,  prinsipləri  və  amillərinin 

tam, hərtərəfli və düzgün nəzərə alınmasından çox asılıdır. 

Məhsuldar qüvvələrin yerləşdirilməsinin təkmilləşdiriiməsinə 

yönəldilmiş  kompleks  tədbirlərin  həyata  keçirilməsi  sosial-iqtisadi 

inkişafı  sürətləndirməyin  və  ictimai  istehsalın  səmərəliliyini 

yüksəltməyin  mühüm  amilidir.  Odur  ki,  region  və  dövlətlərdə 

iqtisadi və sosial inkişafın səmərəli əlaqələndirilməsini təmin etmək, 

xalq  təsərrüfatı  kompleksində  onların  qarşılıqlı  fəaliyyətini 

yaxşılaşdırmaq  məhsuldar  qüvvələrin  yerləşdirilməsində  mütərəqqi 

irəliləyişləri həyata keçirmək daha real zərurətə çevrilmişdir. 

Ərazi-istehsal kompleksləri müvafiq regionların olduğu yerli 

ehtiyatlardan  daha  səmərəli  istifadə  etmək,  onların  inkişafı 

qarşısında  duran  bir  sıra  vacib  sosial-iqtisadi  problemlərin  həllini 

sürətləndirməklə  yanaşı,  maliyyə,  əsaslı  vəsait,  torpaq  ehtiyatlarına 

və s. əhəmiyyətli dərəcədə qənaət etməyə imkan verir. Başqa sözlə, 




ərazi  istehsal  kompleksləri  ictimai  istehsalın  intensiv  relsə 

keçirilməsinin bütün əsas tələblərini özündə birləşdirir. 

Ərazi-istehsal  komplekslərinin  formalaşması,  təsərrüfatın 

ərazi  üzrə  təşkilinin  daha  səmərəli  amili  kimi,  ictimai  istehsalın 

inkişafının  və  ərazi  əmək  bölgüsünun  yüksək  səviyyəsinə  uyğun 

gələn  qanunauyğun  prosesdir.  Bu,  əsaslı  tikintinin  həyata 

keçirilməsinin, 

kapital 


qoyuluşlarının 

ödəmə 


müddətinin 

qısaldılmasının, 

cari 

və 


nəqliyyat 

xərclərinin 

həcminin 

azaldılmasının, 

dövriyyə 

vəsaitlərinin 

dövriyyəsinin 

sürətləndirilməsinin, 

infrastrukturun 

qeyri-istehsal 

sferasının 

yaradılmasına  və  fəaliyyət  göstərməsinə  sərf  olunan  vəsaitə  qənaət 

olunmasının,  təbii  və  iqtisadi  ehtiyatlardan  kompleks  istifadə 

edilməsinin daha səmərəli yoludur. 

Məhz  buna  görə  də  ərazi-istehsal  kompleksləri  hazırda 

iqtisadi  rayonlarda  və  habelə  bütövlükdə  ölkə  üzrə  məhsuldar 

qüvvələrin  yerləşdirilməsinin  qanunauyğunluqlarından  birini  təşkil 

edir. 


Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  məhsuldar  qüvvələrin 

yerləşdirilməsinin  ərazi-istehsal  kompleksləri  formasında  həyata 

keçirilməsi  zamanı  əldə  olunan  səmərə  təkcə  ixtisaslaşmış  sahələr 

arasında  düzgün  istehsal-texnoloji  əlaqə  yaradılması  hesabına  deyil 

habelə  ixtisaslaşmış  sahə  ilə  əlaqədar  istehsal  sahələri  arasında 

optimal  qarşılıqlı  əlaqələrin  təmin  olunması  hesabına  əldə  olunur. 

Digər  tərəfdən,  müəyyən  regionda  ixtisaslaşmış  sənaye  sahələrinin 

sayı  yerli  təbii  sərvətlərin  miqdarı,  tərkibi  və  ictimai  istehsal 

dövriyyəsinə  cəlb  olunmasından  və  ümumiyyətlə,  məhsuldar 

qüvvələrin ümumi inkişaf səviyyəsindən asılı olaraq az və ya çox ola 

biiər.  Daha  sonra  nəzərə  almaq  lazımdır  ki,  ərazi-istehsal 

komplekslərinin  demək  olar  ki,  hamısı  əvvəlcə  bir  ixtisaslaşmış 

sənaye  sahəsinin  bazasında  meydana  gəlir.  Başqa  sözlə,  ərazi-

istehsal  kompleksinin  tamlığı  üçün  ixtisaslaşmış  sənaye  sahələrinin 

sayı əsas ola bilər. 

Ərazi-istehsal  komplekslərinin  mahiyyətinin  düzgün  başa 

düşülməməsinin 

səbəblərindən 

biri 

əksər 


hallarda 

onların 


mahiyyətcə  iqtisadi  rayon  ilə  eyniləşdirilməsidir.  Əlbəttə,  bu  iki 

anlayış  arasında  oxşarlıq  çoxdur.  Bununla  belə,  ərazi-istehsal 

kompleksləri  və  iqtisadi  rayon  mahiyyət  etibarilə  eyni  anlayışlar 

deyildir.  Đqtisadi  rayon  müəyyən  edildiyi  ərazinin  bütün  sahələrini 




Yüklə 3,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə