Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   7   8   9   10   11   12   13   14   15

45 

 

əsr  dövlətinin  bütün  əlamətlərinə  malik  olan  inkişaf  etmiş  müasir 



dövlətin qurulmasının “yol xəritəsi” əksini tapıb. 

Lakin  fəaliyyət  proqramının  mövcud  olmasına  baxmayaraq, 

dövlət  öz  ideologiyasını  normativ  cəhətdən  təsbit  etməli,  orada 

özünün  sosial-iqtisadi  siyasətinin  məqsədlərini  əks  etdirməlidir. 

Azərbaycan təkcə güclü ordusu və səmərəli hüquq-mühafizə sistemi 

olan  dövlət  kimi  yox,  həm  də  postsənaye  cəmiyyətinin  qurulması 

kursunu götürmüş, öz milli maraqları və vətəndaşlarının ehtiyaclarını 

təmin edən güclü dövlət kimi çıxış etməlidir.    

Sual  yaranır:  dövlət  və  ideologiyanın  nisbəti  necədir?  Bu  suala 

A.Q.Xabibullin  və  R.A.Raximov  belə  cavab  verirlər:  “İdeologiya 

dövlətçiliyin  baza  elementidir,  zəruri,  ayrılmaz,  mahiyyət 

əlamətlərindən  biridir.  Məhz  bu  əlamətlərin  ortada  olması  dövlət 

fenomeninin özünün meydana gəlməsini və mövcudluğunu mümkün 

edir


46

.   


İdeologiya  həmişə  dövlətin  yaradılmasından  əvvəl  gəlir.  Bu, 

aksiomdur. Eyni zamanda, “dövlət ideologiyası” anlayışı rəsmi (yəni, 

hamı üçün məcburi olan) ideologiya anlayışı ilə üst-üstə düşmür. Öz 

ideologiyası  olmayan,  cəmiyyət  həyatının  mənəvi  tərəfinə  ardıcıl 

surətdə təsir göstərməyən, milli dəyərlər institutunu dəstəkləməyən 

dövlət  daxili  və  xarici  siyasətini  həyata  keçirərkən  mütləq  böyük 

çətinliklərlə qarşılaşacaq. Bu dövlətin gələcəyi yoxdur.     

                                           

46

 Bax: Хабибуллин А.Г., Рахимов Р.А. Теория и идеология государства: политико-правовые процессы. СПб, 



1998, стр. 7-8. 


46 

 

Tədqiqatçıların  fikrincə,  “istənilən  formada  dövlət  ideologiyası 



dövlətin hakimiyyət, suverenlik, ərazi və s. kimi ayrılmaz əlamətidir. 

Lakin  dövlətin  özünü  qadağan  etmədən  dövlət  ideologiyasını  necə 

“qadağan etmək” olar?”

47



Professor Aleksandr Kərimov hesab edir ki, dövlət ideologiyası 

olmadan  güclü  dövlət  təsəvvüredilməzdir.  Onun  fikrincə,  dövlət 

ideologiyasının  “rəsmi  elan  edilməsinin,  yaxud  edilməməsinin, 

qanunvericilikdə  təsbit  olunmasının,  yaxud  olunmamasının  heç  bir 

əhəmiyyəti yoxdur. Əsas odur ki, o, de-yure deyil, de-fakto mövcud 

olsun  və  xalqın  əksəriyyəti  tərəfindən  qəbul  edilsin,  bəyənilsin  və 

dəstəklənsin.  Bunun  üçün  dövlət  ideologiyası  nəinki  elmi  cəhətdən 

əsaslandırılmalı,  əhalinin  başa  düşməsi  üçün  dəqiq  və  aydın  ifadə 

olunmalı, həmçinin onun təbliğatı, kütlələrin düşüncəsinə aşılanması 

üçün  müxtəlif  və  səmərəli  tədbirlər  kompleksi  ilə  təmin 

olunmalıdır…”

48

.  



Yalnız  yuxarıda  göstərilən  şərtlərə  riayət  edildikdə  bu 

ideologiyanın  əhalinin  əksəriyyəti  tərəfindən  dəstəklənməsinə  ümid 

etmək  olar.  Elmi-texniki  tərəqqi,  bilik  və  təhsilin  geniş  yayılması, 

şüurun  sekulyarizasiyası    dövründə  ideologiya  gerçəkliyin,  o 

cümlədən  bəlkə  də  başlıca  olaraq  obyektiv,  yəni,  elmi  cəhətdən 

əsaslandırılmış dərki üzərində qurulmalıdır.  

                                           

47

 Bax: Еременко Ю.П., Рудковский В.А. О государственной идеологии. Жур. Юрист-Правовед. СПб, 2000, №1, 



стр. 76. 

48

 Bax: Керимов Александр Джангирович. Сильное государство. Ответ на вызов современной эпохи. М: NOTA 



BENE, 2009, стр. 20-21. 


47 

 

Həqiqətən  güclü  dövləti  daha  da  möhkəmləndirmək  üçün 



Azərbaycanın  hakim  elitası  qeyri-vətənpərvər  nümayəndələrdən 

“təmizlənmə” proseduru keçməlidir. Məqsəd vətənpərvər elitanı milli

 

dövlət  maraqlarının  korporativ,  yaxud  fərdi  maraqlar  üzərində 



prioritetliyi ideyasını qəbul edən şəxslərin ittifaqına çevirməkdir.    

Siyasi elitanın daim yenilənməsi çox vacibdir. Ona yeni qüvvələr, 

yeni  insanlar,  ideyalar,  baxışlar  lazımdır,  çünki  bu,  onun  həyat 

qabiliyyətinin və səmərəliliyinin rəhnidir. “Əgər hakim elitaya qeyri-

elitar mənşəli “elitar keyfiyyətli” şəxslər kooptasiya edilmirsə, elitanın 

tərkibi pisləşir və əks elitanın kəmiyyət artımı baş verir”

49

.  


Nəzərə  almaq  lazımdır  ki,  Azərbaycanın  ənənəvi  hüquq 

mədəniyyətində  fərdin  (şəxsiyyətin)  rolunun  qavranması  Qərbin 

hüquq  mədəniyyətində  həmin  problemin  başa  düşülməsindən 

əhəmiyyətli  dərəcədə  fərqlənir.  Birincisi,  insanın  təbii  hüquqlarının 

prioriteti  konstitusiyada  təsbitini  tapıb,  ikincisi,  onun  ayrı-ayrı 

şəxsiyyətlərin  mənəvi-əxlaqi  birliyinin  vahid  toplumu  olan  dövlətə 

xidmət etmək borcu prioritetdir. 

Azərbaycan  cəmiyyəti  şəxsiyyət  və  dövlət  problemlərini  çox 

cəhətdən 

hüquqi 


dövlətçilik 

ideyasının 

ənənəvi-liberal 

interpretasiyası  ilə  səsləşən  “güclü  demokratik  dövlət”  ideyası 

çərçivəsində həll edir. Lakin fərdin maraqlarına üstünlük verən hüquqi 

dövlətçilik  ideyasından  fərqli  olaraq,    “güclü  demokratik  dövlət” 

ideyası  maraqların  balansını  nəzərdə  tutur,  şəxsiyyət  öz  ayrılmaz 

hüquqları və azadlıqları ilə birlikdə dövlətin fövqündə durmur, ümumi 

                                           

49

 Bax: Антология мудрости. Сост. Шойхер В.Ю. М.: Вече, 2007. Стр. 356. 




48 

 

məsələlərin həlli prosesində tərəfdaş qismində çıxış edir. Məhz belə 



ideyanın  reallaşdırılmasında  şəxsiyyətin  hüquqları  və  dövlət 

müstəqilliyinin pariteti vacibdir.       

Transformasiyalar və daimi tranzitlər şəraitində dövlətin salamat 

qalması  strategiyası,  onun  gələcəyi,  nailiyyətləri  və  uğursuzluqları, 

geosiyasi  və  geoiqtisadi  durumu,  regional  və  qlobal  qarşılıqlı 

münasibətləri  çox  cəhətdən  inkişaf  yolunun  seçilməsindən  asılıdır. 

Bununla bərabər, əksər hallarda inkişaf yolu şəxsiyyətlər tərəfindən 

müəyyənləşdirilir. Onların istedadı və dövlətçilik müdrikliyi mübarizə 

strategiyasını,  inkişaf  konsepsiyasını,  fasiləsiz  modernləşdirmə 

ideyasını formalaşdırmağa imkan verir. Şəxsiyyətin istedadı sayəsində 

dövlətlərin  yenidən  qurulmasına,  kütləvi  şüurun  yeni  impuls 

almasına,  cəmiyyətin  transformasiyasına  dair  nümunələr  tarixdə 

çoxdur.  Bu  şəxsiyyətlərdən  hər  biri  taleyin  müəyyənləşdirdiyi  tarixi 

missiyanı yerinə yetirərək coğrafi xəritələrdə millətlərin öz yerlərini 

qorumasına,  dövlətlərin  möhkəmlənməsinə  kömək  etmişlər.  Onlar 

memarlar  kimi  möhkəm  bünövrə  qurur,  hər  kərpici  təkcə  böyük 

ustalıqla  yox,  həmçinin  bu  evə  köçəcək  insanların  qarşısında 

məsuliyyəti  başa  düşərək  diqqətlə  düzür  və  son  dərəcə  dəqiq 

sementləyirlər. 

Müstəqil 

Azərbaycan 

dövlətinin 

tarixi, 

həmçinin 

dövlətçiliyimizin  qorunub  saxlanmasına  və  onun  davamlı  inkişafına 

görə borclu olduğumuz şəxsiyyətin taleyidir.  

Tale  mürəkkəb  1990-cı  illərdə  müdrik,  uzaqgörən,  istedadlı, 

cəsarətli,  prinsipial,  xalqına  sadiq  olan,  ölkənin  möhtəşəm  sosial-




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə