Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

26 

 

Azərbaycan  əraziləri  nəinki  Ermənistan  tərəfindən  işğal  edildi,  həm 



də  1993-cü  ilin  baharında  real  vətəndaş  müharibəsi  təhlükəsi 

yarandı.  

Azərbaycan  dövlətinin  inkişaf  məntiqi  göstərir  ki,  Azərbaycan 

1993-cü  ilin  ortalarından  etibarən  ardıcıl  surətdə  güclü  dövlət 

prinsiplərini gerçəkləşdirmək yolu ilə gedir. İqtidarda olan qrupların 

neoliberal demokratiya ideyalarına aludə olduqları və bu ideyaları fəal 

surətdə  sosial  praktikaya  tətbiq  etdikləri  bəzi  postsovet 

dövlətlərindən  fərqli  olaraq,  Prezident  Heydər  Əliyev  ikinci  dəfə 

hakimiyyətə gələrək və böyük dövlət xadimi bəsirəti və uzaqgörənliyi 

nümayiş etdirərək güclü Azərbaycan dövləti konsepsiyasını irəli sürdü 

və  onu  ardıcıl  surətdə  praktikada  reallaşdırmağa  başladı.  Sonrakı 

illərdə  dövlətimizin  bütün  fəaliyyəti  bu  kursun  düzgün  olduğunu 

təsdiqlədi.  

Güclü  dövlət  quruculuğu  yeni  hökumət  idarələrinin 

yaradılmasından  və  mövcud  olanların  möhkəmləndirilməsindən 

ibarətdir.  Heydər  Əliyev  məhz  bu  yolla  gedirdi.  O  bilirdi  ki,  güclü 

dövlət  yaratmadan  ölkəni  ümumi  xaosdan  çıxarmaq  və  onun  ərazi 

bütövlüyünü  bərpa  etmək  mümkün  deyil.  Eyni  zamanda,  güclü 

Azərbaycan  dövləti  xarici  təhdidlərə  müqavimət  göstərməyə  qadir 

olacaq,  qonşularına  problemlər  yaratmadan  özünəyetərli  cəmiyyət 

quruculuğunun  qarantına  çevriləcək.  Frensis  Fukuyama  yazır:  “... 

güclü dövlət quruculuğu dünya birliyinin ən mühüm problemlərindən 

biridir,  çünki  dövlətlərin  zəifliyi  və  dağılması  dünyanın  ən  ciddi 

problemlərinin çoxunun mənbəyidir...”

29

.  


“Güclü  dövlətin”  yaradılması  kursu  Azərbaycanın  1995-ci  ildə 

qəbul  edilmiş  Konstitusiyasında  müəyyən  olunub.  Burada  dövlət 

                                           

29

 Фрэнсис Фукуяма. Сильное государство. Стр.5. 



 


27 

 

siyasətinin əsas istiqamətləri bəyan edilib. Konstitusiyanın səkkizinci 



maddəsində  deyilir:  “Azərbaycan  dövlətinin  başçısı  Azərbaycan 

Respublikasının  Prezidentidir.  O,  ölkənin  daxilində  və  xarici 

münasibətlərdə  Azərbaycan  dövlətini  təmsil  edir”.  Prezident 

idarəetmə  sistemi  Azərbaycan  dövləti  üçün  ən  məqbul  idarəetmə 

formasıdır.  O,  xalqın  birliyini  təcəssüm  etdirir  və  Azərbaycan 

dövlətçiliyinin varisliyini təmin edir. 

 Bu gün Azərbaycan dövlətinin sabit olmasının səbəbi budur ki, 

o,  güclüdür,  bununla  belə,  bütün  dövlətlərlə  qarşılıqlı 

bərabərhüquqlu  fəaliyyətə  istiqamətlənib.  Azərbaycan  cəmiyyəti 

Dağlıq Qarabağ probleminin hərtərəfli həllinə, xalqın sosial-iqtisadi 

rifahının  təmin  edilməsinə,  insanların  həyat  keyfiyyətinin 

artırılmasına, regionda sülhün bərqərar edilməsinə və dünya birliyinin 

üzvü olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığa ümidlərini güclü 

və nüfuzlu dövlətlə bağlayır.  

Güclü  dövlət  dedikdə,  mən  bu  anlayışı  təkcə  güc  mənasında 

işlətmirəm.  Məsələn,  ABŞ  həm  iqtisadi,  həm  də  hərbi  baxımdan 

dünyanın ən qüdrətli dövlətidir, amma onu güclü dövlət sırasına aid 

etmək olmaz. Frensis Fukuyamanın nəzəriyyəsinə görə, dövlətin gücü 

onun  “siyasi  kurslar  formalaşdırıb  həyata  keçirmək  və  qanunlar 

yaratmaq;  minimum  süründürməçiliklə  səmərəli  inzibatçılıq  etmək; 

fırıldaqçılığı,  korrupsiyanı  və  rüşvətxorluğu  nəzarətdə  saxlamaq; 

hökumət  idarələrinin  şəffaflıq  və  məsuliyyət  (hesabat  vermək) 




28 

 

səviyyəsini  yüksək  saxlamaq;  ən  başlıcası  isə  qanunları  həyata 



keçirmək”

30

 bacarığından ibarətdir.  



R.İ.Sokolova  və  V.İ.Spiridonov  həmmüəllif  olduqları  əsərdə 

yazırlar: “Müasir Qərb tədqiqatlarında güclü və zəif dövləti qarşılıqlı 

əlaqədar olan iki meyar – onların daxili strukturlaşdırma dərəcəsi və 

ətraf  mühitə,  ilk  növbədə  vətəndaş  cəmiyyətinə  münasibətdə 

muxtariyyət dərəcəsi əsasında fərqləndirirlər. Elmi ədəbiyyatda model 

kimi paradiqmatik deyilən (yəni, misal, model, nümunə kimi – R.M.) 

hadisənin ideal tiplərinə son dərəcə yaxın iki modeli  – “zəif” dövlət 

etalonuna maksimum müvafiq dövlət kimi ABŞ-ı və “güclü dövlətin” 

ən adekvat nümunəsi kimi Fransanı önə çəkirlər”

31



Məsələ  bundadır  ki,  Amerika  millətinin  formalaşması  dövlətin 

mərkəzləşdirici gücünün fəaliyyətinin nəticəsi olmayıb, əksinə onun  

cəmiyyəti  ənənəvi  başa  düşülən  hər  hansı  dövlət  qurumu 

çərçivəsindən kənarda bir növ özünü təşkil edib. Fransa tarixçisi və 

siyasi xadimi Aleksis de Tokvil (1805-1859) hələ 1835-ci ildə yazırdı 

ki, ABŞ-da cəmiyyət heç bir zahiri hakimiyyət olmadan özbaşına və 

özü üçün fəaliyyət göstərir. “Demək olar, ölkəni xalq özü idarə edir, 

çünki hökumətə verilən hüquqlar cüzi və məhduddur; hökumət xalq 

ilə əzəli əlaqəsini daim hiss edir və onu yaradan qüvvəyə tabe olur. 

Kainatda  Allah-Taala  hökmranlıq  etdiyi  kimi,  Amerika  siyasəti 

                                           

30

 



Там же, стр. 26.

 

31



 Bax: Соколова Р.И., Спиридонова В.И. Государство в современном мире. М. 2003, стр. 79. 


29 

 

dünyasında  xalq  hökmranlıq  edir.  Mövcud  olan  hər  şeyin  əvvəli  və 



sonu odur; hər şey onun iradəsindədir və hər şey ona qayıdır”

32



Hakimiyyətin  və  nüfuzun  natamam  olması  və  dispersiyası 

(parçalanması) 

müasir 

zəif 


Amerika 

dövlətinin 

əsas 

xarakteristikalarıdır.  Dövlətin  daxili  strukturu  Amerika  siyasi 



federalizmi  ilə  bilavasitə  bağlı  olan  çox  böyük  mərkəzsizləşdirmə 

dərəcəsi ilə fərqlənir.  

Zəif  dövlət  çoxsaylı  siyasətçilərin  və  inzibatçıların  real,  amma 

bir-birindən  ayrılmış  fəaliyyət  sahəsinə  malik  olduqları  “bürokratik 

plüralizm” təzahürü ilə xarakterizə olunur. Siyasətçilər və məmurlar 

arasında  əməkdaşlığın  olmaması  ümumi  inzibati  qərarların  qəbul 

edilməsini  və  onların  reallaşmasını  çətinləşdirir.  Fərdi,  lokal 

administrasiya  başçıları  real  hakimiyyət  əldə  edirlər.  ABŞ-da 

hakimiyyətin strukturu məhz belədir. 

ABŞ-dan  fərqli  olaraq,  Fransanın  tarixi  boyu  inkişafın  bütün 

mərhələlərində cəmiyyət dövləti deyil, məhz dövlət cəmiyyəti yaradıb. 

Özü  də  islahatlar  prosesində  təsisatlar  dövlətdən  daha  çox  asılı 

olublar,  nəinki  dövlət  onlardan.  Tarix  boyu  çoxsaylı  rejimlərin  bir-

birini  əvəzləməsinə  baxmayaraq,  idarəetmənin  təməli  sabit  qalıb, 

bütün  sosial  transformasiyalar  isə  inzibati  funksiyaları  yalnız 

möhkəmləndirib 

33



                                           



32

 А. де Токвиль. Демократия в Америке. М. 1992, стр.63. 

 

33

 Bax: Соколова Р.И., Спиридонова В.И. Государство в современном мире. Стр. 81, 83. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə