Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

30 

 

Qeyd etmək lazımdır ki, siyasi sistemin əsas təsisatı kimi “güclü 



dövlət”in  ictimai  həyatın  sosial  normalarını  və  qaydalarını  müəyyən 

etmək  və  nizama  salmaq  hüququ  var.  O,  iki  tərkib  hissəni  -  məhz 

gücü  və  siyasəti  nəzərdə  tutur.  Güc  düşünüləni  yerinə  yetirmək, 

siyasət isə bu kontekstdə düşünülənə prioritetlik vermək bacarığıdır. 

Deyilənlərə müvafiq olaraq, bu mövzular daim maraq doğurur: “güclü 

dövləti”  necə  başa  düşməli,  xarici  və  daxili  amillərdə  dövlətin 

gücünün  mahiyyəti  nədən  ibarətdir?  “Güclü  dövlət”  paradiqmasını 

iqtisadi,  sosial,  elmi-texniki,  siyasi  və  reallaşması  bir  sıra  mühüm 

səbəblərlə  şərtlənən  məhz  hərbi  potensiallardan  törəmə  kimi 

müəyyən  edən  çoxsaylı  nəzəriyyələr  mövcuddur.  Amma  zənnimcə, 

dövlətin qloballaşma şəraitindəki rolundan çıxış edərək, onun daha 

dəqiq xarakteristikası üçün Qədim Romadan “Interregnum” anlayışını 

– köhnə ideyaların artıq işləmədiyi, yenilərinin isə hələ yaranmadığı 

zaman  kəsiyini  götürmək  lazımdır.  Bu  halda  iki  baza  mövqeyinə 

əsaslanmağa dəyər.   

Birincisi  bundan  ibarətdir  ki,  dövlətin  gücü  onun  demokratik 

ənənələrinin  və  təsisatlarının  inkişaf  səviyyəsi  ilə  müəyyən  olunur. 

Bunlar  insan  hüquqlarının  müdafiəsini,  qanunun  aliliyini,  səmərəli 

seçki  sistemini,  medianın  azadlığını  və  vətəndaş  cəmiyyətinin  fəal 

rolunu özündə ehtiva edir ki, bu da qərarların qəbulu zamanı xalqın 

hakimiyyətini  təcəssüm  etdirir.  Əlavə  olaraq,  xalqın  iradəsi,  yaxud 

“demosun səsi” “ləngimə və əksliklər” sisteminə nəzarət edir, bu yolla 

ictimai konsensus və dövlət mexanizminin fasiləsiz işini yaradır. Bu 



31 

 

demokratiyanın necə - konstitusiyalı, əsaslı, prosedurlu olmasından, 



yaxud prosesə istiqamətlənməsindən asılı olmayaraq, cəmiyyəti idarə 

edən  azlığın  siyasi  fəaliyyəti  insan  və  insanın  xoşbəxtliyi  naminə 

həyata keçirilir. Buradan belə nəticə hasil olur ki, vətəndaş cəmiyyəti 

mexanizminin  genişlənməsinin  əsas  şərtlərindən  biri  müvazinət, 

hüquq bərabərliyi və dövlətin, cəmiyyətin və fərdin tarazlı inkişafıdır. 

Çünki Aristotelə görə də dövləti fəaliyyətin əsas leytmotivi və dövlətin 

ali məqsədi xoşbəxt həyata nail olmaqdır. Bu isə fərdin güclü dövlətin 

hökmü altında olması şərti ilə mümkündür.  

Dövlətin gücünün ikinci aspekti isə istər daxili siyasət, istərsə də 

xarici  siyasət  sahələrində  onun  hərbi-siyasi  aparatının  gücü  ilə 

müəyyən  olunan  sistemdir.  Dünyada  dövlətin  gücünün  demokratik 

tərkib  hissələrinin  çox  zəif  olması  şəraitində  müvafiq  hərbi-texniki 

təchizatla  müəyyən  olunduğu  nümunələr  az  deyil.  Bu  halda  hərbi-

siyasi  aparat  dövlətin  daxilində  gücün  qarantı,  cəmiyyətə  qarşı 

zorakılıq və repressiyalar aparatı kimi çıxış edir.  

Zənnimcə,  güclü  dövlət  dünyəvi  dövlətdir.  Güclü  dövlət 

transparent dövlət idarəetmə sistemini dəstəkləmək üçün vətəndaşın 

demokratik hüququndan demokratiyanın ifrat həddə yuvarlanmasının 

və nəticədə çıxılmaz vəziyyətə düşməsinin qarşısını alan güclü hüquq 

mühafizə strukturları ilə birlikdə istifadə edə bilən dövlətdir. Bu gün 

dünyada  baş  verən  hadisələrin  nümunəsində  belə  qənaətə  gəlmək 

olar  ki,  dövlətdə  həyat  prinsiplərini  dövlətin  əsas  funksiyalarına 

toxunmadan  vətəndaş  cəmiyyəti  müəyyən  etməlidir.  Bu  zaman  güc 



32 

 

strukturlarının  rolu  ayrı-ayrı  qrupların  imtiyazlarını  müdafiə  etmək 



deyil, hüquqi təhlükəsizliyə və asayişə təminat verməkdir. 

Hegel  yazırdı:  “möhkəm  dövlət  hakimiyyəti  azadlığın  zəruri 

şərtidir”

34

.  



Deməli, güclü dövlət güclü vətəndaş cəmiyyətidir. Əlbəttə, belə 

dövlət insan hüquqlarından üstün olmamalıdır. İnsan hüquqlarına və 

azadlıqlarına  hörmət  etməyən  güclü  dövləti  təsəvvürə  gətirmək 

mümkün  deyil.  Hər  hansı  dövlət  modelində  vətəndaş  cəmiyyəti 

təsisatlarının 

inkişaf 


etdirilməsinin, 

vətəndaşların 

hüquq 

mədəniyyətinin  və  vətəndaş  fəallığının,  hüquqi  nihilizmə  qarşı 



mübarizənin  səviyyəsinin  artırılmasının  zəruriliyi  şəksizdir,  çünki 

onların yoxluğu hər hansı islahat və dəyişiklikləri heçə endirir.  

Amma bu zaman aşağıdakıları yadda saxlamaq lazımdır: insan 

hüquqlarının  dövlət  maraqlarına  münasibətdə  prioritet  olması 

prinsipinin  mütləqləşdirilməsi  cəmiyyətdə  ifrat  fərdiyyətçilik  və 

xudbinlik  psixologiyasının  formalaşmasına  və  yayılmasına  şərait 

yaradır  ki,  bu  da  son  nəticədə  cəmiyyətin  və  dövlətin  həyat 

fəaliyyətinə  çox  mənfi  təsir  göstərə  bilər.  Bir  sıra  səbəblərə  görə, 

bəzən dövlətin insanın şəxsi maraqlarına müdaxilə etməsi obyektiv 

zərurətdən irəli gəlir. Məsələn, belə müdaxiləyə dövlət təhlükəsizliyi 

maraqlarının  təmin  edilməsi,  başqa  sözlə  desək,  siyasi  baxımdan 

                                           

34

 Bax: Гегель Г.В. Ф.  Политические произведения. М. 1978, стр. 153. 



 


33 

 

mütəşəkkil  olan  bütün  cəmiyyətin  təhlükəsizliyini  təmin  etmək 



məqsədi ilə bəraət qazandırmaq olar.  

Azərbaycanda  siyasi  və  sosial-iqtisadi  sahələrdə  islahatların 

aparılması ölkədə qeyri-hökumət təşkilatlarının, insan hüquqları ilə 

bağlı cəmiyyətlərin, vətəndaş cəmiyyətinin varlığını təcəssüm etdirən 

digər  strukturların  fəal  inkişafına  əlverişli  şəraitin  yaradılmasına 

kömək edib. Bununla əlaqədar Prezident İlham Əliyevin sözlərini misal 

gətirmək  yerinə  düşür:  “Azərbaycanda  vətəndaş  cəmiyyəti  tam 

formalaşıb.  Azərbaycanda  azad  cəmiyyət  mövcuddur.  Bütün 

azadlıqlar təmin edilir, o cümlədən iqtisadi, siyasi sahədə. Bu, bizim 

uğurlu inkişafımızı təmin edir”

35



Dövlətin  funksiyalarını,  eləcə  də  qanunla  dövlətin  iştirakı 



nəzərdə tutulan işləri ondan başqa heç kəs icra edə bilməz, heç kəs 

buna  qadir  deyil.  Bununla  belə,  bəzi  dövlətlərdə  biz  bir  sıra  dövlət 

funksiyalarının  ictimai  təşkilatlara  verilməsi  prosesini  müşahidə 

edirik.  Öz  sponsorlarının  sifarişlərini  yerinə  yetirən  beynəlxalq 

təşkilatlar  bu  faktı  mütərəqqi  hal  kimi  təqdim  edirlər.  Həmin 

strukturların gəldiyi qənaətlə razılaşmayan alimlər az deyil.  

Zənnimcə,  immanent  dövlət  funksiyalarının  ictimai  təsisatlara 

verilməsində  müəyyən  həddin  qoyulmalı  olduğunu  hesab  edən 

müəlliflər  haqlıdırlar,  çünki  bu,  dövlətçiliyin  əsaslarını  ciddi  sarsıda 

bilər.  Aşağıdakı  sözləri  yazan  M.Q.Abramova  tamamilə  haqlıdır: 

                                           

35

 Bax: «Бакинский рабочий». 28 мая 2015 г. 



 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə