Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   7   8   9   10   11   12   13   14   15

52 

 

həlli, tarazlaşdırılmış xarici siyasət kursunun aparılması, fərdin zəruri 



hüquq  və  azadlıqlarının  təmin  edilməsi,  millətin  sosial-iqtisadi  və 

mədəni  məsələlərin  həllinə  yönəlmiş  səfərbərlik  prosesinin 

fəallaşdırılması, milli identikliyin müasir anlamda səslənməsi həmin 

problemlər sırasında idi. Ötən illər ərzində azərbaycanlıların gələcəyə 

inamla  baxmalarına  və  yeni  nəslin  perspektivləri  haqqında 

düşünmələrinə  imkan  verən  bir  sıra  layihələr  həyata  keçirilib.  

Müasirlərimizin  və  gələcək  intellektualların  inkişaf  etdirəcəyi 

Azərbaycan ideyası artıq bu gün özünü milli dövlətin mövcudluğunun 

əsas strateji modeli

 

kimi göstərir. Heydər Əliyevin qarşısında duran 



vəzifəni  bir  fikirlə  ifadə  etməyə çalışsaq,  yəqin  ki,  belə  səslənəcək: 

“dövlətçiliyi, milli ləyaqəti, tarixi, dili, ənənəni, mədəniyyəti müdafiə 

etmək”,  yəni,  bütün  dağılan  və  praktik  olaraq  yoxa  çıxa  biləcək  nə 

vardısa  qoruyub  saxlamaq.  Güclü  dövlət  qurmaq,  ölkənin  itirilmiş 

mövqelərini qaytarmaq, yeni siyasi ənənələr və institutlar yaratmaq, 

milli təhlükəsizliyi təmin etməklə iqtisadi inkişafı gücləndirmək, milli 

arxetipləri  və  mədəniyyəti  dirçəltməklə  yeni  sosiomədəni  ab-hava 

formalaşdırmaq üçün on il sərf olundu.   

Bir  sözlə,  1993-cü  ildə  Azərbaycan  xalqı  üçün  milli  ideyanın 

mahiyyəti dövlətçiliyin yaradılması və möhkəmləndirilməsi idi. Bunun 

sübutu  1994-cü  il  oktyabrın  əvvəlində  dövlət  çevrilişinə  cəhdə 

respublika  vətəndaşlarının  reaksiyası  oldu.  1995-ci  ilin  martında, 

həmçinin  sonrakı  illərdə  Azərbaycan  cəmiyyəti  dövlətçiliyin 

qorunması  və 

möhkəmləndirilməsi 

məsələlərində 

dəfələrlə 

hakimiyyətlə həmrəylik və birlik nümayiş etdirdi. Heydər Əliyevin özü 




53 

 

milli  ideyanın  mənasını  millətin  enerjisinin  dövlət  institutlarının 



möhkəmləndirilməsi    naminə  toplanmasında,  Azərbaycanın

 

inkişaf 



etmiş  dövlətlər  və  demokratiyalara,  tərəqqidə  olan  iqtisadiyyatlara 

inteqrasiyasında    görürdü.  Odur  ki,  milli  inkişaf  prosesinin  bütün 

çətinliklərini bilən Heydər Əliyev əsas diqqəti ölkəni iqtisadi və siyasi 

kollapsdan  çıxarmağa,  güclü  müstəqil  dövlətin  və  azərbaycanizmin 

dövlət  ideologiyası  kimi  təşəkkülünə,  mətbuat  azadlığına,  “üçüncü 

sektor”un rolunun fəallaşmasına, ictimai sabitliyin təmin edilməsinə 

yönəldirdi.     

Polimədəni  və  etnik  baxımdan  qeyri-yekcins  olan,  əlverişli 

geosiyasi məkanda yerləşən Azərbaycan bu gün, eyni zamanda, həm 

etnosların  dialoqu  məkanı,  həm  də  burada  məskunlaşan  etnik 

qrupların  tarixi  və  mədəni  müxtəlifliyini  birləşdirən areal  kimi  çıxış 

edir.  Heydər  Əliyevin  tarixi  xidməti  ondadır  ki,  o,  çoxmillətli 

Azərbaycan dövlətinin bütövlüyünü xilas edə bildi.  

Heydər  Əliyevin  anlamında  “Azərbaycan  milləti”  niyyətlərində 

ortaq,  dövlət quruluşu məsələlərində və inkişaf strategiyasında yekdil 

olan,  tarix,  ərazi,  mədəniyyət  və  ənənələrlə  birləşən  ölkə 

vətəndaşlarıdır. Polietnik Azərbaycan dövlətinin mahiyyəti dövlətin və 

vətəndaşların  ümumi  maraqlarını  təmin  etməli  olan  məqsədlərin 

vəhdətində,  milli  siyasi  məkanın  ideoloji  tərtibatı  üçün  zəruri  olan 

bazanı yaradan inkişafın sabitliyi və səmərəliliyindədir.  

Azərbaycan dövləti bu gün inkişaf strategiyasını artıq yeni tarixi 

şəraitdə  reallaşdırır.  Bu  milli  strategiya  müvafiq  kreativ  məzmunla 

zənginləşib. Dünya intensiv surətdə dəyişir, bu səbəbdən onun dərk 



54 

 

edilməsində yeni yanaşmalar, dövlətin gələcək inkişafını təmin etmək, 



milli maraqları müdafiə etmək, xalqın maddi və mənəvi ehtiyaclarını 

ödəmək  üçün  yeni  həllər  tələb  olunur.  Azərbaycanın  gücü,  onun 

gələcəyi  bu  strategiyanın  həyata  keçirilməsindədir.  Bu  gün 

Azərbaycan heç kimdən asılı deyil və heç kimə güvənmir. Prezident 

İlham  Əliyevin  qeyd  etdiyi  kimi:  “Azərbaycan  öz  hesabına  yaşayır, 

daxili  imkanlarına  güvənir,  Azərbaycan  xalqının  istedadına, 

imkanlarına,  Azərbaycan  iqtisadiyyatının  gücünə,  öz  siyasi  gücünə 

arxalanır,  bölgədə  əldə  edilmiş  mövqelərə  və  müstəqil  siyasətə 

arxalanır”

52



Şəxsiyyətin  həqiqi  miqyası  və  əhəmiyyəti  özünü  həyata 

keçirilmiş  konkret  işlərdə  göstərir.  Heydər  Əliyevin  siyasi  varisi 

Prezident İlham Əliyev innovasiyalı ideyaların ölkənin praktik həyatına 

tətbiq  edilməsində  haqlı olaraq  kreativ lider sayılır.  O, prezidentliyi 

illərində  tədricən  idarəçilik  təcrübəsi  toplayaraq  hansı  problemi  nə 

vaxt  həll  etmək  lazım  olduğunu  bilən  böyük  siyasətçilərə  xas  olan 

artan qətiyyət nümayiş etdirib.    

Prezident İlham Əliyevin unikal təşəbbüsləri Azərbaycanın siyasi, 

iqtisadi  və  mədəni  landşaftını  dəyişdirir.  Hər  şeydə  yenilik  öz 

Prezidentini  hərtərəfli  dəstəkləyən  Azərbaycan  xalqının  mənəvi 

dirçəlişinin  stimuluna  çevrilir.  “Praqmatizm”,  “çeviklik”,  “açıqlıq”, 

“proqnozlaşdırılan”,  “sistemli  çoxvektorluluq”,  “milli  maraqların 

                                           

52

 



«Бакинский рабочий». 24 апреля 2009 года

 




55 

 

ardıcıllıqla  irəlilədilməsi”,  “həssaslıq”,  “təvazökarlıq”  –  bunlar 



Prezident  İlham  Əliyevi  səciyyələndirən  anlayışların  kiçik  bir 

hissəsidir.  Müasir  şəraitdə  dövlət  başçısına  lazım  olan  bütün 

keyfiyyətlər  ona  xasdır.  O,  XXI  əsrdə  lider  üçün  zəruri  olan 

keyfiyyətlərə  malikdir.  Xalqı  öz  arxasınca  aparmaq  missiyası  İlham 

Əliyevin  tale  qismətidir.  O,  məsuliyyətli  mərhələdə  dövlətin  bir 

formasiyadan digərinə ağrısız keçməsini təmin edə bilib. Onun zəkası 

və  idarəçilik  istedadı  sayəsində  Azərbaycanda  güclü  dövlət  öz 

mövqelərini daha da möhkəmlətdi. Birinci Avropa Oyunlarında qalib 

gəlmiş  idmançılar,  onların  məşqçiləri,  idman  ictimaiyyətinin 

nümayəndələri və xarici tərəfdaşlarla görüşdə Prezident İlham Əliyev 

deyib: “Azərbaycan bu gün müstəqil, inkişafda olan güclü dövlət kimi 

uğurla irəli gedir… Biz fəxr edirik ki, cəmi 24 il ərzində Azərbaycan 

xalqının  istedadı,  zəhməti  hesabına,  düşünülmüş  siyasət  hesabına 

güclü dövlət qurmuşuq”

53



Cəsarətlə  demək  olar  ki,  bu  gün  Qərb  dünyasının  siyasi 



arenasında intellektinə və siyasi bacarığına görə İlham Əliyevə bərabər 

lider yoxdur. Bu dövlətlərin və beynəlxalq təşkilatların başında bu cür 

səlahiyyətli  siyasi  təşkilatlara  rəhbərlik  etməyə  və  şəraitə  uyğun 

qərarlar  qəbul  etməyə  imkan  verən  keyfiyyətləri  olmayan  insanlar 

durur.  Onların  dünyada  siyasi  proseslərin  gedişinə  müsbət  təsir 

etmək  bacarığı  yoxdur.  Qərb  dövlətlərinin  liderlərinin  beynəlxalq 

əlaqələr  sistemində  vəziyyəti  yaxşılaşdırmağa  yardım  etmək, 

                                           

53

 Bax: газ. «Бакинский рабочий». 30 июня 2015. 




56 

 

dünyanın bir çox ölkələrini bürümüş siyasi xaosu dayandırmaq üçün 



siyasi nüfuzu yoxdur. 

Deyilənlərin  fonunda  ABŞ-ın  sabiq  dövlət  xadimi  Pol  Kreyq 

Robertsin fikri olduqca yerində səslənir. O, öz bloqunda yazır ki, (iyun 

2015)  Birləşmiş  Ştatların  siyasi  sistemi  artıq  dəyərli  siyasi  liderlər 

yetişdirmək iqtidarında deyil.  

Onun  fikrincə,  “yeganə  və  əvəzsiz  fövqəldövləti”  idarə  etməyə 

namizədlərin  “miskin  kolleksiyasına”  nəzər  salsaq,  heç  bir  dəyəri 

olmayan siyasətçilər “yığnağını” görə bilərik. Müasir Amerika bir-biri 

ilə düşmənçilik edən klanların taxt-taca öz əlaltılarını gətirmək üçün 

mübarizə apardığı Roma imperiyasının süqut dövrünü xatırladır”. 

O  yazır  ki,  Birləşmiş  Ştatlarda  “lider”  mövqeyi  isteblişmentin 

maliyyə  dəstəyindən  asılıdır:  prezident  və  aparıcı  siyasi  xadimlər 

yalnız altı təsir qrupunun maraqlarını təmsil edirlər, onları daha heç 

nə  narahat  etmir.  Qərb  tipli  siyasi  liderliyi  olan  digər  ölkələrdə  də 

vəziyyət  oxşardır:  Avropa,  Böyük  Britaniya,  Avstraliya  və  Kanadada 

fitri lider sistem tərəfindən rədd edilir.  Eyni zamanda, əsl milli liderlər 

Avrasiya və Latın Amerikasında meydana gəlirlər. Müəllif qeyd edir: 

“İndiki  Amerika  liderləri  Vladimir  Putinin,  yaxud  Çin,  Boliviya, 

Venesuela, Argentina, Braziliya və ya Hindistan liderlərinin ayağının 

tozu da ola bilməzlər”. 

Pol Kreyq Roberts ABŞ-da prezident postuna iddiaçılar sırasında 

mandat  uğrunda  yarışa  bu  yaxınlarda  qoşulmuş  milyarder  Donald 

Trampı  qeyd  edir.  Onun  fikrincə,  Tramp  maddi  rifah  əldə  etmək 

naminə  təsir  qruplarına  “satılmamaq”  üçün  kifayət  qədər  varlıdır. 




57 

 

Onun  Amerika  siyasətini  müəyyən  edən  iqtisadi  qrupların  təsirinə 



qarşı  immunitet  sayılan    “sağlam  eqoizmi”  də  siyasətçinin  əlinə 

oynaya bilər. Bununla belə, Donald Tramp Rusiya və digər dövlətlər 

tərəfindən  müəyyən  edilmiş  yüksək  siyasi  liderlik  plankasından 

uzaqdır.    

Pol Kreyq Roberts sonda yazır: “Əgər Tramp ən yaxşı seçimdirsə, 

təsəvvür edin biz necə acınacaqlı vəziyyətdəyik”. 

XXI  əsrin  milli  ideyasının  təcəssümü  olan  müasir  güclü 

Azərbaycan  dövlətinin  yaradılması  millətin  güclü  liderə  malik 

olmasının nəticəsidir. Belə fikir var ki, xalqın lideri anadangəlmə lider 

olmalıdır.  Şəxsiyyətin  bəzi  fitri  keyfiyyətləri  bununla  razılaşmağa 

qismən  əsas  verir.  Bu  xüsusiyyətləri  biz  fenomenal  yaddaşa  malik 

Heydər Əliyevin simasında görürük. Bu gün xalq milli lider mandatını, 

bu  məsul  missiyanı  beynəlxalq  birlik  tərəfindən  görkəmli  dövlət 

xadimi  kimi  tanınan  İlham  Əliyevə  etibar  edib.  Müasir  çiçəklənən 

Azərbaycan  əsl  millət  lideri  kimi  onun  iradəsinin,  zəkasının  və 

istedadının nəticəsidir.     

Bəli, millətin lideri yüksək mənəvi və siyasi keyfiyyətlərə malik 

olmağa  sadəcə  borcludur,  xüsusən  ona  görə  ki,  milli  dövlətlər 

dünyanın siyasət meydanında əvvəlki kimi əsas oyunçular olaraq qalır. 

Bu gün görürük ki, dünya siyasətinin subyektləri praktiki olaraq hər 

yerdə  iqtisadi,  siyasi  və  ekoloji  çağırışlar,  beynəlxalq  terrorizmin 

təhdidləri  və  s.  ilə  ciddi  sınaqlara  məruz  qalır.  Dünyada  yaranmış 

vəziyyətin  əsas  səbəblərindən  biri  də  liderliklə  bağlı  mövcud 

problemdir. Qərb dünyasının bir çox dövlətlərindəki vəziyyət göstərir 




58 

 

ki,  bu  dövlətlərin  rəhbərliyinə  bütövlükdə  millətin  yox,  müəyyən 



korporativ qrupların maraqlarını ifadə edən şəxslər gəliblər. Hərçənd 

onlar xalqın öz iradəsini ifadə etməsi nəticəsində bu ölkələrin başçısı 

olurlar.  Zaman  onlardan  genişmiqyaslı  təfəkkür,  ən  başlıcası  isə  

səriştə və fəaliyyət tələb edir.    

Liderlik mühüm amildir. Lakin liderlərin təkcə siyasi məqsədləri 

deyil, həm də mənəvi keyfiyyətləri nə dərəcədə əhəmiyyətlidirsə, bu 

amil də bir o qədər məna və əhəmiyyət kəsb edir. Biz dəfələrlə şahid 

olmuşuq ki, Qərb dövlətləri başçılarının praktik fəaliyyəti mənəviyyat 

və siyasi istedad “imtahanı”ndan keçə bilmir. Elə bir təəssürat yaranır 

ki,  işdə  onlar  yalnız  yaxşı halda problemi  eyniləşdirməyi  bacarırlar, 

lakin cəmiyyətə praktiki strategiya, xüsusilə onun həyata keçirilməsi 

üsullarını  təklif  edə  bilmirlər.  Ümumi  böhrana  getdikcə  daha  dərin 

batan,  çarəsizlik  durumuna  yuvarlanan  bir  çox  müasir  dövlətlərin 

problemləri bundan ibarətdir.  

Dövlət  başçısını  lider  edən  hər  şeydən  əvvəl  onun  fəaliyyətə 

yönələn  iradəsidir.  O,  millətin  keçmişini,  bu  gününü  və  gələcəyini 

özündə  cəmləşdirməlidir.    Bu  mənada  demək  olar  ki,  lideri  epoxa 

yetişdirir.  Keçmişin  müdrik  insanları  ilə  dialoq  sayəsində  lider  milli 

ideya ilə zənginləşir. Əgər milli lider öz xalqı ilə sıx bağlıdırsa, xalqın 

maraqları ilə yaşayırsa onun dəyər meyarı tərbiyəçi obrazıdır.  

Milli  lider  milləti  oyatmaq  və  birləşdirmək  bacarığına  malik 

olmalıdır.  Dövlət  başçısı  yalnız  o  zaman  milli  lider  statusuna  malik 

olur ki, millətin ona ehtiyacı yaransın, millətin əksəriyyətinin ideya və 

iradəsi  millətin  gözləntilərinin  əks  olunduğu  konkret  şəxsiyyətdə 




59 

 

birləşsin  və  təcəssüm  tapsın.  Yalnız  millət  başa  düşəndə  ki,  bu 



şəxsiyyət öz iradi, mənəvi və siyasi keyfiyyətləri, təşkilatçılıq bacarığı 

və intellekti ilə onun ümidlərinə cavab verir, o, həmin şəxsiyyətə lider 

və dövlət başçısı mandatını etibar edə bilər. Lider mahiyyət etibarilə 

daha  yaxşı  həyat  üçün  mübarizəyə  hazır  olan  millətin  iradəsinin 

konkret  şəxsiyyətdə  təcəssümüdür.    Bununla  belə,  liderdə  öz 

millətinə inam olmalıdır. Məhz inam iradə və qüvvə yaradır. Deməli, 

milləti güclü dövlət yaratmağa yönəldən inam, iradə və qüvvədir. 

Milli lider üçün güclü xarakter, cəsarət, məsuliyyəti öz üzərinə 

götürməkdən  çəkinməmək  istisnasız  olaraq  hamını  razı  salmaq 

arzusundan  daha  vacibdir.  Yalnız  bu  psixoloji  xüsusiyyətlərin 

vəhdətindən liderliyin yeni keyfiyyəti meydana gəlir. Həmin keyfiyyət 

millətə  ötürülərək  onun  psixotipik  portretinin  dəyişməsinə  xidmət 

edir. Yalnız iradə və qətiyyət millətə öz məqsədinə nail olmağa imkan 

verir.    Odur  ki,  millət  öz  liderində  əzmkarlıq  hiss  edəndə  öz 

niyyətlərində daha qətiyyətli olur.    

2008-ci ilin ikinci yarısından dünya inkişafın yeni mərhələsinə 

qədəm  qoydu.  O  vaxtdan  davam  edən  qlobal  maliyyə  və  iqtisadi 

böhran  dünyada  ABŞ-ın  təkbaşına  hakimiyyətinə  son  qoydu. 

Sabitliyin, sülhün və inkişafın əsasən bir mərkəzdən təmin olunduğu 

sistem güclü sınağa məruz qalır. Ənənəvi dövlətlərin, Yaxın Şərq və 

Şimali  Afrika  dövlətlərinin  zor  gücünə  dağıdılması  dünyada  siyasi 

vəziyyəti xeyli gərginləşdirdi, həmin regionlardan əhalinin Avropaya 

axınına  səbəb  oldu,  orada  isə  bu  insanlar  yerli  sakinlər  tərəfindən 

aqressiv  qarşılanır.  Dünya  siyasəti  və  iqtisadiyyatının,  beynəlxalq 




60 

 

sistem  və  regional  alt  sistemlərin  artan  qeyri-sabitliyi  zamanın 



əlamətinə  çevrildi.  Keçid  dövrünə  qədəm  qoyan  dünya  qeyri-sabit 

şəkildə  yeni  beynəlxalq  sistemə  doğru  irəliləyir.  Bu  irəliləyişin 

istiqamət  və  nəticələri  qeyri-müəyyən  olaraq  qalır.  Buna  görə  də 

analitiklər  yeni  dünyanın  xarakterinin  təyin  edilməsində  “post” 

sözönündən istifadə edirlər. Hər halda, birqütblülük dünyada qeyri-

sabitliyin  mənbəyidir.  Hegemon  dövlətin  və  onun  dəstəklədiyi 

beynəlxalq  siyasi  və  iqtisadi  institutların  öz  iradələrini  yerdə  qalan 

dövlətlərə diktə etməyə can atması getdikcə daha aydın görünür. Nə 

hərbi-siyasi  koalisiyanın,  nə  səmərəli  qərarlar  qəbul  edilməsi  üzrə 

çoxtərəfli,  institusional  baxımdan  rəsmiləşdirilmiş  mexanizmin 

ortada olmaması səbəbindən çoxqütblü dünyanın yaranacağına ümid 

yoxdur. 


Belə  olan  şəraitdə  güclü  (effektiv)  dövlətin  parametrlərini  və 

vəzifələrini yenidən müəyyən etməyin zərurəti artır. Odur ki, çeviklik 

nümayiş etdirən, milli ənənələrə və beynəlxalq münasibətlərə uyğun 

imkanlarından  düzgün  istifadə  edən  dövlətlər  inkişaf  etmək 

iqtidarında  olacaq.  Bir  sıra  postsovet  respublikalarında  rəngli 

inqilabların  təcrübəsi  göstərdi  ki,  yerdə  qalan  dövlətlər  dağılacaq, 

yaxud dağılmaq və zəiflik həddində ləngər vuracaqlar.   

“Güclü  dövlət  konsepsiyası”  anlayışının  elmi  ədəbiyyatda  fəal 

istifadə olunmasına baxmayaraq, fəlsəfi-siyasi fikir tarixində “güclü 

dövlət”in konseptual izahı yoxdur. 

Zənnimcə,  “güclü  lider”  –  “güclü  hakimiyyət”  –  “güclü  dövlət” 

anlayışlarının  nisbəti  “güclü  dövlət”  konsepsiyasının  işlənib 




61 

 

hazırlanması üçün bazadır. Güclü lider mahiyyət etibarilə demokrat 



da  ola  bilər.  O,  adətən  avtoritarizmdən  uzaqdır.  Halbuki  dövlət 

hakimiyyətinin  qorunub  saxlanması  və  ölkədə  sabitliyin  təmin 

edilməsi naminə o, zərurət yarandıqda öz güclü xarakterini, qətiyyət 

və güzəştə getməmək keyfiyyətini nümayiş etdirməlidir. F.Fukuyama 

yazır: “Avtoritar ölkələr Li Kvan Yunun dediyi kimi, inkişaf edə bilsələr, 

onda  məcmu  halda  firavanlaşmağı  bacararlar;  onların  çox  vaxt 

Mobuto və  ya Markosun həyata  keçirdiyi sxem  üzrə  inkişaf  etdiyini 

nəzərə alsaq, təəccüblü deyil ki, avtoritar rejimlər inkişafın nəticələri 

cəhətdən  demokratik  rejimlərdən  daha  güclü  dəyişikliklər  nümayiş 

etdirirlər”

 54

.   


Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, demokratiya “heç vəchlə 

dövlətin və dövlət hakimiyyətinin aşınması və zəifliyi ilə eyniyyət təşkil 

etmir… Dəqiq başa düşmək lazımdır ki, həqiqi xalq hakimiyyəti, insan 

haqlarının qorunması, bazar iqtisadiyyatının normal inkişafı, sülh və 

təhlükəsizliyin  təmin  edilməsi  dövlət  zəif  olduqda,  bəyan  etdiyi 

prinsip və niyyətlərini müdafiə etmək və həyata keçirmək iqtidarında 

olmadıqda mümkün deyil”

55

.    



F.Fukuyama öz növbəsində qeyd edir: “… zəif dövlətlərin özləri 

və  digərləri  üçün  yaratdığı  problemlər  beynəlxalq  sistemin  daha 

hansısa ölkəsinin bu zəif ölkələrin onların istəyinə rəğmən daxili işinə 

qarışmaq    ehtimalını  artırır.  “Zəif”  termini…  ölkənin  miqyasını  yox, 

gücsüzlüyünü  səciyyələndirir;  bu,  iqtisadiyyatı  normal  idarə  etmək 

                                           

54

 Фрэнсис Фукуяма. Сильное государство. Стр. 56. 



55

  Bax:  Затонский  В.А.,  Петров  М.П.  Сильное  государство:  ключевые  вопросы  теории  и  модернизационной 

политики. Ленинградский юридический журнал. 2005, №3. Стр. 203. 



62 

 

üçün inzibati potensialın çatışmaması deməkdir ki, bunun da səbəbi 



bütövlükdə siyasi sistemin qeyri-legitim olmasındadır”

 56


Bu  gün  əsas  problem  dövlətçiliyin  gücləndirilməsidir.  Zəif 

dövlətlər cəmiyyəti dağıdır, daxili həyata və dünya nizamına təhlükə 

yaradır, çünki qanunsuzluq, münaqişələr, müasir terrorizm və onun 

müxtəlif növləri üçün mənbə rolunu oynayırlar.  Bu dövlətlərdə güclü 

hakimiyyətin  yaradılması,  müxtəlif  güclü  dövlət  idarələrinin 

formalaşdırılması beynəlxalq təhlükəsizliyin təmin edilməsi üçün çox 

mühüm amil olan aktual məsələyə çevrilir. Yalnız güclü dövlət əhalini 

birləşdirə və ölkə daxilində xaos və özbaşınalıqla bacara bilər.  

Azərbaycanın  milli  bayramı  –  Respublika  Günü  münasibətilə 

rəsmi  qəbulda  çıxış  edən  Prezident  İlham  Əliyev  deyib:  “Heç  vaxt 

Azərbaycan  indiki  qədər  güclü  olmamışdır.  Biz  öz  taleyimizin 

sahibiyik. Biz müstəqil ölkəyik. Biz azad xalqıq. Biz dünya miqyasında 

öz yerimizi, layiqli yerimizi tutmuşuq”. Bu sözlərlə Prezident bir daha 

təsdiq etdi ki, Azərbaycan bundan sonra da müstəqil və güclü dövlət 

kimi inkişaf edəcək. 

 

Güclü  dövlət  ölkədə  siyasi  sabitliyi,  iqtisadi  artımı  və  sosial 



inkişaf  perspektivlərini  apriori  təmin  edir.  Güclü  dövlət  inkişaf 

məsələlərini  həll  etmək  üçün  daxili  resursları  səfərbər  etmək 

iqtidarındadır.  Çünki  yalnız  millətin  strateji  məqsədlərini  həyata 

keçirmək  iqtidarında  olan  dövlət  güclü  sayıla  bilər.  Əlbəttə,  güclü 

dövlətə  cəmiyyət  və  hakim  elita  arasında  əks  əlaqələri  həyata 

keçirməyə  imkan  verən  demokratiya  elementləri  də  (liderin 

                                           

56

 Bax: Фрэнсис Фукуяма. Сильное государство. Стр. 163. 




63 

 

demokratikliyi ilə yanaşı) lazımdır. Bununla bərabər, demokratiyanın 



funksiyaları cəmiyyətin idarəolunma funksiyaları ilə eyni deyil. Güclü 

dövlət həm xarici təzyiqlərə, həm də ölkə daxilində müxtəlif qrupların 

xüsusi  maraqlarının  qarşısının  alınması  üçün  kifayət  qədər  inzibati 

resurslara malik olmalıdır. Bununla belə, güclü dövlət demokratiyanın 

qurulması və vətəndaş cəmiyyətinin formalaşdırılması üçün çox vacib 

şərtdir.             

Beləliklə,  hətta  dünyada  qloballaşma  proseslərinin  gücləndiyi 

şəraitdə də güclü dövlətin qurulması XXI əsrdə ən effektiv modeldir. 

Dövlət  quruculuğunda  Azərbaycanın  məhz  bu  modeldən  istifadə 

etməsi  düzgün  qərar  idi.  Çünki  prezident  idarəçiliyi  formasının 

mövcudluğu  şəraitində  güclü  dövlətə  söykənərək  milli  ideyanın 

müasir innovasiyalı inkişaf dövrü ilə səsləşən yeni vəzifələrinin həyata 

keçirilməsinə başlamaq olar.  

(Oxucuların  diqqətinə  təqdim  edilən  məqalə  Azərbaycan 

Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin 

gələcək kitabının ayrıca bir fəslidir). 

 

 

 



 

 

 



 

 

Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə