Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   7   8   9   10   11   12   13   14   15

49 

 

iqtisadi  uğurlarına  yol  açan  lideri  -  Heydər  Əliyevi  göndərdi  və  o, 



Azərbaycan  xalqını  fəlakətlərdən  xilas  etdi.  Məhz  onun  yorulmaz 

fəaliyyəti sayəsində Azərbaycanın dövlət müstəqilliyi reallığa çevrildi. 

Sələflərindən fərqli olaraq Heydər Əliyev ona hədsiz dərəcədə inanan 

geniş xalq kütlələri arasında böyük nüfuza malik idi. Buna görə də o, 

ölkə vətəndaşlarını dövləti məsələlərin həllinə səfərbər edə bildi.  

Təsadüfi deyil ki, H.Heygel Almaniya imperiyasının dirçəlməsinə 

bəslədiyi ümidlərdə N.Makiavellinin ardınca məhz güclü əli ilə kütləni 

birləşdirməyi  bacaran  və  onları  Almaniyaya  məxsus  olduqlarına 

inandıra bilən dahi dövlət xadiminə güvənirdi. H.Heygel əmin idi ki, 

çox sürətlə siyasi tənəzzülə yaxınlaşan xalqın taleyini yalnız dahi xilas 

edə bilər: “Dahi adamın üstünlüyü mütləq iradəni bilməkdən və onu 

ifadə  etməkdən  ibarətdir.  Hamı  onun  bayrağı  altında  toplaşır;  o, 

onların Tanrısıdır”

50

.    



Tarixi  kataklizmlər  və  sarsıntılarla  zəngin  XX  əsrin  böyük 

şəxsiyyəti  ümumi  maraqları,  məqsəd  və  vəzifələri  aydın  təsəvvür 

edən,  ümumi  rifah  üçün  qüvvələri  birləşdirməyi  bacaran,  ictimai 

enerjinin,  biliklərin  və  iradənin  səfərbərlik  mərkəzi  kimi  çıxış  edən 

siyasətçi ola bilərdi. Belə insana ölkəsinin gələcəyi naminə özünü hər 

şeydən  məhrum  etmək  xasdır,  çünki  siyasi  liderlik  həmişə  hansısa 

danılmaz ideyaya xidmət etməkdir

51

.   



Müasir güclü Azərbaycan dövlətinin memarı, ən yeni Azərbaycan 

tarixində silinməz iz qoymuş Heydər Əliyev belə şəxsiyyət idi. İradəli, 

                                           

50

 Bax: Гегель Г.В.Ф. Йенская реальная философия. М. 1972, стр. 357. 



51

 Bax: Соколова Р.И. Сильное государство как фактор модернизации. Сб. Этатистские модели 

модернизации. М. 2002, стр. 72. 



50 

 

güclü  xarakterə  malik,  qarşıya  qoyulan  məqsədlərə  nail  olmağı 



bacaran, Azərbaycan xalqının və dövlətinin taleyi üçün məsuliyyətini 

dərk edən bu insanın qarşısına tarix mürəkkəb vəzifələr qoymuşdu. 

O, böyük səylər, cəsarət və iradə sayəsində, xalqın dəstəyinə, sosial-

iqtisadi  və  siyasi  qərarların  qəbul  olunması  prosesində  əhalinin 

iştirakına arxalanaraq güclü dövlət yaratmağa nail oldu. Bütün dahi 

dövlət xadimləri kimi ona öz xalqının rifahı və tərəqqisinin qayğısına 

qalmaq,  müvafiq  ilkin  şərait  yaratmaqla  cəmiyyətdə  həmrəyliyə  və 

sabitliyə can atmaq xas idi. Heydər Əliyev müasir güclü dövlət qurmaq 

üçün nə etmək lazım olduğunu aydın təsəvvür edən nadir insanlardan 

biri  idi.  Heydər  Əliyev  öz  vəzifəsini  Azərbaycan  xalqının  rifahının 

yaxşılaşmasında görürdü. Ona görə də öz iqtisadi siyasətinin başlıca 

prinsipini  “hamı  üçün  təminatlı  həyat”  elan  etmişdi  və  ömrünün 

sonuna qədər dönmədən bu prinsipə sadiq qaldı.   

Heydər Əliyev bütövlükdə üç əsas müddəanı həyata keçirməyə 

müvəffəq oldu: əmək məhsuldarlığının və məhsul istehsalı həcminin 

artırılması,  əməkhaqqının  artırılması,  insanların  rifah  halının 

yaxşılaşdırılması.  Bu  amillərin  sayəsində  ölkədə  həyat  səviyyəsi 

artmış,  cəmiyyətdə  sabitlik  bərqərar  olmuşdur.  Heydər  Əliyev  “milli 

xüsusiyyətli” bazar iqtisadiyyatının qəti tərəfdarı idi. Lakin bazar onun 

nəzərində məqsəd deyil, sosial məsələlərin həlli üçün vasitə idi.     

Heydər Əliyevin dövlət başçısı kimi fəaliyyətinin dərin mənası var 

idi, çünki onun cəmiyyətə təsiri birləşdirici, dövlətyaradıcı əhəmiyyət 

kəsb edirdi. Biz  onun şəxsində özünü Vətənə fədakarcasına xidmətə 

həsr etmiş, Azərbaycanı planetin ən sabit, təhlükəsiz və inkişaf etmiş 




51 

 

guşəsinə  çevirmək  istəyən  insanın  həyat  və  fəaliyyətini  görürük. 



Müstəqil dövlətçilik tarixinin on ili dünya miqyaslı dövlət xadimi və 

siyasi xadim Heydər Əliyevin adı ilə ayrılmaz surətdə bağlıdır. O, milli 

müstəqil  dövlət  ideyasını  formalaşdırmaqla  ölkənin  regionlar  üzrə 

parçalanmasının  qarşısını  ala  bildi,  Azərbaycanı  tamamilə 

dağılmaqdan  xilas  etdi.  Ölkədə  belə  vəziyyət  Azərbaycanın  milli 

maraqlarına xəyanət edən keçmiş rəhbərləri Əbdürrəhman Vəzirovun 

və  Ayaz  Mütəllibovun  siyasi  səriştəsizliyi,  zamanın  nəbzini  tuta 

bilməməsi,  dünyada  baş  verən  geosiyasi  dəyişikliklərin  mənasını 

anlamaması  və  bu  fonda  Azərbaycan  xalqının  milli  özünüdərkinin 

dirçəlməsini  qiymətləndirməyi  bacarmaması,  həmçinin  Əbülfəz 

Əliyevin  səriştəsizliyi  və  keçmişdə  qalan  panturançı  konseptlərə 

bəsirətsiz sadiqliyi  nəticəsində yaranmışdı. 

Onlardan  fərqli  olaraq  Heydər  Əliyev  yeni  şəraitdə  müstəqil 

dövlət yaratmaq məqsədilə hakimiyyəti və cəmiyyəti birləşdirə bildi. 

Onun  müdrikliyi  və  siyasi  uzaqgörənliyi,  qeyri-adi  təşkilatçılıq  və 

idarəçilik istedadı  sayəsində ölkə dərin ümumi böhrandan çıxa bildi. 

Dövlətin  həyatının  bütün  sahələrində  fundamental  islahatlar  həyata 

keçirildi. Nəticədə XX əsrin sonunda milli ideyanın mücəssəməsi kimi 

müstəqil Azərbaycan dövləti yaradıldı.    

1993-cü  ilin  ortalarından  başlayaraq  milli  ideyanın  (onu 

Azərbaycan ideyası kimi də müəyyən etmək olar) vəzifəsi xeyli sayda 

problemləri həll etməli olan güclü suveren dövlət yaratmaq idi. Daxili 

siyasi vəziyyətin sabitləşdirilməsi,  Ermənistanla  hərbi  qarşıdurmada 

eskalasiyanın  aradan  götürülməsi  və  Dağlıq  Qarabağ  probleminin 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə