Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   2   3   4   5   6   7   8   9   ...   15

 

(F.Zakariya) və hətta “demokratiyanın geriləməsi” haqqında danışırlar. 



XXI əsrdə demokratikləşmə prosesinin genişlənməsi ilə əlaqədar, biz 

liberal-demokratik  dövlətlərlə  ənənəvi  ölkələr  arasında  rəqabətin 

kəskinləşməsinin  şahidiyik.  Heç  də  təsadüfi  deyil  ki,  2006-cı  ilin 

iyulunda  Fukoukedə  (Yaponiya)  keçirilmiş  dünya  politoloji  konqresi 

“Is democracy working?” (“Demokratiya işləyirmi?”) mövzusuna həsr 

edilmişdi

4



Anlamaq çətin deyil ki, neoliberal ideologiyalı qloballaşan dünya 



tədricən qeyri-müəyyənlik vəziyyətinə yuvarlanır. 2008-ci ildə ABŞ-

da  və  Qərbi  Avropada  başlanmış  maliyyə-iqtisadi  böhran,  Qərbin 

inkişaf  etmiş  ölkələrində  iş  yerini  itirmiş  insanların  səngiməyən 

kütləvi  çıxışları  kədərli  proqnozlar  üçün  əsas  verir.  Bu  faktlar  onu 

göstərir  ki,  neoliberal  demokratiyanın  zəfər  yürüşündə  ciddi 

ləngimələr  yaranır,  siyasi-demokratik  dəyişikliklər  öz  sürətini 

azaldaraq,  zorakı  xarakter  kəsb  edir  (Liviya,  Misir,  İraq,  Suriya). 

Nəticədə Avropa özü miqrasiya böhranının və millətlərarası böhranın 

təsiri altında multikulturalizm siyasətindən imtina etməli olub. Dünya 

birliyini gələcəkdə nə gözlədiyini heç kim bilmir. 

Bütün bunlarla bərabər, neoliberal qloballaşma milli dövlətlərin 

rolu,  onların  suverenliyi,  fövqəlmilli  təşkilatlarla  və  millətlərarası 

korporasiyalarla  milli  dövlətlərin  qarşılıqlı  fəaliyyəti  məsələlərini 

kəskin  şəkildə  qarşıya  qoyur.  Məhz  bu  səbəbdən,  həmin  suallara 

                                           

4

 Bax: Евстифеев Р.В., там же, стр. 7.



 


 

cavab  axtarışı  dünyanın  bir  sıra  tədqiqat  mərkəzlərində  elmi  işin 



mühüm istiqamətinə çevrilib. 

Bu  gün  qlobal  proseslərin  dövlətlərin  taleyinə  və  onların 

suverenliyinə təsirinin dərk edilməsində bir-birinə zidd olan iki əsas 

konseptual  mövqe  var.  Bir  mövqeyin  tərəfdarları  (əsasən 

neoliberalistlər)  onu  əsas  götürürlər  ki,  qloballaşma  ilə  bağlı 

dəyişikliklər  obyektiv  olaraq,  dövlət  sərhədlərinin  silinməsinə  və 

dövlət  müstəqilliyinin  zəifləməsinə  gətirib  çıxarır,  digər  mövqeyin 

nümayəndələri  isə  suveren  dövlətlərin  bundan  sonra  onların  ərazi 

bütövlüyü  çərçivəsində  mövcudluğuna  bəşəriyyətin  inkişafının 

obyektiv qanunauyğunluğu kimi baxırlar. 

Qloballaşma  proseslərinin  müasir  dünyanın  vəziyyətinə,  o 

cümlədən  dövlətlərin  mövcudluğuna  təsiri  problemləri  neoliberal 

yanaşmanın  məşhur  nümayəndələrinin  -  Z.Bauman,  Zb.Bjezinski, 

İ.Vallerstayn,  E.Giddens,  S.Hantinqton,  P.Draker,  C.Soros  və 

başqalarının  əsərlərində  ətraflı  nəzərdən  keçirilir.  Bu  müəllifləri 

birləşdirən ümumi fikir ondan ibarətdir ki, bəşəriyyət qarşılıqlı əlaqəli, 

qarşılıqlı asılı və qarşılıqlı nüfuz edən vahid dünyanın formalaşması 

dövrünə daxil olub. Bütün xalqlar bir-birinə daha əsaslı şəkildə təsir 

edir,  bütöv  regionların  az-çox  əlahiddə  mövcud  olduğu  dövr 

keçmişdə qalır və ölkələrin sakinlərinin taleləri öz aralarında daha sıx 

və  daha qırılmaz şəkildə  bağlı  olur.  Yuxarıda adları çəkilən və bəzi 

başqa  tədqiqatçılar  təkid  edirlər  ki,  guya  müasir  şəraitdə  milli 

dövlətlərin vaxtı keçmişdə qalıb və onlar dünya birliyinin ilkin iqtisadi 

və  siyasi  qurumları  kimi  sosial  təşkilatın  yeni  formaları  tərəfindən 




 

tədricən sıxışdırılacaq. Odur ki, dövlətlərin funksiyalarının bir hissəsi, 



o  cümlədən  iqtisadi  nəzarət  funksiyası  beynəlxalq  maliyyə 

təşkilatlarına və millətlərarası korporasiyalara verilməlidir. 

Bu  alimlərin  fikirlərinə  əsaslanaraq  güclü  dövlətlərin  tənqid 

edilməsi və dövlət aparatının funksiyalarını özəl bazara və ya vətəndaş 

cəmiyyətinə  verməklə  onun  rolunun  azaldılması  dünya  siyasətində 

hakim  tendensiyaya  çevrilir.  Bu  halda  o  fakt  nəzərə  alınmır  ki,  zəif 

dövlətlər çoxsaylı ciddi problemlərin mənbəyi olur. 

Məsələn,  S.Hantinqton  yazır:  “Ayrı-ayrı  ölkələr  dünya  siyasət 

meydanında əsas oyunçular kimi qalsalar da, öz suverenliyini, dövlət 

funksiyalarını  və  hakimiyyəti  itirirlər…  Müəyyən  hallarda  (bu, 

Avropada  daha  çox  nəzərə  çarpır)  beynəlxalq  təsisatlar  əvvəllər 

dövlətə aid olmuş mühüm funksiyalar əldə ediblər… Bir sıra ölkələrdə, 

o cümlədən dünyanın inkişaf etmiş dövlətlərində geniş muxtariyyət 

və ya ayrılma tələb edən regional hərəkatlar var. Dövlət hakimiyyəti 

orqanları  ölkəyə  daxil  olan  və  ölkədən  çıxan  maliyyə  axınlarına 

nəzarət  etmək  imkanını  əhəmiyyətli  dərəcədə  itiriblər  və  ideyalara, 

texnologiyalara,  mallara  və  insanlara  nəzarət  edilməsində  getdikcə 

daha böyük çətinliklərlə qarşılaşırlar. Sözün qısası, dövlət sərhədləri 

maksimum  dərəcədə  şəffaf  olub.  Bütün  bu  dəyişikliklər  ona  gətirib 

çıxarıb ki, çoxları 1648-ci il Vestfaliya Sülh Müqaviləsi vaxtlarından 

hamının norma kimi qəbul etdiyi möhkəm dövlətin – “bilyard şarı”nın 

tədricən  ölüb  getməsinin  və  çox  cəhətdən  orta  əsrlər  dövrünü 




 

xatırladan  mürəkkəb,  müxtəlif  və  çoxsəviyyəli  beynəlxalq  nizamın 



yaranmasının şahidləri olublar”

5



Bu və digər müəlliflər etiraf edirlər ki, kapitalizmin mütəşəkkil 

prinsipi kimi milli dövlətin sıxışdırılması və eyni zamanda, kapitalist 

inkişafının  əsası  kimi  dövlətlərarası  sistemin  bərqərar  olması 

qloballaşma dövrünün müəyyənedici xüsusiyyətidir. Onların fikrincə, 

milli dövlət təsisatlarının bütün sistemi tədricən transmilli təsisatlarla 

əvəz  olunacaq.  Beləliklə,  mahiyyət  etibarilə,  qloballaşma  elə  yeni 

dünya  nizamı  deməkdir.  Bu  müəlliflər  bir  məsələdə  haqlıdırlar  və 

həmin  məsələ  əsla  şübhə  doğurmur  ki,  qloballaşma  dövlətə  mənfi 

təsir edir, onun zəifləməsinə səbəb olur, onu müstəqillikdən qismən 

məhrum edir. 

Müasir  dünya  şəraitində  dövlət  təsisatlarının  “tədricən  aradan 

qalxması”  problemləri  təkcə  Qərb  tədqiqatçılarının  əsərlərində 

araşdırılmır.  Bəzi  Rusiya  alimləri  də  eyni  mövqelərin  tərəfdarıdırlar. 

Məsələn,  Rusiyadan  olan  bir  qrup  müəllifin  fikrincə,  innovasiyalı-

postsənaye qloballaşması şəraitində gündəlikdə belə bir sual yaranır: 

hələ yaxın vaxtlarda beynəlxalq siyasi sistemdə əsas fəal obyekt olan 

suveren milli dövlət artıq tarixə çevrilməyibmi?

6

 



Digər  rusiyalı  müəllif  V.V.Sokolov  yazır:  “Milli  hökumətlər 

müstəsna  suverenliyin  daşıyıcıları  funksiyalarını  tədricən  itirəcək və 

                                           

5

 Хантингтон Самуэль. Столкновение цивилизаций. М. «Изд. АСТ», 



2006, стр. 34, 35.

 

6



 Bax: Ващекин Н.П. и др. Постиндустриальное общество и устойчивое 

развитие. М. 2000 г.

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə