Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   2   3   4   5   6   7   8   9   10   ...   15

23 

 

genişləndirilməsini  tələb  edəcək,  biz  bunu  artıq  rüşeym  halında 



müşahidə edirik”

24



Gördüyümüz kimi, müasir dövrün görkəmli mütəfəkkirlərindən 

biri  Yurgen  Habermas  belə  bir  fikrə  gəlir  ki,  milli  dövlətlər  bundan 

sonra  da  mövcud  olacaq,  amma  onların  funksiyaları  müəyyən 

çərçivələrlə bir qədər məhdudlaşacaq. Həqiqətən də etnik sərhədlər 

daxilində təsis edilən milli dövlətlərin modernləşmə məqsədilə onlara 

xas  olmayan  funksiyalardan  tədricən  uzaqlaşmaları  barədə 

nümunələr  dünya  praktikasında  az  deyil.  Dövlətin  və  iqtisadiyyatın 

ayrılması  baş  verir.  Bütövlükdə  bu,  dövlət  aparatının  funksional 

xüsusiləşməsində  təzahür  edir.  Müasir  dövlət  inzibati  və  vergi 

sistemli  dövlətə  çevrilir,  bu  isə  yalnız  idarəetmə  funksiyalarını 

nəzərdə tutur. Yurgen Habermas yazır: “O, (dövlət – R.M.) indiyə qədər 

siyasi  dövlət  çərçivəsində  başa  düşülən  istehsal  vəzifələrini  ondan 

ayrılmış  bazar  təsərrüfatına  verir.  Bu  baxımdan  o,  “ümumi  istehsal 

şərtlərinin”, yəni, kapitalist əmtəə dövriyyəsi və müvafiq ictimai əmək 

təşkilatı  üçün  zəruri  olan  hüquqi  çərçivələrin  və  infrastrukturun 

qayğısına  qalır.  Dövlətin  maliyyə  tələbatı  özəl  təsərrüfatçılıq 

subyektlərindən yığılan vergi daxilolmaları hesabına təmin edilir”

25

.  



Amma  dövlətin  və  iqtisadiyyatın  ayrılması,  habelə  dövlətin 

özünün  bəzi  funksiyalarını  “vətəndaş  cəmiyyətinə”  verməsi  heç  də 

dövlətin  öz  suverenliyini  itirməsi  demək  deyildir.  Suveren  dövlət 

“daxildə  əmin-amanlığı  və  asayişi,  xaricdə  isə  sərhədlərini  müdafiə 

edə  bilən”  dövlətdir.  Daxili  işlərdə  o,  gücün  rəqabət  təzahürlərini 

                                           

24

 Юрген Хабермас. Вовлечение другого. Очерки политической теории. 



Санкт-Петербург, «Наука», 2008, стр. 199.

 

25



 

Там же, стр. 202.

 

 



24 

 

bacarıqla  dəf  etməli,  beynəlxalq  işlərdə  isə  özünü  bərabərhüquqlu 



rəqib kimi təsdiq etməlidir”

26

.  



Odur ki, dövlət idarəetmə, sosial-mədəni, təhsil, tərbiyəvi, ekoloji və 

s.  xarakterli  funksiyaların  bütöv  kompleksini  özündə  saxlayır.  Əsas 

məsələ 

budur 


ki, 

dövlət 


öz 

eyniyyətinə, 

hakimiyyətin 

legitimləşdirilməsinə,  millətin  və  dövlətin  ərazisinin  qorunmasına, 

inkişaf  strategiyasına,  milli  identikliyin  qorunub  saxlanmasına  görə 

məsuliyyət  daşıyır.  Dövlət  ölkənin  təhlükəsizliyini  daxili  və  xarici 

dağıdıcı  qüvvələrdən  qorumağa  borcludur.  Dövlət  təsisatlarının 

“tədricən  dağılması”  nəzəriyyələrinin  apologetlərinə  cavab  verən 

F.Fukuyama  yazır:  “Yalnız  və  ancaq  dövlətlər  asayişi  təmin  edən 

qüvvələri  birləşdirməyə  və  məqsədyönlü  şəkildə  yerləşdirməyə 

qadirdirlər.  Bu  qüvvələr  ölkə  daxilində  qanunların  işləməsini  təmin 

etmək və beynəlxalq asayişi qoruyub saxlamaq üçün lazımdır”

27



 



Aydındır ki, dövlət cəmiyyətin, ayrılıqda insanın həyatında əvəzsiz rol 

oynayır. İnsan dövlətdəki  vəziyyətə  əsaslanaraq həyatı üçün planlar 

qurur. Azərbaycan xalqı öz dövlətinə indiki nəslin payına düşən milli 

sərvət,  böyük  dəyər  kimi  baxır.  Xalqımız  gözəl  başa  düşür  ki,  öz 

dövlətindən  məhrum  olmaq  dünyanın  etno-milli  xəritəsindən 

silinmək  deməkdir.  Buradan  belə  çıxır  ki,  öz  dövlətini  qoruyub 

saxlamaqdan  və  inkişaf  etdirməkdən  vacib  məsələ  yoxdur.  Özü  də 

təkcə  güclü  dövlət  yaşamağa  davam  edə  bilər.  Hələ  Napoleon 

Bonapart  deyirdi:  “Ali  hakimiyyətin  zəifliyi  xalqın  ən  qorxulu 

fəlakətidir”

28



                                           



26

 

Там же, стр. 202.



 

 

27



 

Ф.Фукуяма. Сильное государство. Стр. 199.  

 

28

 Bax: Антология мудрости. Сост. В.Ю. Шойхор. М.; Вече, 2007,  стр. 415. 



 


25 

 

Şübhəsiz  ki,  dövlət  hakimiyyətini  real  edən  gücdür,  o,  sosial 



praktikada bu gücə tabe olan subyektlər tərəfindən başa düşülür və 

mənimsənilir. Məhz bu güc dövlətin fəaliyyətində gözə görünmədən 

mövcud  olaraq,  onu  məsuliyyət  daşıdığı  hakimiyyətdən  istifadə 

etməyi bacaran ictimai təsisata çevirir. Bu gücün olmaması dövlətin 

əhalisinə çoxlu fəlakət və ağır sınaqlar gətirir. Yaxın Şərqin və Şimali 

Afrikanın  bir  sıra  müasir  dövlətlərində  hadisələr  bunun  bariz 

nümunəsidir.  Onların  düşdüyü  durum  göstərir  ki,  güclü  dövlət 

olmadan  normal  fəaliyyət  göstərən  demokratik  cəmiyyət  yaratmaq 

mümkün deyil. Yalnız güclü dövlət modeli cəmiyyətin problemlərinin 

həllini,  o  cümlədən  demokratiya  prinsiplərinin  reallaşmasını  təmin 

etməyə qadirdir.  

“Güclü dövlət” anlayışını ilk növbədə dövlətin iqtisadi və siyasi 

sistemini legitimlik əsasında idarə etmək bacarığının xarakteristikası 

kimi  başa  düşmək  lazımdır.  XX  əsrin  90-cı  illərinin  əvvəlində 

Azərbaycanda dövlət idarəetmə praktikası belə deməyə əsas verir ki, 

yalnız  prezident  idarəetmə  sistemi  ölkəni  dərin  böhrandan  çıxara 

bilərdi.  

Azərbaycanda  prezident  idarəetmə  forması  ilə  güclü  dövlətin 

yaradılmasının  həm  də  subyektiv  zəmini  var.  Yaxın  keçmişimizə 

retrospektiv  nəzər  salanda  əmin  olmaq  mümkündür  ki,  Qarabağ 

müharibəsinin ilkin mərhələsinin yekunları 1990-cı illərin əvvəlində 

Azərbaycanda faktiki mövcud olan parlament idarəetmə sistemində 

“ixtilafların  və  qərarsızlığın”  nəticəsi  olub.  Real  gücə  malik  siyasi 

partiyalar olmadığı üçün icra hakimiyyəti əslində parlamentdə “siyasi 

xadimlər”  deyilən  qüvvələr  tərəfindən  kollegial  əsasda  həyata 

keçirilirdi.  Sürətlə  dəyişən  vəziyyətdə  operativ  qərarların  qəbul 

edilməsi uzun–uzadı diskussiyalar, qarşılıqlı ittihamlar, mübahisələr, 

fikir  ayrılıqlarını  aradan  qaldırmaq  üçün  müxtəlif  komissiyaların 

yaradılması  ilə  nəticələnirdi.  Bütün  bu  “çarpışma”  nəticəsində 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə