Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə6/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   2   3   4   5   6   7   8   9   ...   15

19 

 

nəinki  itirib,  “ikinci  nəfəs”,  olduqca  əhəmiyyətli  yeni  məqsəd  və 



vəzifələr əldə ediblər. 

Dünya maliyyə-iqtisadi böhranı ilə əlaqədar hadisələr inandırıcı 

şəkildə  göstərir  ki,  iqtisadi  inkişafın  yeganə  səmərəli  amili  əvvəlki 

kimi,  yenə  də  milli  dövlətlərdir.  Neoliberal  qloballaşma  şəraitində 

onlara  ehtiyac  nəinki  aradan  qalxmayıb,  hətta  öz  funksiyalarını 

zənginləşdiriblər. 

Heç də təsadüfi deyil ki, Zbiqnev Bjezinski əvvəlki yanaşmasını 

dəyişdirərək  yazırdı  ki,  “dövlət-millətlər  dünya  sisteminin  əsas 

vəsiləsi kimi qalmaqda davam edir,… milli ərazinin ölçüləri isə əvvəlki 

kimi, statusun və gücün ən əhəmiyyətli meyarı mənasını saxlayır”

19



Müasir  dünyada  dövlətin  rolunun  saxlanması  haqqında  yazan 



tədqiqatçıların  çoxu  liberalizm  klassiklərinin,  o  cümlədən  Karl 

Popperin 

nüfuzuna 

istinad 


edirlər. 

Cəmiyyətdə 

dövlətin 

funksiyalarının  və  hakimiyyətinin  qorunub  saxlanması  zərurəti  çox 

amillərlə,  o  cümlədən  ölkənin  bütün  əhalisinin  hüquqlarına  riayət 

etməyin  əhəmiyyəti  ilə  müəyyən olunur.  Lakin  K.Popper  belə  hesab 

edir  ki,  dövlətin  fəaliyyətinin  mənfi  məqamlarının  inkişafa  əngəl 

olmaması üçün onun hakimiyyətini zərurətdən əlavə artırmaq lazım 

deyil.  K.Popper  bu  prinsipi  “Liberalizmin  ülgücü”  adlandırır.  Əgər 

dövlət öz funksiyalarını yerinə yetirməyə qadirdirsə, o, istənilən ayrıca 

                                           

19

 Збигнев Бжезинский. Великая шахматная доска. Господство Америки 



и его геостратегические императивы, М. 1999 г, стр. 51.

 



20 

 

vətəndaşdan  və  ya  ictimai  təşkilatdan daha artıq  hakimiyyətə  malik 



olmalıdır

20



Karl Popper tamamilə haqlıdır. Müstəqil dövlət apriori amorf və 

ya  başqa  sözlə  desək,  zəif  ola  bilməz.  O,  özünü  xalqın  milli 

mentalitetinə,  yəni,  xalqın  dünya  haqqında  və  bu  dünyada  öz  yeri 

haqqında  təsəvvürlərinə  uyğun  olmayan  dəyərlərdən  qoruya 

bilməlidir. Məsələ ondadır ki, milli mentalitet dövlətin həyatının bütün 

tərəflərinin  təşkilində  müəyyənedici  rol  oynayır.  Bunu  inkar  etmək 

mənasız olardı. 

Dövlət mürəkkəb sosial qurum, siyasi və hakim təsisatdır. Onun 

əsas  funksiyası  bütün  cəmiyyətin  xeyrinə  hakimiyyətin  həyata 

keçirilməsindən  ibarətdir.  Dövlətlər  öz  funksiyalarını  cəmiyyətin 

dövlət tərəfindən idarə edilməsinin mahiyyətini və sosial missiyasını 

əks  etdirən  əsas  fəaliyyət  istiqamətləri  vasitəsilə  icra  edirlər.  Siyasi 

sistemin  demokratik  və  ya  avtoritar  xarakterindən  asılı  olmayaraq, 

dövlət  ictimai  həyatın  sabit  fəaliyyətinin  təmin  olunmasına  görə 

məsuliyyət daşıyır. Yuxarıda qeyd edildiyi kimi, Dünya Bankı dağıdıcı 

rol  oynayır,  buna  baxmayaraq,  bu  beynəlxalq  təşkilatın  “Dəyişən 

dünyada  dövlət”  adlı  məruzəsində  müəlliflər  vurğulayırdılar  ki, 

effektiv  dövlət  olmadan  istər  iqtisadi,  istərsə  də  sosial  baxımdan 

davamlı inkişaf qeyri-mümkündür

21



                                           

20

 Карл Поппер. «Предположения и опровержения», «АСТ-Москва», 



2008 г., стр. 580, 581.

 

21



 Отчет о мировом развитии. 1997. Государство в меняющемся мире. М.: 

Прайс – Тасс. 1997.

 



21 

 

Aydındır  ki,  dünya  sürətlə  dəyişir.  Bu  dəyişikliklər  yeni  eranın 



aparıcı  tendensiyasıdır.  Nəticədə  biz  özümüz  dəyişirik,  bütövlükdə 

cəmiyyət dəyişir. Amma bəşəriyyəti gələcəkdə nələr gözlədiyini hətta 

ən böyük zəka sahibləri də qabaqcadan xəbər verə bilmirlər. Müasir 

dövlətlərin rolunun möhkəmlənməsi, daxili və xarici siyasətdə onların 

funksiyalarının  güclənməsi  tendensiyası  məhz  gələcəyin  bəlli 

olmaması  ilə  müəyyən  edilir.  Bu,  həm  də  bəşəriyyəti  ümumdünya 

xaosuna düçar etməmək üçün lazımdır. Son zamanlar getdikcə daha 

çox müəlliflər yuxarıda deyilənləri təsdiqləyərək bu qənaətə gəlməyə 

başlayıblar  ki,  bir  sosial  qurum  kimi,  dövlətin  rolu  və  əhəmiyyəti 

artacaq,  gələcək  planetar  inkişaf  mövcud  dövlət  qurumları 

çərçivəsində  baş  verəcək.  Çox  cəhətdən  dövlətlərə  qarşı  duran 

iqtisadi  orqanizmlər  kimi,  korporasiyaların  gücünün  artmasına 

baxmayaraq, “dövlətlərin sərəncamında olan alətlərin rolu və imkanı 

zəifləməyəcək, əksinə, güclənəcəkdir”

22



Mövcud elmi ədəbiyyatda qloballaşan dünyada dövlətin yeri və 



rolu haqqında mövqelərin fərqli olmasına baxmayaraq, son onillikdə 

alimlərin  çoxu  məhz  belə  bir  ideyaya  meyil  edir  ki,  sivilizasiyaların 

qarşılıqlı  təsiri  nəticəsində  dövlətin  rolu  liberal  konsepsiyalarda 

təqdim  edildiyi  kimi  azalmayacaq,  əksinə,  artacaqdır.  Xüsusən  ona 

görə ki, dövlət liberalizminin Qərbi Avropa ölkələrini hansı vəziyyətə 

                                           

22

 Стрижова И.А. Роль государства и государственных органов власти в 



современном глобализационном мире. Социология и политические науки. 

Вестник Одесского национального университета. Т.16, выпуск 10, 2011 год, 

стр. 765.

 



22 

 

gətirib  çıxarmasını  fərziyyələrdə  yox,  reallıqda  görürük.  Hərçənd, 



vaxtilə Maks Veber (1864-1920) dövlətə “müəyyən ərazinin daxilində 

fiziki  qüvvədən  qanuni  istifadə  inhisarçılığına  (uğurla)  iddia  edən 

insan cəmiyyəti” kimi tərif verirdi

23



Hegel hesab edirdi ki, hər bir tarixi forma yetkinlik kəsb etdiyi 

məqamda  tənəzzülə  məhkumdur.  Ancaq  şübhəsiz  ki,  o,  tənəzzül 

haqqında danışarkən bu tarixi formanın tamamilə yox olmasını deyil, 

onun  yeni  keyfiyyətə  transformasiyasını  nəzərdə  tuturdu.  Yurgen 

Habermas  yazır:  “Vaxtilə  milli  dövlətin  vəzifəsi  tarixin  çağırışına 

inandırıcı  cavab  tapmaq,  sosial  inteqrasiyanın  Yeni  dövrün  erkən 

mərhələsinə  xas  olan,  sonradan  tamamilə  dağılan  formaları  üçün 

funksional  ekvivalent  tapmaq  idi.  Bu  gün  biz  analoji  çağırış 

qarşısındayıq.  Rabitə  və  kommunikasiya,  iqtisadi  istehsal  və  onun 

maliyyələşdirilməsi  vasitələrinin,  texnologiya  və  silah  satışının,  hər 

şeydən  əvvəl  –  ekoloji  və  hərbi  təhlükənin  qloballaşması  bizim 

qarşımızda  elə  problemlər  qoyur  ki,  onlar  artıq  milli  dövlət 

çərçivəsində və ya indiyə qədər hamı tərəfindən qəbul edilmiş suveren 

dövlətlər arasında sazişlər bağlanması üsulu ilə həll edilə bilməz. Hər 

şey  onu  göstərir  ki,  milli  dövlət  suverenliyinin  zəifləməsi  davam 

edəcək  və  milli  səviyyədə  siyasi  təsir  imkanlarının  yaradılmasını  və 

                                           

23

 Bu mənbədən sitat gətirilir: Фрэнсис Фукуяма. Сильное государство. 



Стр. 20.

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə