Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   2   3   4   5   6   7   8   9   ...   15

15 

 

Demək  lazımdır  ki,  fikirlərdə  uyğunsuzluq  əsasən  hamı 



tərəfindən qəbul edilmiş “güclü dövlət” – “zəif dövlət” konsepsiyasının 

olmaması ilə bağlıdır. 

Məşhur filosofların, futuroloq və sosioloqların mülahizələrində 

qloballaşma  şəraitində  dövlətin  rolu  haqqında  proqnozlarla  bağlı 

maraqlı bir ziddiyyət müşahidə etmək olar. Neoliberal konsepsiyanı 

fəal  təbliğ  edən  bu  insanlar  qlobal  siyasi  və  iqtisadi  proseslərin 

mərhələlərinin  xarakterindən  asılı  olaraq,  müasir  şəraitdə  dövlətin 

rolu  və  yeri  barədə  ziddiyyətli  fikirlər  söyləyirlər.  Belə  təəssürat 

yaranır  ki,  elm  aləmində  tanınmış  bu  tədqiqatçılar  öz  əsərlərində 

dünya ictimaiyyətinə dərin nəzəri araşdırmaların yekunlarını, fəlsəfi, 

elmi  nəticələri  təklif  etmək  əvəzinə,  sadəcə  öz  hökumətlərinin 

hədəflərinin heroldu (carçısı) rolunu yerinə yetirirlər. 

Bu  müəlliflər  iri  beynəlxalq  korporasiyaların  ideoloqları  və 

onların  maraqlarının müdafiəçiləri rolunu  öz üzərinə  götürdüklərini 

əslində gizlətmirlər. Məsələn, P.Draker hesab edir ki, qlobal biliklər 

cəmiyyətində  və  qlobal  iqtisadiyyatda  formalaşmaqda  olan  yeni 

dəyərlər sistemində milli dövlətə yer olmayacaq. Onun fikrincə, milli 

dövlət  vaxtı  keçmiş  formadır  və  bu  forma  sənaye  cəmiyyəti  üçün 

yararlı  idi,  amma  postsənaye  cəmiyyəti  üçün  qəbuledilməzdir, 

qloballaşan  postsənaye  cəmiyyətində  idarəçilik  təsisatları  dövlət 

əsasında  deyil,  korporativ  əsasda,  şəbəkə  əsasında  yaranacaq

15



Halbuki  1993-cü  ildə  dərc  olunmuş  və  mənim  yuxarıda  istinad 

                                           

15

 Дракер П., Посткапиталистическое общество. Новая 



постиндустриальная волна на Западе. Антология, М. 1999 г, стр. 67-101.

 



16 

 

etdiyim “Postkapitalizm” əsərində P.Draker əks fikrin tərəfdarı idi. Bu, 



müəllifin özünün baxışlarının siyasi transformasiyasına dəlalət edir. 

S.Hantinqton  məşhur  “Sivilizasiyaların  toqquşması”  əsərində 

yazır:  “Dünya  siyasət  meydanında  əsas  oyunçular  yenə  də  milli 

dövlətlərdir.  Onların  davranışı,  əvvəllər  olduğu  kimi,  yenə  də  öz 

qüdrətini artırmaq və  çiçəklənmək  cəhdi  ilə  təyin  olunur,  amma  bu 

davranış həm də üstünlük verilən mədəni dəyərlərlə, ümumi və fərqli 

cəhətlərlə  müəyyən  edilir.  Qeyri-Qərb  ölkələrinin  qüdrəti  və  özünə 

əminliyi artdıqca onlar öz məxsusi dəyərlərini daha çox bərqərar edir 

və Qərbin onlara “sırıdığı” dəyərləri rədd edirlər”

16

. Amma hər halda, 



Hantinqtonun  hansı  mövqeyə  tərəfdar  olması  aydın  deyil.  Məsələ 

ondadır ki, müəllif elə həmin kitabın sonrakı hissələrində dövlətlərin 

öz  suverenliyini  tədricən  itirməsi  haqqında  yazır.  Hantinqtonun  XXI 

əsrdə dövlətin roluna baxışında ziddiyyət danılmazdır. 

F.Fukuyamaya  gəlincə,  o,  İsveçrənin  “Le  Temps”  qəzetinə 

müsahibəsində (1 dekabr 2011-ci il) müasir dövlətlərin roluna qiymət 

verərək deyib: “Danılmazdır ki, həm Avropada, həm də ABŞ-da daha 

güclü  və  dözümlü  şəxsi  maraqlar  qarşısında  hakimiyyətin  bir  növ 

iflicinin şahidləriyik. Qərarlar qəbul edilməsi prosesi ləngiyir və işlər 

o  qədər  də  yaxşı  getmir…  Otuz  il  əvvəl  sadəcə  prinsip  üzündən, 

tetçerizm  və  reyqanizm  siyasətini  davam  etdirərək  dövlətin 

funksiyaları məhdudlaşdırılıb. İndi biz açıq-aydın görürük ki, xüsusən 

                                           

16

 Bax: Самюэль Хантингтон. Столкновение цивилизаций. Стр. 15, 22.



 


17 

 

maliyyə  sektorunda  tənzimləmənin  yetərincə  olmaması  çox 



zərərlidir”. 

2001-ci  il  sentyabrın  11-də radikal  islamçıların  Nyu-Yorkdakı 

ticarət mərkəzinə hücumu göstərdi ki, dövlətin zəifliyi böyük strateji 

problemlərə  gətirib  çıxarır.  Beynəlxalq  terrorizm  və  kütləvi  qırğın 

silahlarının  imkanları  birlikdə  dövlətin  qayğılarına  vətəndaşların  və 

ölkənin  təhlükəsizliyinin  təmin  olunması  ilə  bağlı  yeni  problemlər 

əlavə etdi. F.Fukuyama məhz bunu əsas götürərək yazır: “11 sentyabr 

hadisələrindən  sonra  dövlətçiliyin  zəiflədilməsi  deyil,  onun 

gücləndirilməsi məsələsi dünya siyasətinin əsas vəzifəsinə çevrilib”. 

(Amerika qoşunlarının İraqa, həmçinin NATO-ya daxil olan dövlətlərin 

qoşunlarının Liviyaya müdaxiləsi də F.Fukuyamanın bu fikrini təsdiq 

edir). 


F.Fukuyama  daha  sonra  davam  edir:  “Beləliklə,  gələcək  dünya 

nizamı  üçün  ən  vacibi  dövlət  qurmağı  öyrənməkdir…  “Dövlətçiliyin 

qürubu”nu dəstəkləyənlər, – istər azad bazarın, istərsə də çoxtərəfli 

müqavilələr  ideyasının  tərəfdarları,  -  müasir  dünyada  suveren  milli 

dövlətlərin  gücünü  məhz  nəyin  əvəz  edəcəyini  izah  etməlidirlər. 

Əslində  bu  uçurumu  müxtəlif  tərkibli  beynəlxalq  təşkilatlar, 

cinayətkar  sindikatlar,  terror  qrupları  doldurub.  Onlar  müəyyən 

dərəcədə hakimiyyətə və legitimliyə malik ola bilərlər, amma bunların 

hər ikisinə nadir hallarda malik olurlar. Aydın cavab olmadığı üçün biz 

yalnız  suveren  milli  dövlət  məsələsinə  qayıtmalı  və  onu  hansı  yolla 




18 

 

güclü və uğurlu etməyin mümkün olduğunu anlamaq üçün bir daha 



cəhd göstərməliyik”

17



XXI əsrdə dövlətin rolunun aradan qalxacağını proqnozlaşdıran 

müəlliflər,  sadəcə,  müasir  dövrün  diqqətəlayiq,  cəmiyyətdə 

gözlərimiz  önündə  baş  verən  dəyişikliklərlə  bağlı  olan  bir 

xüsusiyyətinə  məhəl  qoymurlar.  Bu  dəyişikliklər  müasir  dövlətlərin 

funksiyalarına  da  aiddir.  Özü  də  bu  funksiyalar  azalmır,  əksinə, 

güclənir,  yeni  elementlərlə  zənginləşir.  Professor  S.P.Perequdov 

tamamilə  haqlı  olaraq  hesab  edir  ki,  müasir  dövlət  öz  mövqelərini 

qloballaşmaya  təslim  etməyib,  onun  iqtisadiyyatı  idarə  etmək 

qabiliyyəti də yox olmayıb. Amma bu idarəçiliyin formaları və deməli, 

onun  strategiyası  dəyişib.  Ona  görə  qloballaşmaqda  olan 

iqtisadiyyatda  dövlətin  yeni  rolunun  azalmasını  və  ya  ümumiyyətlə, 

yoxa çıxmasını söyləməyə əsas yoxdur – sadəcə onun rolu dəyişir

18



S.P.Perequdovun 



və 

transformist 

yanaşmanın 

başqa 


nümayəndələrinin fikrincə, qloballaşma bütün müasir dəyişikliklərin 

hərəkətverici  qüvvəsidir  (hərçənd,  dərk  edilmiş,  məqsədli  siyasətin 

təzahürüdür –  R.M.), bu  dəyişikliklərin  gedişində iqtisadi və sosial-

siyasi  tərkib  hissələrin  transformasiyası  həyata  keçirilir.  Müasir 

dünyanın  fərqləndirici  xüsusiyyətlərindən  biri  dövlətin  yeni,  daha 

ədalətli  dünya  nizamı  formalaşdırmaq  cəhdidir.  Bu,  o  deməkdir  ki, 

müasir  qloballaşma  şəraitində  milli  dövlətlər  əvvəlki  funksiyalarını 

                                           

17

 Фрэнсис Фукуяма. Сильное государство. Стр. 198, 199.



 

18

 Перегудов С.П. Новейшие тенденции в изучении отношений 



гражданского общества и государства. Жур. «Полис», 1998 г., №1.

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə