Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə4/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   2   3   4   5   6   7   8   9   ...   15

12 

 

Siyasi  birliklərin  və  vətəndaş  strukturlarının  dağıdıcı  rolu  da 



müasir  qlobal  proseslərdə  heç  də  az  rol  oynamır.  Onların  dəyər 

oriyentasiyaları  dövlətin  həyat  fəaliyyətində  mühüm  amildir.  Əgər 

cəmiyyət  qeyri-hökumət  təşkilatlarının  fəaliyyətinə  formalaşdırıcı 

təsir  göstərmək  iqtidarında  olsa,  onlar  öz  dövlətinin  mənafelərini 

ifadə  etmək  qabiliyyətini  saxlayırlar.  Amma  Azərbaycanın  təcrübəsi 

onu  da  göstərir  ki,  bu  təşkilatların  müəyyən  dairəsinin  siyasətinin 

mənbəyi cəmiyyətin özündə yox, kənar qüvvələrdədir. Bu halda milli 

siyasi  birliklərin  və  vətəndaş  birliklərinin  öz  fəaliyyətlərində  rəhbər 

tutduqları  prioritetlər,  ideyalar  və  dəyərlər  onların  xarici 

kuratorlarının maraqlarına və hədəflərinə cavab verir, dövlətin daxili 

həyatında isə dağıdıcı xarakter kəsb edir. 

Demək  düzgün  olmaz  ki,  qloballaşma  şəraitində  “dövlətlərin 

suverenliyinin  aradan  qalxması”  konsepsiyası  alimlərin  ümumi 

mövqeyini əks etdirir. Alternativ fikir var. Onlar qloballaşma dövründə 

dövlətin  potensialının  və  funksiyasının  bir  qədər  dəyişməsi  faktı  ilə 

razılaşsalar da bu fikirlə razılaşmırlar ki, guya milli dövlət öz rolunu 

bitirib,  qloballaşmanın  isə  həddi-hüdudu  yoxdur.  Bu  müəlliflərin 

fikrincə,  dövlətin  əsas  rolunun  saxlanması  şübhə  doğurmur,  çünki 

az-çox effektiv beynəlxalq idarəçiliyin həyata keçirilməsi üçün şərait 

yalnız dövlət tərəfindən başqa dövlətlərlə əməkdaşlıq vasitəsilə təmin 

edilir.  Müasir  dövrdə  praktiki  olaraq  dünyanın  bütün  dövlətlərinin 

təmsil olunduğu BMT, müəyyən mənada, belə təsisatdır. 

Qloballaşmanın  müasir  dövlətə  təsiri  barədə  bəzi  müəlliflərin 

mövqelərini bu cür şərh etməkdə məqsədim onu göstərməkdir ki, bu 




13 

 

problem  dünya  alimləri  arasında  müzakirə  obyekti  olaraq  qalır  və 



onun fəlsəfi, sosial-siyasi və iqtisadi xarakteristikasına nöqtə qoymaq 

hələ  tezdir.  Məsələ  bundadır  ki,  qloballaşma  proseslərinın  təsiri 

altında  müasir  dünyada  nə  dərəcədə  fundamental  dəyişikliklər  baş 

verə biləcəyini biz hələlik hətta nəzəri cəhətdən də dərk etməmişik. 

Bununla  birlikdə,  modern  dövrünün  mahiyyətini  müəyyən  edən 

dəyərlər  yoxa  çıxmayıb.  Modern,  postmodern  və  demokratiya  milli 

dövlətin  əsas  xarakteristikalarını  çox  da  dəyişdirməyib.  Suveren 

dövlətlərin  legitimliyinin  mənbəyi  əvvəlki  kimi,  yenə  də  milli 

cəmiyyətlər,  beynəlxalq  və  dövlətlərarası  qarşılıqlı  təsir,  həmçinin 

müasir  demokratiyanın  və  dünya  mədəniyyətinin  qəbul  edilmiş 

dəyərləridir.  Avropa  İttifaqının  üzvü  olan  dövlətləri  bürümüş 

millətçilik  meyillərinin  yenidən  fəallaşması  belə  düşüncələr  üçün 

kifayət  qədər  qida  verir.  Tamamilə  aşkardır  ki,  “dövlətin  məhv 

edilməsi – ayrı-ayrı cəmiyyətlər və dünya birliyi üçün utopiyanın deyil, 

fəlakətin müqəddiməsidir”

12



Mövcud  ədəbiyyatdan  görünür  ki,  milli  dövlətlərin  sonu 

konsepsiyası həm ciddi tədqiqatçılar, həm də siyasətçilər tərəfindən 

təkzib  edilir.  Əsas  səbəb  dövlətin  əleyhinə  olanların  dünyanın 

inkişafında  müasir  tendensiyaların  qiymətləndirilməsinə  yanaşma 

metodologiyasıdır.  Bu  problemin  tanınmış  amerikalı  tədqiqatçısı 

P.Draker  də  həmin  məqama  diqqət  yetirib.  O  yazır:  “Son  illərdə 

“dövlətin əleyhinə olmaq” dəb düşüb. Ancaq bu, düzgün deyil. Bizim 

                                           

12

 Ф.Фукуяма. Сильное государство. М. 2006. Стр. 198.



 


14 

 

güclü  dövlətə  ehtiyacımız  var.  Həqiqətdə  biz  qarşıdakı  onilliklərdə 



dövlətçiliyin zəifləməsini yox, çox ehtimal ki, güclənməsini gözləyə 

bilərik”


13

“Fransalı,  italiyalı,  niderlandlı  və  belçikalı  tədqiqatçıların 



əksəriyyəti, - sosial–demokratiya ənənələrinin güclü olduğu İsveç və 

Danimarka kimi ölkələr də öz yerində, - dövlətə fəal “sosial təşkilatçı”, 

“himayəçi” və “iqtisadiyyatın tənzimləyicisi” kimi baxırlar … 

Siyasi  proseslərin  müasir  dinamikası  cəmiyyətdə  dövlətin 

əhəmiyyətini  nəinki  azaltmır,  hətta  əksinə,  onun  əhəmiyyətinin 

artmasını vurğulayır”

14



Qeyd  etmək  lazımdır  ki,  istənilən  siyasi  təsisat  kimi,  dövlət 



təsisatı da daim inkişaf edir, tarixi proseslərə uyğun olaraq formasını 

dəyişir.  Əgər  bu  gün  biz  dövlət  təsisatının  transformasiyasını 

müşahidə ediriksə, bu dəyişiklik, çox ehtimal ki, postsənaye tranziti 

ilə,  yəni,  XXI  əsrin  sosial-iqtisadi,  texnoloji  və  siyasi  trendlərini 

müəyyən etmiş postsənaye inkişafına keçidlə bağlıdır. Sonuncular da, 

öz  növbəsində,  dövlətin  vəziyyətinə  təsir  göstərərək,  onun  müasir 

transformasiyasının  istiqamətlərini  müəyyən  edir.  Bu  da  təbii 

prosesdir.  Lakin  ən  çox  inkişaf  etmiş  ölkələr  (ABŞ  və  onun 

müttəfiqləri)  tərəfindən  həyata  keçirilən  siyasətin  müdaxiləsi 

nəticəsində bu prosesin kursunun (trayektoriyasının) dəyişməsi ona 

milli dövlətlərin xeyrinə olmayan tamamilə başqa məna verir. 

                                           

13

 Drucker P. 



Post-Capitalist Society N.Y., 1993, стр. 159.

 

14



 Bax: Соколова Р.И., Спиридонова В.И. Государство в современном 

мире. М. 2003, стр. 12-13, 14.

 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə