Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   2   3   4   5   6   7   8   9   ...   15

 

iyerarxiya  vertikalına  orta  vəsilə  kimi  qoşulacaqlar”



7

.  Bu  müəllif 

iyerarxiya vertikalı haqqında danışarkən, hüquqların və məsuliyyətin 

ayrı-ayrı  dövlətlərin  hökumətləri  və  beynəlxalq  təsisatlar,  həmçinin 

millətlərarası təşkilatlar arasında bölünməsini nəzərdə tutur. 

E.Toffler də analoji nəzəriyyəni əsaslandırırdı. O hesab edirdi ki, 

milli  dövlətlər  sistemi  transmilli  korporasiyalar  dünyası  tərəfindən 

tədricən  sıxışdırılıb  aradan  çıxarılır.  Müasir  dünya  siyasəti  barədə 

neoliberal  təsəvvürlərə  malik  nümayəndələrdən  biri  olan  E.Toffler 

milli dövlətin tədricən “əriyib gedəcəyini” proqnozlaşdırır. 

Oxşar fikrin tərəfdarı olan alman alimi V.Büll müasir dünyanın 

transmilliləşməsi  meyillərinə  əsaslanaraq,  tarixin  subyekti  kimi 

“dövlətin ölüb gedəcəyini” bildirir

8



İngilis  sosioloqu  Z.Baumana  məxsus  olan  daha  bir  nöqteyi-

nəzər də var. Onun fikrincə, “qlobal maliyyə, ticarət və informasiya-

sənaye dairələrinin hərəkət azadlığını və onların hədəflərinin həyata 

keçirilməsində  qeyri-məhdud  imkanları  təmin  etmək  üçün  dünya 

səhnəsində  siyasi  pərakəndəlik  hökm  sürməlidir.  “Zəif”  dövlətlərin, 

yəni, “zəiflədilmiş”, amma dövlət kimi qalan ölkələrin mövcud olması 

bu dairələrin hamısının həyati maraqlarına uyğundur”

9



                                           

7

 Соколов В.В. Контуры будущего мира: нации, регионы, 



транснациональные общества. Жур. Мировая экономика и международные 

отношения. 2011 г., №3, стр. 9.

 

8

 Bax: Юрий Бойко, Эльмира Садыкова. Национальные государства в 



современных мировых процессах. Жур. Обозреватель // OBSERVER, 2010 г., 

№2, стр. 90.

 

9

 Бауман З. Глобализация. Последствие для человека и общества. М: 



Весь Мир. 2004 г., стр. 98.

 



10 

 

O hesab edir ki, dünya bankları və valyuta fondları vasitəsilə bu 



ölkələri asanlıqla idarə etmək olar. Nəticədə yeni, amma daha zəif və 

daha  kiçik  resurslara  malik  olan,  siyasi  cəhətdən  “müstəqil”  ərazi 

qurumları yaradılmasına yönəlmiş açıq siyasət həyata keçirilir. Onun 

fikrincə,  bu  zəif  siyasi  oyunçular  güclülərin  əlində  oyuncaqdır. 

Dövlətin  maddi  bazası  məhv  ediləndə,  onun  suverenliyi  və 

müstəqilliyi  ləğv  ediləndə,  siyasi  sinif  yer  üzündən  silinəndə  milli 

dövlət sadəcə meqakorporasiyaların təhlükəsizlik xidmətinə çevrilir. 

Dünyanın  yeni  ağalarının  birbaşa  idarəçiliklə  məşğul  olmağa 

ehtiyacları  yoxdur.  Onlar  inzibati  məsələləri  milli  dövlətə  həvalə 

edirlər


10

Gördüyümüz  kimi,  bu  müəllifin  fikrincə,  qloballaşma  tarixin 



təbii  gedişatı,  obyektiv  zərurətdir.  Buna  görə  də  dövlətlərin  öz 

suverenliyini 

itirməsi, 

dövlətin 

funksiyalarının 

“yuxarıdan 

göndərilmiş”  tapşırıqların  icrasından  ibarət  olması  ilə  barışmaq 

lazımdır.  Lakin  bu  konsepsiyanın  opponentlərinin  fikrincə,  maliyyə 

bazarlarının liberallaşdırılması haqqında qərar təbii iqtisadi zərurətin 

deyil, siyasi prosesin nəticəsidir. Bu proses həmin yolla öz banklarının 

və korporasiyalarının başqa ölkələrin bazarlarına daxil olmasını təmin 

etmək  istəyən  ABŞ  və  Böyük  Britaniya  hökumətləri  tərəfindən 

başlanıb

11



                                           

10

 Там же, стр. 96.



 

11

 Юрий Гранин. Национальные государства в эпоху неолиберальной 



глобализации. Сб. Человек вчера и сегодня. Междисциплинарные 

исследования. Вып. 3, М. 2009 г., стр. 149.

 



11 

 

Beynəlxalq Valyuta Fondu, Dünya Bankı, Dünya Ticarət Təşkilatı 



və  başqa  beynəlxalq  maliyyə  qurumları  “dövlətlərin  suverenliyinin 

aradan  qaldırılmasında”  böyük  rol  oynayır,  ölkələrin  iqtisadiyyatı 

üzərində  öz  nəzarətini  hər  vasitə  ilə  möhkəmləndirirlər.  Onların 

həyata  keçirdiyi  siyasət  dünyanın  inkişaf  etmiş  dövlətləri  sırasına 

daxil  olmayan  ölkələrin  milli  iqtisadiyyatının  zəifləməsi,  əhalinin 

sosial durumunun pisləşməsi ilə nəticələnir. 

Məsələn,  Beynəlxalq  Valyuta  Fondu  qlobal  maliyyə  axınlarını 

tənzimləyən  qurum  olaraq,  formal  baxımdan  beynəlxalq  təşkilat 

hesab edilir, əslində isə o, dünyanın ən çox inkişaf etmiş ölkələrinin 

maraqlarını təmsil edən vasitəyə çevrilib. Dünya Ticarət Təşkilatı da 

buna oxşar rol oynayır və əslində milli dövlətin iqtisadiyyatını dağıdır. 

Beləliklə,  Beynəlxalq  Valyuta  Fondu,  Dünya  Bankı,  Dünya  Ticarət 

Təşkilatı və başqa beynəlxalq maliyyə qurumları bir tərəfdən dünya 

iqtisadiyyatı  üzərində  öz nəzarətini  möhkəmləndirir,  digər  tərəfdən 

isə  milli  iqtisadiyyatları  zəiflədir,  bununla  da  ölkələrin  əhalisinin 

sosial durumunu pisləşdirirlər. 

Özünü inkişaf etdirmək məqsədilə qlobal strukturlarla müstəqil 

əlaqə  yaradan  regionlar  da  dövlətin  bir  təsisat  kimi  zəifləməsində 

müəyyən  qədər  rol  oynayırlar.  Belə  regionlar  kənar  subyektlərlə 

qarşılıqlı  əlaqəyə  girərək,  əslində  onların  maraqlarını  reallaşdırırlar. 

Həm regionların, həm də kənar subyektlərin belə hərəkətləri çox vaxt 

milli  dövlətin  maraqlarına  cavab  vermir,  müəyyən  mənada  ölkənin 

suverenliyinə təhdid yaradır. 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə