Ramiz mehdiyev azərbaycan Respublikası Prezidenti



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix08.07.2018
ölçüsü0,57 Mb.
#54044
1   ...   7   8   9   10   11   12   13   14   15

34 

 

“Vətəndaş  cəmiyyətinin  yaradılması  kimi  nəcib  bəhanə  altında 



dövlətin  təbii  funksiyaları  ictimai  təsisatlara  verilir.  Bu,  yalnız  bir 

nəticəyə  -  cəmiyyətin  siyasi  sisteminin  özəyi  kimi  dövlətin 

dağılmasına və onun zəifləməsinə, ölkədə yeni siyasi aktorların - əsas 

etibarilə xarici dövlətlər, yaxud təşkilatlar tərəfindən maliyyələşdirilən 

beynəlxalq,  ictimai,  qeyri-dövlət  strukturlarının  peyda  olmasına 

gətirib çıxarır”

36



V.A.Zatonski  vurğulayır:  “Ona  məxsus  immanent  funksiyaların 



icrasından  imtina  edən,  çıxıb  getməyə  haqqı  olmayan  cəmiyyət 

sahələrindən  uzaqlaşan  (nizamasalmanın  dayandırılması  yolu  ilə) 

dövlət zəif və iqtidarsız olur”

37

.  



Müəllifin  gəldiyi  nəticələrin  hər  cür  əsası  var.  Təkcə  dövlət 

funksiyalarının ictimai təşkilatlara verilməsi məsələsinə həddən çox 

ölçülüb-biçilmiş şəkildə yanaşmaq lazım deyil, əksinə, güclü dövlət 

orqanlarının  funksiyaları  geniş  və  müxtəlif  olmalı,  belə  dövlətin 

orqanlarının  səriştəsi  məsələlərin  son  dərəcə  geniş  dairəsini  əhatə 

etməli, ictimai həyatın bir çox sahələrinə xeyli dərəcədə toxunmalıdır.  

“Güclü” və “zəif” dövlətlərin təsnifatı üzrə mühakimə yürüdülsə, 

bu  zaman  Prezident  İlham  Əliyevin  qeyd  etdiyi  kimi,  Azərbaycan 

                                           

36

 Bax: Абрамова М.Г. Мифологема сильного государства и актуальные задачи государственной политики 



России. Политические науки. Вестник МГУ, серия 12, 2014 г., №3, стр.102. 

37

 Bax: Затонский В.А. Эффективная государственность. М.: Юрист, 2006, стр.108 . 



 


35 

 

özünün bir çox göstəricilərinə görə güclü dövlət tipi kateqoriyasına 



uyğun gəlir.  

Bu,  onunla  əsaslandırılır  ki,  Azərbaycanda  yaradılmış  dövlət 

hakimiyyəti  sistemi  demokratik  siyasi  rejimi  təkmilləşdirməyə  və 

gücləndirməyə  davam  edir,  eyni  zamanda,  ölkədə  vətəndaşların 

təsərrüfat-iqtisadi  və  ictimai  təşəbbüsünü  stimullaşdıran  şəraitə 

səmərəli  nəzarət  bacarığının  səviyyəsini  artırır,  bununla  da  bütün 

əhali  üçün  faydalı  nəticələrin  əldə  olunmasında  dövlətin  rolunu 

möhkəmləndirir.  

Azərbaycanın 1980-ci illərin sonu – 1990-cı illərin əvvəlindəki 

təcrübəsindən bilirik ki, dövlətin zəifliyi və hakimiyyətin qətiyyətsizliyi 

cəmiyyəti  tam  kollaps  vəziyyətinə  salır.  Odur  ki,  dövləti  bütün 

idarəetmə təsisatlarının, hakimiyyətin bütün səviyyələrinin timsalında 

daha  da  gücləndirmək,  dəqiq  işləyən  icra  vertikalı  mexanizmlərini 

qurmaq  ən  mühüm  vəzifədir.  Çünki  güclü  dövlət  quruculuq 

fəaliyyətinin təşəbbüskarı, ruhlandırıcısı və qarantıdır.  

Azərbaycanda  hakimiyyət  özünün  “güclü  dövlət”  ideyasını 

həyata keçirir, çünki öz xalqının nadir ənənələrinə əsaslanır. Məsələ 

bundadır ki, dövlətin güclü və planlaşdırıcı rolu olmasa Azərbaycanda 

həyata 

keçirilən 



genişmiqyaslı 

sosial-iqtisadi 

layihələrin 

reallaşmasının üstündən xətt çəkilə bilər. Güclü dövlət gələcək nəslə 

və  “insan  kapitalı”na  investisiya  yatırmadan  müvəffəqiyyətli  ola 

bilməz.  Azərbaycanda  güclü  dövlətin  uğurları  təhsilə,  səhiyyəyə, 




36 

 

idmana  və  digər  sosial  proqramlara  düşünülmüş  şəkildə  sərmayə 



yatırılması ilə bağlıdır.  

Azərbaycanda  “güclü  dövlətin”  bəzi  əlamətlərini  göstərməyə 

çalışaq: 

-tam suverendir, buna görə də daxili və xarici siyasətində başqa 

dövlətlərdən, yaxud beynəlxalq təşkilatlardan asılı deyil; 

-milli iqtisadiyyatı və istehsal sahəsini ən müasir texnologiyalar 

bazasında inkişaf etdirir; 

-Azərbaycanın  bütün  etnoslarının  dövlət  ideologiyası  olan, 

tolerantlıq 

və 


multikulturalizm 

kimi 


dövlət 

səviyyəsində 

möhkəmləndirilən 

elementlərə 

sahib 

olan 


güclü 

milli 


“Azərbaycanizm” ideologiyasına malikdir; 

-milli  mədəniyyəti,  elm  və  təhsili,  idmanı  və  praktik  təbabəti 

inkişaf etdirir

-pensiyaçıların və aztəminatlı vətəndaşların qayğısına qalır; 

-qanuna müvafiq olaraq ictimai asayişi səmərəli təmin edir

-dövlətin  ərazi  bütövlüyünün  bərpa  edilməsinin  zəruriliyinə  

müvafiq olaraq Milli Silahlı Qüvvələri inkişaf etdirir; 

-öz müstəqil fəaliyyətində milli maraqlara və dövlət maraqlarına 

əsaslanan  qeyri-hökumət  (vətəndaş)  strukturlarını  hər  vasitə  ilə 

dəstəkləyir; 




37 

 

-radikal qrupların, xüsusən başqa dövlətlər, yaxud beynəlxalq 



təşkilatlar  və  s.  tərəfindən  maliyyələşdirilən  qrupların  fəaliyyətinin 

qarşısını qanuna müvafiq olaraq bacarıqla alır. 

Keçid  dövrü  şəraitində  Azərbaycan  dövləti  ən  mühüm  sosial-

siyasi  qurum,  yaxud  daxili  transformasiyalar  amili  olaraq  qalır. 

Azərbaycan öz coğrafi mövqeyi ilə geosiyasi mərkəz kimi çıxış edir. 

Zbiqnev  Bjezinskinin  fikrincə,  “geosiyasi  mərkəzlər  öz  coğrafi 

mövqeyindən  asılıdır.  Coğrafi  mövqe  bir  sıra  hallarda  onlara  ya 

mühüm  rayonlara  çıxışa  nəzarət,  ya  da  fəaliyyətdə  olan  mühüm 

geosiyasi şəxslərə resursların əldə olunmasında rədd cavabı verməyin 

mümkünlüyü baxımından xüsusi rol ayırır. Başqa hallarda geosiyasi 

mərkəz  dövlətin,  yaxud  hətta  geosiyasi  məkanda  həyati  əhəmiyyət 

daşıyan  regionun  sipəri  ola  bilər.  Bəzən  geosiyasi  mərkəzin 

mövcudluğunun özü qonşuluqda geostrateji fəaliyyət göstərən daha 

fəal  şəxslər  üçün,  demək  olar,  çox  ciddi  siyasi  və  mədəni  nəticələr 

verir”

38



Müasir Azərbaycan dövləti təhlükəsizliyin, suverenliyin, ictimai 

maraqların,  dilin  və  milli  mədəniyyətin  müdafiəsinin  yeganə 

qarantıdır. Skeptiklərin fikirlərinə rəğmən düşünürəm ki,  qloballaşma 

şəraitində dövlətin potensialı azalmayacaq, əksinə artacaq. Qanunlara 

riayət  olunmasının,  siyasi,  iqtisadi  və  sosial  sabitliyin  qorunub 

saxlanılmasının  qarantı  kimi  öz  əhəmiyyətini  gücləndirən  milli 

                                           

38

 



Збигнев Бжезинский. Великая шахматная доска, стр. 55.

 

 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə